Məhkəmə qərarları › İş №2(012)-3599/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3599/2025

12.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3599/2025 12.09.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Rzayev Fariz Gündüz oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı müqavilənin təhvil verilməsi öhdəliyinin qoyulması tələbinə dair iddiası üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh MTK-ya və X1 qarşı mənzildən çıxarılma və mənzilin təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh MTK-nın üzərinə onunla 2020-ci ilin avqust ayında Cavabdeh MTK arasında bağlanmış mənzilin alqı-satqısına dair müqavilənin ona verilməsi öhdəliyinin qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında bildirmişdir ki, "xxxx" MMC ilə xx.xx.2007-ci il tarixdə müqavilə Xırdalan şəhəri M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda 12 mərtəbəli yaşayış evinin 9-cu mərtəbə, ümumi sahəsi 43,4kvolan 3-cü blok 50 saylı mənzil, izolə olumuş 1 otaqdan ibarət bir pay kimi ona verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilə üzrə o, mənzilin dəyəri bir kv. metr üçün 426 manat ödəməklə cəmi 18488 manat pul ödəməli idi. Hazırda o həmin müqavilə üzrə ödəməli olduğu 18488 manat pul tam ödəmişdir. Sonradan "xxxx" MMC tikinti işlərini dayandırmışdır. 2019-cu ilin may ayında o, evin tikintisinin nə yerdə olduğu ilə maraqlanmaq üçün binaya getmiş, orada ona məlum oldu ki, həmin bina 2016-cı il tarixdə Cavabdeh MTK -ya satılaraq evin tikintisi həmin MTK tərəfindən davam etdirilmişdir. Cavabdeh MTK hazırda "xxxx" MMC-nin varisidir. O, evinin nə zaman tikilərək ona veriləcəyi ilə bağlı Cavabdeh MMC-yə müraciət etmişdir. Lakin Cavabdeh MTK tərəfindən ona bildirmişlər ki, əlavə pul ödəməlidir. Bundan sonra o, Cavabdeh MTK ilə yenidən müqavilə bağlayaraq həmin binanın 5-ci blokunda yerləşən 82 nömrəli sahəsi 93.2 kv m olan mənzilə görə nağd olaraq 10000 manat 12 ay 340 manatdan pul ödəməli oldu. Cavabdeh MTK tərəfindən ona pul ödənildikdən sonra maliyyə arayışı təqdim olunmuşdur. Sonradan həmin mənzillər bir neçə nəfərə satıldığı üçün Baş Prokurorluq yanında Korrupsiya idarəsində araşdırma aparılmış o, cinayət işi üzrə zərərçəkmiş kimi tanınmışdır.Cavabdeh MTK ilə aralarında bağlanmış müqavilə və maliyyə arayışı itmişdir. Halhazırda sözügedən müqavilənin əldə olunması zərurəti yaranmışdır. Bu səbəbdən hesab edir ki, cavabdehin üzərinə müqavilənin ona verilməsi öhdəliyi qoyulmalıdır. Qeyd edilənlərə əsasən, o, iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh MTK məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən həmin onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, iş materiallarını və ona əlavə edilmiş sübutları nəzərdən keçirərək, iş üzrə toplanılmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Sumqayıt Ağır Cinayətlər Məhkəməsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4, 308.2 və 313-cü maddələrilə, X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4, 32.5, 308.2 və 32.5, 313-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə 2(012)- 3599/2025 saylı sorğuya əsasən bildirilir ki, "xxxx" MMC ilə İddiaçı arasında bağlanılmış xx.xx.2007-ci il tarixli müqaviləyə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda 12 mərtəbəli yaşayış evinin 9-cu mərtəbə, ümumi sahəsi 43.4 kvadrat metr olan, 3-cü blok, 50 nömrəli mənzil, izolə olunmuş 1 otaqdan ibarət payın iddiaçıya verilməsi ilə bağlı müqavilənin surəti cinayət işinin materiallarına əlavə edilmişdir. Odur ki, İddiaçı adına da rəsmiləşdirilmiş Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda, 12 mərtəbəli yaşayış evinin 9-cu mərtəbə, ümumi sahəsi 43.4 kvadrat metr olan, 3-cü blokunda yerləşən, 50 nömrəli mənzil ilə bağlı müqavilənin surəti məhkəməyə göndərilir. -"xxxx" MMC və X4 arasında bağlanmış xx.xx.2007-ci il tarixli 176 nömrəli müqavilənin surətindən görünür ki, MMC Xırdalan şəhəri M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda 12 mərtəbəli yaşayış binasının İX mərtəbə, ümumi sahəsi 43,4 m2 olan İİİ blokunda izolə olunmuş 1 otaqdan ibarət 50 nömrəli mənzili pay kimi alıcıya verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən müqavilə üzrə mənzilin dəyəri bir kvadrat metr sahə üçün 426 manat təşkil edir. Sahəsi 43,4 m2 olan mənzil üçün 18488 manat ödənilməlidir. -Azərbaycan Respublikasının Baş Prokurorluğu Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, istintaq zamanı iş üzrə dindirilmiş İddiaçı ünvan 2 ünvanında Cavabdeh MTK tərəfindən inşa edilməkdə olan yaşayış binasının 3-cü blokunda yerləşən, ümumi sahəsi 43.4 m2 ölçüdə olan, 1 otaqlı 50 nömrəli mənzilinin onun adına rəsmiləşdirildiyini bildirsə də, bununla bağlı alqı-satqı müqaviləsi və yaxud maliyyə arayışının əsillərini təqdim etməmişdir. Bundan əlavə müəyyən edilmişdir ki, "PROGRESS-2016” MTKnın direktoru olmuş X5 ilə İddiaçı arasında əldə edilmiş razılıq əsasında İddiaçı adına rəsmiləşdirilmiş müqavilə ləğv edilmişdir. Məhkəmə araşdırması zamanı və iddia ərizəsindən məlum olmuşdur ki, "xxxx" MMC ilə onun arasında xx.xx.2007-ci il tarixdə bağlanmış müqaviləyə əsasən, MMC Xırdalan şəhəri M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda 12 mərtəbəli yaşayış evinin 9-cu mərtəbə, ümumi sahəsi 43,4 kv olan 3-cü blok 50 saylı mənzil, izolə olumuş 1 otaqdan ibarət bir pay kimi ona verməyi öhdəsinə götürmüş və hazırda o həmin müqavilə üzrə ödəməli olduğu 18488 manat pul tam ödəmişdir. Sonradan "xxxx" MMC tikinti işlərini dayandırmışdır. 2019-cu ilin may ayında o, evin tikintisinin nə yerdə olduğu ilə maraqlanmaq üçün binaya getmiş, orada ona məlum oldu ki, həmin bina 2016-cı il tarixdə Cavabdeh MTK -ya satılaraq evin tikintisi həmin MTK tərəfindən davam etdirilmişdir. Cavabdeh MTK hazırda "xxxx" MMC-nin varisidir. O, evinin nə zaman tikilərək ona veriləcəyi ilə bağlı Cavabdeh MMC-yə müraciət edərkən Cavabdeh MTK tərəfindən ona bildirmişlər ki, əlavə pul ödəməlidir. Bundan sonra o, Cavabdeh MTK ilə yenidən müqavilə bağlayaraq həmin binanın 5-ci blokunda yerləşən 82 nömrəli sahəsi 93.2 kv m olan mənzilə görə nağd olaraq 10000 manat 12 ay 340 manatdan pul ödəməli oldu. Cavabdeh MTK tərəfindən ona pul ödənildikdən sonra maliyyə arayışı təqdim olunmuşdur. Sonradan həmin mənzillər bir neçə nəfərə satıldığı üçün Baş Prokurorluq yanında Korrupsiya idarəsində araşdırma aparılmış o, cinayət işi üzrə zərərçəkmiş kimi tanınmışdır.Cavabdeh MTK ilə aralarında bağlanmış müqavilə və maliyyə arayışı itmişdir. Hal-hazırda sözügedən müqavilənin əldə olunması zərurəti yaranmışdır. Bu səbəbdən o, iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MTK-nın üzərinə onunla 2020-ci ilin avqust ayında Cavabdeh MTK arasında bağlanmış mənzilin alqı-satqısına dair müqavilənin ona verilməsi öhdəliyinin qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: -14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. -14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarına daxildir. -389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. -390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. -405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün 425.1.-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. -425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Beləliklə də məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən verilmiş sorğuya cavab məktubundan göründüyü kimi istintaq zamanı iş üzrə dindirilmiş İddiaçı ünvan 2 ünvanında Cavabdeh MTK tərəfindən inşa edilməkdə olan yaşayış binasının 3-cü blokunda yerləşən, ümumi sahəsi 43.4 m2 ölçüdə olan, 1 otaqlı 50 nömrəli mənzilinin onun adına rəsmiləşdirildiyini bildirsə də, bununla bağlı alqı-satqı müqaviləsi və yaxud maliyyə arayışının əsillərini təqdim etməmiş, bundan əlavə "PROGRESS-2016” MTKnın direktoru olmuş X5 ilə İddiaçı arasında əldə edilmiş razılıq əsasında İddiaçı adına rəsmiləşdirilmiş müqavilənin ləğv edildiyi məlum olmuşdur. Bundan əlavə məhkəmə bildirir ki, hazırda 2020-ci ilin avqust ayında cavabdeh şirkət bağladığını iddia etdiyi müqavilənin olması ilə bağlı, iddiaçı tərəfindən hər hansı sübut məhkəməyə təqdim edilmədiyindən, həmçinin həmin müqavilənin surəti məhkəməyə təqdim edilmədiyindən və müvafiq orqanlar tərəfindən verilmiş sorğuya cavab məktublarında da belə bir müqavilənin əslinin mövcud olması barədə məlumat aşkar edilmədiyindən, İddiaçı Cavabdeh MTK-ya qarşı müqavilənin təhvil verilməsi öhdəliyinin qoyulması tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir . Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. Mülki Prosessual Məcəllənin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən ödədiyi dövlət rüsumu tələb edilmədiyindən, ödədiyi dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı müqavilənin təhvil verilməsi öhdəliyinin qoyulması tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada təqdim olundugu və ya alındıgı gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayt Apellyasiya Məhkəməsinə apellyasiya öikayəti verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar