Məhkəmə qərarları › İş №2(012)-3625/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3625/2021

25.08.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3625/2021 25.08.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “nikahın etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki işə 25 avqust 2021-ci il tarixdə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında 1 saylı Bakı “ASAN Xidmət” mərkəzi qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 1051 nömrə ilə qeyd edilmiş 04 iyul 2020-ci il tarixli nikahın etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianı müdafiə edərək izahatında bildirdi ki, onunla Cavabdeh arasında 04 iyul 2020-ci il tarixdə nikah bağlanmışdır, lakin toyları olmamış və cavabdehlə evlənməmişlər, heç bir ər-arvad münasibətləri olmamışdır. Cavabdeh onun evinə gəlin köçməmiş, bir gün də olsun ailə kimi bir yerdə yaşamamış və bir-birlərini tam tanımadan, ətraflı araşdırmadan nikah bağlamışlar. Sonradan anladılar ki, onların ailə qurmaq niyyəti yoxdur. Onların hərəkətlərindən də aydın görünür ki, nikahdan törəyən hüquq və vəzifələri yerinə yetirməkdən imtina etmişik, özülərini ailə üzvü kimi aparmamış və bu ailə münasibətlərinə ciddi yanaşmamış və yanaşmaq niyyətində olmamışlar. Qeyd edilənlərə əsasən, o, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahatında bildirdi ki, iddiaçıya ev verilməli idi. Lakin sonradan iddiaçıyla xasiyyətləri uyğun gəlməmişdir. Onların arasında ər-arvad münasibətləri olmamışdır. Bu səbəbdən də o, iddiaçı ilə arasında olan nikahən etibarsız hesab edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəməyə şahid qismində cəlb edilmiş X2 məhkəmədə ifadəsində bildirdi ki, Cavabdeh onun doğma bacısıdır. Bacısı ilə iddiaçının ailə qurmaq niyyəti olmuşdur. Lakin sonradan tərəflər arasında mübahisə yaranmışdır. Məhkəməyə şahid qismində cəlb edilmiş X1 məhkəmədə ifadəsində bildirdi ki, Cavabdeh onun doğma övladıdır. İddiaçı ilə cavabdeh əvvəldən ailə qurmaq niyyəti iılə rəsmi nikah bağlamışlar. Lakin daha sonra tərəflər arasında bəzi problemlər baş vermişdir. İş materiallarında olan 1 saylı Bakı «Asan Xidmət» mərkəzi qeydiyyat şöbəsi tərəfindən qeydə alınmış AZ-İİ 399301 №-li nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı və Cavabdeh 04 iyul 2020-ci il tarixində nikahlarını bağlamışlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1051 № ilə qeyd edilmişdir. Məhkəmə tərəfləri və çahidləri dinləyib, iş materiallarını hərtərəfli, tam və obyektiv araşdırıb,təqdim olunmuş bütün sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki, tərəflər arasında nikah bağlanarkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 10-12-ci maddələrində və 13.3-cü maddəsndə nəzərdə tutulmuş şərtlər pozulmamış,eləcədə İddiaçı ilə Cavabdeh ailə qurmq niyyəti ilə rəsmi nikaha daxil olmuş və beləliklə Ailə Məcəlləsinin 25.1-ci maddəsi ilə nikahın etibarsız sayılmasını müəyyən edən hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 25.1-ci maddəsinin tələbinə görə bu məcəllənin 10- 12-ci maddələrində və 13.3-cü maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 220-216-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı Cavabdeh qarşı onunla Cavabdeh arasında 1 saylı Bakı “ASAN Xidmət” mərkəzi qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 1051 nömrə ilə qeyd edilmiş 04 iyul 2020-ci il tarixli nikahın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar