Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1230/2022 04.07.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X9 Tağızadənin sədrliyi və məruzəsi, X2 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Samirə Zahid qızı Məmmədovanın katibliyi, İddiaçının nümayəndəsi və vəkili: Vəkil1, Cavabdehin nümayəndəsi: X4, Maraqlı şəxsin nümayəndəsi və vəkili: Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı mənzilə sahiblik və istifadə hüququnun tanınması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 05 noyabr 2021-ci il tarixli qətnaməsindən maraqlı şəxsin nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Abşeron Rayon Məhkəməsinin 05 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim C.İ.Səfiyeva) iddia tələbinin təmin edilməsi, Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1A ünvanda inşa olunmuş çoxmənzilli yaşayış binasının 3-cü blok, 13-cü mərtəbəsində yerləşən ümumi sahəsi 43.3 kv.m olan 74 saylı mənzilə dair İddiaçı sahiblik və istifadə hüququnun tanınması, həmin məzilin iddiaçıya təhvil verilməsi vəzifəsinin Cavabdeh MTK-nın üzərinə qoyulması, Cavabdeh MTK-dan 10,40 manat dövlət rüsumuna görə pulun tutulub İddiaçı verilməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı Cavabdeh MTK-ya qarşı mənzilə sahiblik və istifadə hüququnun tanınması tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1A ünvanda inşa olunmuş çoxmənzilli yaşayış binasının 3-cü blok, 13-cü mərtəbəsində yerləşən ümumi sahəsi 43.3 kv.m olan 74 saylı mənzilə onun sahiblik və istifadə hüququnun tanınması və həmin mənzilin ona təhvil verilməsi vəzifəsinin Cavabdeh üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh MTK arasında bağlanmış 19 aprel 2017-ci il tarixli “Yaşayış binasında mənzil tikintisi haqqında” müqaviləyə əsasən cavabdeh Abşeron rayonu Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1A ünvanda inşa edilən 15 mərtəbəli yaşayış binasının 3-cü blok, 13-cü mərtəbəsində yerləşən ümumi sahəsi 43.3 kv.m olan bir otaqlı 74 saylı mənzili ona verməyi öhdəsinə götürmüşdür. O, həmin mənzilin hər 1 kvadrat metrinin dəyəri 690 (altı yüz doxsan) manat olmaqla 29.877 (iyirmi doqquz min səkkiz yüz yetmiş yeddi) manat ümumi dəyərini müqavilə bağlanan gün cavabdehə ödəmişdir. Bununla bağlı cavabdeh ona 74 saylı mənzilin 29877 (iyirmi doqquz min səkkiz yüz yetmiş yeddi) manat ümumi pay dəyərinin tam ödənilməsi və onun cavabdehə borcunun qalmaması barədə 19 aprel 2017-ci il tarixli maliyyə arayışı vermişdir. Yaşayış binasının tikintisi başa çatsa da, cavabdeh mənzili ona təhvil verməkdən boyun qaçırır. Bununla bağlı mənzilin 10 gündən gec olmayaraq onun istifadəsinə maneəsiz şərait yaratmaqla təhvil verilməsini özündə ehtiva edən 15 fevral 2021-ci il tarixdə pretenziya cavabdehə göndərilmişdir. Lakin, hal-hazıradək dəyəri ödənilmiş və müqavilə əsasında ona məxsus olan mənzil cavabdeh tərəfindən təhvil verilməmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Maraqlı şəxsin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Cavabdeh MTK-nin rəhbərliyi ünvan 3 ünvanda inşa olunmuş yaşayış binasının İİİ blok, 13-cü mərtəbə, ümumi sahəsi 43.3 kvadrat metr olan l (bir) otaqlı, 74 nömrəli mənzilin Maraqlı şəxs təhvil verilməsinə dair ərizəsi ilə əlaqəli bildirilmişdir ki, həmin mübahisəli 74 nömrəli mənzilin X1 və istifadə hüquqlarının tanınması, mənzilin ona təhvil verilməsi barədə Abşeron Rayon Məhkəməsinin 05 noyabr 2021-ci il tarixli, 2(012)- 3469/2021 saylı qətnaməsi çıxarıldığından, ərizədə göstərilən tələblərin yerinə yetirilməsi qeyri-mümkündür. Ona görə də yuxarıda göstərilənləri nəzərə alaraq qanunvericiliyin tələblərinə müvafiq olaraq çıxarılmış məhkəmə qətnaməsi hüquqlarına birbaşa toxunduğundan maraqlı şəxs kimi məhkəməyə müraciət etmək hüququndan istifadə etmək tövsiyə edilmişdir. Abşeron Rayon Məhkəməsinin 05 noyabr 2021-ci il tarixli, 2(012)- 3469/2021 saylı qətnaməsini qəbul etmir. Məhkəmənin gedişi barədə məlumatsız olduğundan, işə cəlb edilmədiyindən, məhkəmədə iştirakı təmin edilmədiyindən, səthi araşdırma aparıldığından qətnaməni əsassız hesab edir. Mübahisəli 74 saylı mənzilə dair Maraqlı şəxs ilə Cavabdeh MTK” ilə arasında bağlanmış 22 aprel 2016-cı il tarixli müqavilə mahiyyətçə podrat müqaviləsidir. Bununla müəyyən olunur ki, tərəflər arasında podrat müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmışdır. Həmin müqaviləyə əsasən üzərinə düşən pul öhdəliyi tam yerinə yetirilmişdir. Mənzil inşa edidliyi dövrdən həmin mübahisəli 74 saylı mənzil üzərində sahiblik və istifadə hüquqları yaranmışdır. xx.xx.2016cı il tarixli müqavilə ləğv edilmədən və ya etibarsız hesab olunmadan onun razılığı və iradəsindən kənar mübahisəli 74 saylı mənzilə istənilən sərəncam, o cümlədən üçüncü şəxslərlə həmin mənzilə dair sonrakı tarixlərdə bağlanmış müqavilə heç bir hüquqi əhəmiyyətə malik deyil və hüquqi nəticələr doğurmur. Abşeron Rayon Məhkəməsinin 05 noyabr 2021-ci il tarixli, 2(012)-3469/2021 saylı qətnaməsinin iddiaçı X10 ilə Cavabdeh MTK arasında bağlanmış 19 aprel 2019-cu il tarixli müqaviləyə əsasən ünvan 3 ünvanda inşa olunmuş yaşayış binasının İİİ blok, 13-cü mərtəbə, ümumi sahəsi 43.3 kvadrat metr olan l (bir) otaqlı, 74 nömrəli mənzilə sahiblik və istifadə hüquqlarının tanınması və həmin mənzilin ona təhvil verilməsi vəzifəsinin Cavabdeh MTK-nə həvalə edilməsi hissəsində ləğv olunması, iddia tələbinin həmin hissədə rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Maraqlı şəxs nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, eyni məzmunlu izahat verdi və apellyasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini qəbul etmədi, birinci instansiya məhkəməsi tərəfindən heç bir qanun pozuntusunun olmmasını bildirdi və apellyasiya şikayətinin təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi. Cavabdehin nümayəndəsi R.M.Rüstəmov apellyasiya şikayətinin dəlillərini qəbul etdi, iddiaçının adına olan müqavilənin düzgün olmamasını bildirdi və apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. İş üzrə üçüncü şəxs M.M.Salahov məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi ləğv edilməlidir, apellyasiya şikayəti isə təmin edilməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini təmin edərkən, Cavabdeh MTK ilə payçı İddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli 236 saylı müqavilənin, əvvəllər "xxxx" MMC ilə 10 dekabr 2011-ci il tarixli Maraqlı şəxs Qılncxan qızı ilə həmin mənzilə dair bağlanan müqavilənin əsasında bağlanmaqla tarix etibarı ilə daha əvvəl bağlanmış olduğuna istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmamaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına uyğun deyildir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, maraqlı şəxsin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan icraçı Cavabdeh MTK-nın sədri X11 ilə payçı İddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli 236 saylı müqavilədən görünür ki, icraçı Abşeron Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2006-cı il tarixli 301 saylı sərəncamı ilə Abşeron rayonu Xırdalan şəhəri M.Ə.Rəsulzadə 1 A ünvanında inşa edilən 15 mərtəbəli yaşayış evinin 3cü blok, 13-cü mərtəbəsində yerləşən ümumi sahəsi 43,3 kv.m olan izolə olunmuş 1 otaqdan ibarət 74 saylı mənzili əvvəllər "xxxx" MMC ilə 10 dekabr 2011-ci il tarixli Maraqlı şəxs Qılncxan qızı ilə həmin mənzilə dair bağlanan müqaviləni yeni şərtlərlə bir pay kimi payçıya ayırmağı, payçı isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.1-ci bəndindən görünür ki, mənzilin dəyəri bu müqavilə bağlanan anda bir kv.m sahə üçün 690 manat təşkil edir, cəmi 29877 (iyirmi doqquz min səkkiz yüz yetmiş yeddi) manat ödənilməlidir. Müqavilənin 3.4-cü bəndindən görünür ki, müqavilə bağlandığı gündən 5 gün ərzində alıcı tərəfindən mənzilin ümumi dəyərinin 40% məbləğindən az olmayaraq ilk haqq ödənilməli, payçı isə pulun qalan hissəsini cəmiyyətə bərabər hissələrdə olmaqla ümumi dəyərin 10%-i məbləğində hər ayın 20-30 arasında ödəməyi öhdəsinə götürmüşdür İş materiallarında olan Cavabdeh MTK tərəfindən xx.xx.2017-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, ünvan 5 ünvanda inşa olunan yaşayış binası Cavabdeh MTK-nə məxsusdur. Bu binanın 3-cü blok, 13-cü mərtəbəsində, ümumi sahəsi 43.3 kv.m olan 74 saylı 1 otaqlı mənzilin pay dəyəri payçı 29877 (iyirmi doqquz min səkkiz yüz yetmiş yeddi) manat İddiaçı tərəfindən ödənilmişdir, MTK-nə borcu yoxdur. İş materiallarında olan icraçı Cavabdeh MTK-nın sədri R.N.X11 ilə payçı A.D.Ağayev arasında bağlanmış xx.xx.2016-cı il tarixli 11 saylı müqavilədən görünür ki, "xxxx"MMC ilə X6 arasında bağlanmış 20 noyabr 2006-cı il tarixli müqaviləyə uyğun olaraq, Abşeron Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2006-cı il tarixli 301 saylı sərəncamı ilə Abşeron rayonu Xırdalan şəhəri M.Ə.Rəsulzadə 1 A ünvanında inşa edilən 15 mərtəbəli yaşayış evinin 3- cü blok, 13-cü mərtəbəsində yerləşən ümumi sahəsi 47.02 kv.m olan izolə olunmuş 1 otaqdan ibarət 74 saylı mənzili bir pay kimi payçıya ayırmağı, payçı isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.1-ci bəndindən görünür ki, mənzilin dəyəri əvvəlki müqavilə bağlanan anda bir kv.m sahə üçün 650 manat təşkil edir və cəmi 30563 (otuz min beş yüz altmış üç) manat ödənilməlidir. İş materiallarında olan Cavabdeh MTK tərəfindən xx.xx.2016-cı il tarixli maliyyə arayışının surətindən görünür ki, ünvan 5 ünvanda inşa olunan yaşayış binası Cavabdeh MTK-nə məxsusdur. Bu binanın 3-cü blok, 13-cü mərtəbəsində, ümumi sahəsi 47.02 kv.m olan 74 saylı 1 otaqlı mənzilin pay dəyəri payçı 29877 (iyirmi doqquz min səkkiz yüz yetmiş yeddi) manat X6 tərəfindən ödənilmişdir. MTK-nə borcu yoxdur. İşdə olan X3 xx.xx.2019-cu il tarixli ərizəsinin surətindən görünür ki, o pay kimi Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1”A” ünvanında yerləşən Cavabdeh MTK tərəfindən inşa edilən hündür mərtəbəli binan 3 blok, 13 mərtəbə, ümumi sahəsi 47.02 kv.m olan 74 saylı mənzil üzrə xx.xx.2016-cı il tarixində bağlanmış, 11 nömrəli müqavilənin ləğvinə və həmin mənzilin X12 adına rəsmiləşdirilməsinə heç bir etirazı yoxdur. Gələcəkdə də mənzilə dair nə onun, nə də ailəsinin heç bir iddiası olmayacaqdır. İşə əlavə olan icraçı Cavabdeh MTK-nın sədri X7 ilə payçı X12 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 431 saylı müqavilədən görünür ki, icraçı əvvəlki müqaviləyə uyğun olaraq, Abşeron Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2006-cı il tarixli 301 saylı sərəncamı ilə Abşeron rayonu Xırdalan şəhəri M.Ə.Rəsulzadə 1 A ünvanında inşa edilən 15 mərtəbəli yaşayış evinin 3- cü blok, 14-cü mərtəbəsində yerləşən ümumi sahəsi 47.02 kv.m olan izolə olunmuş 1 otaqdan ibarət 74 saylı mənzili bir pay kimi payçıya ayırmağı, payçı isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.1-ci bəndindən görünür ki, mənzilin dəyəri bu müqavilə bağlanan anda bir kv.m sahə üçün 574 manat təşkil edir və cəmi 26989 (iyirmi altı min doqquz yüz səksən doqquz) manat ödənilməlidir. İşin materiallarında olan Cavabdeh MTK tərəfindən xx.xx.2019-cu il tarixli maliyyə arayışının surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1”A” ünvanında inşa olunan 5 (beş) bloklu 15 mərtəbəli yaşayış binası "xxxx" MMCnin hüquqi varisi Cavabdeh MTK-nə məxsusdur. Bu binanın 3-cü blok, 14-cü mərtəbəsində, ümumi sahəsi 47.02 kv.m olan 74 saylı 1 otaqlı mənzilin pay dəyəri payçı 26989 (iyirmi altı min doqquz yüz səksən doqquz) manat M.M.Salahov tərəfindən ödənilmişdir. MTK-ya heç bir borcu yoxdur. İşdə olan İddiaçı tərəfindən Cavabdeh MTK-ya ünvanlanan xx.xx.2021-ci il tarixli pretenziyadan və qəbzin surətindən görünür ki, o, Cavabdeh MTK ilə aralarında bağlanmış xx.xx.2017-ci il tarixli 236 saylı müqaviləyə əsasən Abşeron rayonu Xırdalan şəhəri M.Ə.Rəsulzadə 1 A ünvanında inşa edilən 15 mərtəbəli yaşayış binasının 3-cü blok, 13-cü mərtəbəsində yerləşən 74 saylı 1 otaqlı mənzilin 10 (on) gündən gec olmayaraq maneəsiz istifadəsinə şərait yaratmaqla ona təhvil verilməsini təmin etməyi, əks təqdirdə hüquqi tədbirlərə başlamağa məcbur olacağının nəzərə alınması bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla "xxxx" MTK ilə Maraqlı şəxs ilə bağlanmış 22 aprel 2016-cı il tarixli müqavilə qanunla müəyyən edilmiş qaydada ləğv edilmədən 19 aprel 2017-ci il tarixli müqavilə üzrə mübahisəli 74 saylı mənzilin X5 adına keçirilməsinə onun xəbəri və iradə ifadəsi olmadan bağlanılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. İş materialları ilə müəyyən edilir ki, 22 aprel 2016-cı il tarixli müqavilə ləğv edilmədən və ya etibarsız hesab olunmadan Maraqlı şəxs razılığı və irədəsindən kənar mübahisəli 74 saylı mənzilə istənilən sərəncam, o cümlədən üçüncü şəxslərlə həmin mənzilə dair sonrakı tarixlərdə bağlanmış müqavilə heç bir hüquqi əhəmiyyətdə malik deyil və hüquqi nəticələr doğurmur. «Van Marle və başqaları Niderlanda qarşı» iş üzrə qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, maddi dəyəri olan hər hansı hüquq 1-ci maddədə ifadə olunmuş «əmlak» anlayışı ilə əhatə olunur. Cavabdeh "xxxx" MTK-nın rəhbərliyi tərəfindən 22 aprel 2016-cı il tarixli müqavilə qüvvədə olduğu müddətdə Maraqlı şəxs xəbərsiz mübahisələndirilən 74 saylı mənzilin digər şəxslərin sahibliyinə verilməsi barədə 19 aprel 2017-ci il tarixli müqavilənin bağlanması onun hüquqlarının birbaşa pozuntusu kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mübahisəli 74 saylı mənzil üçün pay haqqı tam ödənildiyindən mənzilə sahiblik və istifadə hüquqların yarandıgından əmlakdan sərbəst istifadə etmək, sərəncam vermək, başqa şəxslərin sahibliyinə yol verməmək hüquqları birinci instansiya məhkəməsinin qətnaməsi ilə pozulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 178.8-ci maddəsinə görə mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. "xxxx" MTK ilə iddiaçı E.Cəfərov arasında 19 aprel 2017-ci il tarixli müqavilə bağlanılan zaman həmin müqavilənin predmeti olan mübahisəli 74 saylı mənzil cavabdeh "xxxx" MTK ilə Maraqlı şəxs arasında bağlanmış 22 aprel 2016-cı il tarixli müqaviləyə əsasən icraçı mənzili inşa etdikdən sonra sonuncunun sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilə ləğv edilmədən eyni mənzilə dair iddiaçının adına yeni müqavilənin bağlanması Mülki Məcəllənin tələblərinə ziddir və həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. İddiaçı E.Q.Cəfərovun 74 saylı mənzilə dair 19 aprel 2017-ci il tarixli müqaviləsinin preampula hissəsində H.Q,Abdullayeva ilə əvvəllər bağlanmış 10 dekabr 2011-ci il tarixli müqavilə əsasında yeni şərtlərlə bağlandıgı qeyd edilmişdir. Birinci instansiya məhkəməsi 10 dekabr 2011-ci il tarixli müqavilənin 74 nömrəli deyil, 8 saylı mənzilə dair bağlandıgına diqqət etməmişdir. Yəni, 8 nömrəli mənzilin sahibi oldugu halda 74 saylı mənzilin dəyişdirilməsinə razılıq verə bilməzdi. 22 aprel 2016-cı il tarixdə 74 nömrəli mənzil N.Q.Abdullyevanın adına rəsmiləşdirilmişdir. 10 dekabr 2011-ci il tarixli müqavilə 22 aprel 2016-cı il tarixli müqavilənin 9-cu bəndinə əsasən ləğv edilmişdir. 10 dekabr 2011-ci il tarixli müqavilə 22 aprel 2016-cı ildə ləğv edildiyindən onun əsasında 19 aprel 2017-ci ildə E.Q.Cəfərov ilə 74 saylı mənzilə dair müqavilə bağlana bilməzdi. 74 saylı mənzilə hüquqların 22 aprel 2016-cı il tarixdən yaranmışdır. 1 il sonra iddiaçı E.Q.Cəfərov ilə 19 aprel 2017-ci ildə 74 saylı mənzilə əsassız olaraq təkrar müqavilə bağlanmışdır. Məhkəmə kollegiyası iclası zamanı müəyyən edildi ki, iddiaçı E.Q.Cəfərov ilə "xxxx" MTK arasında bağlanılmış müqavilə qüsurludur, çünki həmin mənzil öncə Maraqlı şəxs satılmış və müvafiqolaraq 21.217 manat pul ödənilmişdir. "xxxx" MTK ilə həmin 74 nömrəli mənzilə dair Maraqlı şəxs ilə bağlandıgını bildiyi halda bu barədə məhkəməyə bildirməmiş və bu faktı gizli saxlamaqla Maraqlı şəxs pozan qətnamə çıxarılmasını nail olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Yenə də həmin Məcəllənin 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası maraqlı şəxsin nümayəndəsi Vəkil2 apellyasiya şikayətində göstərdiyi digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən əsassızdır, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olduğundan, iş üzrə məhkəmə qətnaməsi ləğv edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Maraqlı şəxsin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti təmin edilsin. Abşeron Rayon Məhkəməsinin iş üzrə 05 noyabr 2021-ci il tarixli 2(012)-3469/2021 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh MTK-ya qarşı mənzilə sahiblik və istifadə hüququnun tanınması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1230/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1230/2022
04.07.2022 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver