Məhkəmə qərarları › İş №2(012)-3608/2020

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3608/2020

11.11.2020 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3608/2020 11.11.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçı,Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borc pulun əvəzi olaraq verilmiş torpaq sahəsinin qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə xx xxxxxx 2020-ci il tarixdə Xırdalan şəhərində məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı borc pulun əvəzi olaraq verilmiş torpaq sahəsinin qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Abşeron rayonu Novxanı kəndində yerləşən 0,1512 ha torpaq sahəsinin ona qaytarılması bardə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Alıyev X1 Yasin Teymur oğlu ilə tanış olduqdan sonra sonuncunun biznes fəaliyyəti ilə məşğul olduğunu öyrənmişdir. Cavabdeh Rusiya Federaiyasından və Dubay şəhərindən müxtəlif tipli texnikalar gətirərək burada satışını həyata keçirir. İddiaçı “xxxx” MMC-nin rəhbəri olmaqla ona özüboşaldan yük avtomobilləri lazım olduğundan Cavabdeh “Mercedes” markalı texnikalardan gətirməsini xahiş etmişdir. Cavabdeh Dubay şəhərindən 6 ədəd “Mercedes” markalı özü yükboşaldan yük avtomobilinin gətirilməsinə görə 131500 ABŞ dolları məbləğində pulu İddiaçı almışdır. Lakin Cavabdeh göndərməli olduğu texnikaları İddiaçı göndərməmiş və göndərilən pulları mənimsəmişdir. Cavabdeh Azərbaycana gəldikdən sonra aralarında bağlanmış yazılı razılığa əsasən İddiaçı aldığı131500 ABŞ dolları məbləğində pulu qaytarmağı öhdəsinə götürsə də, bundan yayınmışdır. İddiaçı Cavabdeh pulun qaytarılması barədə məhkəməyə müraciət etmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2015-ci i tarixli qətnaməsi ilə Cavabdeh 126000 ABŞ dolları məbləğində pul vəsaitinin ödəniləcək günə məzənnə üzrə manatla alınıb İddiaçı verilməsi qət edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 1787/2015 saylı qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 1943/2016 saylı qərarı ilə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra Cavabdeh borcun bir hissəsinin əvəzinə özünə məxsus olan Abşeron rayonu Novxanı kəndində yerləşən 0,1512 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi ilə əvəz edilməsi barədə təklif etmiş, həmin torpaq sahəsinin 50000 ABŞ dolları məbləğində qiymətləndirərək İddiaçı etibarnamə əsasında vermişdir. Belə ki, həmin etibarnamə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2008-ci il tarixdə verilmiş MH seriyalı, ******* saylı, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Cavabdeh məxsus Abşeron rayonu Novxanı kəndində yerləşən 0,1512 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinı etibarnamə əsasında sərəncam verməyi, ümumilikdə qanunvercilikdə nəzərdə tutulmuş bütün hərəkətlərin onun adından etməyi İddiaçı etibar etmişdir. Lakin, Cavabdeh yenidən İddiaçı aldadaraq, yalandan vədlər verməklə torpaq sahəsini qaytarmağı söz verir. Cavabdeh torpaq sahəsinin satılmasını bildirsə də həmin torpaq sahəsinin hazırda naturada yerindədir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, izahatında bildird ki, Cavabdeh ona olan 50000 ABŞ dolları məbləğində borcun müqabilində özünə məxsus olan Abşeron rayonu Novxanı kəndində yerləşən 0,1512 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi ilə əvəz edilməsi barədə təklif etmiş, həmin torpaq sahəsini vermiş, lakin torpaq sahəsinin verilməsi barədə Cavabdeh arvadının razılığı tələb olunduğundan sonuncu buna razılıq verməmişdir. İddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyib və izahatında bildirdi ki, özünə məxsus Abşeron rayonu Novxanı kəndində yerləşən 0,1512 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinə görə İddiaçı etibarnamə verməmişdir. Əksinə İddiaçı ona borcu vardır. Mübahisə predmeti olan torpaq sahəsini o, başqa şəxsə satmışdır. İddia tələbinin əsassız olduğunu nəzərə alıb rədd edilməsini xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə rədd edilməlidir. Belə ki, mülki işin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsi tərəfindən xx.xx.2008-ci il tarixdə tərtib edilmiş torpaq sahəsinin plan və ölçüsündən müəyyən edilir ki, Abşeron rayonu Novxanı kəndi ərazisində yerləşən reyestr nömrəsi **********03 olan 0,15 ha torpaq sahəsinin hüquqi sahibi Cavabdehdur. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MH seriyalı, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan müəyyən edilir ki, Abşeron rayonu Novxanı kəndində yerləşən 0,1512 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində 52 nömrəli reyestr kitabının 170 nömrəli vərəqində xx.xx.2008-ci il tarixdə **********03 reyestr nömrəsi ilə Cavabdeh adına qeydiyyata alınmışdır. Mülki işin materiallarında olan xx.xx.2014-cü il tarixli AR-İ № 328554 saylı etibarnamədən müəyyən edilir ki, Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MH seriyalı, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən özünün mülkiyyətində olan Abşeron rayonu Novxanı kəndində yerləşən 0,1512 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinə sərəncam verməyi, bağışlamağı, girov qoymağı, kirayə və icarəyə verməyi, bununla əlaqədar lazımi sənədləri almağı, adından ərizə yazmağı imzalamağı, notariat kontorunda alqı-satqı müqaviləsini rəsmiləşdirməyi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində 1 saylı arayışı almağı, bank əməliyyatlarını aparmağı, o cümlədən bütün idarə, müəssisə və təşkilatlarda adından bütün hərəkətləri etməyi etibar etmiş, həmin etibarnamə xx.xx.2019-cu il tarixədək qüvvədədir. Mülki işin materiallarında olan məhkəmə qərarlarından müəyyən edilir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2015-ci i tarixli qətnaməsi ilə Cavabdeh 126000 ABŞ dolları məbləğində pul vəsaitinin ödəniləcək günə məzənnə üzrə manatla alınıb İddiaçı verilməsi qət edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli 2(105)- 1787/2015 saylı qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxx 2016-cı il tarixli 2(102)-1943/2016 saylı qərarı ilə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Bundan başqa mülki işin materiallarında olan Bakı şəhərı Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli 2(001)-6757/2016 saylı qətnaməsindn müəyyən edilir ki, “xxxx” MMC-dən (direktoru İddiaçı) 47 adda müxtəlif avtomobillərin ehtiyat hissələrinə ******* ABŞ dolları məbləğində pulun ödəniş gününə Azərbaycan Mərkəzi Bankının Azərbaycan manatına münasibətdə müəyyən etdiyi məzənnə üzrə alınaraq Cavabdeh verilməsi qət edilmiş, Qətnamə Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 12017/2017 saylı xx xxxxxx 2017-ci il tarixli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2(102)-4250/2018 saylı qərarı ilə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələri müəyyən edir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyət hüququ hamılıqla qəbul olunmuş hüquq olmaqla, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə araşdırmaları müəyyən edilmişdir ki, mübahisə predmeti olan Abşeron rayonu Novxanı kəndində yerləşən 0,1512 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinin mülkiyyətçisi Cavabdehdur. Cavabdeh özünə məxsus olan Abşeron rayonu Novxanı kəndində yerləşən 0,1512 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinə sərəncam verməyi, bağışlamağı, girov qoymağı, kirayə və icarəyə verməyi, bununla əlaqədar lazımi sənədləri almağı, adından ərizə yazmağı imzalamağı, notariat kontorunda alqı-satqı müqaviləsini rəsmiləşdirməyi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində 1 saylı arayışı almağı, bank əməliyyatlarını aparmağı, o cümlədən bütün idarə, müəssisə və təşkilatlarda adından bütün hərəkətləri etməyi İddiaçı etibar etmişdir.Etibarnamənin müddəti xx.xx.2019-cu il tarixdə bitmişdir. Məhkəmə İddiaçı diqqətinə çatdırmaq istəyir ki, etibarnamə əmlaka mülkiyyət hüququnu təsdiq edən sənəd deyil və həmin etibarnaməyə əsaslanmaqla iddia təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 362.1-ci maddəsində göstərilmişdir ki, bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Göndüyü kimi, mülki qanunverciliyin normasının məna görə etibarnamə bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalətdir. Hazırki iş üzrə Cavabdeh tərəfindən İddiaçı verilmiş etibarnamə sonuncunun ona verilmiş etibarnamə əsasında Cavabdeh adından müəyyən edilmiş hərəkətləri etməyi nəzərdə tutur. İş materiallarında olan xx.xx.2014-cü il tarixli AR-İ № 328554 saylı etibarnamədən görünür ki, həmin etibarnamə xx.xx.2019-cu il tarixədək qüvvədədir. Həmin etibarnamənin müddəti bitdiyindən ona xitam verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 365.1.1-ci maddəsində göstərilmişdir ki, etibarnamənin qüvvəsinə etibarnamənin müddətinin bitməsi nəticəsində xitam verilir. Həmçinin onu da qeyd etmək lazımdır ki, İddiaçı Cavabdeh ona olan borcunun Abşeron rayonu Novxanı kəndində yerləşən 0,1512 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi ilə əvəz edilməsi barədə dəlilinə gəldikdə məhkəm bu dəlilləri qəbul etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh ona olan borcunun Abşeron rayonu Novxanı kəndində yerləşən 0,1512 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi ilə əvəz edilməsi barədə hər hansı yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallar təqdim etmədiyindən və edə bilmədiyindən, onun Cavabdeh Abşeron rayonu Novxanı kəndində yerləşən 0,1512 ha torpaq sahəsinin ona qaytarılması barədə iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən iddia tələbi rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçılardan alınır. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə istinad edərək, hesab edir ki, iddia tələbi rədd edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 10 manat dövlət rüsumu İddiaçı aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh Abşeron rayonu Novxanı kəndində yerləşən 0,1512 ha torpaq sahəsinin ona qaytarılması barədə iddia ərizəsi təmin edilməsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş 10 manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şıkayəti verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar