Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-3629/2020 21.09.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Habil Yunis oğlu Əhmədov Ərizəçi hüquqi faktın müəyyən edilməsi barədə ərizəsini nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxx 1999-cu il tarixdə Fatmayı kəndində vəfat etmiş mərhum atası Begizadə Mahmud Məhəmmədəli oğlunun vəfatından sonra ona və həmin vaxtdan tərəfindən faktiki olaraq qəbul edilmiş miras əmlakı qəbul etməyi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hesab edirəm ki, ərizə məhkəmə qaydasında baxılmalı olmadığından, Azərbaycan Respublikası MPM-nin 153-cü maddəsinə əsasən, ərizəni qəbul etməkdən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi barədə işlərə baxır. Eyni zamanda həmin Məcəllənin 308-ci maddəsinin tələbinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş materiallarından görünür ki, ərizəçi mübahisənin həll edilməsi ilə əlaqədar Abşeron rayonu 2 saylı Notariat Kontoruna ərizədə göstərilənlərlə bağlı yazılı şəkildə müraciət etməmişdir. Belə ki, ərizəçi ilk olaraq lazımi sənədin alınması üçün Abşeron rayonu 2 saylı Notariat Kontoruna müraciət etməli, lakin həmin xidmətdən imtina cavabı alınarsa məhkəməyə müraciət emək hüquqlarından istifadə etməlidirlər. Göründüyü kimi ərzəçi tərəfindən MPM-nin 308-ci maddəsinin şərtləri nəzərə alınmamışdır. Ona görə də məhkəmə iddianın yol verilməzliyinə görə ərizənin qəbulundan imtina etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli, 03 saylı qərarının 10-cu bəndində göstərilir ki, Məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Həmin sübutların dairəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 99-cu bəndinin beşinci hissəsində, vərəsəliyin (mirasın) açıldığı yerin müəyyən edilməsinə dair sənədlərin dairəsi isə həmin Təlimatın 102-ci bəndinin 3-cü hissəsində təsbit edilmişdir. Mirasın vərəsə tərəfindən faktiki qəbul olunması birbaşa, mötəbər sübutlarla təsdiq olunursa, lakin notarius vərəsəlik şəhadətnaməsi verməkdən imtina edibsə, belə olan halda şəxs məhkəməyə mirasın qəbulu faktının müəyyən olunması üçün ərizə deyil, notariusun imtina qərarından qanunla müəyyən edilmiş qaydada şikayət verməlidir. Ali məhkəmənin Plenumunun Qərarında göstərildiyi kimi mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanına verilməli, lakin notarius vərəsəlik şəhadətnaməsi verməkdən imtina ediərsə, belə olan halda şəxs məhkəməyə mirasın qəbulu faktının müəyyən olunması üçün ərizə deyil, notariusun imtina qərarından qanunla müəyyən edilmiş qaydada inzibati məhkəməyə şikayət verməlidir. Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Odur ki, ərizəçiə aidiyyatı üzrə Abşeron rayonu Notariat Kontoruna müraciət etmək hüququ izah edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 263-264, 308,310-cü maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizəsinin qəbulundan imtina edilsin. Ərizəçiyə ərizəsindəki məsələ ilə bağlı Abşeron rayonu Notariat Kontoruna müraciət etmək hüquqlarının olması izah edilsin. Qərardaddan 10 gün müddətində şikayət verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-3629/2020
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-3629/2020
21.09.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver