Məhkəmə qərarları › İş №2(012)-3547/2020

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3547/2020

12.10.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3547/2020 12.10.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi iddia tələbinə dair mülki işə xx xxxxxxx 2020-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh azyaşlı oğlu X5 ilə birlikdə iddiaçıya məxsus ünvan 1 (yeni qaydalarla Xırdalan şəhəri, Səttərxan küçəsi, ev 54) ünvanındakı fərdi yaşayış evinə istifadə hüquqlarının itirilmiş hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Aşırova X3 rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 6-cı küçə, ev 83 ünvanındakı fərdi yaşayış evini xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən cavabdehin rəsmi razılığı ilə anasından almışdır. Bu barədə reyestrdən çıxarış və texniki pasport da verilmişdir. İddiaçı həmin ünvana köçmüşdür və hazırda orada yaşayır. Hazırda Cavabdeh və onun azyaşlı övladı X5 başqa ünvanda yaşasalar da, hazırkı fərdi yaşayış evində qeydiyyatdadırlar. Cavabdehə bu barədə məlumat verilməsinə baxmayaraq, həmin fərdi yaşayış evindən qeydiyyatdan çıxmaq istəmir və nəticədə iddiaçının mülkiyyət hüquqlarını pozaraq ona əlavə problemlər yaradır. Bu səbəbdən də məhkəməyə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlmədi və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat vermədi. Məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia qismən təmin edilməlidir. Mülki işin materiallarında olan ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2020ci il qeydiyyat tarixli çıxarışın surətindən və ƏMDK yanında DƏDRX 4 saylı X6 tərəfindən verilən **********40-10301 reyestr nömrəli Texniki Pasportun surətindən müəyyən olunur ki, ünvan 1 (yeni qaydalarla Xırdalan şəhəri, Səttərxan küçəsi, ev 54) ünvanındakı fərdi yaşayış evinin mülkiyyətçisi İddiaçıdır. Mülki işinmateriallarında olan Sumqayıt “ASAN xidmət” mərkəzi tərəfindən verilən yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, xx.xx.2020-ci il tarixli arayışından müəyyən edilir ki, Cavabdeh və X1 rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 6cı küçə, ev 83 ünvanında qeydiyyatdadırlar. İşin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən edilmişdir ki, Cavabdeh anası İddiaçı ünvan 1 ünvanındakı fərdi yaşayış evini satmış, həmin evə mülkiyyət hüququ iddiaçıya keçmişdir. Lakin, Cavabdeh həmin evə istifadə hüququnu itirsə də, hələ də orada qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə və 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 nömrəli protkolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən əsaslı olduğu üçün qismən təmin edilməlidir. Belə ki, Cavabdeh həmin fərdi yaşayış evində hələ də qeydiyyatda olduğu üçün onun həmin fərdi yaşayış evindən istifadə hüququna məhkəmə qaydasında xitam verilməli, iddia tələbi bu hissədə təmin edilməlidir. İddia tələbinin cavabdehin azyaşlı oğlu X2 həmin fərdi yaşayış evindən istifadə hüququn itirilməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə Qeydiyyat haqqında Qanun”un 2-ci maddəsinə görə on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin, müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Ona görə də, məhkəmə qeyd edir ki, X5 tam hüquqlu subyekt kimi mübahisəli evdən istifadə hüququ əldə etmədiyindən iddia bu hissədə əsassızdır. Lakin iddia ərizəsnin məzmunundan göründüyü kimi iddiaçının bu iddianı qaldırmaqda məqsədi cavabdehin və onun azyaşlı oğlunun mübahisəli evdən qeydiyyat çıxarılmalarıdır. Cavabdehin mübahisəli mənzildən qeydiyyatdan çıxarılmaları məhkəmənin birbaşa səlahiyyətinə aid olmasa da, istifadə hüququnun itirilməsi mənzildən qeydiyyatdan çıxma üçün də əsas hesab edildiyindən, bu tələbə də qətnamədə münasibət bildirilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 358-360/ 362-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı məxsus ünvan 1 (yeni qaydalarla Xırdalan şəhəri, Səttərxan küçəsi, ev 54) ünvanındakı fərdi yaşayış evinə istifadə hüququ itirilmiş hesab edilsin. Qətnamə Cavabdeh və onun azyaşlı oğlu X2 ünvan 1 (yeni qaydalarla Xırdalan şəhəri, Səttərxan küçəsi, ev 54) ünvanındakı fərdi yaşayış evindən qeydiyyatdan çıxarılması üçün əsasdır. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar