Məhkəmə qərarları › İş №2(012)-3570/2024

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-3570/2024

31.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-3570/2024 31.05.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Məmmədov Elman Tofiq oğlu, Ərizəçi maraqlı şəxs 1 saylı Sumqayıt regional “ASAN Xidmət” X1rşı «mövcud adın eyniləşdirilməsi və kötük sənəddə düzəliş edilərək yeni doğum haqqında şəhadətnamənin verilməsi» barədə ərizəsini və ərizəsinə əlavə edilmiş sənədləri nəzərdən keçirərək, МÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 161.1-ci maddəsinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 26-cı maddəsinə əsasən mövcud adının (Arif) eyniləşdirilməsi haqqında və kötükdə də bu adın qeyd edilərək doğum haqqında şəhadətnamənin yenisi ilə əvəz olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, ərizəyə məhkəmə qaydasında baxılmalı olmadığından iddianın yolverilməzliyinə görə ərizənin qəbul edilməsindən imtina olunmalıdır. Belə ki,məhkəmə qaydsında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsi ilə tənzimlənir. Lakin,qeyd olunan maddənin normalarını nəzərdən keçirikdə,ərizəçinin hal-hazırda məhkəmə qaydasında müəyyən olunması xahiş olunan tələbin Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsi ilə nəzərdə tutulmadığı müəyyən edilir. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, ərizəçinin doğum haqqında akt qeydində dəyişiklik edilməsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161-ci maddəsinin tələbinə uyğun həll edilməlidir və həmin maddənin tələbinə uyğun olaraq müvafiq orqanlara müraciət edilməlidir. Ona görə də məhkəmə hesab edir ki, ərizəçi doğum haqqında akt qeydində düzəliş edilməsi üçün zəruri sənədləri təqdim etməklə müvafiq qeydiyyat şöbəsinə, qeydiyyat şöbəsinin imtinasından isə inzibati qaydada yuxarı orqana və ya yurisdiksiya üzrə müvafiq inzibati məhkəməyə müraciət etməlidir. Azərbayсan Respublikası Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə görə ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Şərh оlunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 153, 263, 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Ərizəçi maraqlı şəxs 1 saylı Sumqayıt regional “ASAN Xidmət” X1rşı «mövcud adın eyniləşdirilməsi və kötük sənəddə düzəliş edilərək yeni doğum haqqında şəhadətnamənin verilməsi» barədə ərizəsindən iddianın yolverilməzliyinə görə imtina olunsun. Ərizəni qəbul etməkdən imtina barədə qərardad iddia ərizəsinə əlavə olunmuş bütün sənədlərlə birlikdə Ərizəçi rəsmi qaydada verilsin. Ərizəçiyə doğum haqqında akt qeydində düzəliş edilməsi üçün zəruri sənədləri təqdim etməklə müvafiq qeydiyyat şöbəsinə, qeydiyyat şöbəsinin imtinasından isə inzibati qaydada yuxarı orqana və ya yurisdiksiya üzrə müvafiq inzibati məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan 10 gün müddətində şikayət verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar