Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-3611/2020 17.09.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron rayon Məhkəməsinin hakimi ElmanTofiq oğlu Məmmədov, İddiaçı Cavabdeh Şöbəsinə qarşı “icraata xitam verilməsi barədə qərar qəbul edilməsi üçün cavabdeh təşkilatın üzərinə öhdəlik qoyulması” tələbinə dair iddia ərizəsini nəzərdən kecirərək, müəyyən etdi: İddiaçı Cavabdeh Şöbəsinə qarşı iddia ərizəsi ilə müraciət edərək Abşeron rayonMəhkəməsinin 2(012)-435 saylı xx.xx.2018-ci il tarixli icra sənədi üzrə “icraata xitam verilməsi barədə qərar qəbul edilməsi üçünCavabdeh Şöbəsinin üzərinə öhdəlik qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, sözügedən mülki işə məhkəmədə baxılmalı olmadığından görə iddia ərizəsini qəbul etməkdən imtina olunmalıdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir və inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Qanunun tələblərinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2 maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli, 136 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın İİ hissəsinin 2.1.1-ci bəndinə müvafiq olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra Xidməti inzibati orqandır. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 87.1-ci maddəsində göstərilmişdir ki, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırkı mübahisə iddia tələbinin mübahisə predmetinə və subyektiv tərkibinə görə Abşeron Rayon Məhkəməsində baxıla bilməz. İddia ərizəsindən məlum olduğu kimi iddia tələbinin yönəldiyi subyektiv tərkib, yəni Cavabdeh Şöbəsi inzibati orqandır. Məhkəmə qeyd olunanları məcmu halında qiymətləndirərək hesab edir iddiaçı ilkin olaraq icra hərəkətlərinin aparıldığı yerin müvafiq icra qurumlarına müraciət etməli və bundan sonra icra qurumlarının yerləşdiyi inzibati ərazi vahidi üzrə müvafiq inzibati məhkəməsinə müraciət etməlidirlər. Belə ki, “İcra haqqında” Qanunun 29-cu maddəsində icraatda tərəflərin (tələbkar və borclu) hüquq və vəzifələri nəzərdə tutulmuşdur. Onların sırasına icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüququ da daxil edilmişdir. Beləliklə, hazırkı ərizəyə məhkəmədə mülki iddia icraatı qaydasında baxılmalı olmadığından, iddia ərizəsi yolverilməz hesab edilməli və iddiaçıya aidiyyəti üzrə müvafiq inzibati məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 153.2.1-ci madəsinə görə ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 153.3-cü maddəsinə görə hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 153.5-ci maddəsinə görə ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 153, 263, 264, 267-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Cavabdeh Şöbəsinə qarşı “icraata xitam verilməsi barədə qərar qəbul edilməsi üçün cavabdeh təşkilatın üzərinə öhdəlik qoyulması” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddianın yolverilməzliyinə görə qəbul etməkdən imtina olunsun. İddiaçıya aidiyyəti üzrə müvafiq inzibati məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilsin. Ərizəni qəbul etməkdən imtina edilməsi iddiaçıya həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Qərardaddan, rəsmi qaydada verildiyi (və ya alındığı) gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-3611/2020
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-3611/2020
17.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver