Azərbaycan Respublikası adından ƏLAVƏ QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3536/2022 09.12.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Hüseynzadə Hüseyn Rövşən oğlunun katibliyi, İddiaçı, onun vəkili-nümayəndəsi Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı nikahın etibarsız sayılması tələbinə dair mülki işə hakimin öz təşəbbüsü ilə əlavə qətnamə çıxarılması məsələsinə 09 dekabr 2022-ci il tarixdə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı nikahın etibarsız sayılması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, onunla Cavabdeh arasında Azərbaycan Respublikası Oğuz Rayon İcra Hakimiyyəti başçısının Kərimli İcra Ərazi Dairəsi üzrə Nümayəndəliyində 03 saylı bağlanmış nikahının etibarsız sayılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Cavabdeh İddiaçı qarşı nikahın etibarsız sayılması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, onunla İddiaçı arasında xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Oğuz Rayon İcra Hakimiyyəti başçısının Kərimli İcra Ərazi Dairəsi üzrə Nümayəndəliyində 03 saylı bağlanmış nikahının etibarsız sayılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 04 aprel 2021-ci il tarixdə Oğuz rayonunda cavabdeh qız toyu etmişdir. Cavabdeh ilə aralarında yaxınlıq olmamışdır. Toyun səhəri günü cavabdeh Kərimova (Rəsullu) Turanə Kamran qızı ilə onun təkidi ilə onların Kərimli kənd nümayəndəliyində nikahları rəsmiləşdirilmişdir. Həmin günün axşamı cavabdeh ilə yaxınlıq etmək istədikdə cavabdeh onunla yaxınlıq etməmişdir. Onda cavabdehin bakirəliyi ilə əlaqədar şübhələr yarandığı üçün səhəri günü ginekoloqa getməyi təklif etmişdir. Cavabdeh ilə birlikdə Zərdabi küçəsində yerləşən FLORENCE tibb mərkəzinin ginekoloji şöbəsinə gəlsələr də, cavabdeh müayinə olunmaqdan imtina etmişdir. Sonra cavabdehin anası gəlib qızına aparmışdır. Cavabdehin məqsədi nikaha daxil olub ailə kimi yaşamaq yox, sadəcə adı nikahda olan qadın kimi çıxması məqsədi olmuşdur. Cavabdeh ailə qurmaq niyyəti ilə nikaha daxil olmamışdır. İlkin olaraq onların qızlarına öz rayonlarında toy etmələri və bununla da qızının rəsmi ərə getməsini xalq arasında göstərmək niyyətləri vardır. Nikahlarını belə onların kəndində rəsmiləşdirilməsi də bunu sübut edir. Bundan əlavə, cavabdeh təkidlə nikahın pozulmasını tələb edirdi. Çünki o, evdən anası ilə gedərkən ona verilmiş zinət əşyaların belə özü ilə aparmış və nikahın pozulduğu təqdirdə hədiyyələrin onda qaldığını əvvəlcədən bilirdi. Buna görə də nikahın pozulmasını təkid edirdi. Hətta ona ASAN xidmətə ərizə ilə müraciət etdirmişdir. Sonradan başa düşmüşdür ki, onun niyyəti ailə qurmaq olmamışdır. Bu səbəbdən də nikahın etibarsız sayılması barədə məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh iddia tələbini onunla əsaslandırmışdır ki o valideynlərinin təkidi ilə cavabdeh İddiaçı ilə nikaha daxil olmuşdur. Cavabdeh İddiaçı ilə iddiaçı Cavabdeh nikahı xx.xx.2021-ci il tarixdə qeydə alınsa da, iddiaçının ailə qurmaq niyyəti olmamışdır. Belə ki, nikaha daxil olduğu gündən cavabdeh iddiaçıya qarşı soyuq olmuş, heç bir münasibətdə olmamış və birgə nikah dövründə heç bir əsaslı səbəb olmadan aralarındakı münasibətlər kəskinləşmişdir. İddiaçı ailə qurmaq niyyətinin olmaması nikah bağlandıqdan sonra iddiaçıya məlum olmuşdur. Belə ki, cavabdehin əvvəl iddiaçıya münasibəti normal olmuş, lakin nikaha daxil olduqdan sonra soyuq davranmağa başlamışdır. Tərəflər arasında ərarvad münasibəti olmamışdır, tərəflər ayrı yaşayır. Sonradan iddiaçıya cavabdehin öz qürurunu cəmiyyətdə qorumaq üçün iddiaçı ilə nikaha girmək istəməsi məlum olmuşdur. Belə ki, cavabdeh iddiaçının qüruru ilə oynamış, özünü ondan kənar saxlamış, bununla da cavabdehin həyatını məhv etmişdir. Bütün bunların nəticəsidir ki, cavabdeh iddiaçı ilə saxta nikaha daxil olmuşdur. İddiaçı cavabdehin niyyətini bilmiş olsa idi, onunla əvvəl cavabdeh özünü normal aparmış, qətiyyən nikaha girməyə razı olmazdı. Nikahdan əvvəl cavabdeh özünü normal aparmış, bununla da iddiaçını aldatmış, bir sözlə, özünü cəmiyyətə sübut etmək xatirinə iddiaçının həyatını məhv etmişdir. Tərəflər arasında toy olmamışdır. Bu səbəbdən də iddiaçı nikahının bağlandığı andan etibarsız hesab edilməsini zəruri sayır. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli 2(012)-637/2021 saylı qərardadına əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsindən Abşeron rayon Məhkəməsinə daxil olmuş iddiaçı Cavabdeh İddiaçı qarşı nikahın etibarsız sayılması tələbinə dair e-2(012)-5416/2021 saylı mülki iş Abşeron rayon Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh qarşı nikahın etibarsız sayılması tələbinə dair 2(012)-4499/2021 saylı mülki işlə bir icraatda birləşdirilmişdir. Abşeron Rayon Məhkəməsinin 02 noyabr 2021-ci il tarixli 2(012)-4499/2021 saylı qətnaməsinə əsasən iddia ərizəsi təmin edilmiş, X2 ilə İddiaçı arasında Oğuz Rayon İcra Hakimiyyəti başçısının Kərimli İcra Ərazi Dairəsi üzrə Nümayəndəliyində xx.xx.2021-ci il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 03 nömrə ilə qeydə alınmış nikah etibarsız hesab edilmişdir. Abşeron Rayon Məhkəməsinin 02 noyabr 2021-ci il tarixli 2(012)-4499/2021 saylı qərardadına əsasən İddiaçı Cavabdeh qarşı nikahın etibarsız sayılması tələbinə dair iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.13. maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 21.9-cu maddəsində göstərilən tələblərə riayət edilmədiyindən baxılmamış saxlanılmışdır. Həmin qərardaddan İddiaçı tərəfindən şikayət verilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(105)-1283/2022 saylı qərardadı ilə İddiaçı tərəfindən verilmiş şikayət təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 02 noyabr 2021ci il tarixli, 2(012)-4499/2021 nömrəli qərardadı və şikayətin təmin edilmədən işin apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə məhkəmənin 22 aprel 2022-ci il tarixli, 2(012)-4499/2021 nömrəli qərardadı ləğv edilmiş, İddiaçı Cavabdeh qarşı nikahın etibarsız sayılması tələbinə dair mülki iş üzrə iddia ərizəsinə yenidən baxılması üçün Abşeron Rayon Məhkəməsinə qaytarılmışdır. Abşeron Rayon Məhkəməsinin 26 sentyabr 2022-ci il tarixli 2(012)-3536/2022 saylı qərardadına əsasən İddiaçı Cavabdeh qarşı nikahın etibarsız sayılması tələbinə dair mülki iş baxılmamış saxlanılmışdır Həmin qərardaddan İddiaçı tərəfindən şikayət verilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(105)-2389/2022 saylı qərardadı ilə İddiaçı tərəfindən verilmiş şikayət təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 26 sentyabr 2022-ci il tarixli, 2(012)-3536/2022 nömrəli qərardadı və şikayətin təmin edilmədən işin apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə məhkəmənin 10 oktyabr 2022-ci il tarixli, 2(012)-3536/2022 nömrəli qərardadı ləğv edilmiş, İddiaçı Cavabdeh qarşı nikahın etibarsız sayılması tələbinə dair mülki iş üzrə iddia ərizəsinə yenidən baxılması üçün Abşeron Rayon Məhkəməsinə qaytarılmışdır. İddiaçı, onun vəkili-nümayəndəsi Vəkil1 məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etdi.Bildirdi ki, izahatları iş materiallarında mövcuddur. Cavabdeh vəkili-nümayəndəsi Vəkil2 məhkəməyə ərizə göndərərək, məhkəmə iclasında cavabdehin hüquqlarının müdafiəsi və çəkişmə prinsipinə əməl olunması üçün iştirakları zəruri olduğundan təyin olunmuş məhkəmə iclasını başqa vaxta təxirə salınmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 229.2-ci maddəsinə əsasən məsələyə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iş üzrə əlavə qətnamə çıxarılmalı və iddia rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 229.1, 229.1.1 və 229.1.3-cü maddələrinə əsasən iş üzrə qətnamə çıxarmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi ilə və ya onları xəbərdar edərək öz təşəbbüsü ilə işdə iştirak edən şəxslər tələblərdən hər hansı biri üzrə sübutlar təqdim etmiş və izahatlar vermişlərsə, bu tələblər barədə qətnamə çıxarılmamışsa və məhkəmə xərcləri haqqında məsələ hakim tərəfindən həll edilməmişsə əlavə qətnamə çıxara bilər. iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Oğuz Rayon İcra Hakimiyyəti başçısının Kərimli İcra Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli AZ-İİ № 365579 saylı nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə X2 xx.xx.2021-ci il tarixdə nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 03 nömrəsi ilə qeyd edilmiş, nikaha daxil olduqdan sonra arvada Kərimova soyadı verilmişdir. -Sumqayıt Asan Xidmət X1 xx.xx.2021-ci il tarixli 05/Q-682-76 saylı məktubundan görünür ki, Cavabdeh İddiaçı qeydiyyat şöbəsinə gəlməməsi səbəbindən məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İşin materiallarında olan 02 noyabr 2021-ci il tarixli məhkəmə iclas protokolundan iddiaçı-cavabdeh İddiaçı belə izahat vermişdir: Məhkəməyə bildirirəm ki, mən Kərimova (Rəsullu) Turanə Kamran qızına qarşı iddia qaldıraraq Azərbaycan Respublikası Ailə Məcəlləsinin 26.1.3-cü və digər maddələri əsasında aramızdakı xx.xx.2021-ci il tarixdə bağlanmış nikahın etibarsız sayılmasını xahiş etmişəm. Kərimova (Rəsullu) Turanə Kamran qızı öz iddia ərizəsində dolayı şəkildə bildirir ki, guya mən “kişi” deyiləm və bu nikaha daxil olmaq arzusu olmamış, məqsədi qürurunu sübut etmək olmuşdur. Bu, tamamilə ağ yalandır. Kərimova (Rəsullu) Turanə Kamran qızının bu iddiasının sübut olunması üçün məhkəmənin tibbi ekspertiza keçirməsi zəruridir. Bundan başqa mən özüm sərbəst qaydada EuroMed Tibb Mərkəzində xx.xx.2021-ci il tarixində “testeron” analizi verərək müayinədən keçmişəm, həmin EuroMed Tibb Mərkəzinin verdiyi arayışdan da bir daha sübut olunur ki, Kərimova (Rəsullu) Turanə Kamran qızının öz iddia ərizəsində dolayı şəkildə bildirdiyi guya mənim “kişi” olmadığım, bu nikaha daxil olmaq arzumun olmadığını və məqsədimin qürurumu sübut etmək olduğu iddiası tamamilə yalandır. Bütün bunlardan məlum olduğu kimi, mən nikaha daxil olmaq arzusunda olmuşam. Amma bilsəydim ki, nikaha daxil olarkən Kərimova (Rəsullu) Turanə Kamran qızı “bakirə” deyil, mən həmin nikaha qətiyyən daxil olmayacaqdım. Yəni Kərimova (Rəsullu) Turanə Kamran qızı məni aldadaraq, mənə qarşı hiylə işlədərək bu nikahın bağlanmasına nail olmuşdur. Ailə Məcəlləsinin 26.1.3-cü maddəsinə əsasən mənim həmin nikahın etibarsız sayılmasını tələb etməyə subyektiv hüququm və hüquqi əsasım mövcuddur. Belə bir durumda Kərimova (Rəsullu) Turanə Kamran qızının həmin nikahın etibarsız sayılmasını tələb etməyə subyektiv hüququ olmadığı kimi, hüquqi əsası da yoxdur. Belə ki, mən iddiaçı ilə valideynlərimin təkidi ilə ailə qurmuşam. Ona görə də göstərilənlərə əsasən iddia ərizəmin əsaslandırıcı hissəsini qəbul etmirəm, iddia tələbini isə nikahın etibarsız hesab edilməsini qəbul edirəm. İddiaçı-cavabdeh Kərimova (Rəsullu) Turanə Kamran qızı belə izahat vermişdir: Məhkəməyə bildirirəm ki, iddiaçı valideynlərinin təkidi ilə cavabdeh İddiaçı ilə nikaha daxil olmuşdur. Cavabdeh İddiaçı ilə iddiaçı Cavabdeh nikahı xx.xx.2021-ci il tarixdə qeydə alınsa da, iddiaçının ailə qurmaq niyyəti olmamışdır. Belə ki, nikaha daxil olduğu gündən cavabdeh iddiaçıya qarşı soyuq olmuş, heç bir münasibətdə olmamış və birgə nikah dövründə heç bir əsaslı səbəb olmadan aralarındakı münasibətlər kəskinləşmişdir. İddiaçı ailə qurmaq niyyətinin olmaması nikah bağlandıqdan sonra iddiaçıya məlum olmuşdur. Belə ki, cavabdehin əvvəl iddiaçıya münasibəti normal olmuş, lakin nikaha daxil olduqdan sonra soyuq davranmağa başlamışdır. Tərəflər arasında ər-arvad münasibəti olmamışdır, tərəflər ayrı yaşayır. Sonradan iddiaçıya cavabdehin öz qürurunu cəmiyyətdə qorumaq üçün iddiaçı ilə nikaha girmək istəməsi məlum olmuşdur. Belə ki, cavabdeh iddiaçının qüruru ilə oynamış, özünü ondan kənar saxlamış, bununla da cavabdehin həyatını məhv etmişdir. Bütün bunların nəticəsidir ki, cavabdeh iddiaçı ilə saxta nikaha daxil olmuşdur. İddiaçı cavabdehin niyyətini bilmiş olsa idi, onunla əvvəl cavabdeh özünü normal aparmış, qətiyyən nikaha girməyə razı olmazdı. Nikahdan əvvəl cavabdeh özünü normal aparmış, bununla da iddiaçını aldatmış, bir sözlə, özünü cəmiyyətə sübut etmək xatirinə iddiaçının həyatını məhv etmişdir. Tərəflər arasında toy olmamışdır. Bu səbəbdən də iddiaçı nikahının bağlandığı andan etibarsız hesab edilməsini zəruri sayır. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edirəm. Həmçinin işin materiallarından görünür ki, iddiaçı-cavabdeh İddiaçı digər iddiaçıya münasibətdə məhkəmə ekspertizası təyin edilməsi barədə vəsatəti təmin edilməmişdir. Məhkəmə işin materiallarını araşdırıb, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı nikahın etibarsız sayılması tələbinə dair iddia ərizəsinin dəlilləri işin məhkəmə baxışında sübut olunmadığından onun iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 2-ci maddəsinə əsasən nikah qadınla kişinin könüllülüyü əsasında bağlanılır. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən bu məcəllənin 10—12-ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. Həmin Məcəllənin 25.4-cü maddəsinə əsasən etibarsız hesab edilmiş nikah onun bağlandığı gündən etibarsız sayılır. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 229, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı nikahın etibarsız sayılması tələbinə dair iddia təmin edilməsin. Qətnamədən bir ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-3536/2022
Abşeron Rayon Məhkəməsi Əlavə qətnamə — İş №2(012)-3536/2022
09.12.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver