Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3503/2020 03.11.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «istifadə hüququnun itirilmiş hesab edilməsi» tələbinə dair mülki işə xx xxxxxx 2020-ci il tarixdə Abşeron rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Abşeron rayonu, “Stansiya ünvan 1 ünvanında yerləşən evə dair istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı izahatında bildirdi ki, o, Cəbrayıl rayonundan məcburi köçkündür. Təxminən 2 ilə yaxındır ki, onlara Abşeron rayonu “Stansiya ünvan 2 ünvanında 2 otaqdan ibarət mənzil verilmişdir. Evin orderi vardır, onun və cavabdehin adınadır. O, azyaşlı oğlu və cavabdeh birlikdə köçərək həmin mənzildə yaşamağa başlamışlar. Cavabdehlə onun arasında olan nikah xx xxxxxx 2015-ci il tarixdə Sumayıt “ASAN Xidmət” mərkəzi qeydiyyat şöbəsində bağlanmış və 2487 nömrəsi ilə qeydə alınmışdır. Birgə nikahdan xx xxxxx 2017-ci il tarixdə bir övladları dünyaya gəlmişdir. Birgə yaşadıqları dövrdə aralarındakı münasibət heç də normal olmamışdır. Belə ki, cavabdehin təqsiri üzündən münasibətləri soyuq olmuş və daima aralarında narazılıq və ziddiyyət olmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-590/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə aralarındakı nikah pozulmuş və azyaşlı övladı onun himayəsində saxlanılmışdır. Lakin boşansalar da cavabdeh 2 otaqdan ibarət mənzilin otaqlarından birini açıb istifadə etməyə başlamışdır. Cavabdeh gah gedib valideynlərinin yanında qalır, gah da gəlib həmin otaqda qalır. Harada qalmasından asılı olmayaraq cavabdeh onları narahat edir və normal yaşamalarına imkan vermir. İrad bildirdikdə isə cavabdeh onu hədələyir. Hətta cavabdeh əvvəllər onu döymüşdür. Cavabdehin onlarla eyni ünvanda yaşaması həm onun həm də azyaşlı övladının həyatı üçün təhlükəlidir. Həmçinin cavabdehin özünün Saray qəsəbəsində evi vardır. Ona görə də o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahtında bildirdi ki, o, iddianı qəbul etmir. Boşandıqdan sonra iddiaçı atasının evinə getməli idi. İddiaçı onun xalası qızıdır. O, evi iddiaçıya versə, onun yaşamağa başqa yeri yoxdur. Ev 2 otaqlıdır. Onun da həmin evdə yaşamaq hüququ vardır. Ona görə də o, iddianın rədd edilməsini xahiş etdi. İş materiallarında olan Sumqayıt ASAN-Xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X2 arasında olan nikah xx.xx.2020-ci il tarixində ləğv edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti St. Sumqayıt Sahəsi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli, 2563 saylı və xx xxxxxx 2020-ci il tarixli, 3569 saylı arayışlardan görünür ki, İddiaçı və Səfərov X1 rayonunda məcburi köçkündür və Abşeron rayonu “ST ünvan 3 ünvanında müvəqqəti qeydiyyatdadırlar. Məhkəmə tərəfləri dinləyib, işin materiallarını araşdırıb və toplanmış bütün sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh Abşeron rayonu, “Stansiya ünvan 1 ünvanında yerləşən evə dair istifadə hüququna xitam verilməsi tələbi barədə iddiası rədd edilməlidir. Belə ki, məhkəmədə işin faktiki hallarından məlum olur ki, tərəflər Cəbrayıl rayonundan məcburi köçkün olduğu üçün xüsusi təyinatlı mənzil fonduna aid olan mübahisəli mənzilə yaşamaq üçün köçürülmüşlər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 96-cı maddəsinə əsasən məcburi köçkünlərin və qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri - qanunla müəyyən edilmiş qaydada müvafiq olaraq məcburi köçkün hesab edilən və qaçqın statusuna malik olan vətəndaşların yaşaması üçün nəzərdə tutulur. Maddənin məzmunundan göründüyü kimi bu kateqoriyadan olan mənzillərdə məcburi köçkünlərin və qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yaşaması nəzərdə tutulmuş və iş üzrə cavabdeh olan Cavabdeh iddiaçı kimi məcburi köçkün olduğundan mübahisəli mənzildə yaşamaq hüququ vardır və iddianın təmin olunmsına əsas verən hər hansı bir hal məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə iddiaçının iddia tələbinin dəlillərini mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirir və hesab edir ki, onlar iddia tələbinin qanuni və əsaslı hesab edilməsinə səbəb deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Yenə də həmin Məcəllənin 217.4-cü maddəsi ilə müəyyən edilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək və qüvvədə olan mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutaraq, iddia tələblərini əsassız sayır və onun təmin edilməməsi qənaətinə gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: Cavabdeh Abşeron rayonu, “Stansiya ünvan 1 ünvanında yerləşən evə dair istifadə hüququna xitam verilməsi tələbinə dair İddiaçı iddiası rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-3503/2020
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3503/2020
03.11.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver