Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1242/2022 28.06.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı nümayəndə və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı mənzilin təhvil verilməsi və mənzildə təmir işlərinin aparılmasına maneçilik törədilməməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 01 mart 2022-ci il tarixli, 2(012)-358/2022 nömrəli qətnaməsindən Cavabdeh MTK tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Abşeron Rayon Məhkəməsinin 01 mart 2022-ci il tarixli, 2(012)-358/2022 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, ünvan 1 ünvanda inşa olunmuş yaşayış binasının 3-cü girişində, 11-ci mərtəbədə 1 otaqlı, ümumi sahəsi 43,3 kvadrat metr olan, 61 saylı mənzilin İddiaçı təhvil verilməsi, iddia tələbinin ünvan 1 ünvanda inşa olunmuş yaşayış binasının 3-cü girişində, 11-ci mərtəbədə 1 otaqlı, ümumi sahəsi 43,3 kvadrat metr olan, 61 saylı mənzildə təmir işlərinin aparılmasına maneçilik törədilməməsi vəzifəsinin Cavabdeh MTK-ya həvalə edilməsi hissəsində rədd edilməsi qət edilmişdir (hakim Elman Məmmədov). Qətnamədən Cavabdeh MTK apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 01 mart 2022-ci il tarixli, 2(012)-358/2022 nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməməsini xahiş etmişdir. İŞİNHALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanda inşa olunmuş yaşayış binasının 3-cü girişində, 11-ci mərtəbədə 1 otaqlı, ümumi sahəsi 43,3 kvadrat metr olan, 61 saylı mənzilin ona təhvil verilməsi və mənzildə təmir işlərinin aparılmasına maneçilik törədilməməsi vəzifəsinin cavabdeh "xxxx" MTK-ya həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ : Cavabdeh "xxxx" MTK-nın apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mülki işin materiallarına və qeyd olunan maddi hüquq normalarının tələblərinə əsasən birinci instansiya məhkəməsində iş üzrə kifayət qədər qanuni araşdırma aparılmayıb. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2017-ci il tarixli razılıq ərizəsindən göründüyü kimi iddiaçı qeyd etmişdir ki, Cavabdehnın tikdiyi binanın İİİ blok, 11-ci mərtəbəsində ümumi sahəsi 43.4 m2 olan mənzilin qardaşı X1 verilməsinə etiraz etmir. Sözügedən bu müqaviləni rəhbər tutaraq MTK tərəfindən zəruri tədbirlər görülsə də iddiaçı bu ərizəni verməsindən 5 il sonra məhkəməyə bu cür əsassız iddia ilə müraciət edir və məhkəmə isə işdəki sənədlərə diqqət yetirməyərək, qeyri-obyektiv araşdırma apararaq iddiaçının əsassız iddiasının təmin edilməsi barədə qətnamə qəbul etmişdir. Belə ki, məhkəmə prosesində sözügedən imtina ərizəsi barədə məlumat verilsə də həmin ərizənin surəti məhkəməyə təqdim edilsə də qətnamədə qeyd edilir ki, cavabdehin nümayəndəsi iddia ərizəsinə etirazından xx.xx.2017-ci ildə İddiaçı tərəfindən mübahisə predmeti olan mənzilin qardaşının adına keçirilməsinə yazılı razılıq verdiyini bildirsə də bununla bağlı mötəbər sübut təqdim etməmişdir. Bildirir ki, qeyd olunan xx.xx.2017-ci il tarixli ərizəyə, qanunvericiliyin tələblərinə əsasən iddiaçının iddiasının əsassız olması səbəbindən rədd edilməsi qanunvericiliyin tələbidir. Məhkəmə iddiaçının tələbini təmin edərkən iş üzrə çəkişmə, sübutetmə prinsipinin əməllərinə riayət etməyərək cavabdehin nümayəndəsi tərəfindən təqdim edilən mötəbər sənədi nəzərə almayaraq işi iddiaçıın xeyrinə yekunlaşdırmış və bununla da göründüyü kimi hakim sübutları, işin hallarını, qanunvericiliyin normalarını düzgün tədqiq etməmişdir, iş üzrə düzgün nəticəyə gəlməmişdir. Qeyd edilənlərə əsasən Abşeron Rayon Məhkəməsinin 01 mart 2022-ci il tarixli, 2(012)-358/2022 nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməməsi xahiş edilmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndə və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək Abşeron Rayon Məhkəməsinin 01 mart 2022-ci il tarixli, 2(012)-358/2022 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: Məhkəmə iclasının yeri və vaxtı barədə iş üzrə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh təşkilatın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən iş üzrə cavabdehi nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığınışübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik vəçəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh təşkilat apellyasiya şikayətində qətnamənin ləğv edilməsini qeyd etsə də apellyasiya şikayətinin dəlillərindən görünür ki, apellyant qətnamənin iddianın təmin olunmasına dair hissəsindən narazıdır və həmin hissəsni mübahisələndirir. Bu səbəbdən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsini yalnız ünvan 1 ünvanda inşa olunmuş yaşayış binasının 3-cü girişində, 11-ci mərtəbədə 1 otaqlı, ümumi sahəsi 43,3 kvadrat metr olan, 61 saylı mənzil İddiaçı təhvil verilməsinə dair hissədə müzakirə edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iddiaçının vəkili və nümayəndəsinin izahatını dinləyərək, apellyasiya şikayətlərinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan 26 may 2009-cu il tarixli, 432 saylı müqavilədən görünür ki, icraçı "xxxx" MMC Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi ilə H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda 12 mərtəbəli yaşayış evinin 7-ci mərtəbəsində, ümumi sahəsi 43,4 kv.metr olan, 38 nömrəli 1 otaqlı mənzili pay kimi payçı İddiaçı verməyi, payçı İddiaçı isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan 25 noyabr 2015-ci il tarixli, 11 saylı müqavilədən görünür ki, xx.xx.2009-cu il tarixli, 432 saylı müqaviləyə dəyişiklik edilməklə 3-cü blok 7-ci mərtəbədə olan 43,3 kv. m mənzilin əvəzinə, həmin binanın 3-cü blok 11-ci mərtəbəsində yerləşən, 43,3 kv.m. sahəsi olan 61 nömrəli mənzil İddiaçı verilmiş, həmçinin həmin tarixli razılaşmaya əsasən hər kvadrat metrə görə əlavə 100 manat olmaqla (cəmi 43,3 kv.m x 100 manat = 4330 manat) vəsait ödənilməsi razılaşdırılmışdır. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş kassa mədaxil orderlərindən görünür ki, İddiaçı ünvan 1 ünvanda inşa olunmuş yaşayış binasının 3-cü girişində, 11-ci mərtəbədə 1 otaqlı, ümumi sahəsi 43,3 kvadrat metr olan, 61 saylı mənzil üçün əlavə pay haqqı olaraq ümumilikdə 4267 manat məbləğində pul ödəmişdir. Məhkəmə müəyyən etmişdir ki, 26 may 2009-cu il tarixli, 432 saylı müqaviləyə əsasən icraçı "xxxx" MMC Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi ilə H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda 12 mərtəbəli yaşayış evinin 7-ci mərtəbəsində, ümumi sahəsi 43,4 kv.metr olan, 38 nömrəli 1 otaqlı mənzili pay kimi payçı İddiaçı verməyi, payçı İddiaçı isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öz öhdəsinə götürmüşdür. 25 noyabr 2015-ci il tarixli, 11 saylı müqavilədən göründüyü kimi xx.xx.2009-cu il tarixli, 432 saylı müqaviləyə dəyişiklik edilməklə 3-cü blok 7-ci mərtəbədə olan 43,3 kv.m sahəsi olan mənzilin əvəzinə, həmin binanın 3-cü blok 11-ci mərtəbəsində yerləşən, 43,3 kv.m. sahəsi olan 61 nömrəli mənzil İddiaçı verilmiş, həmçinin həmin tarixli razılaşmaya əsasən hər kvadrat metrə görə əlavə 100 manat olmaqla (cəmi 43,3 kv.m x 100 manat = 4330 manat) vəsait ödənilməsi razılaşdırılmışdır. İddiaçı tərəfindən mənzilin dəyəri tam ödənilməsinə baxmayaraq cavabdeh təşkilat tərəfindən müqavilənin şərtləri pozularaq mənzil iddiaçıya təhvil verilməmişdir. İş materialları ilə müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdehin mənzilin tikintisi məqsədilə 26 may 2009-cu il tarixli, 432 saylı və 25 noyabr 2015-ci il tarixli, 11 saylı müqavilələri bağlaması, bu səbəbdən də hüquqi təbiətinə görə müqavilənin podrat müqaviləsi olması işin mübahisə edilməyən hallarıdır. Cavabdeh MTK-nın nümayəndəsi iddia ərizəsinə etirazında xx.xx.2017-ci ildə İddiaçı tərəfindən mübahisə predmeti olan mənzilin qardaşının adına keçirilməsinə yazılı razılıq verdiyini bildirsə də bununla bağlı mötəbər sübut təqdim etməmişdir. Azərbaycan Respublikasının MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyini icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 755-ci maddəsinə əsasən podratçı işi şəxsən yerinə yetirməyə yalnız bunun müqavilədən, yaxud konkret hallardan və ya işin xarakterindən irəli gəldiyi hallarda borcludur. Məhkəmə hesab etmişdir ki, "xxxx" MMC-nin hüquqi varisi Cavabdeh MTK 25 noyabr 2015-ci il tarixli, 11 saylı müqaviləyə əsasən ünvan 1 ünvanda inşa olunmuş yaşayış binasının 3-cü girişində, 11-ci mərtəbədə 1 otaqlı, ümumi sahəsi 43,3 kvadrat metr olan, 61 saylı mənzili iddiaçıya təhvil vermək öhdəliyi daşıdığı üçün mübahisəli mənzili iddiaçıya təhvil verməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə iddianı qismən təmin etməkdə duzgun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin apellyasiya şikayəti əsassızdır. Belə ki, İş materiallarında olan 26 may 2009-cu il tarixli, 432 saylı müqavilədən görünür ki, icraçı "xxxx" MMC Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi ilə H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda 12 mərtəbəli yaşayış evinin 7-ci mərtəbəsində, ümumi sahəsi 43,4 kv.metr olan, 38 nömrəli 1 otaqlı mənzili pay kimi payçı İddiaçı verməyi, payçı İddiaçı isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" MTK ilə bağlanmış 25 noyabr 2015-ci il tarixli, 11 saylı müqavilədən isə görünür ki, xx.xx.2009-cu il tarixli, 432 saylı müqaviləyə dəyişiklik edilməklə 3-cü blok 7-ci mərtəbədə olan 43,3 kv. m mənzilin əvəzinə, həmin binanın 3-cü blok 11-ci mərtəbəsində yerləşən, 43,3 kv.m. sahəsi olan 61 nömrəli mənzil İddiaçı verilmiş, həmçinin həmin tarixli razılaşmaya əsasən hər kvadrat metrə görə əlavə 100 manat olmaqla (cəmi 43,3 kv.m x 100 manat = 4330 manat) vəsait ödənilməsi razılaşdırılmışdır. Bundan başqa iş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş kassa mədaxil orderlərindən görünür ki, İddiaçı ünvan 1 ünvanda inşa olunmuş yaşayış binasının 3-cü girişində, 11-ci mərtəbədə 1 otaqlı, ümumi sahəsi 43,3 kvadrat metr olan, 61 saylı mənzil üçün əlavə pay haqqı olaraq ümumilikdə 4267 manat məbləğində pul ödəmişdir. İş materiallarından müəyyən olunur ki, iddiaçı üzərinə düşən bütün öhdəlikləri, yəni cavabdehlə aralarında olan bütün razılaşmaları yerinə yetirmişdir. Cavabdehin apellyasiya şikayətinin dəlillərindən biri ondan ibarətdir ki, iddiaçı mübahisəli mənzilin qardaşının adına keçməsinə dair razılıq ərizəsi vermişdir və həmin mənzil artıq iddiaçının deyil, qardaşının adınadır. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin bu dəlili əsassızdır, Belə ki, iş materiallarıdan görünür ki, cavabdehin İddiaçı tərəfindən mübahisəli mənzilin qardaşına verilməsinə etiraz etmədiyinə dair təqdim etdiyi ərizə kserosurət olmaqla yanaşı cavabdeh həmin ərizənin həqiqətən də iddiaçı tərəfindən yazılmasına dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin 89.1 maddəsinə əsasən yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 89.2 maddəsinə əsasən faks, elektron və ya digər rabitə vasitəsi ilə, yaxud sair üsulla əldə edilmiş materiallar məhkəmə tərəfindən o şərtlə yazılı sübut kimi qəbul edilə bilər ki, həmin sənədlərin həqiqiliyini müəyyən etmək mümkün olsun. Həmin Məcəllənin 89.3 maddəsinə əsasən yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Bundan başqa iş materiallarından görünür ki, iddiaçının qardaşı X2 ilə "xxxx" MTK arasında bağlanmış 139 saylı, 20 fevral 2019-cu il tarixli müqavilədən görünür ki, icraçı Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 1»a» ünvanında inşa edilən 15 mərtəbəli yaşayış evinin 32cü blok, 12 mərtəbəsində yerləşən, ümumi sahəsi 43,3 kv.m olan, izolə olunmuş 1 otaqdan ibarət 62 saylı mənzili pay kimi payçıya ayırmağı öz öhdəsinə götürür. İş materialları ilə müəyyən olunur ki, iddiaçının tələb etdiyi mənzil 11 mərtəbədə yerləşir, nömrəsi 61-dir. X4 adına olan mənzil isə 12 mərtəbədə yerləşməklə 62 nömrəlidir, yəni müxtədlif mərtəbədə yerləşən müxtəlif mənzillərdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirir və hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas sayıla bilməz. Belə ki, cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərini əsaslandıra bilməmiş, buna dair hər hansı bir rəsmi sənəd təqdim edə bilməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Brumaresku Rumıniyaya qarşı» iş üzrə 28 oktyabr 1999-cu il tarixli qərarında göstərmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin "Mahmudov Rusiyaya qarşı iş üzrə" 26 iyul 2007-ci il tarixli qərarında həmin məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probation”, yəni, sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həmmövculuğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün N.Məmmədovanm şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2-ci bəndinin izahına əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iş üzrə toplanılmış sübutlara məcmu halında qiymət verməklə belə nəticəyə gəlmişdir ki, iddia qismən təmin edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün AR Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 01 mart 2022-ci il tarixli, 2(012)-358/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Abşeron Rayon Məhkəməsinin 01 mart 2022-ci il tarixli, 2(012)-358/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti təmin olunmasın. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1242/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1242/2022
28.06.2022 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver