Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-358/2022 01.03.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı vəkili-nümayəndəsi Vəkil, Cavabdeh MTK-nın nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı «mənzilin təhvil verilməsi və mənzildə təmir işlərinin aparılmasına maneçilik törədilməməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda inşa olunmuş yaşayış binasının 3-cü girişində, 11-ci mərtəbədə 1 otaqlı, ümumi sahəsi 43,3 kvadrat metr olan, 61 saylı mənzilin ona təhvil verilməsi və mənzildə təmir işlərinin aparılmasına maneçilik törədilməməsi vəzifəsinin Cavabdeh MTK-ya həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı vəkili-nümayəndəsi Vəkil məhkəmədə iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, İddiaçı "xxxx" MMC-yə məxsus Xırdalan şəhəri M.Ə.Rəsulzadə küçəsi ilə H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda (hazırkı ünvanı M.Ə. Rəsulzadə küçəsi ev 1A inşa olunan yüksək mərtəbəli yaşayış binasından pay barədə 26 may 2009-cu il tarixli, 432 saylı müqavilə bağlayaraq, həmin binanın 3-cü girişində 7-ci mərtəbədə, ümumi sahəsi 43-,4 kv.metr olan, 38 nömrəli 1 otaqlı mənzili almışdır. Müqavilənin şərtinə əsasən mənzil iddiaçıya hər kvadrat metri 383 manat olmaqla, pay kimi verilmiş və mənzilin ümumi dəyəri 16622 manat olmuşdur. Həmin müqavilənin 3.4-cü bəndində müqavilə bağlanarkən mənzilin dəyərinin tam ödənilməsi də nəzərdə tutulduğundan, mənzilin dəyəri iddiaçı tərəfindən tam olaraq ödənilmiş və bu barədə müqavilənin sonunda qeyd aparılmışdır. "xxxx" MMC-nin direktoru Elman Tağıyevlə əlaqədar cinayət işi olduğundan, Elman Tağıyev MMC-nin rəhbərliyindən kənarlaşdırılmış, yerinə X8 direktor təyin edilmişdir. "xxxx" MMC-nin payçılarının ümumi yığıncağının 23.11.2014-cü il tarixil qərarına əsasən "xxxx" MMC-nin yeni direktoru X4 və Payçıların idarə Heyətinin sədri Nizami Cəfərovun imzası ilə payçılara bildiriş göndərilərək, dəqiqləşdirmə aparmaq üçün bağlanmış mənzil müqaviləsinin, ödəniş qəbzlərinin və mühasibat arayışlarının yeni direktora təqdim edilməsi xahiş edilmişdir. "xxxx" MMC-nin direktoru X8 ilə aralarında bağlanmış 25 noyabr 2015-ci il tarixli 11 saylı müqavilə ilə 26.05.2009-cu il tarixli, 432 saylı müqaviləyə dəyişiklik, edilməklə 3cü blok 7-ci mərtəbədə olan 43,3 kv. m. mənzilin əvəzinə, həmin binanın 3-cü blok 11-ci mərtəbəsində yerləşən, 43,3 kv. m. sahəsi olan 61 nömrəli mənzil iddiaçıya verilmiş, həmçinin həmin tarixli razılaşmaya əsasən hər kvadrat metrə görə əlavə 100 manat olmaqla (cəmi 43,3 kv.m x 100 manat = 4330 manat) vəsait ödənilməsi razılaşdırılmışdır. Həmin vəsait də iddiaçının özü və ya qardaşı X5 vasitəsi ilə əvvəl "xxxx" MMC-nin, 2016-cı ilin aprel ayından başlayaraq Cavabdeh MTK-nın kassasına ödənilmişdir. 2016-cı ildən "xxxx" MMC-nin bazasında Cavabdeh yaradılmış və MMC-nin əmlakı və yarımçıq qalmış işləri hüquqi varis kimi “Progress-2016" MTKnə ötürülmüşdür. Hazırda MTK-nın qanuni təmsilçisi və direktoru X3r. Payçılara tikintisi başa çatmış bloklarda olan mənzillərdə təmir işlərinin aparılmasına icazə verilmişdir. X11 müxtəlif bəhanələr gətirərək mənzili mənə təhvil vermək istəmir və mənzildə təmir aparılmasına mane olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsi ilə müəyyən edilmişdir ki, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 178.8-ci maddəsinə görə mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Ona görə belə hesab edir ki, mənzil üzərində iddiaçının sahiblik və istifadə hüququnun tanınması və mənzildə təmir işlərinin aparılmasına maneçilik törədilməməsi vəzifəsi Cavabdehnə həvalə edilməlidir. Qeyd edilənlərə əsasən, o, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh MTK-nın nümayəndəsi X2 məhkəmə iclasında izahatında bildirdi ki, iddia tələbi rədd edilməlidir. Belə ki, 05.09.2017-ci ildə İddiaçı özü mübahisə predmeti olan mənzilin qardaşının adına keçirilməsinə yazılı razılıq vermişdir. Bu haqda ərizə iddiaçının xətti ilə yazılmışdır. Qeyd edilənlərə əsasən, o, iddianın təmin edilməməsini xahiş etdi. İş materiallarında olan 26 may 2009-cu il tarixli, 432 saylı müqavilədən görünür ki, icraçı "xxxx" MMC Xırdalan şəhəri M.Ə.Rəsulzadə küçəsi ilə H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda 12 mərtəbəli yaşayış evinin 7-ci mərtəbəsində, ümumi sahəsi 43,4 kv.metr olan, 38 nömrəli 1 otaqlı mənzili pay kimi payçı İddiaçı verməyi, payçı İddiaçı isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan 25 noyabr 2015-ci il tarixli 11 saylı müqavilədən görünür ki, 26.05.2009cu il tarixli, 432 saylı müqaviləyə dəyişiklik edilməklə 3-cü blok 7-ci mərtəbədə olan 43,3 kv. m mənzilin əvəzinə, həmin binanın 3-cü blok 11-ci mərtəbəsində yerləşən, 43,3 kv. m. sahəsi olan 61 nömrəli mənzil İddiaçı verilmiş, həmçinin həmin tarixli razılaşmaya əsasən hər kvadrat metrə görə əlavə 100 manat olmaqla (cəmi 43,3 kv.m x 100 manat = 4330 manat) vəsait ödənilməsi razılaşdırılmışdır. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş kassa mədaxil orderlərindən görünür ki, İddiaçı ünvan 1 ünvanda inşa olunmuş yaşayış binasının 3-cü girişində, 11-ci mərtəbədə 1 otaqlı, ümumi sahəsi 43,3 kvadrat metr olan, 61 saylı mənzil üçün əlavə pay haqqı olaraq ümumilikdə 4267 manat məbləğində pul ödəmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, 26 may 2009-cu il tarixli, 432 saylı müqaviləyə əsasən, icraçı "xxxx" MMC Xırdalan şəhəri M.Ə.Rəsulzadə küçəsi ilə H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda 12 mərtəbəli yaşayış evinin 7-ci mərtəbəsində, ümumi sahəsi 43,4 kv.metr olan, 38 nömrəli 1 otaqlı mənzili pay kimi payçı İddiaçı verməyi, payçı İddiaçı isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öz öhdəsinə götürmüşdür. 25 noyabr 2015-ci il tarixli 11 saylı müqavilədən göründüyü kimi 26.05.2009-cu il tarixli, 432 saylı müqaviləyə dəyişiklik edilməklə 3-cü blok 7-ci mərtəbədə olan 43,3 kv. m mənzilin əvəzinə, həmin binanın 3-cü blok 11-ci mərtəbəsində yerləşən, 43,3 kv. m. sahəsi olan 61 nömrəli mənzil İddiaçı verilmiş, həmçinin həmin tarixli razılaşmaya əsasən hər kvadrat metrə görə əlavə 100 manat olmaqla (cəmi 43,3 kv.m x 100 manat = 4330 manat) vəsait ödənilməsi razılaşdırılmışdır. İddiaçı tərəfindən mənzilin dəyəri tam ödənilməsinə baxmayaraq cavabdeh təşkilat tərəfindən müqavilənin şərtləri pozularaq mənzil iddiaçıya təhvil verilməmişdir. Həmçinin iş materialları, iddiaçının vəkili-nümayəndəsinin izahatı ilə müəyyən edilir ki, iddiaçının cavabdehlə 26 may 2009-cu il tarixli, 432 saylı və 25 noyabr 2015-ci il tarixli 11 saylı müqavilələr mahiyyətinə görə həmin müqavilələrin mənzilin tikintisi məqsədilə bağlanması, bu səbəbdən də hüquqi təbiətinə görə müqavilənin podrat müqaviləsi olması, mübahisə edilməyən hallarıdır. Cavabdeh MTK-nın nümayəndəsi iddia ərizəsinə etirazında 05.09.2017-ci ildə İddiaçı tərəfindən mübahisə predmeti olan mənzilin qardaşının adına keçirilməsinə yazılı razılıq verdiyini bildirsədə,bununla bağlı mötəbər sübut təqdim etməmişdir. Azərbaycan Respublikasının MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyini icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 755-ci maddəsinə əsasən podratçı işi şəxsən yerinə yetirməyə yalnız bunun müqavilədən, yaxud konkret hallardan və ya işin xarakterindən irəli gəldiyi hallarda borcludur. Məhkəmə bu normalara istinadən hesab edir ki, "xxxx" MMC-nin hüquqi varisi Cavabdeh MTK 25 noyabr 2015-ci il tarixli 11 saylı müqaviləyə əsasən ünvan 1 ünvanda inşa olunmuş yaşayış binasının 3-cü girişində, 11-ci mərtəbədə 1 otaqlı, ümumi sahəsi 43,3 kvadrat metr olan, 61 saylı mənzili iddiaçıya təhvil vermək öhdəliyi daşıdığı üçün mübahisəli mənzili iddiaçıya təhvil verməlidir. Bundan başqa məhkəmə iddia tələbinin ünvan 1 ünvanda inşa olunmuş yaşayış binasının 3-cü girişində, 11-ci mərtəbədə 1 otaqlı, ümumi sahəsi 43,3 kvadrat metr olan, 61 saylı mənzildə təmir işlərinin aparılmasına maneçilik törədilməməsi vəzifəsinin Cavabdeh MTK-ya həvalə edilməsi hissəsi ilə bağlı qeyd edir ki,hal-hazırda iddia tələbinin bu hissəsi ilə bağlı əsaslar və sübutlar müəyyən edilmədiyindən həmin hissədə iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. ünvan 1 ünvanda inşa olunmuş yaşayış binasının 3-cü girişində, 11-ci mərtəbədə 1 otaqlı, ümumi sahəsi 43,3 kvadrat metr olan, 61 saylı mənzil İddiaçı təhvil verilsin. İddia tələbi ünvan 1 ünvanda inşa olunmuş yaşayış binasının 3-cü girişində, 11-ci mərtəbədə 1 otaqlı, ümumi sahəsi 43,3 kvadrat metr olan, 61 saylı mənzildə təmir işlərinin aparılmasına maneçilik törədilməməsi vəzifəsinin Cavabdeh MTK-ya həvalə edilməsi hissəsində rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-358/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-358/2022
01.03.2022 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver