Məhkəmə qərarları › İş №2(012)-3514/2022

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-3514/2022

27.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-3514/2022 27.05.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Abbasova Məlahət Aslan qızı, İddiaçı Cavabdeh MMC-yə qarşı mənzilin, ona dair alqı-satqı müqaviləsinin və maliyyə arayışının təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi barədə iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏNETDİM: İddiaçı Cavabdeh MMC-yə qarşı mənzilin, ona dair alqı-satqı müqaviləsinin və maliyyə arayışının təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun əri X1 mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi, 1 saylı evin 319 saylı mənzilinin, həmin mənzilə dair alqı-satqı müqaviləsinin və maliyyə arayışının təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş iddia ərizəsinin əsli və cavabdehə təqdim edilməsi üçün əlavə edilmiş surəti səlahiyyəti olmayan şəxs tərəfindən imzalandığından iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, tələb X2 aid olsa da, iddia ərizəsi onun arvadı İddiaçı tərəfindən qaldırılmış və imzalanmışdır. Mülki Prosessual Məcəllənin 152.1.2-ci maddəsinə əsasən, iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İş materiallarından görünür ki, iddia ərizəsi İddiaçı tərəfindən imzalansa da, onun bu barədə səlahiyyətini təsdiq edən etibarnamə iş materiallarında mövcud deyildir. Buna görə də hazırki iddia ərizəsi MPM-nin yuxarıda qeyd edilən normalarına əsasən geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARAALDİM: İddiaçı Cavabdeh MMC-yə qarşı mənzilin, ona dair alqı-satqı müqaviləsinin və maliyyə arayışının təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar