Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-362/2022 06.06.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, Ərizəçi nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.1998-ci il təvəllüdlü X2 Abşeron rayonunda anadan olması, anasının Ərizəçi, atasının X10 olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra Ərizəçi nümayəndəsi və vəkili Vəkil Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53cü maddəsinin tələblərinə əsasən, ərizənin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.1998-ci il təvəllüdlü X2 Abşeron rayonunda anadan olması, anasının xx.xx.1974-cü il təvəllüdlü Ərizəçi, atasının xx.xx.1969-cu il təvəllüdlü X5 olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra Ərizəçi nümayəndəsi və vəkili Vəkil, Mülki Prosessual Məcəllənin 53-cü maddəsinin tələblərinə əsasən, ərizənin dəqiqləşdirilməsinə dair ərizə ilə yenidən məhkəməyə müraciət edərək, X2 xx.xx.1998-ci il tarixdə Abşeron rayonunda anası Ərizəçi doğulması faktının müəyyən edilməsi, doğumun qeyd edilmə aktında uşağın soyadının atasının soyadına uyğun “Hüseynova”, adının “Çinarə”, atasının adının “Eldar”, doğum tarixinin “14 oktyabr 1998-ci il”, doğulduğu yerin “Abşeron rayonu”, ata qrafasında “X11”, ana qrafasında “Ərizəçi”, milliyyətinin “azərbaycanlı” kimi qeyd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi və vəkili Vəkil ərizəni müdafiə edərək izahatında göstərmişdir ki, Ərizəçi qız övladı - X6 14 oktyabr 1998-ci il tarixdə Abşeron rayonunda ev şəraitində anadan olmuşdur. X1, anası Ərizəçidır. Ərizəçi doğma qızı X4 doğum haqqında şəhadətnamənin alınması ilə bağlı Maraqlı şəxsnə müraciət etmiş, həmin şöbənin xx.xx.2021-ci il tarixli, 05/Q-1246/15 saylı imtina məktubu ilə ərizəçiyə məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Hazırda, X2 yetkinlik yaşına çatmış bir gənc kimi doğum haqqında şəhadətnaməsinin olmaması onun Azərbaycan Respublikası vətəndaşına uyğun şəxsiyyəti təsdiq edən sənədin alınmasına, müvafiq peşə və ali təhsil almasına, işləməsinə maneə törədir. Bu səbəbdən, “doğumun qeyd edilmə faktının müəyyən edilməsi” tələbi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. X6 maddi imkansızlıq səbəbindən ev şəraitində dünyaya gəlmiş və bu səbəbdən də onun sənədlərinin alınması üçün müvafiq quruma müraciət edilməsi mümkün olmamışdır. Halbuki, gənc qızın anasının Ərizəçi olması və sonuncu tərəfindən həqiqətən də ev şəraitində dünyaya gətirməsini şahidlər də təsdiq edə bilər. Ona görə də göstərilənlərə əsasən ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə, Mülki Prosessual Məcəllənin 185.5. maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 62.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. xx.xx.2021-ci il tarixinə təyin olunmuş məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, o, Ərizəçi 1998-ci ildən etibarən tanıyır. Mehriban qonşuluq münasibətlərində olmuşlar. X19 rayonu Quşçuluq yaşayış Massivində ev şəraitində dünyaya gəlmişdir. 1998-ci ilin oktyabr ayları idi. Qızı dünyaya gələndə ərizəçi onu köməyə çağırmış, o da qonşu kimi yardıma yetişmişdir. Lakin uşağın doğulmasında tibb bacısı işləyən Xədicə adlı qadın köməklik göstərmişdir. Sonradan o, ailə qurub yaşayış yerini dəyişmişdir. Abşeron rayonu Pirallahı qəsəbəsində yaşayırdı. Lakin təmir işlərinə görə yenidən Abşerona köçmüş və keçmiş qonşusu Ərizəçi yenidən tanımışdır. Lətifənin kimsəsi olmadığına görə o, qonşu kimi ona yardım göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, o, Ərizəçi Bakı şəhəri Sabunçu rayonunda qonşu olan zamandan bəri tanıyır. Belə ki, hazırda da ərizəçinin alt qonşusudur. Ərizəçi 1998-ci ildə övladını dünyaya gətirən zaman onu qonşusu doğuma kömək etmək üçün yardım etməyə çağırmışdır. Ondan savayı iki xanım da var idi ki, həmin qadınların adını hazırda, xatırlamır. Ərizəçinin maddi imkanı olmadığından doğum ev şəraitində olmuşdur. Məhkəmə ərizəçinin nümayəndəsi və vəkilinin izahatını, şahid ifadələrini dinləyib və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizə aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin: 4.1. maddəsinə əsasən bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.3. maddəsinə əsasən məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra mətndə Ailə Məcəlləsi adlanacaq): 158-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Maraqlı şəxs Ərizəçi ünvanlandığı xx.xx.2021-ci il tarixli 05/Q-1246/15 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”na əsasən doğumun qeydə alınması üçün doğum faktını, vaxtını, yerini təsdiq edən tibb müəssisəsindən sənəd, uşaq tibb müəssisəsindən kənarda doğulduqda doğuma köməklik göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi №103 formalı sənəd təqdim olunmalıdır. Göstərilən əsaslar olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Göstərilənlərə əsasən doğum haqqında №103 formalı tibbi şəhadətnamə təqdim edilmədiyindən doğumun qeydiyyata alınması mümkün olmamış, Maraqlı şəxs doğum faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. -AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1974-cü il təvəllüdlü Ərizəçi Azərbaycan Respublikasının vətəndaşıdır. Mülki Prosessual Məcəllənin:
88. maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7 maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X15 xx.xx.2022-ci il tarixli 1305 saylı rəyindən görünür ki, X2 məhkəmə tibbi ekspertizasına, tibbi sənədə əsaslanaraq, ilkin məlumatı nəzərə alıb və qərarda qoyulmuş suallara uyğun olaraq aşağıdakı nəticəyə gəlinmişdir: X2 müəyyən edilmiş sümük yaşı 24 ilə uyğun gəlir. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə ilkin olaraq, Ərizəçi ərizə ilə məhkəməyə müraciət etməyə subyektiv hüququnun olub-olmamasına hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlkin olaraq, ərizədən göründüyü kimi, Ərizəçi ev şəraitində dünyaya gəlmiş X2 xx.xx.1998-ci il tarixdə Abşeron rayonunda ev şəraitində doğulması faktının müəyyən edilməsini xahiş etmişdir. Beləliklə də, mülki işin mahiyyətini X2 doğulması faktının müəyyən edilməklə sonuncunun həmin fakt əsasında doğum haqqında şəhadətnamə və şəxsiyyət vəsiqəsi ilə təmin olunması məqsədini daşıyır. Mülki Prosessual Məcəllənin 48. maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs eyni dərəcədə qanunla müəyyən edilən və qanunla yol verilən mülki prosessual hüquqlar əldə etmək və vəzifələr daşımaq qabiliyyətinə (mülki-prosessual hüquq qabiliyyəti) malikdir. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. Azərbaycan Respublikasının hər bir vətəndaşı 15 yaşı tamam olduqdan və ya şəxs Azərbaycan Respublikası vətəndaşlığına qəbul edildikdən sonra bir ay müddətində şəxsiyyət vəsiqəsi almalıdır. 15 yaşı tamam olmamış Azərbaycan Respublikasının vətəndaşı şəxsiyyət vəsiqəsini onun valideyninin, vətəndaşı övladlığa götürənin, vətəndaşın qəyyumunun və ya himayəçisinin (bundan sonra – qanuni nümayəndəsinin), habelə qanuni nümayəndəsinin notariat qaydasında təsdiq edilmiş etibarnaməsi əsasında təyin olunmuş şəxsin müraciəti əsasında almaq hüququna malikdir. Hər bir vətəndaş və ya vəsiqə sahibinin qanuni nümayəndəsi və ya onun qanuni nümayəndəsi şəxsiyyət vəsiqəsini möhkəm saxlamağa borcludur. Ərizənin mahiyyətindən də göründüyü kimi, doğulması faktının müəyyən edilməsi xahiş olunan X2 şəxsiyyətini təsdiq edən sənəd olmadığından və bu hal onun müstəqil şəkildə, eyni zamanda, məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırdığından, onun qanuni nümayəndəsi olan Ərizəçi X2 adından sonuncunun doğulması faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə araşdırması zamanı X2 Ərizəçi doğulmasının, həmçinin, doğum tarixinin ərizədə göstərilən xx.xx.1998-ci il tarixə uyğun olub-olmamasının müəyyən edilməsi üçün məhkəmə tibbi bioloji ekspertizası təyin edilmiş və məhkəməyə daxil olmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X15 xx.xx.2022-ci il tarixli 1305 saylı rəyinə əsasən, X2 müəyyən edilmiş sümük yaşının 24 ilə uyğun gəldiyi müəyyən edilmişdir. Məhkəmə ekspert rəyini Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, digər sübutlarla paralel şəkildə qiymətləndirib əsas sübut növü kimi qəbul edir və X2 xx.xx.1998-ci il tarixdə anadan olması faktının müəyyən edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra mətndə Ailə Məcəlləsi adlanacaq): 43-cü maddəsinə əsasən, valideynlərin və uşaqların hüquq və vəzifələri qanunvericiliklə müəyyən olunmuş qaydada uşağın mənşəyinin təsdiq olunmasına əsaslanır. 44.1. maddəsinə əsasən, uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Qanunun tələblərinə istinad edərək məhkəmə qeyd edir ki, uşağın anadan mənşəyi uşaq tibb müəssisəsindən kənarda dünyaya gəldikdə, doğuma köməklik göstərmiş həkim sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Lakin hazırki mülki iş üzrə doğulması faktı müəyyən olunması xahiş edilən X6 tibb müəssisəsindən kənarda, ev şəraitində dünyaya gəlmiş və onun doğulmasına köməklik göstərilmiş olsa da, bunu təsdiq edən həkim sənədi olmamışdır. Bu səbəbdən də ərizəçinin qeyd olunan faktın məhkəmə qaydasında təsdiq edilməsinə dair hüququ yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının 2.5.4. bəndinə əsasən, uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd doğumun qeydə alınması üçün təqdim edilməlidir. 2.6. bəndinə əsasən, bu Qaydanın 2.5-ci bəndində nəzərdə tutulan sənədlər olmadıqda (bu Qaydanın 2.19-cu və 2.19-1-ci bəndlərində nəzərdə tutulan hallar istisna olmaqla), uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Beləliklə də, məhkəmə ərizəçinin nümayəndəsinin izahatı, şahid ifadələri və ekspert rəyi əsasında müəyyən etmişdir ki, X6 həqiqətən də xx.xx.1998-ci il tarixdə Abşeron rayonunda Ərizəçi ev şəraitində dünyaya gəlmişdir. Bu səbəbdən də, X2 xx.xx.1998-ci il tarixdə Abşeron rayonunda doğulması faktının müəyyən edilməsinə dair ərizə əsaslıdır, ona görə təmin edilməlidir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 4.3. bəndinə əsasən, uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır. Mülki Prosessual Məcəllənin: 14.2. maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: Ərizə təmin edilsin. X2 14 oktyabr 1998-ci il tarixdə Abşeron rayonunda anası Ərizəçi doğulması faktı müəyyən edilsin. Doğumun qeyd edilmə aktında uşağın soyadının atasının soyadına uyğun “Hüseynova”, adının “Çinarə”, atasının adının “Eldar”, doğum tarixinin “14 oktyabr 1998-ci il”, doğulduğu yerin “Abşeron rayonu”, ata qrafasında “X11”, ana qrafasında “Ərizəçi”, milliyyətinin “azərbaycanlı” kimi qeyd edilsin. Hazırki qətnamə doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Habil Əhmədov