Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3585/2020 26.10.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi Ərizəçi, Maraqlı şəxs Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X8, Maraqlı şəxs Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi X7 iştirakları ilə, Ərizəçi maraqlı şəxslər Maraqlı şəxsnə, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə və Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı «doğum faktının müəyyən edilməsi» tələbinə dair mülki işə xx xxxxxxx 2020ci il tarixdə Abşeron rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxxx 2018-ci il tarixdə cinsi qız olan uşağın doğulmasına dair doğum haqqında şəhadətnamə verilməsi, doğum haqqında şəhadətnamədə uşağın soyadı Allahverdizadə, adı Ruqayyə, ata adıFərid, doğum tarixi xx xxxxx 2018-ci il, doğulduğu yer İraq, ata qrafasında atasının X9, ana qrafasında anasının X3, valideynlərinin milliyyətləri azərbaycanlı kimi qeyd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə Ərizəçi izahatında bildirdi ki, onun qızı xx.xx.1990-cı il təvəllüdlü X3 ilə X18 2012-ci ildə rəsmi nikaha daxil olmadan ailə qurmuşlar, onların birgə nikahdan dörd uşaqları doğulmuşdur. Bildiyinə görə, qızı təxminən 2014-cü ildə Türkiyə Cümhuriyyətinə keçmiş, ordan da Suriya Respublikasına getmişdir. Buna baxmayaraq, tez-tez qızı ilə telefon vasitəsilə əlaqə saxlayırdı. 2017-cı ilin 04 avqustundan qızı ilə əlaqəsi tamamilə kəsilmişdir. Bundan narahat olmağa başlamışdır. Orada yaşayan azərbaycanlılardan xəbər tutaraq qızının birgə qeyri rəsmi nikahda yaşadığı həyat yoldaşı Fəridin təyyarə vuraraq həlak olduğunu öyrənmişdir. Bundan sonra onun qızı ilə əlaqəsi olmamışdır. 2018-ci ildə qızının İraq Respublikasının paytaxtı Bağdadda həbsxanada olduğunu bilmişdir. Elə həmin həbsxanada xx xxxxx 2018-ci il tarixdə qızının Rüqayyə adlı bir qız uşağı doğulmuşdur. Abşeron rayon İHB-nın xx xxxx 2020-ci il tarixli 54 saylı sərəncamı ilə uşağa qəyyum təyin edilmişdir. Uşağı Prezidentin qərarı ilə Xarici İşlər Nazirliyi gətirmişdir. İraqda ilk növbədə uşaqlar gətirilir, qadınların gətirilməsi üçün müqavilə bağlanmalıdır deyə qızının gəlməsi ləngiyir. Hal-hazırda uşağa o baxır, lakin uşağın doğum haqqında şəhadətmnaməsi olmadığına görə müəyyən sənədləşdirmə apara bilmirlər, uşağa doğum haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin onlar uşağın doğumunu qeydə almaqdan imtina etmişlər. O, əvvəllər Sumqayıt şəhərində qeydiyyatda olmuşdur. Uşağın doğumunun qeydə alınması faktı ona doğum şəhadətnaməsi almaq üçün lazımdır. O, xx.xx.2020-ci il tarixdə eyni məzmunlu ərizə ilə Abşeron rayon məhkəməsinə müraciət etmişdir. xx.xx.2020-ci ildə məhkəmə işi geri qaytarmışdır. Bununla bağlı təqdim etdiyi sənədləri xx.xx.2020-ci il tarixdə məhkəmədən geri götürə bilmişdir. Qayıdış şəhadətnaməsinin əslini təqdim etmək mümkün deyil, həmin dövrdə gətirilən uşaqların heç birinə bu barədə sənədin əsli təqdim edilməmişdir. Buna baxmayaraq onların hamısının işinə baxılmış, qərar qəbul edilmiş və doğum haqqında şəhadətnamə ilə təmin olunmuşlar. Sənədi olmadığı üçün nəvəsini bağçaya da qoya bilmir, çox çətinliklərlə üzləşir. Maraqlı şəxs Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X14 məhkəmə iclasında izahatında bildirdi ki, az müddət ərzində uşaqların gələcəyi deyilmişdir. Onlarda yəqin ki, sənədin rəngli forması var. Uşaqlar vaxtilə Sumqayıtda yaşamışlar. Uşağın gələcək taleyi üçün onlar ərizəyə etiraz etmirlər. Maraqlı şəxs Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi X10 izahatında bildirdi ki, Belə işlər dövlətin xüsusi nəzarətindədir. Uşaqlar dövlət xətti ilə gətirilmişdir. Bu işlə Xarici İşlər Nazirliyi məşğul olur və işçi qrupu yaradılmışdır. Sənədlərin əsli Dövlət Təhlükəsizlik Xidmətindədir. Sənədlər Təhlükəsizlik Xidmətindən onlarda ancaq qayıdış vərəqəsi vardır. Bağdad şəhərində uşaqlar onların da iştirakı ilə gətirilmişdir. Sənədlər təqdim edilisə və ehtiyac olarsa təsdiq edərlər. Digər Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 54 №-li sərəncamına əsasən, xx.xx.2018-ci il təvəllüdlü X4 xx.xx.1957-ci il təvəllüdlü nənəsi Ərizəçi qızının qəyyumluğuna (himayəçiliyinə) verilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının İraqdakı Səfirliyi tərəfindən verilmiş AA0148050 №-li doğum haqqında şəhadətnamədən görünür ki, X4 xx.xx.2018-ci il tarixində İraqda anadan olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”na əsasən doğumun qeydə alınması üçün doğum faktını, vaxtını, yerini təsdiq edən tibb müəssisəsindən kənarda doğulduqda doğuma köməklik göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi №3 formalı sənəd təqdim olunmalıdır. Göstərilən əsaslar olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə əsaslıdır və təmin olunmalıdır. Belə ki, X3 ilə X5 faktiki nikah münasibətlərindən X6 dünyaya gəlmişdir. X1 xx.xx.2018-ci il tarixdə İraqda anadan olması, atasının X9, anasının isə X3 olması faktı ərizəçinin izahatı ilə yanaşı, iş materiallarına əlavə edilmiş digər sənədlərlə təsdiq olunduğundan X2 yeni doğum haqqında şəhadətnamə verlməlidir. Həmçinin məhkəmə hesab edir ki, qeyd olunan faktın müəyyən olunmaması ərizəçinin mülki və digər hüquqlarını həyata keçirməsinə təsir göstərir. Həmçinin, ərizəçinin bu faktı təsdiq edən lazımi sənədi məhkəmədən kənar başqa qaydada ala bilməsi mümkün deyildir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 6-cı hissəsinə əsasən uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin 3-cü hissəsinə əsasən nikah və ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsinə görə məhkəmə doğum faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbayçan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasının” 2.6-cı bəndinə əsasən bu qaydanın 2.5-ci bəndində nəzərdə tutulan əsaslar olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Həmin qaydanın 2.5.4-cü bəndinə əsasən uşaq tibb müəssisəsindən kənarda doğulduqda doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənədlər əsasında doğum qeydə alınmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307, 311 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, qət etdi: Ərizə təmin edilsin. Allahverdiyeva RuqəyyaFərid qızının xx.xx.2018-ci il tarixdə İraqdadoğum faktı müəyyən olunsun. Allahverdiyeva RuqəyyaFəridqızına doğum haqqında yeni şəhadətnamə verilsin və doğumhaqqında şəhadətnamədə soyadı Allahverdizadə, adı Ruqayyə, ataadıFərid, doğumtarixi xx xxxxx 2018-ciil, doğulduğuyer İraq, ataqrafasındaatasınınadı AllahverdiyevFəridVaqifoğlu, anaqrafasındaanasınınadı AllahverdiyevaMətanətVaqifqızı, valideynlərininmilliyyətləriazərbaycanlı olaraqqeyd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV
Məhkəmə qərarları › İş №2(012)-3585/2020
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3585/2020
26.10.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver