Məhkəmə qərarları › İş №2(012)-3518/2020

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-3518/2020

03.11.2020 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-3518/2020 03.11.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “əmlakın qanunsuz istifadəsinə son qoyulması, maneələrin aradan qaldırılması və əmlakın təhvil verilməsi tələbi”nə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “əmlakın qanunsuz istifadəsinə son qoyulması, maneələrin aradan qaldırılması və əmlakın təhvil verilməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. X1 məhkəmə iclasında ərizə təqdim edərək, torpaq sahəsi Sumqayıt şəhər Bələdiyyəsinə aid olduğu üçün mülki işi müstəsna aidiyyət qaydalarına uyğun olaraq Sumqayıt şəhər Məhkəməsinə göndərilməsi barədə qərardad çıxarılmasın xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5. maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, mülki işin aidiyyət üzrə Sumqayıt şəhər Məhkəməsinə göndərilməsi haqqında iddiaçı tərəfindən verilmiş ərizə təmin edilməli, mülki iş baxılması üçün aidiyyəti üzrə Sumqayıt şəhər Məhkəməsinə göndərilməlidir. Belə ki, İş materiallarında olan Sumqayıt şəhər bələdiyyə şurasının xx xxxxxx 2003-cü il tarixli Qərarına əsasən Novxanı bağları ərazisində Abdullayev (Yusifova)Təyminə Şamil qızı tərəfindən istifadə edilən 0,11 ha bağ üçün torpaq sahəsi onun adına rəsmləşdirilmiş və istifadəsinə verilmişdir. Həmin Qərardan və torpağın sifarişçiyə təhvil veriməsi haqqında xx.xx.2003-cü il tarixli Aktdan görünür ki, X3 verilmiş torpaq sahəsi Sumqayıt şəhər inzibati ərazi dairəsinə düşür. Azərbaycan Respublikası MPM-nin 39.1-ci maddəsinə əsasən tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Azərbaycan Respublikası MPM-nin 44.2.2-ci maddəsinə əsasən, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olunarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Göstərilənlər nəzərə alınaraq ərizə təmin edilməli, mülki iş baxılması üçün aidiyyəti üzrə Sumqayıt şəhər Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 44, 45, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : İddiaçı Cavabdeh qarşı “əmlakın qanunsuz istifadəsinə son qoyulması, maneələrin aradan qaldırılması və əmlakın təhvil verilməsi tələbi”nə dair mülki iş baxılması üçün aidiyyəti üzrə Sumqayıt şəhər Məhkəməsinə göndərilsin. Qərardaddan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar