Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-3485/2025 15.07.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fizuli Məhəmməd Fizuli oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh və onun nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı cavabdehin iddiaçıya məxsus otaqdan çıxarılması və otağın boşaldılaraq təhvil verilməsi tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı cavabdehin iddiaçıya məxsus otaqdan çıxarılması və otağın boşaldılaraq təhvil verilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, cavabdehin iddiaçıya məxsus olan ünvan 1 ünvanda yerləşən otağından çıxarılması və otaqdakı ona məxsus bütün əşyaların cavabdehin hesabına çıxarılaraq otağın ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 iddiaçını mərhum atası X3 mülkiyyətində olmuşdur. Bu fakt ƏMKRPHŞ-in 4 saylı Abşeron Ərazi İdarəsinin verdiyi **********29-05101-093046 nömrəli texniki pasportu ilə təsdiqlənir. Atasının ölümü Abşeron rayon qeydiyyat şöbəsində 27.10.201 1-ci il tarixdə 374 nömrəli, X1 ölümü isə xx.xx.2010cu il tarixdə 277 nömrəli akt ilə qevdə alınmışdır. Ailədə 3 bacı, 5 qardaş olmaqla, ümumilikdə 8 uşaq olmuşlar. Bacıları ailə qurub ayrıca yaşayırlar. Qardaşlarından biri qeydiyyatdan və bu evdən çıxaraq avrı yaşayır. Ev 5 otaqlıdır. Həmin evdə dörd qardaş yaşayırlar. Onlar “ASAN Xidmət”ə evin dörd qardaş arasında bölünməsi, hər qardaşa 1 otaq verilməsi və boş qalmış 1 otağın isə vərəsə payı kimi bölünməsi ilə bağlı kimi müraciət etmişlər. Hal-hazırda qardaşı (cavabdeh) Cavabdeh iddiaçıya məxsus olan otağı zəbt edərək ailəsi ilə bir otağa sığmadığından həmin otağın da cavabdehə məxsus olmalı olduğunu bildirir. Orada onların ev əşyaları olduğundan iddiaçı öz otağına girib yaşaya və qanuni əsaslarla iddiaçıya məxsus olan otağa sahiblik edə bilmir. Bu barədə polisə müraciət etsə də, Abşeron RPİ-nin 59/2-25609/35 nömrəli məktubu ilə mülki qaydada məhkəməyə müraciət edilməsi barədə bildirilmişdir. Həmin otağı cavabdeh özünə məxsus əşyalarla dolduraraq onun sahiblik hüququnu pozur, bu baxımdan cavabdehin otağından çıxarılması çox zəruridir. Bundan əlavə bildirmişdir ki, qardaşı evdən çıxarılanda özünə aid olan əşyaları (paltarlarını, mebellərini, digər əşyalarını) öz hesabına otaqdan çıxarmalı və otağı ona təhvil verməlidir. Cavabdeh iddiaçının otağa daxil olmasına imkan vermədiyi üçün həmin əşyaların siyahısını təqdim edə bilmir. Odur ki, göstərilənlərə əsasən, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, hazırki məsələnin həlli üçün bütün vərəsələr birlikdə müraciət etməli olduğu üçün vərəsəlik alınması mümkün olmamışdır. Məhkəmə iclasında Cavabdeh və nümayəndəsi Nümayəndə ayrı-ayrılıqda iddia tələbini qəbul etməyərək təmin edilməməsini xahiş etmişdirlər. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək aşağıda göstərilənlərə əsasən hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin: 149.2.3-cü maddəsinə görə iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. 259.0.12-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, ərizə baxılmamış saxlanılır. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsində mərhum atası X3 mülkiyyətində olan ünvan 1 ünvanda vərəsə kimi ona məxsus olduğunu iddia etdiyi otağın cavabdeh tərəfindən zəbt edildiyi qeyd olunsa da, iddiaçının mərhumun vərəsəsi olduğunu müəyyən edən sənəd sübutlar siyahısına əlavə edilmədiyindən, bununla da hazırkı tələbi irəli sürmək üçün subyektiv hüququ olmadığından, habelə məhkəmə araşdırması zamanı iddiaçıya sözügedən sübutun təqdim edilməsi təklif edilməsinə baxmayaraq, bu barədə sübut təqdim edilmədiyindən hazırki iddia ərizəsi baxılmamış saxlanılmalı və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçılara geri qaytarılmalıdır. Belə ki, “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarına əsasən - “mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Həmçinin iş materiallarından və “Elektron Məhkəmə” İnformasiya Sistemindən əldə edilmiş məlumatlardan görünür ki, hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi üçün iddiaçı tərəfindən xx.xx.2025-ci il tarixdə ********** saylı qəbz əsasında 100 manat dövlət rüsumu ödənilmişdir. Mülki Prosessual Məcəllənin 114.1.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, dövlət rüsumu geri qaytarılır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən, ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə dövlət rüsumu geri qaytarılır. Məhkəmə hesab edir ki, qeyd olunanlara əsasən, hazırki ərizə baxılmamış saxlanıldığından iş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu İddiaçı geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı Cavabdeh qarşı cavabdehin iddiaçıya məxsus otaqdan çıxarılması və otağın boşaldılaraq təhvil verilməsi tələbinə dair mülki iş baxılmamış saxlanılsın. İddiaçı hazırki mülki iş (2(012)-3485/2025 saylı mülki iş) üzrə ödəmiş olduğu 100 (yüz) manat məbləğində dövlət rüsumu (********** saylı qəbz əsasında) dövlət büdcəsinin vəsaiti hesabından iddiaçıya qaytarılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim Mirnəsir Mirhəsənli
Məhkəmə qərarları › İş №2(012)-3485/2025
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-3485/2025
15.07.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver