Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-36/2022 12.05.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X9 qarşı torpaq üzərində mülkiyyət hüququnun tanınması, keçid üçün zəruri yolun ayrılması, keçidin verilməsi faktının müəyyən edilməsi, torpaq sahəsindəki qurğuya mülkiyyət hüququnun tanınması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X9 qarşı torpaq üzərində mülkiyyət hüququnun tanınması, keçid üçün zəruri yolun ayrılması, keçidin verilməsi faktının müəyyən edilməsi, torpaq sahəsindəki qurğuya mülkiyyət hüququnun tanınması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın (ev tikilisinin) tərkib hissəsi olan qanuni istifadədəki 225.9 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun tanınması, mülkiyyətində olan 225.9 kv.m torpaq sahəsinin 77.9 kv.m-nin cavabdehə ictimai yola zəruri keçid üçün verilməsi faktının müəyyən edilməsi, 77.9 kv.m-dən ibarət zəruri keçid yolunu ona məxsus 148 kv.m torpaq sahəsindən (tikintialtı və həyətyanı sahənin cəmindən) ayıran hasar-barının mülkiyyətində olan torpaq sahəsində tikilməsi faktının müəyyən edilməsi və bu qurğu (barı) üzərində mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, onun cavabdeh X10 ilə qohumluq münasibəti vardır. Belə ki, onun atası Ənvər Abdulovun ata xəttilə (atası Hilal Abdulov olmuşdur) babası Cəbrayıl Abdulov (Cəbrayıl Əbdülqəni oğlu) ilə cavabdehin ata xəttilə (atası Kamil Abdulov olmuş, 2019-cu ildə vəfat etmişdir) babası İsmayıl Abdulov qardaş olmuşlar. Cavabdehin atasının anası (nənəsi) X15 Abdulovun həyat yoldaşı olmuşdur. Abşeron rayonu Xırdalan şəhəri, M.Mirqasımov küçəsi, ev 5 ünvanında (keçmiş Xırdalan qəsəbəsi, Kuybışev küçəsi, ev 5) yerləşən əmlak-tikili və təxminən 8 sot (795 kv.m) torpaq sahəsi bir zamanlar (1930-cu illərdə) Xırdalan sakini olmuş mərhum Əbdülqəni adlı şəxsə məxsus olmuş, onun ölümündən sonra mülk vərəsəlik yolu ilə Əbdülqəninin varisləri olan övladlarına - iki qardaş Cəbrayıl Əbdülqəni oğluna və İsmayıl Abdulova keçmişdir. Cəbrayıl Əbdülqəni oğlu 1938-ci ildə, X6 isə 1957-ci ildə vəfat etmişdir. Vəfatlarından sonra ünvan 2 ünvanı ilə bağlı onların vərəsələri arasında uzun illər mübahisələr olmuşdur. Varislərdən biri olan Tura Məmməd qızının Abşeron rayonu, Xırdalan qəsəbəsi, Kuybışev küçəsində (indiki M.Mirqasımov küçəsində) yerləşən “A” və “B” tikililərindən ibarət 5 saylı fərdi yaşayış evi üzərində onun mülkiyyət hüququnun tanınmasına dair ilkin iddiasına və digər varis olan babası X7 “B” tikilisi üzərində mülkiyyət hüququnun tanınması və həyətin torpaq sahəsinin bölünməsi haqqında qarşılıqlı iddiasına baxan keçmiş Azərbaycan SSR Ali Məhkəməsinin mülki işlər üzrə məhkəmə kollegiyasının 22 yanvar 1987-ci il tarixli 3/3-87 nömrəli qətnaməsi ilə “A” tikilisi üzərində, “B” tikilisinin sahəsi 14 kv.m olan mənzili və 7.4 kv.m dəhlizi üzərində iddiaçı Tura Məmməd qızının, “B” tikilisinin sahəsi 20.4 kv.m və 14.4 kv.m-dən ibarət 2 otaqlı mənzili üzərində, həmçinin sahəsi 23.4 kv.m olan dəhlizi üzərində X7 mülkiyyət hüququ tanınmışdır. Evin torpaq sahəsi tərəflərin ümumi istifadəsində saxlanmışdır. Həmin məhkəmə qərarı əsasında babası Hilal Abdulov mübahisəli əmlakın ona ayrılmış hissəsi üzərində mülkiyyət hüquqlarını qeydiyyata aldırmış və 1987-ci ildə ona hüquqlarının həmin ilin yanvar ayından qeydiyyata alınmasına dair qeydiyyat vəsiqəsi verilmişdir. Babasına məhkəmə qətnaməsi ilə ayrılmış tikililərə ayrıca yeni ünvan - ünvan 3ər babasının hüquqlarını qəbul etmək istəməyən mərhum Tura Məmməd qızı məhkəmə qətnaməsindən sonra babasının hüquqlarını, o cümlədən, torpaq sahəsi ilə bağlı hüquqlarını qəbul etmək məcburiyyətində qalmışdır. Nəticədə, onlar məhkəmə mübahisəsinin bitməsindən və məhkəmədə tikililərin bölünməsindən sonra öz aralarında razılığa gəlmiş və ümumi istifadədə olan torpaq sahəsini öz aralarında könüllü olaraq və razılıqla bölmüşlər. Bu, keçmiş Azərbaycan SSR Mənzil Kommunal Təsərrüfatı Nazirliyinin Rayonlararası Texniki İnventarlaşdırma Bürosunun Abşeron Rayon Filialı tərəfindən babası Hilal Abdulovun adına verilmiş 1987-ci il may tarixli texniki pasportda da öz əksini tapmışdır. Belə ki, həmin texniki pasportda evin sənədləri və faktiki olaraq babasına ayrılmış torpaq sahəsinin 225.9 kv.m olduğu, bunun 100.1 kv.m-nin tikintialtı sahə olduğu öz əksini tapmışdır. Halbuki, Tura Məmməd qızı ilə babası Hilal Abdulovun ümumi istifadəsində olan torpaq sahəsi bundan daha çox idi, təxminən 7-8 sot (700-800 kv.m) olmuş olardı. Tərəflər arasında torpaq sahəsinin bölgüsü başqa bir sənəddə də öz əksini tapmışdır. Belə ki, babası Hilal Abdulov 1987-ci ilin yanvarında məhkəmə qətnaməsinin qəbulundan və tikilinin bölgüsündən, torpaq sahəsinin isə ümumi istifadədə saxlanmasından sonra ərizə ilə yerli XDS-ə müraciət etmiş, 795 kv.m torpaq sahəsinin ümumi istifadədə qalmasının qeyrimümkün olacağını bildirərək bölünməsini xahiş etmişdir. Həmin ərizəyə baxılaraq 01.06.1987-ci il tarixdə keçmiş Xırdalan qəsəbəsi XDS İK-nin sədri M.Cəfərovun, keçmiş Azərbaycan SSR Mənzil Kommunal Təsərrüfatı Nazirliyinin Rayonlararası Texniki İnventarlaşdırma Bürosunun Abşeron rayon Filialının mühəndisi Ə.Yolçuyevin, Xırdalan qəsəbəsi, Kuybışev küçəsi 5 nömrəli evdə yaşayan Tura Məmməd qızı və sözügedən 5 nömrəli fərdi yaşayış evinin vərəsələrindən biri olan (tikilinin bir hissəsinin mülkiyyətçisi olan) babası Hilal Abdulovun iştirakı ilə akt tərtib olunmuş, həmin şəxslərin iştirakı ilə yaşayış evi və həyətyanı torpaq sahəsinin bölgüsü aparılmış, bölgü zamanı sahəsi 20.4 kv.m, 14 kv.m olan 2 yaşayış otağı və sahəsi 23.4 kv.m olan balkon hissə (məhkəmə sənədində dəhliz adlanır) Hilal Abdulova təhkim edilmişdir. Ümumi sahəsi 60.2 kv.m olan 4 yaşayış otağı və sahəsi 47.6 kv.m olan yardımçı hissə Tura Məmməd qızına təhkim edilmişdir. Aktla həmçinin fərdi yaşayış evinin 795 kv.m-dən ibarət həyətyanı torpaq sahəsi də bölünərək tikintialtı sahə ilə birlikdə 225 kv.m sahə Hilal Abdulovun sahibliyinə və istifadəsinə verilmiş, yerdə qalan torpaq sahəsi isə Tura Məmməd qızının sahibliyində qalmışdır. Bölgüdə və aktın tərtib olunmasında iştirak edən şəxslər tərəfindən akt imzalanmış, eyni zamanda, akt Xırdalan qəsəbəsi XDS İK-nin möhürü ilə təsdiq edilmişdir. Göründüyü kimi, tikintialtı və həyətyanı torpaq sahəsi tərəflərin qarşılıqlı razılaşması və aidiyyəti orqanların iştirakı ilə artıq 1987-ci ildən onların öz aralarında bölünmüşdür. Ümumi istifadədə olan torpaq sahəsinin yerdə qalan hissəsi Tura Məmməd qızında saxlanmış, onun vəfatından sonra Mustafa, Əbdül və Kamil adlı övladlarının qanuni istifadəsinə keçmişdir. Babasına 225.9 kv.m torpaq sahəsinin ayrılması Abşeron TİB-in verdiyi 03.11.1992-ci il tarixli “forma 1” arayışının surəti ilə də təsdiq olunmuşdur. 1993-cü ildə babasının ölümündən sonra atası X4 illərdə əmlakı öz adına sənədləşdirərkən öncədən (1987-ci ildə) ayrılmış torpaq sahəsinin həmin ölçüsü, yəni 225.9 kv.m sahə sonradan atasının adına tərtib olunmuş yeni texniki sənədlərdə də öz əksini tapmışdır. Belə ki, M.Mirqasımov küçəsi, ev 5B ünvanı ilə bağlı atası X11 adına tərtib olunmuş 08.12.2006-cı il tarixli Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportundan görünür ki, həmin tarixdə evin sənəd üzrə və faktiki sahəsi 225.9 kv.m olmuşdur. Bunun 105.7 kv.m-ni tikintialtı sahə, 120.8 kv.m-ni isə həyətyanı torpaq sahəsi təşkil etmişdir. 2015-ci ildə atası həmin evi bağışlama yolu ilə ona vermişdir. Bağışlamadan sonra evi təkrar qeydiyyatdan keçirərək öz adına sənədləşdirmiş, 19.03.2015-ci il tarixli, RX seriyalı, ******* nömrəli çıxarış almışdır. Bundan sonra o, qohumları Mustafa Abdulov və onun qardaşı oğlu Tərlan ilə (Əbdül Abdulovun) razılaşaraq onlar və cavabdehin atası Kamilgil üçün küçəyə-əsas ictimai yola çıxmalarından ötrü öz ərazisindən (225.9kv.m-dən) giriş-çıxış yolu vermişdir. Bunu o, qanunvericiliyə uyğun şəkildə etmişdir. İctimai yola zəruri keçid ayırarkən o, cavabdehdən kompensasiya tələb etməmişdir. Halbuki, Mülki Məcəllənin 175.2.-ci maddəsinə əsasən, kompensasiyanın ödənilməsi nəzərdə tutulmuşdur. Daha sonra isə o, cavabdehə verdiyi ictimai yola keçidi aidiyyəti orqanla razılaşdırmaqla və lazımi icazəni almaqla hasar-ban ilə öz həyətindən ayırmış, öz evini və yerdə qalan kiçik həyətyanı torpaq sahəsini onlara verdiyi yoldan təcrid etmişdir. İddia ərizəsinə əlavə edilmiş Abşeron RİH Başçısının Xırdalan şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən almış olduğu 18.12.2015-ci il tarixli arayışdan görünür ki, aidiyyəti orqan mülkiyyətdə olan evin həyətyanı sahəsini qonşunun həyətyanı sahəsindən ayırmaq üçün öz hesabına qanun çərçivəsində və tikinti norma qaydalarına riayət etməklə təkqat mişar daşından hasar tikməyinə etiraz etməmişdir. Hasar çəkilməsində onlar, sahə müvəkkili və Xırdalan icra nümayəndəliyinin nümayəndəsi də iştirak etmişdir. Göründüyü kimi, əslində onlara güzəştə gedən o, olmuşdur. Belə ki, 1987-ci il may tarixli və 08.12.2006-cı il tarixli texniki pasportlarla qanuni istifadəsində, 1996-cı il tarixli “Torpaq islahatı haqqında” Qanunun qəbulundan sonra isə qanuni mülkiyyətində olan 225.9 kv.m sahənin bir hissəsini, yəni 77.9 kv.m-ni (225.9-148=77.9) o, ictimai yola keçid kimi vermişdir. Hal-hazırda Tura Məmməd qızının oğlanlarından Mustafa Abdulovun öz yaşayış evindən və həyətyanı sahəsindən küçəyə birbaşa çıxışı vardır. Cavabdehə verdiyi ictimai yola keçidin digər barısı Mustafa Abdulova məxsusdur. Tura Məmməd qızının digər oğlu Əbdül Abdulov isə ona və cavabdehə verdiyi 77.9 kv.m-lik yoldan (ictimai yola keçiddən) istifadə edirlər. Cavabdeh mərhum Tura Məmməd qızının nəvəsidir, yəni sonuncunun oğlu Kamilin qızıdır. Hal-hazırda cavabdeh atasından qalan evi kirayəyə verir, özü orada yaşamır. Amma bununla belə, onun evinin küçəyə iki çıxışı vardır. Biri sakinlər üçün çıxış, digəri isə onlara verdiyi 77.9 kv.m-lik keçid-yoldan çıxışıdır. Cavabdehin öz evinə giriş-çıxışı üçün heç bir maneə yoxdur və cavabdeh faktiki olaraq onun qanuni mülkiyyətində olan torpaq sahəsindən heç bir kompensasiya vermədən istifadə edir. Adına tərtib olunmuş 27.09.2016-cı il tarixli, 822 inventar nömrəli texniki pasportdan görünür ki, həmin tarixdə evin faktiki sahəsi 148 kv.m olmuşdur ki, bunun da 97.4 kv.m-i tikintialtı sahə, 50.6 kv.m-i isə həyətyanı sahədir. Göründüyü kimi, onun torpaq sahəsi 1987-ci il və 2006-cı illərin texniki sənədləri ilə müqayisədə azalmışdır. Bu, onunla bağlı olmuşdur ki, o, qohumu olan qonşularına qarşılıqlı razılaşma əsasında küçəyə çıxış üçün piyada və nəqliyyat yolu (ictimai yola keçid) vermişdir. Həmin yoldan onlar həm özlərinin, həm də nəqliyyat vasitələrinin giriş-çıxışı üçün istifadə edə bilərlər və istifadə də etməkdədirlər. Evin arxa tərəfindən cavabdehə və əmisi Əbdül Abdulovla birgə istifadə etmələri üçün verdiyi piyada və nəqliyyat yolunun (ictimai yola keçidin) eni 2.7 m, uzunluğu 15.9 m-dir. Evin yan tərəfindən isə onlara verdiyi nəqliyyat yolunun eni 2.6 m, uzunluğu isə 13.9 m-dir. Bir müddət bundan əvvəl cavabdeh ona qarşı iddia irəli sürərək onlara verdiyi nəqliyyat yolunu evindən ayıran hasarın sökülməsi tələbini qoymuşdur. Lakin hüquqi məsələləri bilmədiyindən və vəkilinin səriştəsizliyi üzündən həmin 1-ci instansiya məhkəməsində bu hüquqi imkanı əldə vermişdir. Məhkəmə isə ədalətsiz və əsassız qətnamə qəbul etmişdir. Həmin qətnamədən apellyasiya şikayət vermişdir. Bununla belə, qərara gəlmişdir ki, qanuni istifadəsində olan torpaq sahəsi üzərində mülkiyyət hüququnun ayrıca icraatda baxılaraq məhkəmədə tanınması, cavabdehə öz mülkiyyətində olan torpaq sahəsindən ictimai yola keçid verməyinin həmin məhkəmədə müəyyən olunmasına və ictimai yola keçidi həyətyanı sahəsindən və evindən ayıran hasar-barının mülkiyyətində olan torpaq sahəsində tikilməsi faktını məhkəmə qaydasında müəyyən etdirmişdir. İşin faktiki hallarından görünür ki, 1987-ci il tarixli məhkəmə qətnaməsi ilə tikililərin bölgüsü aparılmış və tərəflərin tikililər üzərində hüquqları tanınmış, daha sonra tikililərlə bağlı hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq hər iki tərəfə tam mülkiyyət hüququna əsaslanan müstəqil çıxarışlar verilmişdir. Göründüyü kimi, tərəflər tikililər üzərində paylı deyil, tam müstəqil və fərdi mülkiyyət hüququna malikdirlər. Lakin torpaq sahəsində məsələ fərqlidir. Belə ki, 1987-ci ildə tərəflər (Tura Məmməd qızı və Hilal Abdulov) torpaq sahəsinin öz aralarında bölgüsünü aparmışlar və atasına 225.9 kv.m torpaq sahəsi ayrılmışdır. Ayrılmış torpaq sahəsi dövlətin qeydiyyat orqanları tərəfindən tanınmış və verilmiş texniki sənədlərdə 1987-ci il may tarixli və 08.12.2006-cı il tarixli texniki sənədlərdə öz əksini tapmışdır. 2016-cı ildə o, qohumu olan qonşuları ilə razılaşaraq onlara ictimai yola keçid üçün yol vermək şərtilə keçidin ona məxsus evi və həyətyanı sahəsini ayıran hissəsini hasar-barı ilə ayıraraq öz mülkünü ictimai yola keçiddən təcrid edilmiş vəziyyətə salmışdır. Bu da onunla bağlı olmuşdur ki, cavabdeh öz evini kənar şəxslərə kirayəyə vermiş və bununla əlaqədar həyətində yad adamlar, kənar şəxslər görünmüş, buradan necə gəldi keçid kimi istifadə etmişlər. Aparılmış bu hasar-barı tikintisi 27.09.2016-cı il tarixli texniki pasportda da öz əksini tapmış və qeydiyyat orqanları tərəfindən təsdiq olunmuşdur. Belə ki, pasportda o, hasar qurğu kimi əks olunmuşdur. Qeyd edir ki, həyətyanı sahəni hasar-barı ilə ayırmağı zəruri edən hallardan biri də bundan ibarətdir ki, 1987-ci ildən tərəflərin qanuni mülkiyyətlərində olan tikililərdə də yenidənqurma işləri aparılmış, əvvəllər həyətin içində olan sanitar qovşaqlar evlərin daxilində qurulan sanitar qovşaqlarla əvəz edilmiş, cavabdeh isə evindən birbaşa küçəyə (ictimai yola) əlavə çıxış da açmışdır. Bundan əlavə, həmin vaxt təkcə Tura Məmməd qızının mülkiyyətində tikililər və qanuni istifadəsində olan torpaq sahəsi sonradan onun ölümündən sonra oğlanları Mustafa, Əbdül və Kamil arasında bölünmüş, onlar öz tikililərini və həyətyanı sahələrini bölmüş və ayırmışlar. Bütün bunlarla bərabər onu da qeyd etmək istəyir ki, torpaq sahəsinin cavabdehlə öz arasında naturada hasarla bölgüsü aparılsa da cavabdeh hər dəfə bunu mübahisələndirir, faktiki və qanuni istifadəsində olan sahələrin hasarla ayrılmasına imkan verməmişdir. Bundan əlavə, torpaq sahəsinin faktiki bölgüsü texniki pasportlarda öz əksini tapsa da hüquqi sənədlərdə əksini tapmamışdır. Bu səbəbdən hesab edir ki, məsələyə məhkəmədə baxılmalı və torpaq sahəsinin statusu aydınlaşdırılmalı, qanuni istifadəsində olan torpaq sahəsinin mülkiyyətində olması faktı müəyyən edilməli, aralarındakı mülkiyyət münasibətləri tənzimlənməli, mülkiyyətində olan torpaq sahəsinin ictimai yola keçiddən hasarla ayrılmasının qanuniliyi məhkəmə qaydasında araşdırılaraq mübahisəli məqamlar aradan qaldırılmalıdır. Mülkiyyətində olan yaşayış evi ilə bağlı keçmiş Azərbaycan SSR Mənzil Kommunal Təsərrüfatı Nazirliyinin Rayonlararası Texniki İnventarlaşdırma Bürosunun Abşeron Rayon Filialı tərəfindən babası Hilal Abdulovun adına verilmiş 1987-ci il may tarixli texniki pasport Fərmanın 2.4cü bəndində göstərilən texniki pasportun göstəricilərini daşıyır və hüquqlarının qeydiyyatı üçün əsasdır. Texniki pasportdan görünür ki, qanuni istifadəsində olan torpaq sahəsinin ölçüsü həmin vaxt 225.9 kv.m olmuşdur. Bu, həmin sahə üzərində mülkiyyət hüququnun qeydiyyatı üçün əsasdır. Lakin cavabdehlə aralarında mübahisə olduğundan torpaq sahəsi ilə bağlı hüquqlarını tanıtdırmaqda və qeydiyyata aldırmaqda çətinlik çəkir. DƏDRX-nin ərazi idarəsi mübahisəli olan əmlaka sənəd verməkdən imtina edir. Bu üzdən cavabdehlə arasındakı mülki mübahisə mülki icraat qaydasında baxılaraq həll edilməlidir ki, mülkiyyət hüququnu qeydiyyata aldıra bilsin. Yaşayış sahələrinin (evlərin və mənzillərin) yerləşdiyi torpaq sahələrinin və həyətyanı sahələrin özəlləşdirilməsi 1991-1999-cu illərdə qüvvədə olmuş Torpaq Məcəlləsinin, Torpaq islahatı haqqında Azərbaycan Respublikası Qanununun, həmçinin, digər qanunvericilik aktlarının qəbulu ilə öz həllini tapmışdır. Bu, o deməkdir ki, artıq həyətyanı sahələrin fərdi ev (mənzil) mülkiyyətçilərinə əvəzsiz verilməsinin hüquqi təminatları işlənib hazırlanmış, qanunda bilavasitə təsbit edilmiş və tətbiq olunmaqdadır. Göründüyü kimi, malik olduğu fərdi yaşayış evi onun xüsusi mülkiyyətində, evin yerləşdiyi torpaq sahəsi (tikintialtı sahəsi və həyətyanı sahəsi) isə qanuni istifadəsindədir. Qanuni istifadəsində olan torpaq sahəsini cavabdehin mübahisələri üzündən aidiyyəti orqanlarda qeydiyyata aldıra bilmir. Bu səbəbdən də torpaq sahəsi ilə bağlı mülkiyyət hüququ məhkəmə qaydasında tanınmalıdır. Mülkiyyət hüquqlarının qeydiyyatının aparılması üçün bu hüquqlarının mövcudluğu məhkəmə qaydasında təsdiq olunmalıdır. Çünki qarşı tərəf onun bu hüququnu mübahisələndirir. Eyni zamanda, qeyd edir ki, o, cavabdehə özünün mülkiyyətində olan torpaq sahəsindən ictimai yola keçid üçün yer vermiş və bu, texniki sənədlərlə və işin faktiki halları ilə, mövcud vəziyyətlə tam təsdiq olunur. Cavabdeh isə 225.9 kv.m-lik sahənin ona məxsus olmasını və onlara həmin ərazidən ictimai yola keçid üçün verdiyi sahənin ona məxsus həmin torpaq sahəsinin bir hissəsi olmasını mübahisələndirir. Bu üzdən, keçid üçün zəruri yolun ayrılması və keçidin verilməsi faktı hazırki məhkəmədə müəyyən edilməlidir ki, o, digər tələbinin hasarın qanuniliyinin müəyyən olunması faktını da hazırki məhkəmə ilə müəyyən etdirə bilsin. Çünki sonuncu faktın müəyyən edilməsi keçidin verilməsinin müəyyən olunmasından asılıdır. Məhkəmə qətnaməsi əsasında babası Hilal Abdulov 1987-ci ildə, daha sonra vərəsəlik qaydasında atası 2006-cı ildə və bağışlamadan sonra o, 2015-2016cı illərdə evi əldə etdiyi vaxt onların adına və onun adına sənədləşdirilmə aparılarkən həmin vaxt mövcud olmuş faktiki bölgüyə və mövcud hüquqi sənədlərə əsaslanaraq texniki pasportlar tərtib edilmiş və texniki inventarlaşdırma orqanı tərəfindən təsdiq edilmişdir. Həmin texniki sənəddə daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxslərinin imza və möhürləri vardır və bu sənədlərin əslləri cavabdeh orqanda saxlanılır. Qanuni istifadəsində olan torpaq sahəsinin ölçüsü, yerləşmə yeri və konfiqurasiyası həmin texniki pasportlarda öz əksini tapmış və 32 ildir ki, bu torpaq sahəsi eyni şəkildə mövcuddur, son 3 ildə isə qonşulara verdiyi ictimai yola keçiddən hasarla ayrı və təcrid olunmuş vəziyyətdədir. Qonşularından hər kəsin öz sərbəst giriş-çıxışı və darvazası, sərhəd və hasarı vardır. Beləliklə, göründüyü kimi, 1987-ci ilədək torpaq sahəsi ümumi istifadədə olsa da, elə həmin ildə tərəflər arasındakı qarşılıqlı razılaşmaya əsasən tərəflər arasında bölünmüşdür. 1987-ci il may və 2006-cı il tarixli texniki pasportlarla 225.9 kv.m torpaq sahəsi üzərində qanuni istifadə hüquqları dövlət tərəfindən tanınmışdır. 1996-cı ildə isə buna qədər qanuni əsaslarla hər kəsin ixtiyarında olan torpaq sahəsi üzərində isə mülkiyyət hüququ dövlət tərəfindən ümumi olaraq tanınmışdır. Bildirir ki, 5 nömrəli evin tərkib hissələri artıq ayrı-ayrı mülkiyyətçilərin (fiziki şəxslərin) xeyrinə özəlləşdirildiyindən, torpaq sahəsi isə ölkədə aparılmış torpaq islahatları ilə əlaqədar ilkin mülkiyyətçinin (dövlətin) tabeliyindən çıxdığından və tərəflər arasında bölündüyündən artıq mülkiyyətin (həmçinin də tərkib hissələrinin) ümumiliyi aradan qalxmışdır. Hər kəsin payı və bunun miqdarı, ölçüləri məlumdur, artıq neçə illərdir ki, müəyyənləşdirilmiş və məhz bunun əsasında da qanuni istifadədə olan torpaq sahəsi üzərində hüququ tanınmalıdır. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh X9 və üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 4 saylı Abşeron Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən işə cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 13-cü maddəsinin İİ bəndinə əsasən, mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. 29-cu maddəsinin İİİ bəndinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Azərbaycan Sovet Sosialist Respublikası adından 22.01.1987-ci il tarixli 3-3 nömrəli Qərarının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Tura Məmməd qızının Abşeron rayonu Xırdalan şəhəri Kuybışev küçəsində yerləşən “A” və “B” tikililərdən ibarət 5 saylı fərdi yaşayış evi üzərində onun mülkiyyət hüququnun tanınması, X7 “B” tikilisi üzərində mülkiyyət hüququnun tanınması və həyətin torpaq sahəsinin bölünməsi haqqında qarşılıqlı iddiasına açıq məhkəmə iclasında baxılmış, iddiaçı Tura Məmməd qızının “A” və “B” tikililəri üzərində onun mülkiyyət hüququnun tanınması, X7 “B” tikilisi üzərində mülkiyyət hüququnun tanınması və həyətin torpaq sahəsinin bölünməsi haqqında qarşılıqlı iddiası qismən təmin edilmiş, iddiaçı Tura Məmməd qızının “A” tikilisi və “B” tikilisinin seksiyasında sahəsi 14 kv.m olan mənzil və 7.4 kv.m dəhliz üzərində mülkiyyət hüququ tanınmış, X7 “B” tikilisinin seksiyasında 20.4 kv.m və 14.4 kv.m sahəsi olan 2 otaqlı mənzil, 23.4 kv.m sahəsi olan dəhliz üzərində mülkiyyət hüququ tanınmış, evin torpaq sahəsinin tərəflərin ümumi istifadəsində saxlanması qət edilmişdir. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Abşeron rayon Ərazi İdarəsi tərəfindən verilmiş 08.12.2006-cı il tarixli fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportundan görünür ki, ünvan 5B saylı evi X11 mülkiyyətində olmuşdur. Həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin sənəd üzərində ölçüsü 225.9 kv.m, tikinti altı sahəsi 105.7 kv.m, torpaq sahəsinin ölçüsü isə 120.8 kv.m, yaşayış evi 2 otaqlı ümumi sahəsi 57.8 kv.m, yaşayış sahəsi 34.4 kv.m, köməkçi sahəsi 23.4 kv.m-dən ibarət olmuşdur. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 22.12.2006-cı il tarixli MH seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, Abşeron rayonu Xırdalan şəhəri Mirəsədulla Mirqasımov küçəsi 0.01057 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 2 otaqlı 34.4 kv.m yaşayış, 23.4 kv.m köməkçi sahədən ibarət 5B saylı fərdi yaşayış evi X11 adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 4 saylı reyestr kitabının 158 saylı vərəqində ********* qeydiyyat nömrəsi, **********37-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. -Hədiyyə verən X16 ilə hədiyyə alan İddiaçı arasında bağlanmış 28.02.2015-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, hədiyyə verən Abşeron rayonu Xırdalan şəhəri Mirəsədulla Mirqasımov küçəsi 0.01057 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 2 otaqlı 34.4 kv.m yaşayış, 23.4 kv.m köməkçi sahədən ibarət 5B saylı fərdi yaşayış evini hədiyyə alana bağışlamışdır. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 19.03.2016-cı il tarixli RX seriyalı ******* saylı çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Abşeron rayonu Xırdalan şəhəri Mirəsədulla Mirqasımov küçəsi 0.01057 ha torpaq sahəsində yerləşən 5B saylı fərdi yaşayış evi İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 4 saylı reyestr kitabının 158 saylı vərəqində ********** qeydiyyat nömrəsi, **********37-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 27.09.2016-cı il tarixli **********37-10301 saylı 822 inventar nömrəli texniki pasportun notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Abşeron rayonu Xırdalan şəhəri Mirəsədulla Mirqasımov küçəsində yerləşən 5B saylı fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir. Həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin faktiki ölçüsü 0.0148 ha, tikinti altı sahəsi 0.00974 ha, digər sahələrin ölçüsü 0.00506 ha təşkil edir. Yaşayış evi isə birmərtəbəli iki otaqdan ibarət olmaqla, ümumi sahəsi 57.8 kv.m, yaşayış sahəsi 34.4 kv.m, köməkçi sahəsi 23.4 kv.m, tikinti altı sahəsi 94.1 kv.m, həcmi 385.6 kv.m təşkil edir. -Abşeron Rayon İcra Hakimiyyəti başçısının Xırdalan şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 18.12.2015-ci il tarixli 1445 saylı arayışdan görünür ki, ünvan 4 ünvanında yaşayan İddiaçı öz mülkiyyətində olan evinin həyətyanı sahəsini qonşusunun həyətyanı sahəsindən ayırmaq üçün öz hesabına qanun çərçivəsində, sənəd əsasında və tikinti norma qaydalarına riayət etməklə təkqat mişar daşından hasar tikməyinə etiraz edilməmiş, əgər yuxarıda göstərilən şərtlər vətəndaş tərəfindən pozularsa arayışın etibarsız sayılması müəyyən edilmişdir. -Sumqayıt Apellyasiya Məhkəməsinin 25.02.2022-ci il tarixli 01753 saylı məktubdan görünür ki, iddiaçı X8 cavabdeh İddiaçı qarşı “qanunsuz tikilmiş hasarın və əlavə tikililərin sökülməsi, həyətdən və evdən istifadəni məhdudlaşdıran maneələrin aradan qaldırılması” tələbinə dair mülki iş üzrə Abşeron rayon Məhkəməsinin 27 avqust 2019-cu il tarixli, 2(012)-3027/2019 saylı qətnaməsindən cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 may 2021-ci il tarixli qətnaməsinə əsasən apellyasiya şikayəti təmin edilmiş, iş üzrə birinci instansiya məhkəməsinin sözügedən qətnaməsi iddianın təmin edilmə hissəsində ləğv edilərək, iddia həmin hissədə təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 may 2021-ci il tarixli, 2(105)-92/2021 nömrəli qətnaməsindən hazırkı vaxtadək kassasiya şikayəti verilməmiş və həmin qətnamə qanuni qüvvəsini almışdır. -Abşeron rayon Məhkəməsinin 27 avqust 2019-cu il tarixli 2(012)-3027/2019 saylı qətnaməsindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, Abşeron rayonu Xırdalan şəhəri Mirəsədulla Mirqasımov küçəsində yerləşən 5 nömrəli və 5B nömrəli fərdi yaşayış evlərinin ümumi istifadəsində olan torpaq sahəsində cavabdeh İddiaçı tərəfindən qanunsuz olaraq çəkilmiş daş hasarın İddiaçı hesabına sökülməsi, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 05 manat dövlət rüsumunun İddiaçı alınaraq X9 ödənilməsi qət edilmişdir. -Sumqayıt Apellyasiya Məhkəməsinin 19.05.2021-ci il tarixli 2(105)-92/2021 saylı qətnaməsindən görünür ki, apelyasiya şikayəti təmin edilmiş, iş üzrə Abşeron rayon Məhkəməsinin 2(012)-3027/2019 saylı, 27 avqust 2019-cu tarixli qətnaməsi iddianın təmin edilmə hissəsində ləğv edilmiş, iddia həmin hissədə təmin edilməmiş, iş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri olan 100 manat ekspertiza xərcinin iddiaçı X5 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir. -Qaradağ RPİ tərəfindən verilmiş 27.04.2010-cu il tarixli AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Bakı şəhəri Qaradağ rayonu Lök- Batan qəsəbəsi Ş.Xəlilov küçəsi 4 saylı evin 3 saylı mənzilində qeydiyyatdadır. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, X2 rayonu Xırdalan şəhəri M.Mirqasımov küçəsi 5 ünvanında qeydiyyatdadır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Abşeron rayonu Xırdalan şəhər Mirəsədulla Mirqasımov küçəsində yerləşən torpaq sahəsi və onun üzərində inşa edilmiş 5B saylı fərdi yaşayış evi İddiaçı daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən, sonuncuya 28.02.2015-ci il tarixdə hədiyyə şəklində verilmiş və iddiaçının Abşeron rayonu Xırdalan şəhəri M.Mirqasımov küçəsində yerləşən ümumi sahəsi 0.01057 ha torpaq sahəsi və üzərində inşa edilmiş 5B saylı fərdi yaşayış evinə dair xüsusi mülkiyyət hüququ Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş 19.03.2016-cı il tarixli RX seriyalı ******* saylı çıxarışa əsasən, daşınmaz əmlakın dövlət reyestrində 4 saylı reyestr kitabının 158 saylı vərəqində ********** qeydiyyat nömrəsi, **********37-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Mülki iş materiallarına əlavə olunmuş çıxarışdan və texniki pasportdan göründüyü kimi, iddiaçının atası X11 mülkiyyətində olmuş torpaq sahəsinin faktiki ölçüsü 225.9 kv.m olmaqla bu barədə ona Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş 22.12.2006-cı il tarixli MH seriyalı ******* saylı çıxarış verilmiş və həmin çıxarış əsasında, Abşeron rayonu Xırdalan şəhəri Mirəsədulla Mirqasımov küçəsi 0.01057 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 2 otaqlı 34.4 kv.m yaşayış, 23.4 kv.m köməkçi sahədən ibarət 5B saylı fərdi yaşayış evi X11 adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 4 saylı reyestr kitabının 158 saylı vərəqində ********* qeydiyyat nömrəsi, **********37-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Hazırda, iddiaçı X17 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu Xırdalan şəhəri M.Mirqasımov küçəsində yerləşən 225.9 kv.m torpaq sahəsinə dair onun mülkiyyət hüququnun tanınmasını, həmçinin, həmin torpaq sahəsində cavabdehə 77.9 kv.m olmaqla verildiyi iddia edilən icrtimai yola zəruri keçid üçün verilməsi faktının müəyyən edilməsi, həmin zəruri keçid yolunun ona məxsus torpaq sahəsindən ayıran hasar barının onun mülkiyyətində olan torpaq sahəsində tikilməsi faktının və həmin qurğu (barı) üzərində mülkiyyət hüququnun tanınması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlanacaq):
152. maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.1. maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2. maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.8. maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında, həmçinin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş 19.03.2016-cı il tarixli RX seriyalı ******* saylı çıxarış, eyni zamanda, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 27.09.2016-cı il tarixli **********37-10301 saylı 822 inventar nömrəli texniki pasport əsasında Abşeron rayonu Xırdalan şəhəri M.Mirqasımov küçəsində yerləşən 0.01057 ha torpaq sahəsi və onun üzərində inşa edilmiş 5B saylı fərdi yaşayış evi üzərində İddiaçı xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır ki, 0.01057 ha ölçüdə olan torpaq sahəsi üzərində iddiaçının dövlət tərəfindən tanınan və qorunan sahiblik, istifadə və sərəncam vermə hüququ yaranmış, bu hüquq isə hazırki işin mübahisə edilməyən tərəfidir. Beləliklə də, iddiaçının qeyd olunan ölçüdə torpaq sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın bağışlanma müqaviləsi əsasında onun atası tərəfindən bağışlanmış, bununla da, iddiaçının Mülki Məcəllənin 139-1-ci maddəsinin tələblərinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinə əsas yaranmışdır. Belə ki, Mülki Məcəllənin 139-1.1.3.-ci maddəsinin tələblərinə əsasən, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Lakin iddia tələbindən göründüyü kimi, iddiaçı onun atası X1 atasından miras əmlak olaraq qalmış və atasının xüsusi mülkiyyətində olmuş Abşeron rayonu Xırdalan şəhəri M.Mirqasımov küçəsində yerləşən 225.9 kv.m torpaq sahəsinin üzərində məhz onun da mülkiyyət hüququnun məhkəmə tərəfindən tanınmasını xahiş etmişdir. Məhkəmə iddia tələbinə bu hissədə hüquqi qiymət verərək qeyd edir ki, mülki iş materiallarından göründüyü kimi, iddiaçının ünvan 6 ünvanında yerləşən 0.01057 ha torpaq sahəsi və onun üzərində yerləşən 5B saylı fərdi yaşayış evinə xüsusi mülkiyyət hüququ 28.02.2015-ci il tarixli daşınmaz əmlakın bağışlanma müqaviləsi əsasında yaranmışdır. Beləliklə, iddiaçı atasının mülkiyyətində olmuş, qalıq qalan torpaq sahəsinə dair mülkiyyət hüququnun yaranması və həmin hüququn verilməsinə əsas olan zəruri sənədin verilməsi üçün aidiyyəti dövlət qurumuna müraciət etməmiş, müraciət etdiyi halda həmin sənədləri məhkəməyə təqdim etməmiş, başqa sözlə, mübahisənin məhkəmədən kənar qaydada riayət edilməsi qaydasına əməl etməmiş, bununla da, məhkəmə tərəfindən ümumilikdə cəmi 225.9 kv.m olan torpaq sahəsinin üzərində mülkiyyət hüququnun tanınmasını xahiş etmişdir ki, daşınmaz əmlak üzərində mülkiyyət hüququnun tanınmasına əsas verən qərarın qəbul edilməsi məhkəmənin səlahiyyətinə aid deyildir. Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanununun tələblərinə əsasən, hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi, hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlərə tələblər, eyni zamanda, hüquqların dövlət qeydiyyatının rəsmiləşdirilməsi qaydası müəyyən edilmişdir. Belə ki, sözügedən Qanunun: 9.1. maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Qanunun tələblərindən və mülki iş materiallarına əlavə olunmuş sənədlərdən göründüyü kimi, iddiaçı atasının mülkiyyətində olmuş Abşeron rayonu Xırdalan şəhəri M.Mirqasımov küçəsi ünvanında yerləşən 225.9 kv.m torpaq sahəsinə mülkiyyət hüququnun yaranması üçün aidiyyəti quruma müraciət etməmiş və müraciət etdiyi halda isə müraciətindən imtina edilməsinə əsas olmuş sənədi məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi, sübutetmə vəzifəsi daşıyan İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair mötəbər sübutlarını məhkəməyə təqdim etməmişdir. Belə ki, Azərbaycan Respublikası adından “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2017-ci il tarixli Qərarındakı hüquqi mövqeyə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz (Konstitusiyanın 13-cü maddəsinin İ hissəsi və 29-cu maddəsinin İ, İİ, İİİ və İV hissələri). Mülkiyyət hüququ “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 1 saylı Protokolunun 1-ci maddəsində də öz əksini tapmışdır. Konstitusiya Məhkəməsinin mülkiyyət hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqeyi ondan ibarətdir ki, bu hüququn məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdəndir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı və azad sahibkarlıq üçün zəruri şərtdir. Dövlət mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinə qanunsuz müdaxilələrdən çəkinməli və onların qarşısını almalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2011-ci il tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) mülkiyyət hüququna müdaxilə ilə bağlı qeyd etmişdir ki, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin ən mühüm və əsas tələbi ondan ibarətdir ki, dövlət orqanı tərəfindən mülkiyyətə istənilən müdaxilə tam qanuni olmalıdır. Konvensiya baxımından qanunçuluğun tələbi – dövlətdaxili hüquq normalarının qanunun aliliyi prinsipi ilə uzlaşması deməkdir (“Kushoglu Bolqarıstana qarşı” iş üzrə 10 may 2007-ci il tarixli Qərar). Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi (bundan sonra – Mülki Məcəllə) və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunla müəyyən edilmiş qaydada inzibati orqan olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən həyata keçirilir. Mülki Məcəllənin 139-cu maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 238.1-ci maddəsinə görə, torpaq daşınmaz əmlak kimi mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Daşınmaz əmlaka, o cümlədən torpağa mülkiyyət hüququ və onunla bağlı digər hüquqların dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydaları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunla müəyyən edilmişdir. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. Qanunvericiliyin, eyni zamanda, Plenum Qərarındakı hüquqi mövqeyə istinad edərək məhkəmə qeyd edir ki, iddiaçı Abşeron rayonu Xırdalan şəhəri M.Mirqasımov küçəsində yerləşən 225.9 kv.m torpaq sahəsinə mülkiyyət hüququnun tanınmasına əsas olan sənədləri müafiq olaraq dövlət qurumuna təqdim etməli və həmin qurum tərəfindən mülkiyyət hüququnun qeydiyyat alınmasından imtina edildiyi təqdirdə məhkəmə müdafiəsi hüququndan istifadə etməlidir. Ona görə də iddia ərizəsi bu hissədə də təmin edilə bilməz. Məhkəmə eyni zamanda, qeyd edir ki, iddiaçı iddia tələbində 225.9 kv.m torpaq sahəsindən 77.9 kv.m hissə olmaqla iddiaçıya ictimai yola keçid kimi zəruri yolun verilməsi faktının, həmin keçid yolunu torpaq sahəsindən ayıran hasarın 225.9 kv.m torpaq sahəsində tikilməsi faktının müəyyən edilməsi və həmin qurğu üzərində də mülkiyyət hüququnun müəyyən edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə mülki iş materiallarına əlavə olunmuş Sumqayıt Apellyasiya Məhkəməsinin məktubuna və həmin məhkəmənin 19.05.2021-ci il tarixli 2(105)-92/2021 saylı qətnaməsinə istinad edərək qeyd edir ki, Abşeron rayonu Xırdalan şəhəri M.Mirqasımov küçəsində yerləşən torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evindən istifadə, həyətə giriş-çıxışı məhdudlaşdıran maneələrin aradan qaldırılmasına dair tərəflərin məhkəmə mübahisələri olmuş və bu barədə qanuni qüvvəsini almış Sumqayıt Apellyasiya Məhkəməsinin 19.05.2021-ci il tarixli 2(105)-92/2021 saylı qətnaməsi qəbul edilmişdir. Məhkəmə həmin qətnamə əsasında tədqiq edilmiş sübutlara istinad edərək, eyni tərəflər arasında hazırkı mübahisə üzrə məhkəmənin icraatında olmuş 2(012)- 461/2017 saylı mülki işin materiallarından işə əlavə edilmiş məhkəmə mühasibatlıq ekspertizasının 18 may 2018-ci il tarixli 2080 saylı rəyi əsasında, mübahisə üzrə İddiaçı mülkiyyətində olan 0,01057 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları təyin olunmadığından onun tərəfindən inşa edilmiş hasarın kimin mülkiyyətində tikildiyini müəyyən etməyin mümkün olmadığı müəyyən edilmişdir. Beləliklə də, Məhkəmə qeyd olunan ekspert rəyini sübut növü kimi qəbul edərək, qeyd edir ki, iddiaçının mülkiyyət hüququnun tanınmasını istədiyi 225 kv.m torpaq sahəsindən cavabdehə verilmiş 77.9 kv.m torpaq sahəsinin cavabdehə zəruri keçid üçün verilməsi faktının müəyyən edilməsini xahiş etdiyi halda, bu barədə mötəbər sübutunu məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən də, məhkəmə iddia tələbini bu hissədə də əsaslı hesab edib təmin edilməməsi qənaətinə gəlir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (§ 68). Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (§ 93). «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında X3 və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5№li qərarının 2-ci bəndinə əsasən, Azərbaycan Respublikası «İnsan hüquqlarının və Əsas azadlıqların Müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu 2002-ci ilin aprel ayının 15-də ratifikasiya etmiş dövlət kimi Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericiliklə yanaşı, Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərini, mülki iş materiallarını paralel şəkildə qiymətləndirib belə qənaətə gəlir ki, sübutetmə vəzifəsi daşıyan iddiaçı iddia tələbinin əsasını təşkil edən halları təsdiq edən mötəbər sübutlarını məhkəməyə təqdim etmədiyindən iddia tələbləri əsaslı deyildir, ona görə də tam həcmdə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin: 119.1. maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.2. maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə yuxarıda qeyd olunan maddi hüquq normalarına istinad edərək qeyd edir ki, iddia tələbi rədd edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin: 77.1. maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə və Mülki Prosessual Məcəllənin 4-cü, 7-ci, 14-cü, 36-cı, 77-ci, 88-ci, 149-cu, 150-ci və 216-236-cı maddələrinə əsaslanaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı cavabdeh X9 qarşı torpaq üzərində mülkiyyət hüququnun tanınması, keçid üçün zəruri yolun ayrılması, keçidin verilməsi faktının müəyyən edilməsi, torpaq sahəsindəki qurğuya mülkiyyət hüququnun tanınması tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Habil Əhmədov