Məhkəmə qərarları › İş №2(012)-3528/2020

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3528/2020

03.11.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3528/2020 03.11.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, Ərizəçi və onun vəkili-nümayəndəsi Vəkil iştirakları ilə, Ərizəçi Maraqlı şəxs1 və Maraqlı şəxs2nə qarşı “doğum aktının bərpası” tələbinə dair mülki işə xx xxxxxx 2020-ci il tarixdə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun xx.xx.1951-ci il tarixdə Naxçıvan MRin Şərur rayonunun Qarxun kəndində anadan olması, atasının X5, anasının X10 olması barədə doğum haqqında şəhadətnamənin itmiş qeydinin bərpa edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni izahatında bildirdi ki, o, xx.xx.1951 -ci il tarixdə Naxçıvan MR-in Şərur rayonunun Qarxun kəndində anadan olmuşdur. X2, anası X8r. Valideynləri Şərur rayonunun Qarxun kəndində rəsmi nikaha daxil olmuş, həmin nikahdan xx.xx.1951-ci ildə o anadan olmuşdur. X2 və anası X10 rəhmətə getmişlər. Lakin sonradan özünə məxsus doğum haqqında şəhadətnaməni naməlum şəraitdə itirmişdir. O, öz evini bacısı oğluna vermək istəyir, lakin qohumluq faktını təsdiq etmək üçün doğum haqqında şəhadətnaməsi lazımdır. Bu səbəbdən doğum haqqında şəhadətnamənin bərpa edilməsi zərurəti yaranmışdır. Bununla bağlı Maraqlı şəxs1nə müraicət etsə də, onun müraciəti, anadan olduğu Maraqlı şəxs2nə göndərilmiş və Maraqlı şəxs2 xx.xx.2020-ci il tarixli 308 saylı arayışda qeyd olunmuşdur ki, doğum haqqında məlumatın müəyyən edilməsi məqsədi ilə "X4" X1 Sistemində xx.xx.2020-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq aktları üzrə yoxlama aparılmış və doğum akt qeydi aşkar olunmamışdır. Beləliklə, cavab məktubundan görünür ki, itmiş yazının qeydiyyat şöbəsi tərəfindən bəlasının mümkün olmaması səbəbindən, X4nın qeydiyyatı faktının məhkəmə qaydasında müəyyən edilməsi məsləhət görüİmüşdür. Qeyd olunanlara əsasən o, iddianın təmin edilməsini xahiş etdi. Ərizəçinin vəkili-nümayəndəsi Vəkil məhkəmə iclasında izahatında bildirdi ki, Ərizəçi doğum haqqında şəhadətnamə verilmiş, lakin sonradan ərizəçi şəhadətnaməni itirmişdir. Həmin vaxt ərizəçi şəhadətnamənin bərpası ilə bağlı müraciət etməmişdir. Ərizəçinin valideynləri arasında rəsmi nikah olmuşdur. Buna görə də o, iddianın təmin edilməsini xahiş etdi. Maraqlı şəxs1 və Maraqlı şəxs2nə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iclasında şahid X6 izahatında bildirdi ki, Ərizəçi onun qardaşıdır. Əliyeva Vəsmə onun anasıdır. Anasıyla atasının rəsmi nikahları olub-olmadlığını bilmir. Anası 1922-ci ildə anadan olmuşdur, atasını isə xatırlamır. Anası 15-16 ildir ki, rəhmətə getmişdir. Atası isə uzun müddətdir ki, rəhmətə getmişdir. Onlar 3 qardaş və 3 bacıdırlar. Qardaşının biri rəhmətə getmişdir. Məhkəmə iclasında şahid Cəfərov Hatəm digər şahid X3 izahatına uyğun izahat verdi. İş materiallarında olan AA ******* saylı şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Ərizəçi xx.xx.1951-ci ildə anadan olmuşdur. İş materiallarında olan Şərur rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 07/263 №-li arxiv arayışından görünür ki, Şərur rayon Dövlət Arxivində mühafizə olunan Qarxun kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin 1991-1995-ci illərə aid 2 №-li təsərrüfat başına kitabında Qarxun kənd sakini Ərizəçi doğum tarixi xx.xx.1951-ci il olaraq göstərilmişdir. İş materiallarında olan Maraqlı şəxs2 tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli, 308 №-li sənəddən görünür ki, doğum haqqında məlumatın müəyyən edilməsi məqsədi ilə “Vətəndaşlıq əziyyəti Aktları” X1 Sistemində xx.xx.2020-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq aktları üzrə yoxlama aparılmış və Ərizəçi aid doğum haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan АЗ 601943 №-li doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X7 xx.xx.1946-cı ildə Şərur kəndində anadan olmuşdur. Onun X2, anası isə X8r. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Ərizəçi xx.xx.1951-ci il tarixdə Naxçıvan MR-in Şərur rayonunun Qarxun kəndində anadan olması, atasının X5, anasının isə X10 olması faktı ərizəçinin izahatı ilə yanaşı, şahid ifadəsi və iş materiallarına əlavə edilmiş digər sənədlərlə təsdiq olunduğundan Ərizəçi doğum haqqında şəhadətnamə barədə itirilmiş akt qeydi bərpa edilməlidir. Mülki Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Mülki Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Məcəllənin 309.1-ci maddəsinin tələbinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. X4nın itmiş qeydlərinin bərpa qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2001-ci il tarixli 52 saylı qərarı ilə təsdiq edilmiş «X4nın qeydində dəyişiklik, bərpa və ləğv qaydalarının müəyyən edən əsas müddəalarıda müəyyən olunur. Əsas müddəalar»ın 13-14-cü bəndlərinə görə, X4nın itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri tərəfindən icra edilir. İtmiş yazının qeydiyyat şöbələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. «Əsas müddəalar»ın 13-21-ci bəndlərinə görə isə vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edildikdə, VVADQ orqanı və konsulluq idarələri vətəndaşlıq vəziyyəti aktının qeydinin bərpasını məhkəmənin qətnaməsinə əsasən qərar qəbul etmədən qeydə alır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 305, 307, 311 maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1951-ci il tarixdə Naxçıvan MR-in Şərur rayonunun Qarxun kəndində anadan olması, atasının X5, anasının X10 olması barədə doğum haqqında şəhadətnaməyə dair itirilmiş akt qeydi bərpa edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar