Məhkəmə qərarları › İş №2(012)-3630/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3630/2022

14.09.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3630/2022 14.09.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi doğum haqqında akt qeydinin bərpa edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Ərizəçi doğum haqqında akt qeydinin bərpa edilməsi barədə ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, doğum haqqında akt qeydinin bərpa edilməsi, barəsində “soyadı” qrafasında "Qəmbərova”, “adı” qrafasında “Təhminə”, “atasının adı" qrafasında “Qurban”, “doğum tarixi” qrafasında “xx.xx.1977-ci il”, “doğulduğu yer” qrafasında "Ermənistan SSR-nin Masis rayonu”, “Bu barədə doğum haqqında akt qeydləri kitabında 1977-ci ilin noyabr ayının 16 günündə № 357 ilə qeyd edilmişdir”, “atası" qrafasında “X3”, “atasının milliyyəti” qrafasında “azərbaycanlı”, “anası” qrafasında “X4”, “anasının milliyyəti” qrafasında “azərbaycanlı" məlumatları göstərilməklə bu barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, Ərizəçi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53-cü maddəsinin tələblərinə əsasən, ərizənin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ərizədə qeyd olunanların qalan hissədə saxlanılmaq şərtilə, “Bu barədə doğum haqqında akt qeydləri kitabında 1977-ci ilin noyabr ayının 16 günündə № 357 ilə qeyd edilmişdir” hissəsində tələbin azaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, yəni, Ərizəçi xx.xx.1977-ci il tarixdə Ermənistan SSR-nin Masis rayonunun Masis qəsəbəsində anadan olmuş və bu barədə ona Masis rayon VVAQ şöbəsi tərəfindən xx.xx.1977-ci il tarixli, 357 saylı doğum haqqında akt qeydi göstərilməklə, doğum haqqında şəhadətnamə verilmişdir. Azərbaycanla Ermənistan arasında 1980-ci illərin sonlarında baş vermiş münaqişələrin nəticəsində, o və ailə üzvləri digər azərbaycanlılar kimi Ermənistan SSR-dən məcburi köçkün düşərək, daimi yaşamaq üçün Azərbaycana gəlmiş, artıq burada orta məktəbi bitirib ali təhsil almaq üçün Azərbaycan Dillər Universitetinə daxil olmuşdur. 2001-ci ildə universiteti bitirdikdən sonra, magistraturaya daxil olmuş və ona magistr dərəcəsi verilməklə, buna dair müvafiq diplom verilmişdir. Qeyd edir ki, ona orta məktəbi bitirməsi haqqında attestat, ali məktəbi bitirməsi barədə diplomlar, Azərbaycan Respublikasının vətəndaşı olması barədə vəsiqə, həmçinin, ümumvətəndaş pasportu verilərkən də, həmin sənədlərdə onun adı, soyadı, ata adı və doğum tarixi göstərilmişdir. Sonradan, zərurətlə əlaqədar ondan doğum haqqında şəhadətnamənin təqdim edilməsi tələb olunduqda, həmin sənədi aşkar edə bilməmişdir. Ona məlum olmuşdur ki, həmin şəhadətnamə naməlum vəziyyətdə itirilmişdir. Doğum haqqında şəhadətnamənin təkrar verilməsi ilə bağlı qeydiyyatda olduğu Maraqlı şəxsnə müraciət etdikdə, şöbənin əməkdaşları ona doğum yeri Ermənistan SSR-nin Masis rayonu olduğundan, onlarda onun doğum haqqında qeydlərin mövcud olmadığı bildirilmişdir. Bununla bağlı Qeydiyyat şöbəsi tərəfindən imtina məktubu verilərək məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Bu məsələ ilə bağlı qeyd etməyi vacib hesab edir ki, onun adı Təhminə, soyadı Qəmbərova, ata adı Qurban olmaqla, həqiqətən də xx.xx.1977-ci il tarixdə Ermənistan SSR-nin Masis rayonu Masis qəsəbəsində doğulmuş, milliyyəti azərbaycanlı, atası X3, anası X4 olmaqla hər ikisi azərbaycanlıdır. Yuxarıda adı çəkilən sənədləri əsas götürülməklə əmək fəaliyyətinə başlamış və hal-hazırda da işləyir. Ona görə də göstərilənlərə əsasən, ərizənin təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, o, soyad sonluğunun dəyişilməsi ilə bağlı Asan xidmətə, həmçinin, aidiyyəti qurumlara müraciət etmiş, lakin 17 yaşından bəri istifadə etmədiyi doğum haqqında şəhadətnamə tələb olunmuşdur. Bu illər ərzində heç istifadə etmədiyi üçün həmin sənədin harada olduğunu bilmir. Belə ki, o, soyadını dəyişib “Qəmbər” və ya “Qəmbərli” kimi qeydə alınmasını istəyir, bu da yeni bir soyad sayıldığından uzun keçən prosedur həyata keçirilə bilmir. Onun doğum haqqında şəhadətnaməsi olmuş, 1994-1995-ci illərdə pasport da almışdır. Belə ki, həmin şəhadətnamənin istifadə edilməsinə zərurət belə olmamışdır. Bu səbəbdən də soyadının dəyişilməsi üçün doğum haqqında şəhadətnamə hazırda, ona mütləqdir. Əslində isə onun əsas niyyəti doğum haqqında şəhadətnamə almaq deyil, soyad sonluğunun dəyişilməsidir. Təbii ki, göstərilən prosedurlar bir-biri ilə bağlı olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə, Mülki Prosessual Məcəllənin 185.5. maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib və işin faktiki hallarını araşdırıb işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, ərizə aşağıda göstərilənlərə əsasən, təmin edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin: 4.1. maddəsinə əsasən, bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 307-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.3. maddəsinə əsasən, məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra mətndə Ailə Məcəlləsi adlanacaq): 158-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. 162.1. maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydlərin, həqiqətən, olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri) tərəfindən icra edilir. 162.2. maddəsinə əsasən, itmiş yazının müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri) tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Ermənistan Respublikası Masis rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.1977-ci il tarixli İ-CЛ № 373076 saylı nikahın bağlanması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X5 ilə X7 xx.xx.1977-ci il tarixdə nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 50 nömrəsi ilə qeyd edilmiş, nikaha daxil olduqdan sonra arvada “Qəmbərova” soyadı verilmişdir. -Azərbaycan Dillər Universiteti tərəfindən verilmiş 2001-ci il tarixli A № 080437 saylı diplomun notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1977-ci il təvəllüdlü Ərizəçi filologiya ixtisasına yiyələnmişdir. -Azərbaycan Dillər Universiteti tərəfindən verilmiş magistr diplomunun notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1977-ci il təvəllüdlü Ərizəçi dilşünaslıq istiqamətinin xarici dil alman dili ixtisaslaşması üzrə fərqlənmə dərəcəsi ilə bitirmişdir. -xx.xx.1977-ci il təvəllüdlü Ərizəçi məxsus olan xx.xx.2011-ci il tarixli ******* saylı əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi xx.xx.2011-ci il tarixdə müəllim vəzifəsinə işə qəbul edilmişdir. -Maraqlı şəxs xx.xx.2022-ci il tarixli 05/Q-111/68 saylı məktubundan görünür ki, Ərizəçi məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. -Xarici pasportun notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1977-ci il təvəllüdlü Ərizəçi xx.xx.2020-ci il tarixdən xx.xx.2030-cu il tarixədək qüvvədə olan xarici pasport verilmişdir. -Abşeron RPŞ tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli AZE № 07889110 saylı şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X1 rayonu Mehdiabad qəsəbəsi D.Qorqud küçəsi 54 saylı evdə qeydiyyatdadır. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, X2 rayonu Mehdiabad qəsəbəsi D.Qorqud küçəsi 54 saylı evdə qeydiyyatdadır. -AA ******* saylı şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1977-ci il təvəllüdlü Ərizəçi Azərbaycan Respublikasının vətəndaşıdır. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, xx.xx.1977ci il təvəllüdlü Ermənistan Respublikasının Masis rayonunda anadan olmuş Ərizəçi Abşeron rayonu Mehdiabad qəsəbə ərazi dairəsi Mehdiabad qəsəbəsi D.Qorqud küçəsi 54 saylı evdə qeydiyyatdadır. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə araşdırması zamanı ərizəçinin izahatı, həmçinin, mülki iş materiallarına əlavə olunmuş sənədlərdən müəyyən olunmuşdur ki, Ərizəçi həqiqətən də xx.xx.1977-ci il tarixdə Ermənistan Sovet Sosialist Respublikası Masis rayonunda anadan olmuşdur. Məhkəmə araşdırması zamanı təsdiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, ərizəçinin təvəllüdü, soyadı, adı, ata və ana adının digər sənədlər ilə üst-üstə düşür və təsdiq olunur. Ona görə də məhkəmə hesab edir ki, vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydin, həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında təsdiq edildiyindən ərizə təmin edilməlidir. Beləliklə, məhkəmə, Ərizəçi ərizəsinin təmin olunması barədə məhkəmə qətnaməsinin çıxarılmasını qanuni və əsaslı hesab edərək belə nəticəyə gəlir ki, Ərizəçi xx xxxxxx 1977-ci il tarixdə Ermənistan Sovet Sosialist Respublikası Masis rayonunda anadan olması barədə fakt müəyyən edilərək bu barədə doğum akt qeydi bərpa edilməli və yeni şəhadətnamədə ərizəçinin doğum tarixi “xx xxxxxx 1977-ci il”, doğulduğu yer “Ermənistan Sovet Sosialist Respublikası Masis rayonu”, soyadı, adı, atasının adı qrafasında “Ərizəçi”, ata adı qrafasında “X3”, ana adı qrafasında “X4” milliyyəti “azərbaycanlı” kimi qeyd olunmalıdır. Mülki Prosessual Məcəllənin: 14.2. maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx xxxxxx 1977-ci il tarixdə Ermənistan Sovet Sosialist Respublikası Masis rayonunda doğumunun qeyd edilmə faktı müəyyən edilsin. Yeni şəhadətnamədə Ərizəçi doğum tarixi “xx xxxxxx 1977-ci il”, doğulduğu yer “Ermənistan Sovet Sosialist Respublikası Masis rayonu”, soyadı, adı, atasının adı qrafasında “Ərizəçi”, ata adı qrafasında “X3”, ana adı qrafasında “X4”, milliyyəti “azərbaycanlı” kimi qeyd olunsun. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar