Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3571/2020 16.11.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Şahbazov Abdulla Tofiq oğlunun katibliyi ilə, İddiaçı nümaayəndəsi X1, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «mənzildən çıxarılma» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 qarşı «mənzildən çıxarılma» tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 adlı kənar şəxsi ailəsi ilə birlikdə “xxxx” Sosial Müəssisəində yerləşən 2-ci binada Elmurzayeva Həcər XXX qızının adına olan 8 saylı mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı sonradan iddia tələbinə dəqiqləşmə verərək, Cavabdeh1, həyat yoldaşı Cavabdeh2 və uşaqları ilə birlikdə İddiaçındə yerləşən 2-ci binada Elmurzayeva Həcər XXX qızının adına olan 8 saylı mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X2 iddia tələbini onunla əsaslandırmışdır ki, xxxx sosial müəssisə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nəzdində yaradılmış qeyri-kommersiya hüquqi şəxsdir. Həmin müəssisə dövlət uşaq müəssisələrinin valideyn himayəsindən məhrum olunmuş məzunları üçün nəzərdə tutulmuşdur. Dövlət Sosial Müdafiə Fondunun nəzdində İddiaçı ilə Elmurzayeva Həcər XXX arasında xx.xx.2017-ci il tarixdə bağlanmış 02/08 nömrəli yaşayış sahəsinin əvəzsiz istifadə müqaviləsinə əsasən İddiaçı 8 nömrəli mənzildə yerləşən, ümumi sahəsi 40 kv.metrdən, yaşayış sahəsi 40 kv. metrdən ibarət 1 (bir) otaqlı təmirli mənzil Həcər Elmurzayevanın istifadəsinə verilmişdir. Həmin mənzil Həcər Elmurzayevanın istifadəsində olduğu halda xx.xx.2020-ci il tarixdə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və uşaqları İddiaçındə yerləşən 2-ci binada Elmurzayeva Həcər XXX qızının adına olan 8 saylı mənzilə qanunsuz daxil olaraq yaşayırlar. Cavabdehlərin həmin mənzildə qanunsuz yaşamaqları onların mülkiyyətlərindən sərbəst istifadə etmə hüquqlarını məhdudlaşdırır və ona görə iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etmədiyini bildirdi. Qeyd etdi ki, hazırda yaşamağa yerləri olmadığndan həmin mənzil isə boş olduğundan ora yerləşmişdirlər. Dəfələrlə İddiaçınə müraciət etmələrinə baxmayaraq onlara yaşamaq üçün yer verməmişlər. Yalnız onlara müvəqqəti sığınacaq yerləri təklif edilmişdir ki, həmin təkliflə razılaşmamışlar. Hazırda qaldıqları mənzilin başqasının olduğunu bilirlər. Yaşamağa yerləri olmadığı üçün mənzildən çıxmaq fikirləri yoxdur. Ona görə də iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, digər Cavabdeh1 məhkəmə iclaslarına gəlməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5. maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və ona əlavə edilmiş sübutları nəzərdən keçirərək, iş üzrə toplanılmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nəzdində İddiaçı ilə Elmurzayeva Həcər XXX arasında xx.xx.2017-ci il tarixdə bağlanmış 02/08 nömrəli Yaşayış sahəsinin əvəzsiz istifadə müqaviləsinin surətindən görünür ki, Kirayə verən (Fond) ünvan 1 ünvanında yerləşən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nəzdində dövlət uşaq müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunları üçün İddiaçı 8 nömrəli mənzildə yerləşən, ümumi sahəsi 40 kv.metrdən, yaşayış sahəsi 40 kv. metrdən ibarət 1 (bir) otaqlı təmirli, tam əşyalı yaşayış sahəsini əvəzsiz olaraq yaşamaq üçün müqavilə ilə müəyyən edilmiş şərtlərlə Kirayəçinin istifadəsinə verməyi öhdəsinə götürür. -xx.xx.2015-ci il tarixdə Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nəzdində dövlət uşaq müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunları üçün İddiaçı Nizamnaməsinin surətindən görünür ki, Müəssisə "Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nəzdində dövlət uşaq müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunları üçün "xxxx" Sosial Müəssisəsinin yaradılması və istismarı ilə bağlı məsələlər haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 mart tarixli 90 nömrəli qərarı ilə yaradılmışdır, qeyri-kommersiya hüquqi şəxsdir, müvafiq xəzinə hesabına, üzərində Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri və öz adı həkk olunmuş möhürə, ştampa və digər rekvizitlərə malikdir. Müəssisənin tam rəsmi adı: Azərbaycan Respublikasının Əmək və Əhalinin x s:al Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nəzdində dövlət uşaq müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunları üçün "xxxx' Sosial Müəssisəsidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nəzdində İddiaçı ilə Elmurzayeva Həcər XXX arasında xx.xx.2017-ci il tarixdə bağlanmış müqavilə əsasında həmin müəssənin 8 saylı mənzili Həcər Elmurzayevanın istifadəsinə verilmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və uşaqları İddiaçındə yerləşən 2-ci binada Elmurzayeva Həcər XXX qızının adına olan 8 saylı mənzilə xx.xx.2020-ci il tarixdə icazəsiz olaraq daxil olmuş və yaşayırlar. Ona görə də iddiaçı mülkiyyət hüququ ilə Dövlətə məxsus olan İddiaçı mənzilindən qeyri- qanuni yaşayan cavabdehlərin çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə ilk olaraq qeyd edir ki, tədqiq edilmiş sənədlərdən və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nəzdində dövlət uşaq müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunları üçün İddiaçı Nizamnaməsindən görünür ki, həmin “xxxx” Dövlət Sosial Müdafiə Fondunun nəzdində yaradılan qeyri-kommversiya hüquqi şəxsdir, özünün rekvizitlərinə malikdir və xüsusi mənzil fonduna aiddir. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (bundan sonra Mənzil Məcəlləsi) 17.2.1. maddəsinə əsasən fiziki və hüquqi şəxslərin mülkiyyətində olan yaşayış sahələrinin məcmusu xüsusi mənzil fonduna aiddir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İşin araşdırılan hallarından, tərəflərin izahatından və tədqiq edilmiş sənədlərdən müəyyən olunur ki, İddiaçı ilə Elmurzayeva Həcər XXX arasında bağlanməş müqavilə əsasında mənzil xx.xx.2017-ci il tarixdə Həcərin yaşaması üçün istifdəsinə verilməsinə baxmayaraq cavabdehlər uşaqları ilə birlikdə mülkiyyətçinin və mənzilin istifadəçisinin iradəsi əleyhinə olaraq mübahisəli mənzilə girərək yaşamağa davam etmişlər. Bu isə mənzilin mülkiyyətçisinin və istifadəçisinin mənzilə dair istifadə, sahiblik və mülkiyyət hüquqularını pozmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsini (bundan sonra Mülki Məcəllə) 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı İ˝nsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında˝ Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, ˝hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz˝. Mənzil Məcəlləsinin; 2.1. maddəsinə əsasən fiziki və hüquqi şəxslər mənzil hüquqlarını öz mülahizəsinə görə və mənafeləri üçün həyata keçirir, o cümlədən onlar barəsində sərəncam verir. Fiziki və hüquqi şəxslər müqaviləyə və (və ya) mənzil qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslara görə özlərinin mənzil hüquqlarının müəyyənləşdirilməsində və həyata keçirilməsində azaddırlar. Mənzil hüquqlarını həyata keçirərkən və mənzil münasibətlərindən irəli gələn vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslər digərlərinin hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdırlar. 5.1. Hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Qanunla müəyyən edilmiş hallar və ya məhkəmə qərarı istisna olmaqla, mənzildə yaşayanların iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz. 5.2. Mənzilə orada yaşayanların razılığı olmadan daxil olmağa qanunla nəzərdə tutulmuş hallarda və qaydada qəza vəziyyəti, təbii fəlakət, kütləvi iğtişaş zamanı və ya fövqəladə xarakterli digər şəraitdə yalnız vətəndaşların həyatı və (və ya) onların əmlakının xilas edilməsi, onların şəxsi təhlükəsizliyi və ya ictimai təhlükəsizliyin təmin edilməsi, habelə cinayət törədilməsində şübhəli bilinən şəxslərin saxlanılması, törədilməsində şübhə olmayan cinayət faktlarının qarşısının alınması və ya törədilmiş cinayətin, yaxud baş vermiş bədbəxt hadisənin şəraitinin müəyyənləşdirilməsi məqsədilə yol verilir. Beləliklə məhkəmə, tərəflərin izahatını dinləyib, tədqiq edilmiş sübutlarla əlaqəli şəkildə qiymətləndirib, qanunvericiliyin normalarını nəzərə alaraq hesab edir ki, məhkəmə araşdırılması zamanı tam sübuta yetirildi ki, cavabdehlər iddiaçıya məxsus mənzilə onun iradəsi əleyhinə qanunsuz olaraq daxil olmuş və beləliklə iddiaçının mənzilə dair mülkiyyət hüquqlarını, eyni zamanda müqavilə əsasında mənzildən istifadə edən istifadəçinin mənzil hüquqlarını pozmuşdur. Ona görə də iddiaçının iddia tələbi əsaslı olduğundan təmin edilməli, cavabdehlər Cavabdeh1, həyat yoldaşı Cavabdeh2 və uşaqları ilə birlikdə İddiaçındə yerləşən 2-ci binada Elmurzayeva Həcər XXX qızına müqavilə əsasında verilmiş 8 saylı mənzildən çıxarılmalıdırlar. Azərbaycan Respublikası MPM-nin; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, İddiaçı tərəfindən iddia ərizəsində cavabdehlərdən dövlət rüsumu tələb edilmədiyindən dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası MPM-nin; 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 4-cü, 7-ci, 14-cü, 36cı, 77-ci, 88-ci, 149-cu, 150-ci və 216-236-cı maddələrinə əsaslanaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1, həyat yoldaşı Cavabdeh2 və uşaqları ilə birlikdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nəzdində İddiaçındə yerləşən 2-ci binada Elmurzayeva Həcər XXX qızının adına olan 8 saylı mənzildən çıxarılsınlar. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-3571/2020
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3571/2020
16.11.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver