Məhkəmə qərarları › İş №2(102)-5642/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-5642/2022

22.11.2022 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5642/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: mənzilə sahiblik və istifadə hüququnun tanınması 22.11.2022 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh MTK-ya qarşı “mənzilə sahiblik və istifadə hüququnun tanınması” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)1230/2022 nömrəli, 4 iyul 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 22 noyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İcraçı Cavabdeh MTK ilə payçı A.D.Ağayev arasında bağlanmış xx.xx.2016cı il tarixli 11 saylı müqavilə ilə cavabdehin varisi olduğu "xxxx" MMC ilə X1 arasında bağlanmış 20 noyabr 2006-cı il tarixli müqaviləyə uyğun olaraq, Abşeron Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2006-cı il tarixli 301 saylı sərəncamı ilə Abşeron rayonu Xırdalan şəhəri M.Ə.Rəsulzadə 1 A ünvanında inşa edilən 15 mərtəbəli yaşayış evinin 3cü blok, 13-cü mərtəbəsində yerləşən ümumi sahəsi 47.02 kv.m. olan izolə olunmuş 1 otaqdan ibarət 74 saylı mənzili bir pay kimi payçıya ayırmağı, payçı isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi, mənzili qəbul etməyi öhdəsinə götürmüş və mənzilin pay dəyəri olaraq 29877 manat ödənilmişdir.

2. Cavabdeh ilə payçı İddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli 236 saylı müqavilə ilə cavabdeh Abşeron Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2006-cı il tarixli 301 saylı sərəncamı ilə Abşeron rayonu Xırdalan şəhəri M.Ə.Rəsulzadə 1 A ünvanında inşa edilən 15 mərtəbəli yaşayış evinin 3-cü blok, 13-cü mərtəbəsində yerləşən ümumi sahəsi 43,3 kv.m olan izolə olunmuş 1 otaqdan ibarət 74 saylı mənzili əvvəllər "xxxx" MMC ilə 10 dekabr 2011-ci il tarixli Maraqlı şəxs Qılncxan qızı ilə həmin mənzilə dair bağlanan müqaviləni yeni şərtlərlə bir pay kimi payçıya ayırmağı, payçı isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən mənzilin pay dəyəri olaraq 29877 (iyirmi doqquz min səkkiz yüz yetmiş yeddi) manat ödənilmişdir və onun cavabdehə borcu yoxdur.

3. Cavabdeh ilə payçı X2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 431 saylı müqaviləyə əsasən cavabdeh Abşeron Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2006-cı il tarixli 301 saylı sərəncamı ilə Abşeron rayonu Xırdalan şəhəri M.Ə.Rəsulzadə 1 A ünvanında inşa edilən 15 mərtəbəli yaşayış evinin 3- cü blok, 14-cü mərtəbəsində yerləşən ümumi sahəsi 47.02 kv.m olan izolə olunmuş 1 otaqdan ibarət 74 saylı mənzili bir pay kimi payçıya ayırmağı, payçı isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi, mənzili qəbul etməyi öhdəsinə götürmüş və mənzilin pay dəyəri 26989 manat M.M.Salahov tərəfindən ödənilmişdir.

4. İddiaçı tərəfindən cavabdehə xx.xx.2021-ci il tarixli pretenziya ünvanlanmış və cavabdeh ilə aralarında bağlanmış xx.xx.2017-ci il tarixli 236 saylı müqaviləyə əsasən Abşeron rayonu Xırdalan şəhəri M.Ə.Rəsulzadə 1 A ünvanında inşa edilən 15 mərtəbəli yaşayış binasının 3-cü blok, 13-cü mərtəbəsində yerləşən 74 saylı 1 otaqlı mənzilin 10 (on) gündən gec olmayaraq maneəsiz istifadəsinə şərait yaratmaqla ona təhvil verilməsini təmin etməyi, əks təqdirdə hüquqi tədbirlərə başlamağa məcbur olacağının nəzərə alınması bildirilmişdir İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1A ünvanda inşa olunmuş çoxmənzilli yaşayış binasının 3-cü blok, 13-cü mərtəbəsində yerləşən ümumi sahəsi 43.3 kv.m. olan 74 saylı mənzilə özünün sahiblik və istifadə hüququnun tanınması və həmin mənzilin ona verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı işin faktiki hallarına istinad edərək tələbini onunla əsaslandırmışdır ki, cavabdeh mübahisəli mənzili iddiaçıya verməyi öhdəsinə götürmüşdür. İddiaçı həmin mənzilin hər kvadrat metrinin dəyəri 690 manat olmaqla 29.877 manat ümumi dəyərini müqavilə bağlanan gün cavabdehə ödəmişdir. Bununla bağlı cavabdeh iddiaçıya 74 saylı mənzilin 29877 manat ümumi pay dəyərinin tam ödənilməsi və iddiaçının cavabdehə borcunun qalmaması barədə 19 aprel 2017-ci il tarixli maliyyə arayışı vermişdir. Yaşayış binasının tikintisi başa çatsa da, cavabdeh mənzili iddiaçıya təhvil verməkdən boyun qaçırır. Bununla bağlı mənzilin 10 gündən gec olmayaraq iddiaçının istifadəsinə maneəsiz şərait yaratmaqla təhvil veril məsini özündə ehtiva edən 15 fevral 2021-ci il tarixdə pretenziya məktubu cavabdehə göndərilmişdir. Lakin, hal-hazıradək dəyəri ödənilmiş və müqavilə əsasında iddiaçıya məxsus olan mənzil cavabdeh tərəfindən təhvil verilməmişdir. Odur ki, qeyd olunanları nəzərə alaraq iddia tələbinin təmin edilməsi xahiş olunur.

7. Abşeron Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(012)-3469/2021 nömrəli 05 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim C.Səfiyeva) iddia təmin edilmişdir.

8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mübahisəli mənzilə dair ilkin olaraq məhz "xxxx" MMC ilə X1 arasında bağlanmış 20 noyabr 2006-cı il tarixli müqavilə bağlanmasını cavabdeh bildirsə də, həmin müqavilənin mövcudluğu barədə məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Hətta həmin mü qavilənin mövcudluğu barədə Cavabdeh MTK ilə payçı X2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 431 saylı müqavilədə belə həmin müqavilə barədə hər hansı qeyd belə yoxdur. Hansı ki, cavabdeh tərəfindən bağlanan bu kimi müqavilələrdə əvvəlki payçının adı qeyd edilirdi. Ona görə də, məhkəmə hesab edir ki, Cavabdeh MTK- ilə payçı İddiaçı arasında bağlanmış xx.xx.2017ci il tarixli 236 saylı müqavilə əvvəllər "xxxx"MMC ilə 10 dekabr 2011-ci il tarixli Maraqlı şəxs Qılncxan qızı ilə həmin mənzilə dair bağlanan müqavilənin əsasında bağlanmaqla tarix etibarı ilə daha əvvəl bağlanmış olduğundan iddia tələbi əsaslı hesab edilib təmin edilməli, həmin mənzilə dair iddiaçının sahiblik və istifadə hüququ tanınmalı və həmin mənzil iddiaçıya təhvil verilməsi vəzifəsi cavabdeh "xxxx" Mənzil Tikinti Koop erativinin üzərinə qoyulmalıdır.

9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 152.6, 152.7, 178.8, 399.1, 421.1, 442.1, 752.1, 752.2-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

10. Maraqlı şəxs apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisəli mənzilə sahiblik və istifadə hüquqlarının tanınması və həmin mənzilin iddiaçıya təhvil verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi hissəsində ləğv olunması, iddia tələbinin həmin hissədə rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, mübahisəli mənzilə dair Maraqlı şəxs ilə "xxxx" MTK” arasında bağlanmış 22 aprel 2016-cı il tarixli müqavilə mahiyyətçə podrat müq aviləsidir. Bununla müəyyən olunur ki, tərəflər arasında podrat müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmışdır. Həmin müqaviləyə əsasən üzərinə düşən pul öhdəliyi tam yerinə yetirilmişdir. Mənzil inşa edidliyi dövrdən həmin mübahisəli 74 saylı mənzil üzərində sahiblik və istifadə hüquqları yaranmışdır. xx.xx.2016cı il tarixli müqavilə ləğv edilmədən və ya etibarsız hesab olunmadan onun razılığı və iradəsindən kənar mübahisəli mənzilə istənilən sərəncam, o cümlədən üçüncü şəxslərlə həmin mənzilə dair sonrakı tarixlərdə bağlanmış müqavilə heç bir hüquqi əhəmiyyətə malik deyil və hüquqi nəticələr doğurmur.

12. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-1230/2022 nömrəli iş üzrə 04 iyul 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Gülnarə Tağızadə (sədrlik edən və məruzəçi), Lətifə Məmmədova və Telman Quliyev) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iddiaçının cavabdehə qarşı mənzilə sahiblik və istifadə hüququnun tanınması tələbinə dair iddiası təmin edilməmişdir.

13. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh ilə iddiaçı arasında 19 aprel 2017-ci il tarixli müqavilə bağlanılan zaman həmin müqavilənin predmeti olan mübahisəli mənzil cavabdeh ilə Maraqlı şəxs arasında bağlanmış 22 aprel 2016-cı il tarixli müqaviləyə əsasən icraçı mənzili inşa etdikdən sonra sonuncunun sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilə ləğv edilmədən eyni mənzilə dair iddiaçının adına yeni müqavilənin bağla nması Mülki Məcəllənin tələblərinə ziddir və həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən etibarsızdır.

14. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının mənzilə dair 19 aprel 2017-ci il tarixli müqaviləsinin preambula hissəsində H.Q,Abdullayeva ilə əvvəllər bağlanmış 10 dekabr 2011-ci il tarixli müqavilə əsasında yeni şərtlərlə bağlandıgı qeyd edilmiş, lakin birinci instansiya məhkəməsi 10 dekabr 2011-ci il tarixli müqavilənin 74 nömrəli deyil, 8 saylı mənzilə dair bağlandığına diqqət etməmişdir. Yəni, 8 nömrəli mənzilin sahibi olduğu halda 74 saylı mənzilin dəyişdirilməsinə razılıq verə bilməzdi. 22 aprel 2016-cı il tarixdə 74 nömrəli mənzil N.Q.Abdullyevanın adına rəsmiləşdirilmişdir. 10 dekabr 2011-ci il tarixli müqavilə 22 aprel 2016-cı il tarixli müqavilənin 9-cu bəndi nə əsasən ləğv edilmişdir. 10 dekabr 2011-ci il tarixli müqavilə 22 aprel 2016-cı ildə ləğv edildiyindən onun əsasında 19 aprel 2017-ci ildə iddiaçı ilə 74 saylı mənzilə dair müqavilə bağlana bilməzdi. 74 saylı mənzilə hüquqları 22 aprel 2016-cı il tarixdən yaranmışdır. 1 il sonra iddiaçı ilə 19 aprel 2017-ci ildə 74 saylı mənzilə əsassız olaraq təkrar müqavilə bağlanmışdır.

15. Cavabdeh "xxxx" MTK-nın rəhbərliyi tərəfindən 22 aprel 2016-cı il tarixli müqavilə qüvvədə olduğu müddətdə Maraqlı şəxs xəbərsiz mübahisələndirilən 74 saylı mənzilin digər şəxslərin sahibliyinə verilməsi barədə 19 aprel 2017-ci il tarixli müqavilənin bağlanması onun hüquqlarının birbaşa pozuntusu kimi qiymətləndirilməlidir.

16. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanılmış müqavilə qüsurludur, çünki həmin mənzil öncə Maraqlı şəxs satılmış və müvafiq olaraq 21.217 manat pul ödənilmişdir. Cavabdeh ilə həmin 74 nömrəli mənzilə dair Maraqlı şəxs ilə bağlandıgını bildiyi halda bu barədə məhkəməyə bildirməmiş və bu faktı gizli saxlamaqla Maraqlı şəxs hüquqlarını pozan qətnamə çıxarılmasını nail olmuşdur.

17. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 152.6, 152.7, 178.8, 399.1, 421.1, 442.1, 752.1, 752.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

18. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

19. Şikayət onun la əsaslandırılmışdır ki, məhkəmə kollegiyası milli və beynəlxalq qanunvericiliyin tələblərini pozmaqla iddiaçının öz mülkiyyətindən dinc istifadəsinə mane olmuş, onu əmlakından məhrum etmiş, iddiaçı tərəfindən təqdim edilmiş sübutları qiymətləndirmədən qərar çıxarmışdır.

20. Kassator şikayətini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinə, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokoluna, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plnumunun 24 noyabr 2005-ci il tarixli qərarına, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157, 385, 425, 430, 452, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etira zın dəlilləri

21. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

22. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

23. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

24. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.

25. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını tə yin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

26. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

27. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 28. 452.1. Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlin dən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. 29. 452.2. Kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər.

30. Maddə 178.8. Tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39-cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir.

31. Maddə 337.1. Bu Məcəllədə m üəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

32. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

35. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvə si yoxdur.

36. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşd/ırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

37. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

38. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamas ını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

39. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbi q olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

41. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırmalar aparılmış, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verməklə yekun nəticəyə gəlinmişdir.

42. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iddia tələblərinin hüquqi əsasını Mülki Məcəllənin 452.1-ci maddəsi təşkil edir. Həmin normaya əsasən isə borclu, fərdi müəyyən olan eyni əşyanı bir neçə şəxsə vermək öhdəliyini üzərinə götürmüşsə, üstünlük əşyaya faktiki sahiblənən kreditora məxsusdur. Əgər əşya artıq kreditorlardan birinə faktiki olaraq verilmişsə, yəni üçüncü şəxs əşyaya yiyələnmişsə və ona mülkiyyətçi kimi sahiblik edirsə, digər kreditorun (alıcının) həmin əşyanı borcludan tələb etmək imkanı hüquqi baxımdan aradan qalxmış olur. Yəni, fərdi-müəyyən əşyanın üçüncü şəxsin sahibliyinə verilməsi faktı müəyyən edildiyi təqdirdə alıcılardan (kreditorlardan) hansının müqaviləni daha əvvəl bağlamasının hüquqi əhəmiyyəti yoxdur. Çünki, qanun, müqavilələrin tarixini o halda həlledici sayır ki, əşya nə onu tələb edən kreditora, nə də üçüncü şəxsə verilməmiş olsun. Əgər əmlak hələ verilməmişsə, onda öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur.

43. Hazırki işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından aydın olur ki, iddiaçının mənzilə dair 19 aprel 2017-ci il tarixli müqaviləsinin preambula hissəsində H.Q,Abdullayeva ilə əvvəllər bağlanmış 10 deka br 2011-ci il tarixli müqavilə əsasında yeni şərtlərlə bağlandıgı qeyd edilmiş, lakin birinci instansiya məhkəməsi 10 dekabr 2011-ci il tarixli müqavilənin 74 nömrəli deyil, 8 saylı mənzilə dair bağlandıgına diqqət etməmişdir. Yəni, 8 nömrəli mənzilin sahibi oldugu halda 74 saylı mənzilin dəyişdirilməsinə razılıq verə bilməzdi. 22 aprel 2016-cı il tarixdə 74 nömrəli mənzil N.Q.Abdullyevanın adına rəsmiləşdirilmişdir. 10 dekabr 2011-ci il tarixli müqavilə 22 aprel 2016-cı il tarixli müqavilənin 9-cu bəndinə əsasən ləğv edilmişdir. 10 dekabr 2011-ci il tarixli müqavilə 22 aprel 2016-cı ildə ləğv edildiyindən onun əsasında 19 aprel 2017-ci ildə iddiaçı ilə 74 saylı mənzilə dair müqavilə bağlana bilməzdi. 74 saylı mənzilə hüquqları 22 aprel 2016-cı il tarixdən yaranmışdır. 1 il sonra iddiaçı ilə 19 aprel 2017-ci ildə 74 saylı mənzilə əsassız olaraq təkrar müqavilə bağlanmışdır.

44. Belə olan halda apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanılmış müqavilə qüsurludur, çünki həmin mənzil öncə Maraqlı şəxs satılmış və müvafiq olaraq 21.217 manat pul ödənilmişdir. Cavabdeh ilə həmin 74 nömrəli mənzilə dair Maraqlı şəxs ilə bağlandığını bildiyi halda bu barədə məhkəməyə bildirməmiş və bu faktı gizli saxlamaqla Maraqlı şəxs hüququnu pozan qətnamə çıxarılmasına nail olmuşdur.

45. Bu səbəbdən məhkəmə kollegiyası işin faktiki hallarına qiymət vermədən hesab edir ki, apellyasiya instansiyası məhkəməsi Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından işdə olan sübutlarla əlaqəli olaraq qiymət verməklə düzgün nə ticəyə gəlmişdir. Sübutların mahiyyətinə qiymətin verilməsi, işin hallarının düzgün müəyyən edilməməsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə v ə qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

46. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayətləri təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.

47. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumq ayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 04 iyul 2022-ci il tarixli, 2(105)-1230/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar