Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-3473/2022 27.05.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Abbasova Məlahət Aslan qızı, İddiaçı Cavabdeh MMC-yə qarşı iş vaxtı baş vermiş bədbəxt hadisə faktının müəyyən edilməsi və bu barədə İZ formalı aktın tərtib edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsini nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh MMC-yə qarşı iş vaxtı baş vermiş bədbəxt hadisə faktının müəyyən edilməsi və bu barədə İZ formalı aktın tərtib edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi iddiaçıya geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsindən görünür ki, hazırki tələb iddiaçının iş vaxtı zəhərlənməsi faktının müəyyən edilməsi və bu fakt barədə İZ formalı aktın tərtib edilmə öhdəliyinin Cavabdeh MMC-nin üzərinə qoyulması barədədir. Bu tələb üzrə iddia ərizəsi cavabdehin qeydə alındığı yerin məhkəməsinə verilməlidir. Belə ki, “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, Cavabdeh MMC-nin hüquqi ünvanı Astara rayonudur. Mülki Prosessual Məcəllənin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bundan başqa, iddia ərizəsindən görünür ki, iddiaçı hazırki tələblə məhkəməyə müraciət edərkən dövlət rüsumunu ödəməmiş, bu barədə qəbzi ona əlavə etməmişdir. İddiaçı iddia ərizəsində “Dövlət rüsumu” haqqında Qanunun 9.1.3-cü maddəsinə istinad etməklə dövlət rüsumunu ödəməməsi qanunsuzdur, çünki onun hazırki tələbi şikəstlik, səhhətə digər xəsarətlər yetirilməsi nəticəsində dəyən ziyanın ödənilməsi barəsində deyil, iş vaxtı zəhərlənməsi faktının müəyyən edilməsi və bu fakt barədə İZ formalı aktın tərtib edilmə öhdəliyinin işəgötürənin üzərinə qoyulması barədədir. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə ödəniləcək dövlət rüsumunun məbləği 100 manat olaraq müəyyən edilmişdir. Mülki Prosessual Məcəllənin 108.1.1-ci maddəsinə əsasən, iddia ərizələri verildikdə dövlət rüsumu ödənilir. Həmin Məcəllənin 108.2-ci maddəsinə əsasən, məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir. Həmin Məcəllənin 108.3-cü maddəsinə əsasən, dövlət rüsumu yalnız elektron ödəniş sistemləri vasitəsilə ödənilməlidir. Həmin Məcəllənin 150.0.2-ci maddəsinə əsasən, dövlət rüsumunun ödənilməsi haqqında sənəd iddia ərizəsinə əlavə edilir. Həmin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Bundan başqa, Mülki Prosessual Məcəllənin 150.1.1-ci maddəsinə görə iddia ərizəsinə cavabdehlərin və üçüncü şəxslərin sayına görə iddia ərizəsinin surətləri (iddia ərizəsi elektron formada verildiyi hal istisna olmaqla) əlavə edilir. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı iddia ərizəsini tərəflərin sayına uyğun tərtib etməmiş, bununla da MPM-nin 150.1.1-ci maddəsinin tələblərini pozmuşdur. Mülki Prosessual Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh MMC-yə qarşı iş vaxtı baş vermiş bədbəxt hadisə faktının müəyyən edilməsi və bu barədə İZ formalı aktın tərtib edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi iddiaçıya geri qaytarılsın. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-3473/2022
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-3473/2022
27.05.2022 · Sair mülki iş - Digər - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver