Məhkəmə qərarları › İş №2(012)-3603/2024

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-3603/2024

04.09.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-3603/2024 04.09.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyev Əliağa Vahid oğlunun katibliyi, İddiaçının vəkili-nümayəndəsi Vəkil, Cavabdehlər Cavabdeh1 Firuz qızının və Cavabdeh3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Firuz qızına, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı miras əmlakın hərracda satılaraq vəsaitin vərəsəlik payına uyğun bölünməsi tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 Firuz qızına, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 mülkiyyətində olmuş və onun vəfatından sonra miras qalmış Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, 14 saylı evin 100 saylı mənzilinin hərracda satılaraq əldə edilmiş məbləğin Abşeron rayon 1 saylı notariat ofisinin notariusu tərəfindən verilmiş 14 iyun 2023-cü il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnaməyə uyğun olaraq 1/3 hissəsinin ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili-nümayəndəsi Vəkil ərizə verərək iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1 Firuz qızı və Cavabdeh3 iddia ərizəsinin baxılmamış saxlanılmasına etiraz etmədilər. Mülki Prosessual Məcəllənin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır. Məhkəmə hesab edir ki, qeyd olunanlara əsasən, ərizə təmin edilməli, İddiaçı cavabdehlər Cavabdeh1 Firuz qızına, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı miras əmlakın hərracda satılaraq vəsaitin vərəsəlik payına uyğun bölünməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalı və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı iddia ərizəsinin baxılmamış saxlanılması barədə ərizəsi təmin edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 Firuz qızına, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı miras əmlakın hərracda satılaraq vəsaitin vərəsəlik payına uyğun bölünməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın və iddia ərizəsi ona əlavə edilən sənədlərlə birlikdə İddiaçı qaytarılsın. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar