Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-231/2025 06.02.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Şəfiyev Rəhman İntizar oğlunun katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil, Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Mənzil Tikinti Kooperativinə qarşı “mənzilin yerinin müəyyən edilməsi və mənzilə sahiblik və istifadə hüququnun tanınması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Mənzil Tikinti Kooperativinə qarşı “mənzilin yerinin müəyyən edilməsi və mənzilə sahiblik və istifadə hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında inşa edilən çoxmərtəbəli yaşayış evinin 1-ci blok, 4-cü mərtəbədə, ümumi sahəsi 75 kv.m olan 19 nömrəli mənzilin yerinin müəyyən edilməsi və müəyyən edilmiş həmin mənzilə sahiblik və istifadə etmək hüququnun tanınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Əsgərli oğlu 20 may 2007-ci il tarixli müqavilə əsasında Cavabdeh3 MTK-nın sədri X8 ünvan 1 ünvanında inşa edilən çoxmərtəbəli yaşayış evinin 1-ci blok, 4-cü mərtəbədə, ümumi sahəsi 75 kv.m olan 19 nömrəli mənzili almışdır. Cavabdeh3 MTK-dan (sədr S.H. Hüseynov) alınmış Maliyyə Arayışında qeyd edilmişdir ki, Bakı şəhəri, Yeni Yasamal massivi, 2 dairəvi küçəsində yerləşən kooperativ yaşayış binası Cavabdeh3 MTK-ya məxsusdur. Bu binanın 1 giriş, 7 mərtəbəsində, ümumi sahəsi 75 kv.m, yaşayış sahəsi 1 otaqlı 19 saylı mənzilin pay dəyəri Payçı İddiaçı Əsgərli oğlu tərəfindən tam ödənilmişdir, MTK-ya borcu yoxdur. DƏDK və RPHŞ 1 saylı Bakı Ərazi İdarəsində İddiaçı ünvan 2 ünvanında inşa edilmiş 12F saylı yaşayış binasının 19 saylı mənzili üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrfində qeydiyyata alınması ilə bağlı ********** daxil olma nömrəli, xx.xx.2024-cü il tarixli müraciətinə baxılaraq DƏDK və RPHŞ 1 saylı Bakı Ərazi İdarəsi xx.xx.2024-cü il tarixli məktubunda qeyd etmişdir ki, İdarəyə Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 2, 12F ünvanında inşa edilmiş yaşayış binasında yerləşən mənzillərin sıra saylarının əvvəllər sağdan sola sayıldığı, sonradan yaranmış texniki səbəblərə görə həmin mənzillərin sıra saylarında dəyişiklik olduğu barədə Cavabdeh3 MTK tərəfindən 099 saylı xx.xx.2021-ci il tarixli məktub daxil olmuşdur. Müraciətlərinə əlavə olunmuş sənədlərdə mənzilin nömrəsi 19 saylı göstərilsə də, İdarənin mütəxəssisləri tərəfindən mənzilə texniki baxış keçirilən zaman müvafiq mənzilin 3-cü girişin 7-ci mərtəbəsində yerləşdiyi və sıralama ilə nömrəsinin 72 saylı (qapı 4) olduğu müəyyən edilmişdir. Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 2 küçəsi, 12F saylı evin 72 saylı mənzili (giriş 3) və Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 2 küçəsi 12F saylı evin 19 saylı mənzili (giriş 1)müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq digər fiziki şəxslırin adına daşınmaz əmlakin dövlət reyestrində qeydiyyata alınmışdır. Vəkil sorğusu əsasında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024cü il tarixli məktubundan alınan məlumatda qeyd edilir ki, ünvan 4 ünvanı Cavabdeh1, ünvan 5 ünvanı isə Cavabdeh2 adına dövlət reyestrində qeydiyyata alınmışdır. Göründüyü kimi, mənzilin dəyəri iddiaçı tərəfindən tam ödənilmiş və həmin əmlaka sahiblik və istifadə etmək hüququnu əldə etmişdir. Cavabdeh3 MTK tərəfindən mübahisəli mənzilin alqısatqısı barədə digər şəxslə müqavilənin bağlanması mülki qanunvericiliyin normalarına Konstitusiya Məhkəməsi Plenumunun 4 mart 2015-ci il tarixli qərarında qeyd olunan hüquqi mövqeyinə uyğun olmamışdır. İddia ərizəsinə əlavə edilən müqavilədən və maliyyə arayışından görünür ki, iddiaçı ünvan 1 ünvanında inşa edilən çoxmərtəbəli yaşayış evinin 1-ci blok, 4-cü mərtəbədə, ümumi sahəsi 75 kv.m olan 19 nömrəli mənzilin dəyərini ödəməklə müqavilə üzrə öhdəliyini tam şəkildə icra etməsinə baxmayaraq, Cavabdeh3 MTK mənzili iddiaçıya təhvil verməmiş və müqavilə üzrə öz öhdəliyini yerinə yetirməmişdir. Bu baxımdan Cavabdeh3 MTK-nın qanuna zidd hərəkətləri nəticəsində digər şəxslə bağlanmış müqavilə üzrə hüquqları pozulmuş şəxsin Cavabdeh3 MTK-dan dəymiş ziyanı tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəmə Plenumunun "X.Mirzəliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 17 sentyabr 2021-ci il tarixli qərarına əsasən mübahisə predmetini fərdi müəyyən əşya təşkil etdiyi halda , həmin əşyanın geri qaytarılması ilə bağlı irəli sürüləcək iddia hər hansı müddətlə məhdudlaşmır. Belə ki, fərdi müəyyən əşya hüququ əsas olmadan qarşı tərəfin sahibliyinə keçdiyinə görə, qarşı tərəf həmin əşya üzərində mülkiyyət və s əşya hüquqları əldə etmir. Ona görə də mülkiyyətçi özünün mülkiyyət hüququna istinad edərək qanunsuz sahib olan müqavilənin qarşı tərəfindən müddətsiz olaraq öz əşyasını Mülki Məcəllənin 157.2 və 157.5-ci maddələrinə əsaslanmaqla istəyə bilər. Bununla da ünvan 1 ünvanında inşa edilən çoxmərtəbəli yaşayış evinin 1-ci blok, 4- cü mərtəbədə, ümumi sahəsi 75 kv.m olan 19 nömrəli mənzilinin yeri müəyyən edilməli, başqasının qanunsuz sahibliyindən geri qaytarılmalı və istifadəmə verilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini qəbul etməyərək, iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, digər cavabdehlər məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş materiallarında olan X17 ilə cavabdeh İddiaçı arasında bağlanmış xx.xx.2007-ci il tarixli müqaviləyə əsasən ünvan 6 ünvanda inşa edilən çoxmərtəbəli yaşayış evinin 1 blok, 7 mərtəbə, ümumi sahəsi 75 kv.metr olan 19 №-li mənzili izolə olunmuş 1 otaqdan ibarət olub bir pay kimi İddiaçı verilir. Tikinti bir il yarım müddətində təhvil verilir. İş materiallarında olan maliyyə arayışına əsasən Bakı şəhəri, Yeni Yasamal massivi, 2 dairəvi küçəsində yerləşən kooperativ yaşayış binası Cavabdeh3 Mənzil Tikinti Kooperativinə məxsusdur. Bu binanın 1 giriş, 7 mərtəbəsində, ümumi sahəsi 75 kv.m yaşayış sahəsi, 1 otaqlı 19 saylı mənzilin pay dəyəri "xxxx" İddiaçı tərəfindən tam ödənilmişdir. MTK-ya borcu yoxdur. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli cavab məktubuna əsasən ünvan 8 ünvanında inşa edilmiş 12F saylı yaşayış binasının 19 saylı mənzili üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** daxil olma nömrəli, xx.xx.2024-cü il tarixli müraciətə tərəflərindən baxılmışdır. Müraciətlə əlaqədar olaraq bildirirlər ki, İdarəyə Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-2, 12F ünvanında inşa edilmiş yaşayış binasında yerləşən mənzillərin sıra saylarının əvvəllər sağdan sola sayıldığı, sonradan yaranmış texniki səbəblərə görə həmin mənzillərin sıra saylarında dəyişiklik olduğu barədə Cavabdeh3 MTK tərəfindən 099 saylı, xx.xx.2021-ci il tarixli məktub daxil olmuşdur. Tərəflərindən müraciətə əlavə olunmuş sənədlərdə mənzilin nömrəsi 19 saylı göstərilsə də, İdarənin mütəxəssisləri tərəfindən mənzilə texniki baxış keçirilən zaman müvafiq mənzilin 3-cü girişin 7-ci mərtəbəsində yerləşdiyi və sıralama ilə nömrəsinin 72 saylı (qapı 4) olduğu müəyyən edilmişdir. Əlavə olaraq bildirirlər ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal- 2 küçəsi 12F saylı evin, 72 saylı mənzili (giris 3) və Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-2 küçəsi 12F saylı evin, 19 saylı mənzili (giriş 1) müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq digər fiziki şəxslərin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin Bakı şəhəri 25 saylı Vəkil Bürosuna xx.xx.2024cü il tarixli məlumatın təqdim edilməsi haqqında məktubuna əsasən ünvan 10 ünvanı Cavabdeh1, ünvan 11 ünvanı isə Cavabdeh2 adına dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi X22 qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 12 ünvanında yerləşən ümumi sahəsi 110.10 kv.m olan mənzil xüsusi mülkiyyət kimi Cavabdeh2 оğlunun adına xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan “Azəriqaz” İB Bakı Regional Qazın Satışı Departametinin Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 25 saylı vəkil bürosunun vəkili Vəkil ünvanladığı xx.xx.2024-cü il tarixli, 14-2-2/2-6755/2024 nömrəli məktuba əsasən ünvan 14 ünvanında (Şakir MTK) quraşdırılan G-4 markalı, **********4 nömrəli məişət qaz sayğacının quraşdırılması ödənişi və abonentin istehlakçı hesab koduna dair məlumatın verilməsi haqqında "Azərıqaz istehsalat Birliyinə ünvanladığınız (daxil olma: 29.11,2024cü il tarixli 14-2-2/1-28636/2024) müraciətə aidiyyəti üzrə Bakı Regional Qazın Satışı Departamentində (daxil olma: 11.12 2024-cü il tarixli 14-2-2/3-11-28598/2024) baxılmışdır.Bildirirlər ki, ünvanladığı məktubda göstərilən (abonent kodu: **********80720 sayğac nömrəsi: **********4) mənzildə quraşdırılan məişət qaz sayğacı Avtomatlaşdırılmış Qaz informasiya Sistemində istehlakçı kimi ilk dəfə xx.xx.2021-ci il tarixdə Cavabdeh3 MTK adına qeydiyyatda alınmış və təbii qazdan istifadə olunmamışdır. İş materiallarında olan abonent kodu **********80720 olan Bakı şəhəri, Yasamal rayоnu, Yeni Yasamal-2 küçəsi, Cavabdeh3 MTK bina 12F, mənzil 72 ünvanına verilmiş xx.xx.2024-cü il tarixli abonentin saldosuna əsasən 03/2021-ci il tarixdən təbii qazdan istifadə olunmamışdır. İş materiallarında olan "xxxx" ASC-nin Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 25 saylı vəkil bürosunun vəkili Vəkil ünvanladığı məktuba əsasən Səhmdar Cəmiyyətin elektron bazasında qeyd olunan Bakı şəhəri, Yeni Yaşamal massivi, 2-ci Dairəvi küçəsi ev 2, 19 nömrəli mənzilin **********А0019 nömrəli abunə kodu ilə Cavabdeh3 MTK adına qeydiyyata alınmasına dair məlumat olduğu bildirilmişdir. İş materiallarında olan Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri şəhərlərin X26 Xidməti” publik hüquqi şəxsinin Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 25 saylı vəkil bürosunun vəkili Vəkil ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-53-3/2- 7056/2024 nömrəli məktubuna əsasən vətəndaş İddiaçı adına ünvan 16 ünvanında **********191 saylı (xx.xx.2020-ci il tarixli müqavilə №42597546, sayğac № 656681) abonent kodu müəyyən edilmişdir. İş materiallarında olan maliyyə arayışına əsasən ünvan 17 ünvanda yerləşən kooperativ yaşayış binası Cavabdeh3 Mənzil Tikinti Kooperativinə məxsusdur. Bu binanın 1 giriş, 10 mərtəbəsində, ümumi sahəsi 135 kv.m yaşayış sahəsi, 3 otaqlı 19 saylı mənzilin pay dəyəri "xxxx" Cavabdeh2 tərəfindən tam ödənilmişdir. MTK-ya borcu yoxdur. İş materiallarında olan Cavabdeh3 MTK tərəfindən qəbul edilmiş protokoldan çıxarışa əsasən vətəndaş Cavabdeh2 Cavabdeh3 MTK üzvlüyünə qəbul edilmiş, onun razılığı yolu ilə Cavabdeh3 MTK-nın binasında Yasamal rayonu, Yeni Yasamal 2 küçəsi, bina 12F, 1-ci giriş, 10-cu mərtəbəsində 3 otaqlı ümumi sahəsi 135 m2 olan 19 №-li mənzilə düşməsi təsdiq edilmişdir. İş materiallarında olan Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli,2-1(112)- 1661/2022 nömrəli qərarına əsasən Bakı şəhəri,Yasamal rayonu,X31 küçəsi 2 ünvanında yerləşən 10 mərtəbəli binanın 20 Yanvar metrostansiyası istiqamətindən həyətə daxil olmaqla 3-cü giriş(blok),7-ci mərtəbə,pilləkənlə çıxadıqda sağ tərəfdə yerləşən,1 yaşayış otaqlı olmaqla 54.2 kv m olan 72 saylı mənzili iddiaçılar X14 və X3 birgə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına salınması öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüqqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli. 2-1(103)-491/2023 nömrəli qərarına əsasən Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-1661/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərarda qeyd edilmişdir ki, Bakı şəhəri,Yasamal rayonu, X31 küçəsi 2 ünvanında ünvanda olan 19 və 53 saylı mənzillərin hal-hazırki rekvizitlərinin müəyyən edilməsi ilə bağlı mütəxəsssi rəyi verilmişdir. Həmin mütəxəssis rəyinə əsasən Bakı şəhəri,Yasamal rayonu,X31 küçəsi 2 ünvanında yerləşən 10 mərtəbəli binada 20 Yanvar metrostansiyası istiqamətindən həyətə daxil olduqda 1-ci (yeni nömrə ilə 3) giriş(blok),7-ci mərtəbə, pilləkənlə çıxdıqda sağ tərəfdə yerləşən, 19 saylı nömrəli Yasamal Rayon İcra şöbəsinin icra sənədinə əsasən iddiaçılar X14 və X4 təhvil verilmişdirmi sualına cavab olaraq mütəxəssis qeyd etmişdir ki, həmin mənzil təhvil verilmiş, yeni qaydalarla mənzil 3cü giriş,7-ci mərtəbədə yerləşən 72 (köhnə mənzil nömrəsi ilə 19) saylı mənzildir.Eyni zamanda məhkəmənin digər sualına da cavab olaraq mənzilin sahəsi 3-cü girişdə yerləşən 72 saylı mənzil 1 yaşayış otaqlı ümumi sahəsi 54.2 kv m olan mənzildir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-491/2023 nömrəli qərarında göstərilən 1 saylı Bakı İnzibati-İqtisadı Məhkəməsinin xx.xx.2015-ci il tarixli,2-1(1181)-2953/2015 nömrəli qərarına əsasən iddiaçılar İddiaçı Əsgərli oğlu və digərləri cavabdeh Yasamal rayon İcra şöbəsinə qarşı, 3-cü şəxslər X9 və X5 qanuni nümayəndəsi X18, X19, X12,X23 işə cəlb olunmaqla Yasamal rayon icra şöbəsinin icra məmurlarının hərəkətlərinin qanunsuz hesab edilməklə, Bakı şəhəri,Yasamal rayonu,X31 küçəsi 2 ünvanında yerləşən 10 mərtəbəli binanın sakinlərinin mənzillərdən çıxarılmaqlarına dair inzibati aktın və ondan irəli gələn hüquqi nəticələrin ləğv edilməsi barədə iddiaları rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1750/2016 nömrəli,xx.xx.2016-cı il tarixli qərarı ilə qərar dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi X22 qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 20 ünvanında yerləşən ümumi sahəsi 55.40 kv.m olan mənzil birgə mülkiyyət hüquqi kimi X9 və X3 adlarına xx.xx.2024-cü il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “Daşınmaz əmlakın bağışlanma müqaviləsi”nə əsasən X14 və X6 ünvan 20 ünvanında yerləşən ümumi sahəsi 55.40 kv.m olan 1 otaqlı mənzili X15 bağışlamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi X22 qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 20 ünvanında yerləşən ümumi sahəsi 55.40 kv.m olan 1 otaqlı mənzil X13 adına xx.xx.2024-cü il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcı ünvan 10 ünvanında yerləşən, ümumi sahəsi 55.4 kv/m olan mənzilin tam mülkiyyət üzrə on(lar)a məxsus hissəsindən aşağıda göstərilən hissəni (hissələri) "Alıcının” mülkiyyətinə verir(lər); satıcı X21 (tam hissə, 55.4 kv/m) - alıcı Cavabdeh1; satılan daşınmaz əmlak aşağıdakı hüquqmüəyyənedici sənədə əsasən satıcıya məxsusdur:. Satıcı(lar) daşınmaz əmlakı 55000 manat 00 qəpik (əlli beş min manat sıfır qəpik) qiymətinə satdı(lar), Alıcı(lar) isə həmin qiymətə aldı(lar); alıcı Cavabdeh1 satıcı X1 tam hissəni (55.4 kv/m) ondan 55000 manat 00 qəpik(əlli beş min manat sıfır qəpik) qiymətinə aldı. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi X22 qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 20 ünvanında yerləşən ümumi sahəsi 55.40 kv.m olan mənzil xüsusi mülkiyyət kimi Cavabdeh1 оğlunun adına xx.xx.2024-cü il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcı ünvan 21 ünvanında yerləşən, ümumi sahəsi 55.4 kv/m olan mənzilin tam mülkiyyət üzrə on(lar)a məxsus hissəsindən aşağıda göstərilən hissəni (hissələri) "Alıcının* mülkiyyətinə verir(lər); satıcı Cavabdeh1 (tam hissə, 55.4 Kv/M) - alıcı X20; satılan daşınmaz əmlak aşağıdakı hüquqmüəyyənedici sənədə əsasən satıcıya məxsusdur: Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2024 tarixdə Cavabdeh1 verilmiş dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət üzrə, 55.4 kv/m; real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş xx.xx.2024 il tarixli, qeydiyyat nömrəsi **********KT71003 olan arayışa əsasən müqavilə bağlananadək ünvan 22 ünvanında yerləşən mənzil ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağan qoyulmamışdır. Satıcı(lar) daşınmaz əmlakı 116000 manat 00 qəpik (bir yüz on altı min manat sıfır qəpik) qiymətinə satdı(lar), Alıcı(lar) isə həmin qiymətə aldı(lar); alıcı X7 Cavabdeh1 satdığı tam hissəni (55.4 kv/m) ondan 116000 manat 00 qəpik (bir yüz on altı min manat sıfır qəpik) qiymətinə aldı. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi X22 qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 20 ünvanında yerləşən ümumi sahəsi 55.40 kv.m olan mənzil xüsusi mülkiyyət kimi X34 оğlunun adına xx.xx.2024-cü il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin X26 Xidməti” publik hüquqi şəxsinin Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 25 saylı vəkil bürosunun vəkili Vəkil ünvanladığı məktuba əsasən müraciətlə əlaqədar bildirirlər ki, “İri Şəhərlərin X26 Xidməti publik hüquqi şəxsin "Müştəri informasiya Sistemləri” proqramında vətəndaş İddiaçı adına ünvan 23 ünvanında **********191 saylı (xx.xx.2020-ci il tarixli müqavilə № ********. sayğac № 656681) abonent kodu müəyyən edilmişdir İş materiallarında olan xx.xx.2000-ci il tarixli abonentin kartına əsasən müqavilə nömrəsi 42597546 olan İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yol, ev-2, mən.19 ünvanda su və çirkab sulaırndan istifadəyə görə yekun borcu 4.18 manat məbləğində təşkil edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının: 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericirlikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. 233.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatla təsbit edilir. İlk növbədə məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş sübutlarla bağlı qeyd edir ki, ünvan 6 ünvanda inşa edilən çoxmərtəbəli yaşayış evinin 1 blok, 7 mərtəbə, ümumi sahəsi 75 kv.metr olan 1 otaqlı 19 №-li mənzilin X17 tərəfindən İddiaçı xx.xx.2007-ci il tarixdə satılması ilə bağlı müqavilənin əsli və ya notarial qaydada təsdiq olunmuş surətinin tələb edilməsinə baxmayaraq məhkəməyə təqdim edilməmişdir. Bundan başqa, sözügedən xx.xx.2007-ci il tarixli müqavilənin vizual tədqiqi zamanı müəyyən olunur ki, ünvan 1 ünvanda inşa edilən çoxmərtəbəli yaşayış evinin 1 blok, 7 mərtəbə, ümumi sahəsi 75 kv.metr olan 1 otaqlı 19 №-li mənzilə dair müqavilə fiziki şəxs X17 ilə bağlansa da, verilmə tarixi qeyd edilməyən maliyyə arayışı isə “Şakir “MTK-nin sədri tərəfindən təsdiq edilərək imzalanmışdır. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, X17 ilə İddiaçı arasında bağlanmış xx.xx.2007-ci il tarixli müqaviləyə əsasən ünvan 1 ünvanda inşa edilən çoxmərtəbəli yaşayış evinin 1 blok, 7 mərtəbə, ümumi sahəsi 75 kv.metr olan 19 №-li mənzili izolə olunmuş 1 otaqdan ibarət olub bir pay kimi İddiaçı verilmiş, maliyyə arayışına əsasən Bakı şəhəri, Yeni Yasamal massivi, 2 dairəvi küçəsində yerləşən kooperativ yaşayış binası Cavabdeh3 Mənzil Tikinti Kooperativinə məxsus olduğu, bu binanın 1 giriş, 7 mərtəbəsində, ümumi sahəsi 75 kv.m yaşayış sahəsi, 1 otaqlı 19 saylı mənzilin pay dəyəri "xxxx" İddiaçı tərəfindən tam ödənildiyi və MTK-ya borcu olmadığı qeyd olunmuşdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi məktubla bildirmişdir ki, İdarəyə Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-2, 12F ünvanında inşa edilmiş yaşayış binasında yerləşən mənzillərin sıra saylarının əvvəllər sağdan sola sayıldığı, sonradan yaranmış texniki səbəblərə görə həmin mənzillərin sıra saylarında dəyişiklik olmuşdur. İddiaçı müraciətinə əlavə olunmuş sənədlərdə mənzilin nömrəsi 19 saylı göstərilsə də, İdarənin mütəxəssisləri tərəfindən mənzilə texniki baxış keçirilən zaman müvafiq mənzilin 3-cü girişin 7-ci mərtəbəsində yerləşdiyi və sıralama ilə nömrəsinin 72 saylı (qapı 4) olduğu müəyyən edilmişdir. ünvan 10 ünvanı Cavabdeh1, ünvan 11 ünvanı isə Cavabdeh2 adına dövlət reyestrində qeydiyyata alındığı bildirilmişdir. Hazırda iddiaçı ünvan 1 ünvanında inşa edilən çoxmərtəbəli yaşayış evinin 1-ci blok, 4-cü mərtəbədə, ümumi sahəsi 75 kv.m olan 19 nömrəli mənzilin yerinin müəyyən edilməsi və müəyyən edilmiş həmin mənzilə sahiblik və istifadə etmək hüququnun tanınması tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-491/2023 nömrəli qərarında əks olunan 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2- 1(181)-2953/15 nömrəli qərarına əsasən müəyyən olunur ki, İddiaçı mübahisəli 19 saylı mənzillə bağlı məhkəmə mübahisələrində tərəf kimi iştirak etmişdir. Həmin məhkəmə qərarlarında İddiaçı ayrılmış mənzil barədə mütəxəssis rəyinə əsasən yeni qaydalarla mənzil 3-cü giriş,7-ci mərtəbədə yerləşən 72 (köhnə mənzil nömrəsi ilə 19) saylı mənzilin X14 və X4 təhvil verildiyi barədə məlumatlı olmuşdur. İddiaçı əvvəllər hazırda mübahisələndirdiyi 72 (köhnə mənzil nömrəsi ilə 19) mənzillə bağlı ilkin mənzil sahiblərinə qarşı iddia qaldırsa da, tələbi təmin edilməmişdir. İş materialları ilə müəyyən edilir ki, ilkin mülkiyyətçilər X14 və X6 məhkəmə qərarına əsasən mülkiyyət hüquqları əldə etdiyi həmin 19 nömrəli (hazırda 72) mənzili X15 bağışlamışlar və daha sonra X21 həmin mənzili notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 satmışdır. Daha sonra isə Cavabdeh1 həmin mənzili notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən X2. İddiaçı həmin mənzil barədə ilkin mülkiyyətçilərə qarşı iddia ilə məhkəməyə müraciət etsə də tələbi rədd edilmiş, lakin hazırda həmin 72 (köhnə mənzil nömrəsi ilə 19) mənzili qanuni əsaslarla əldə etmiş digər mülkiyyyətçi Cavabdeh1 qarşı tələblə müraciət etmişdir. Digər Cavabdeh2 münasibətdə məhkəmə qeyd edir ki, iddiaçının müqaviləsində qeyd edilən 1-ci giriş (hazırda 3-cü giriş), ümumi sahəsi 75 kv m (faktiki 55.4 kv m) olan 1 otaqlı, 19 nömrəli (hazırda 72 nömrəli) mənzillə Cavabdeh2 adına dövlət reyestində qeydiyyata alınmış yeni qaydalarla ünvan 25 ünvanda 1-ci giriş, 3 otaqlı ümumi sahəsi 135 kv m olan 19 nömrəli mənzildə otaqların sayı, mənzillərin ümumi sahələri və mənzillərin mərtəbələri arasında hər hansı uyğunluq müəyyən edilmir. Göründüyü kimi, iddiaçının mübahisələndirdiyi ünvan 1, 1-ci giriş, ümumi sahəsi 75 kv m. olan 1 otaqlı, 19 nömrəli mənzilin Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-2 küçəsi, ev 12F, 1 otaqlı, ümumi sahəsi 55.4 kv m olan 72 nömrəli mənzil müəyyən olunduğu iş materialları ilə təsdiq edilmişdir. Həmin mənzil hazırda X16 xüsusi mülkiyyətindədir. X24 daşınmaz əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən çıxarış əldə etmiş və bu hüquq dövlət qeydiyyatına alındığından qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 106.1-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin izahatları o halda işin hallarını müəyyən etməyə imkan verən mötəbər sübut kimi hesab oluna bilər ki, həmin izahat iş üzrə toplanmış digər sübutlarla təsdiq olunsun. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı). Beləliklə, məhkəmə işin faktiki hallarını nəzərə alıb, qanunvericiliyin yuxarıda sadalanan normalarının tələblərinə əsaslanaraq hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Mənzil Tikinti Kooperativinə qarşı “mənzilin yerinin müəyyən edilməsi və mənzilə sahiblik və istifadə hüququnun tanınması” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aydan Oruclu
Məhkəmə qərarları › İş №e-2(004)-231/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-231/2025
06.02.2025 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver