Məhkəmə qərarları › İş №2(012)-3484/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3484/2024

23.09.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3484/2024 23.09.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Teymurov Ayaz Yunus oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi doğum aktı qeydinin bərpa edilməsi barədə ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Ərizəçi doğum aktı qeydinin bərpa edilməsi, yeni şəhadətnamədə Ərizəçi doğum tarixi xx.xx.1961-ci il, doğulduğu yer Ermənistanın Stepanavan rayonu, soyadı, adı, atasının adı qrafasında “Ərizəçi”, ata adı qrafasında “X10” ana adı qrafasında “X7”, milliyəti “Azərbaycanlı” kimi qeyd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx xxxxxx 1961-ci il tarixdə Ermənistan, Stepanavan rayonunda anadan olmuşdur. ünvan 1 ünvanında yerləşən 14 A saylı fərdi yaşayış evində qeydiyyatda olmaqla yaşayır. Atası - X10, anası isə X4r. Ermənistan - Azərbaycan və Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar 1988-ci ildən ailə üzvlərilə birlikdə Azərbaycan Respublikasının bir çox rayonunda qaçqın kimi məskunlaşmışlar. Hal-hazırda ailəsilə birlikdə yuxarıda qeyd etdiyi ünvanda qeydiyyatda olmaqla yaşayır. Hazırda zərurət yarandığı üçün müəyyən sənədləşmə işləri ilə bağlı (vərəsəlik ilə bağlı) ona doğum haqqında şəhadətnamə vacib lazım olmuşdur. O, bununla bağlı ilk öncə Maraqlı şəxsnə müraciət edərək, doğum haqqında şəhadətnaməni əldə etmək istəmişdir. Lakin müsbət cavab ala bilməmişdir. Maraqlı şəxs tərəfindən ona 3-16-5/8-xx-xx/2024 saylı, xx.xx.2024cü il tarixli imtina cavabı verilmiş və doğum haqqında şəhadətnamənin bərpa edilib verilməsi üçün məhkəməyə müraciət edə biləcəyi izah olunmuşdur. Göstərilənlərə əsasən ərizə təmin olunmalıdır. Məhkəmə gedişatında Ərizəçi tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, doğumun qeyd edilmə faktının müəyyən edilməsi, yeni şəhadətnamədə Ərizəçi doğum tarixi xx.xx.1961-ci il, doğulduğu yer Ermənistanın Stepanavan rayonu, soyadı, adı, atasının adı qrafasında “Ərizəçi”, ata adı qrafasında “X10” ana adı qrafasında “X5”, milliyəti “Azərbaycanlı” kimi qeyd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Mаrаqlı şəхs Abşeron Rayon Qеydiyyаt Şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə işə mаrаqlı şəхsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, habelə şahid ifadələrini dinləyib, iş materiallarına və ona əlavə edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilən X8 ifadəsində bildirmişdir ki, ərizəçi onun həmyerlisi və sinif yoldaşıdır. O təsdiq etdi ki, ərizəçinin atası Şamir Mamedov, anası isə Bəsti Məmmədova olmuşdur. İsmayıl xx.xx.1961-ci ildə Ermənistanın Stepanavan rayonunda doğulmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən X3 ifadəsində bildirmişdir ki, ərizəçi onun həmyerlisidir, onlar Ermənistanın Stepanavan rayonunda Əzizbəyov küçəsində qonşuluqda yaşamışlar. O təsdiq etdi ki,ərizəçinin Şamir Mamedov, anası isə Bəsti Məmmədova olmuşdur. İsmayıl xx.xx.1961-ci ildə Stepanavan rayonunda doğulmuşdur. İş materiallarında olan: - Abşeron Rayon Qеydiyyаt Şöbəsi tərəfindən verilən 3-16-5/8-xx-xx/2024 saylı, xx.xx.2024-cü il tarixli məktubdan müəyyən edilir ki, Ərizəçi doğumun qeydə alınması barədə ərizə ilə Qeydiyyat Şöbəsinə müraciət etmiş, itmiş sənədlərin bərpa edilməsi ilə bağlı ona aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. - AZE ******** seriya nömrəli şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi xx.xx.1961-ci il tarixdə Ermənistan, Stepanavan rayonunda doğulmuşdur və Azərbaycan Respublikası vətəndaşıdır. - İ- ЗЖ 020873 saylı nikah haqqında şəhadətnamənin tərcümə edilib notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X9 ilə X7 xx.xx.1959-cu il tarixində Ermənistan SSR Stepanavan rayonu VVAQ şöbəsində rəsmi nikah bağlamışlar. Bu barədə nikahın akt qeydləri kitabında 33 nömrəli akt qeydi qoyulmuş, nikah bağlandıqdan sonra arvada “Məmmədova” soyadı verilmişdir. - AZ-İ 251470 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2007-ci il tarixdə Bakı şəhərində ölmüşdür. - AZ-İİ 402244 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2024-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində ölmüşdür. - İ-CЛ 484038 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X1 xx.xx.1985-ci il tarixində Ermənistan SSR Stepanavan rayonu ZAQS şöbəsində nikah bağlamışlar. Bu barədə nikahın akt qeydləri kitabında 131 nömrəli akt qeydi qoyulmuş, nikah bağlandıqdan sonra arvada “Məmmədova” soyadı verilmişdir. - HЗ ******* saylı hərbi biletin ssurətindən görünür ki, xx.xx.1961-ci il təvəllüdlü Ərizəçi həqiqi hərbi xidmətdə olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası 12 aprel 2019-cu il tarixli qərarının 4-cü bəndində qeyd edilir ki, məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Ərizəçi xx.xx.1961-ci il tarixdə Ermənistanın Stepanavan rayonunda anadan olmuşdur. 1988-ci ildə məlum hadisələrlə bağlı ərizəçinin doğum faktını təsdiq edən hüquqmüəyyənedici sənəd məhv olduğundan o, hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. X2, anası isə X5, milliyyəti isə azərbaycanlıdır. Ərizəçinin doğum faktını təsdiq edən hüquqmüəyyənedici sənəd itdiyindən o, hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. İş materialları ilə ərizənin tamamilə əsaslı olması öz təsdiqini tapmışdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, Ərizəçi ərizəsi təmin edilməli, doğum qeyd edilmə faktı müəyyən edilməli, akt qeydləri kitabında (doğum haqqında şəhadətnamədə) Ərizəçi doğum tarixi xx.xx.1961-ci il, doğulduğu yer Ermənistan, Stepanavan rayonu, soyadı, adı, atasının adı qrafasında “Ərizəçi”, ata adı qrafasında “X9”, ana adı qrafasında “X5”, milliyyəti azərbaycanlı kimi qeyd olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinə əsaslanaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1961-ci il tarixdə Ermənistan Stepanavan rayonunda doğulmasının qeyd edilmə faktı müəyyən edilsin. Akt qeydləri kitabında (doğum haqqında şəhadətnamədə) soyadı, adı, atasının adı qrafasında “Ərizəçi”, ata adı qrafasında “X9”, ana adı qrafasında “X5”, milliyyəti azərbaycanlı kimi qeyd olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mirnəsir Mirhəsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar