Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3568/2023 19.09.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, İlk iddia ərizəsi üzrə iddiaçı, qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı və onun nümayəndəsi-vəkili Nümayəndə1, İlk iddia ərizəsi üzrə cavabdeh, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh2 və onun nümayəndəsi-vəkili Nümayəndə2, İlk və qarşılıqlı iddia ərizələri üzrə Cavabdeh1 nümayəndəsi Nümayəndə3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1nə qarşı müqavilənin etibarsız hesab edilməsi və mənzilin təhvil verilməsi tələbinə dair ilkin, iddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı və Cavabdeh1nə qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 MMC-yə qarşı mənzilin təhvil verilməsi tələbinə dair ilk iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanında yerləşən 5-ci blok, 10-cu mərtəbə, 320 saylı mənzilin Cavabdeh1 MMC-nin qanunsuz sahibliyindən alınıb İddiaçı qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Cavabdeh2 isə öz növbəsində, cavabdehlər İddiaçı və Cavabdeh1 MMC-yə qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, İddiaçı ilə "xxxx" MMC arasında xx.xx.2015-ci il tarixdə bağlanmış müqavilənin Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanında yerləşən binanın 5-ci blok, 10-cu mərtəbə, 320 saylı mənzilə aid hissəsində etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, ilk iddia ərizəsi üzrə iddiaçı, qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53-cü maddəsinin tələblərinə əsasən, ilk iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ilk iddia ərizəsinin qalan hissələrdə saxlanılmaq şərtilə, Cavabdeh2 ilə bağlanmış xx.xx.2022-ci il tarixli, 320 saylı müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ilk iddia ərizəsi üzrə iddiaçı, qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı ilk iddia ərizəsini müdafiə edib, qarşılıqlı iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, o, "xxxx" MMC-nin direktoru X5 ilə xx.xx.2014-cü il tarixdə mənzil tikintisi haqqında müqavilə bağlamış, müqaviləyə əsasən MMC Abşeron Rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə Abşeron rayonu, Xırdalan şəhəri, 5-ci blok, 10-cu mərtəbə, 320 saylı mənzili izolə olunmuş 2 otaqdan ibarət bir pay kimi verməyi öz öhdəsinə götürmüşdür. Müqavilədən də göründüyü kimi, o, "xxxx" MMC-nin direktoruna ilkin olaraq 7000 manat avans ödəmiş və müqavilənin şərtlərinə uyğun olaraq hər ay ödənişlərini vaxtlı-vaxtında etmişdir. Bundan sonra, o, "xxxx" MMC ləğv olunduğuna və onun hüquqi varisi kimi Cavabdeh1 MMC tanındığına görə xx.xx.2019-cu il tarixdə Cavabdeh1 MMCnin direktoru X6 ilə 075 saylı mənzil tikintisi haqqında müqavilə bağlamışdır. Cavabdeh müqaviləyə əsasən, 320 saylı mənzili izolə olunmuş 2 otaqdan ibarət bir pay kimi verməyi öz öhdəsinə götürmüş, o isə ilkin olaraq 25740 manat avans ödəmiş, bundan sonra da müqavilədə də qeyd edildiyi kimi, 08 ay müddətində ödənişlərini mütəmadi olaraq ödəmişdir. Həmçinin, o, MMC-nin direktoruna ərizə ilə müraciət edərək şirkətin "xxxx" MMC adından Cavabdeh1 MMC adına etiraz etmədiyini bildirmişdir. Sənədlərdən də göründüyü kimi, o, bütün ödənişlərini edərək mənzili satın almış və faktiki olaraq mənzil açarla birlikdə təhvil verilmişdir. Buna baxmayaraq, məlum olmuşdur ki, mənzilin açarı dəyişdirilmiş, açarın verilməsi üçün o, şirkətə müraciət etsə də açar ona təqdim edilməmişdir. Buna görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Ona görə də göstərilənlərə əsasən, ilk iddia ərizəsinin təmin olunması, qarşılıqlı iddia ərizəsinin isə təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında ilk iddia ərizəsi üzrə iddiaçı, qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı nümayəndəsi-vəkili Nümayəndə1 İddiaçı izahatı ilə eyni məzmunlu izahat vermişdir. Məhkəmə iclasında ilk iddia ərizəsi üzrə cavabdeh, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh2 qarşılıqlı iddia ərizəsini müdafiə edib, ilk iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, o, Cavabdeh1 MMC ilə xx.xx.2022-ci il tarixdə 320 saylı müqavilə bağlamış və Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanında yerləşən binanın 5-ci blok, 10-cu mərtəbə, 320 saylı, 77.36 kv ümumi sahəsi olan mənzilin dəyəri 46000 manat nağd şəkildə ödənilmişdir. Bununla bağlı Cavabdeh1 MMC tərəfindən maliyyə arayışı verilmişdir. Mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. Sahiblik, faktiki vəziyyət olduğuna görə, onun varlığı nəticəsinə gəlmək üçün hüquqi sənədləşmə ilə yanaşı, şəxsin əşyanı real şəkildə öz təsirində saxlamasını göstərən hərəkətlər mövcud olmalıdır ki, bu hərəkətlər artıq onun tərəfindən həyata keçirilmişdir. Ona görə də göstərilənlərə əsasən, qarşılıqlı iddia ərizəsinin təmin olunması, ilk iddia ərizəsinin isə təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında ilk iddia ərizəsi üzrə cavabdeh, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh2 nümayəndəsi-vəkili Nümayəndə2 Cavabdeh2 izahatı ilə eyni məzmunlu izahat vermişdir. Məhkəmə iclasında ilk və qarşılıqlı iddia ərizələri üzrə Cavabdeh1 MMC-nin nümayəndəsi Nümayəndə3 ilk iddia ərizəsini qəbul etməyib, qarşılıqlı iddia ərizəsini müdafiə edərək ilk iddia ərizəsinin təmin olunmaması, qarşılıqlı iddia ərizəsinin isə təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Mülki Prosessual Məcəllənin: 62.1-ci maddəsinə əsasən, məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. 76.1-ci və 76.2 maddələrinə əsasən, işdə iştirak edən şəxslərin izahatları, eləcə də şahidlərin ifadələri sübutların bir növü kimi qəbul edilir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 məhkəmə iclasında verdiyi ifadəsində bildirmişdir ki, o, İddiaçı sinif yoldaşıdır. O, mütəmadi olaraq, İddiaçı ilə telefon əlaqəsi saxlamış və ünvan 2 ünvanında yerləşən 320 saylı mənzilin alınması barədə məlumat almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 məhkəmə iclasında verdiyi ifadəsində bildirmişdir ki, onun İddiaçı qaynı ilə qonşuluq münasibətləri vardır. Bu səbəbdən də, İddiaçı ünvan 2 ünvanında yerləşən mənzilin alınması barədə məlumatı vardır. Məhkəmə tərəflərin izahatını, şahid ifadələrini dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, ilk iddia ərizəsi təmin, qarşılıqlı iddia ərizəsi isə təmin edilməməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -İcraçı "xxxx" MMC ilə alıcı İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli “Mənzil tikintisi haqqında müqavilə”nin surətindən görünür ki, icraçı Abşeron Rayon İcra Hakimiyyətinin xx.xx.2014-cü il tarixli, 147 saylı sərəncamı ilə Abşeron rayonu, Xırdalan şəhəri, V blok, 7-ci mərtəbə, izolə olunmuş iki otaqdan ibarət 320 saylı mənzili bir pay kimi payçıya verməyi, payçı isə müqavilədə göstərilmiş mənzili qəbul etməyi və dəyərini tam şəkildə ödəməyi öz öhdəsinə götürmüşdür. -İcraçı Cavabdeh1 MMC ilə alıcı İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 075 saylı “Mənzil tikintisi haqqında müqavilə”dən görünür ki, icraçı Abşeron Rayon İcra Hakimiyyətinin xx.xx.2016-cı il tarixli, 38 saylı sərəncamı ilə ünvan 2 ünvanındakı V blok, 10-cu mərtəbə, izolə olunmuş iki otaqdan ibarət 320 saylı mənzili bir pay kimi payçıya verməyi, payçı isə müqavilədə göstərilmiş mənzili qəbul etməyi və dəyərini tam şəkildə ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin 3-cü bəndinə əsasən, mənzilin sahəsi 77.36 kv.m təşkil etməklə 1 kv.mnin dəyəri 540 manat, mənzilin ümumi dəyəri isə 41774 manat təşkil edir, payçı mənzilin dəyərindən 25740 manat ödəniş etməklə qalıq qalan ödəniş məbləğini 8 ay ərzində hər ay 2000 manat olmaqla hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. -İcraçı Cavabdeh1 MMC ilə alıcı Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 320 saylı “Mənzil tikintisi haqqında müqavilə”nin surətindən görünür ki, icraçı Abşeron Rayon İcra Hakimiyyətinin xx.xx.2016-cı il tarixli, 38 saylı sərəncamı ilə ünvan 2 ünvanındakı V blok, 10-cu mərtəbə, izolə olunmuş iki otaqdan ibarət 320 saylı mənzili bir pay kimi payçıya verməyi, payçı isə müqavilədə göstərilmiş mənzili qəbul etməyi və dəyərini tam şəkildə ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin 3-cü bəndinə əsasən, mənzilin sahəsi 77.36 kv.m təşkil etməklə 1 kv.mnin dəyəri 594.62 manat, mənzilin ümumi dəyəri isə 46000 manat təşkil edir, mənzilin dəyəri payçı tərəfindən tam şəkildə ödənilmişdir. -Cavabdeh1 MMC tərəfindən verilmiş maliyyə arayışının surətindən görünür ki, Cavabdeh1 MMC-yə məxsus olan ünvan 2 ünvanında inşa edilən yaşayış binasının V blok, 10-cu mərtəbə, ümumi sahəsi 77.36 kv.m olan iki otaqdan ibarət 320 saylı mənzilin pay dəyəri payçı Cavabdeh2 tərəfindən 46000 manat olmaqla tam şəkildə ödənilmişdir. Məhkəmə ilkin və qarşılıqlı iddia ərizələrinə hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, ünvan 2 ünvanında inşa edilən yaşayış binasının V blok, 10-cu mərtəbə, ümumi sahəsi 77.36 kv.m olan iki otaqdan ibarət 320 saylı mənzilə dair müxtəlif tarixlərdə, yəni, xx.xx.2019-cu il tarixdə (xx.xx.2014) və xx.xx.2022-ci il tarixdə mənzil alqı-satqısı müqaviləsi bağlanaraq müqavilə tərəfləri qismində alıcı - ilkin İddiaçı və qarşılıqlı iddiaçı Cavabdeh2 tanınmışdır. Hazırda, mənzil alqı-satqı müqavilələrinin alıcıları olan ilkin və qarşılıqlı iddiaçılar digər tərəflə bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini məhkəmədən xahiş etmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlanacaq): 324.1. maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2. maddəsinə əsasən, əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.4. maddəsinə əsasən, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 324.5. maddəsinə əsasən, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 324.6. maddəsinə əsasən, əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “T.Qasımovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 10 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılması”na dair 01 dekabr 2020-ci il tarixli Qərarındakı hüquqi mövqeyə görə, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qanunvericiliyin mülkihüquqi öhdəliklərin ən mühüm yaranma əsası olan əqdlər, onların etibarsızlığı, o cümlədən aldatma nəticəsində bağlanmış əqdlərin etibarsızlığı ilə bağlı normaları nəzərdən keçirilməlidir. Qeyd olunmalıdır ki, müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). Mülki Məcəllənin 337-ci maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Mülki Məcəllənin 405.1. maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Belə ki, mülki iş materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixli və xx.xx.2022-ci il tarixli mənzil alqı-satqı müqavilələrinin predmetini ünvan 2 ünvanında inşa edilən yaşayış binasının V blok, 10-cu mərtəbə, ümumi sahəsi 77.36 kv.m olan iki otaqdan ibarət 320 saylı mənzili təşkil edir ki, həmin mənzilin dəyəri xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, 41774 manat, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən isə 46000 manat müəyyən edilməklə mənzilin dəyəri alıcılar tərəfindən ödənilməklə onlara bu barədə maliyyə arayışı təqdim edilmişdir. Təqdim edilmiş həmin arayışlara əsasən, mübahisəli mənzilin dəyəri tam ödənilməklə alıcıların MMC-yə borcunun olmaması öz təsdiqini tapmışdır. Başqa sözlə, mülki iş üzrə tərəflərin etibarsız hesab edilməsini xahiş etdiyi, mənzilə dair bağlanmış müqavilələr əsasında mübahisəli mənzil ayrı-ayrı vaxtlarda müxtəlif şəxslərə satılmış, mənzilin alıcıları qismində çıxış edən hazırki iş üzrə tərəflər müqavilə öhdəliklərini icra etmişlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 05 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 aprel 2021-ci il tarixli Qərarındakı hüquqi mövqeyə əsasən, yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: əqdin subyekt tərkibinə dair şərtlər; əqdin məzmununa dair şərtlər; əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; əqdin formasına dair şərtlər. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, hər hansı əqdin, o cümlədən alğı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir. Mülki Məcəllənin 324.5-ci maddəsinə əsasən, iradə ifadəsinin təfsiri zamanı onun hüquqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmçinin, Məcəllənin 404-cü maddəsi müqavilə şərtlərinin təfsiri zamanı məhkəmənin təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsinin nəzərə alınmalı olduğunu müəyyən etmişdir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla müəyyənləşdirilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr tarixli Qərar) Beləliklə, məhkəmə Plenum Qərarındakı hüquqi mövqeyə istinad edərək, mülki iş materiallarına əlavə olunmuş alqı-satqı müqavilələrinin etibarlı hesab edilməsi üçün əsas olan şərtlərə nəzər yetirərək müəyyən etmişdir ki, mübahisəli mənzilə dair bağlanmış xx.xx.2019-cu il tarixli və xx.xx.2022-ci il tarixli alqı-satqı müqavilələri həmin əqdlərin etibarlı hesab edilməsinə əsas olan şərtlərə cavab versə də, tərəflər müqavilənin bütün mühüm şərtlərinə, yəni, subyekt tərkibinə, əqdin formasına və məzmununa dair şərtlərə cavab vermiş olsa da, müqavilə tərəflərinin iradə sərbəstliyi, hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi nöqteyi-nəzərindən şübhə doğurur ki, məhkəmə bununla bağlı da aşağıdakıları qeyd edir: Mülki Məcəllənin 390.1. maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Belə ki, MMC mənzilin ilk sahibinin İddiaçı olduğu və bildiyi halda, mənzilin bağlanma tarixindən sonra, yəni, xx.xx.2022-ci il tarixdə Cavabdeh2 ilə mənzil alqı-satqısına dair müqavilə bağlamaqla qanunvericiliyin tələblərinə zidd hərəkət etmiş, müqavilənin etibarlı hesab edilməsi üçün zəruri şərtlərə cavab verməmişdir. Beləliklə, qarşılıqlı iddiaçı Cavabdeh2 ilə xx.xx.2022-ci il tarixdə mübahisəli mənzilə dair növbəti dəfə alqı-satqı müqaviləsi bağlamaqla mənzili ikinci dəfə satmış Cavabdeh1 MMC mənzilin ilk sahibi olduğu halda bilərəkdən qanunvericiliyin tələblərini pozduğundan bağlanmış ikinci müqavilə də iradə ifadəsinin zədələnməsi yolu ilə tərtib olunmuşdur. Başqa sözlə, həmin əqdin etibarsızlığı ilkin iddiaçı tərəfindən məhkəmə qaydasında mübahisələndirilmişdir ki, bu da əqdin etibarsız hesab edilməsinə əsasdır, yəni, qeyd olunan əqd “iradə ifadəsinin zədələnməsi” ilə tərtib olunmuş və bağlandığı andan da etibarsız hesab edilməlidir. Mülki Məcəllənin: 337.1 maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. maddəsinə əsasən, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.4. maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Məhkəmə qarşılıqlı iddia ərizəsi ilə bağlı qeyd edir ki, qarşılıqlı iddiaçı Nəzərov X4 rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi 1 ünvanında inşa edilən yaşayış binasının V blok, 10-cu mərtəbə, ümumi sahəsi 77.36 kv.m olan iki otaqdan ibarət 320 saylı mənzilə dair xx.xx.2022-ci il tarixdə müqavilə bağlandığını iddia edərək ilk İddiaçı ilə bağlanmış xx.xx.2019-cu il tarixli müqavilənin etibarsız hesab edilməsini xahiş etmişdir. Belə ki, məhkəmə araşdırması zamanı İddiaçı ilə bağlanmış xx.xx.2019-cu il tarixli müqavilənin qanunvericiliyin tələblərinə uyğun olan formada bağlanması, Cavabdeh2 ilə bağlanmış müqavilənin isə qanunvericiliyin tələblərinə uyğun olmayan formada bağlanması, nəticə etibarı ilə qeyd olunan halın sonuncu müqavilənin etibarsız hesab edilməsinə əsas olması öz təsdiqini tapdığından ilk iddia ərizəsi təmin edilməli, Cavabdeh2 ilə bağlanmış xx.xx.2022-ci il tarixli müqavilə etibarsız hesab edilməli, İddiaçı ilə bağlanmış müqavilənin etibarsız hesab edilməsinə dair qarşılıqlı iddia ərizəsi isə təmin edilməməlidir. Mülki Məcəllənin 337.5.-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmalı, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidirlər. Etibarsız əqdlər üzrə tərəflərdən hər biri əqd üzrə aldıqlarını geri qaytarmalı olduqlarından xx.xx.2022-ci il tarixli mənzil alqı-satqısı haqqında müqaviləyə əsasən, mübahisəli mənzilin dəyəri olaraq 46000 manat pul vəsaitinin qarşılıqlı iddiaçı Cavabdeh2 tərəfindən ödənilməsi və sonuncunun borcunun olmaması maliyyə arayışı ilə öz təsdiqini tapdığından, nəticə etibarı ilə, həmin tərəflər arasında bağlanmış müqavilə etibarsız hesab edildiyindən sonuncu müqavilə üzrə tərəflər əvvəlki vəziyyətə qaytarılmaqla Cavabdeh1 MMC-dən mənzilin dəyərinə görə ödənilmiş 46000 manat pul vəsaiti alınaraq Cavabdeh2 geri qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin:
107. maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi rədd edildiyindən həmin tələb üzrə ödənilmiş dövlət rüsumunun məbləği qarşılıqlı iddiaçının özünə, ilk iddia tələbi isə təmin edildiyindən ilk iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu ilk iddiaçı tərəfindən tələb edilmədiyindən onun özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 358- 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə,
QƏT ETDİ: İlk iddia ərizəsi təmin edilsin. Cavabdeh2 ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli “Mənzil tikintisi haqqında” müqavilə etibarsız hesab edilsin. ünvan 2 ünvanında inşa edilən yaşayış binasının V blok, 10-cu mərtəbə, ümumi sahəsi 77.36 kv.m olan iki otaqdan ibarət 320 saylı mənzili MMC-nin qanunsuz sahibliyindən alınaraq İddiaçı təhvil verilsin. İddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı və Cavabdeh1 MMC-yə qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Habil Əhmədov