Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-362/2021 24.02.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh El-X2 qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair mülki işə xx xxxxxx 2021-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh El-X2 qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, cavabdeh El-X3 və onun övladı El-X12 İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Məmməd Araz küçəsi, ev 34D ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı Abşeron rayonu, Xırdalan şəhəri, Məmməd Araz küçəsi, ev 34D ünvanında yerləşən fərdi yaşayış evinin tam mülkiyyətçisidir. İddiaçının qızı- cavabdeh El-X3 2017-ci ildə evi tərk edərək Türkiyə Respublikasına getmiş və bir müddət sonra orada El-X13 ilə nikaha daxil olaraq Azərbaycan qayıtmışdır. 2018-ci ildə cavabdeh El-X3, həyat yoldaşı El-X13 və övladları El-X20 1 ilə yaxın müddət ərzində iddiaçı ilə birgə ona məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Məmməd Araz küçəsi, ev 34D ünvanında yerləşən fərdi yaşayış evində yaşamış, daha sonra isə yenidən Türkiyəyə qayıtmışlar. 2020-ci ildə Azərbaycan Respublikası vətəndaşlığından imtina etmək məqsədilə yenidən ölkəyə qayıdan cavabdeh və ailəsi həmin fərdi yaşayış evində müvəqqəti məskunlaşmışlar. Ailə daxilində yaranan münaqişələrdən sonra onun həmin fərdi yaşayış evindən çıxarılması ilə bağlı iddiaçı polis idarəsinə müraciət etsə də, buna müvəffəq ola bilməmiş, bu səbəbdən də məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh El-X3 və övladı El-X12 Abşeron rayonu, Xırdalan şəhəri, Məmməd Araz küçəsi, ev 34D ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüququna xitam verilməklə çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsində yazılanlara uyğun izahat verib iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh El-X3 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulan qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia təmin edilməməlidir. Mülki işin materiallarında olan ƏMDK yanında DƏDRX tərəfindən verilən ******* №li Çıxarışdan müəyyən edilir ki, Abşeron rayonu, Xırdalan şəhəri, Məmməd Araz küçəsi, ev 34D ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir. Bu barədə ********** qeydiyyat nömrəsi verilərək xx.xx.2014-cü il tarixdə qeydiyyata alınmışdır. Mülki işin materiallarında olan Abşeron rayon İH MKT İstehsalat-İstismar Təmir Birliyi tərəfindən verilən xx.xx.2020-ci il tarixli, 5282 №-li arayışından müəyyən edilir ki, İddiaçı həyat yoldaşı X1 rayonu, Xırdalan şəhəri, Məmməd Araz küçəsi, ev 34D ünvanında X10, X7 və X8 ilə birgə yaşayır. Mülki işin materiallarında olan Yasamal rayon İH Yasamal rayon MKTB-nin 32 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilən xx.xx.2020-ci il tarixli 642 №-li arayışdan müəyyən edilir ki, El-X3 ünvan 1 ünvanında qeydiyyatdadır. İşin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən edilmişdir ki, cavabdeh El-X3 ünvan 1 ünvanında qeydiyyatdadır, iddiaçı ilə birlikdə həmin evdə yaşamışdır və iddiaçı ilə birlikdə hazırkı mübahisəli evdən- Abşeron rayonu, Xırdalan şəhəri, Məmməd Araz küçəsi, ev 34D ünvanında yerləşən fərdi yaşayış evində yaşamamışdır.Yalnız qısa müddət müvəqqəti olaraq, həmin evdə qalmış və hazırda həmin evdə yaşamır.İddiaçının izahatına görə Türkiyədə ailə qurub orada yaşayır. Mübahisəli mənzilə dair iddiaçı mülkiyyət hüququnu xx.xx.2014-cü il tarixdə DƏDRX tərəfindən verilən çıxarışla əldə etdiyindən tərəflər arasındakı evdən istifadə ilə bağlı münasibətlər həmin vaxt qüvvədə olan Mənzil Məcəlləsinin normaları ilə nizama salınmalıdır. Hazırda qüvvədə olan Mənzil Məcəlləsinin 30.1.maddəsinə görə yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.3. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar. Beləliklə, iş materiallarından göründüyü kimi cavabdeh El-X3 iddiaçıya məxsus qeyd edilən evdə yaşamamış, ailə qurması ilə əlaqədar Türkiyədə yaşamış, yalnız qonaq kimi mübahisəli evə gəlib getdiyindən qanunla müəyyən edilmiş qaydada onun həmin evdən istifadə hüquqları yaranmamışdır. Ona görə də, məhkəmə hesab edir ki, olmayan istifadə hüququna isə məhkəmə qaydasında xitam verilməsi mümkün olmadığından iddia tələbi əsassız olmaqla təmin edilməməlidir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçının izahatından göründüyü kimi cavabdeh mübahisəli evdə yaşamır. O halda, məhkəmə hesab edir ki, iddia tələbi mənzilin boşaldılması hissəsində də, əsassızdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsassız olduğu üçün İddiaçı El-X2 qarşı Abşeron rayonu, Xırdalan şəhəri, Məmməd Araz küçəsi, ev 34D ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüququna xitam verilməklə çıxarılma barədə iddia tələbi təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 358-360/ 362-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddiaçı El-X2 qarşı Abşeron rayonu, Xırdalan şəhəri, Məmməd Araz küçəsi, ev 34D ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüququna xitam verilməklə çıxarılma barədə iddia tələbi təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-362/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-362/2021
24.02.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver