Məhkəmə qərarları › İş №2(012)-3632/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3632/2021

16.07.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3632/2021 16.07.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ X3 Səfiyevanın sədrliyi, Arzu Siyavuş qızı Əliyevanın katibliyi, İddiaçı, İddiaçı, onun nümayəndəsi-vəkili X1, cavabdeh Baıram İusubovun iştirakı ilə, İddiaçı cavabdeh Baıram İusubova qarşı əmlak tələbinə dair iddia ərizəsi üzrə mülki işə 16 iyul 2021-ci il tarixdə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı cavabdeh Baıram İusubova qarşı əmlak tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Baıram İusubovdan cehiz əşyalarının və 11.920 manat dəyərində qızıl-zinət əşyalarının, avtomobillərin alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 2018-ci ilin dekabr ayından cavabdeh Baıram İusubovun valdeyinlərinə məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri, Nübar massivindəki 2 mərtəbəli, 5 otaqlı evə gəlin köçmüşdür. İddiaçı həmin evin bütün otaqlarından və köməkçi sahələrindən ailənin üzvü kimi istifadə etmişdir. Valideynləri tərəfindən iddiaçıya verilmiş cehiz əşyaları da həmin evdə müxtəlif yerlərdə yerləşdirilmişdir. Lakin evin 2-ci mərtəbəsindəki piləkəndən çıxandan sonra sağ tərəfdəki bir otaq həyat yoldaşı ilə iddiaçının yataq otağı kimi müəyyən olunmuşdur. 2019-cu ilin noyabr ayında iddiaçı qızlarının anadan olması ilə bağlı dövlət tərəfindən verilən pulu qeydiyyatda olduğu yer kimi Bakı şəhərinin Xətai rayonundakı müvafiq orqandan almaq üçün həyat yoldaşının və qaynanasının birgə razılığı ilə valdeyinlərindən onu Bakı şəhərinə bir neçə günlüyünə aparmalarını xahiş etmişdir. Atası və anası iddiaçının yaşadığı yerə gəlib onu götürüb Bakı şəhərinə bir neçə gündən sonra qaytarmaq niyyəti ilə aparmışlar. Aradan 2 gün keçmiş həyat yoldaşı Bakıya gəlib valdeyinləri və onunla narazılıqlar yaratmış və iddiaçının daha ona lazım olmadığını bildirərək getmişdir. Həmin vaxtdan həyat yoldaşı nə onunla, nə də öz uşağı ilə maraqlanmamışdır. Dəfələrlə valdeyinləri onlarla əlaqə yaradıb münasibəti normallaşdırıb iddiaçını ər evinə qaytarmaq istəsələr də, cavabdeh və onun valdeyinləri razılığa gəlməmişlər. İddiaçının şəxsi əşyaları, paltarları və qızıl-zinət əşyaları ər evində qalmışdır. Həmçinin bu yaxınlarda Bakı şəhəri Xətai Rayon Məhkəməsində həyat yoldaşının nikahın pozulmasına dair iddia ərizəsinin olduğu iddiaçıya məlum olmuşdur. Ona görə də iddiaçı məcbur olub hazırki iddia ərizəsi ilə müraciət etmək məcburiyyətində qalmışdır. Ər evində qalan qızıl-zinət əşyaları: - 1 ədəd söz üzüyü (həri zamanı verilən üzük) - tək briliyant qaşlı 8 qr 583 əyarlı qızıldan - 1.000 manat, 1 ədəd 585 əyarlı 4,5 qr üstündə 5 ədəd briliyant qaşları yanında isə xırda briliyant qaşları olan nişan üzüyü - 600 manat, komplekt - 2 ədəd sırğa briliyant qaşlarla, qolbaq briliyant qaşlarla, boyunbağı üstündə briliyant qaşlarla, klon və qızıl üzük üstündə briliyant qaşlarla - 6.000 manat, komplekt - 2 ədəd sırğa qaşsız və 1 ədəd üzük 750 əyarlı 13 qr çəkisi - 1.300 manat, uşağa hədiyyə verilmiş 1,5 qr çəkisi olan 1 ədəd qolbağ üstündə günəş yazısı və qaşsız 585 əyarlı - 200 manat, valideynlərinin hədiyyə verdiyi 583 əyarlı çəkisi 15 qr olan 1 ədəd qolbaq - 1.600 manat, 1 ədəd qolbaq 585 əyarlı 5 qr çəkisi olan qızıl qolbaq - 500 manat, 1 ədəd 585 əyarlı çəkisi 2 qr olan boyunbağı onun ortasında klonu - 210 manat, 1 ədəd 750 əyarlı 3,2 qr çəkisi olan qızıl üzük - 510 manat, cəmi 11.920 (on bir min doqquz yüz iyirmi) manat, cehiz əşyaları: - Türkiyə istehsalı avanqard qonaq otağı dəsti - ümumi qiyməti 3.000 manat, içində - stol və 8 stulu ilə birlikdə, 1 ədəd televizor altı, 1 ədəd iki qapılı şüşəli servant, 1 ədəd bir qapılı şüşəli servant, 1 ədəd güzgülü kamot, Türkiyə istehsalı avanqard üsulu yataq otağı dəsti - ümumi qiyməti 3.000 manat, içində 1 ədəd kravat - 2 nəfərlik, yanında 2 ədəd tumbuçkası, güzgülü kamot - 1 ədəd stulu ilə birgə, 1 ədəd güzgülü iri qardirob, Türkiyə istehsalı 1 ədəd uşaq beşiyi - 500 manat, Türkiyə istehsalı 1 ədəd çılçıraq - 260 manat, X5 istehsalı 1 ədəd çılçıraq - qiyməti 120 manat, 6 ədəd pərdə - 600 manat, 4 ədəd pərdə qolluqları bağlayan - 60 manat, İran istehsalı 2x3 ölçüdə 1 ədəd xalça - 800 manat, Türkiyə istehsalı 4x5 ölçüdə 1 ədəd xalça - 400 manat, Türkiyə istehsalı 2x3 ölçüdə 1 ədəd xalça - 250 manat, Türkiyə istehsalı 1x1,50 ölçüdə 2 ədəd xalça - 150 manat, Türkiyə istehsalı farfır abedni servis - 600 manat, 1 ədəd 2 nəfərlik yun döşək - 500 manat, 1 ədəd 2 nəfərlik yun döşək - 500 manat, Türkiyə istehsalı 2 nəfərlik sintifon yorğan dəsti - 250 manat, 2 nəfərlik yay yorğanı - 15 manat, 2 ədəd 80x80 ölçüdə qaz tük yastığı - 84 manat, 2 ədəd 50x70 ölüçdə qaz tükü yastığı - 50 manat, 1 ədəd uşağ üçün yun döşək, 1 ədəd yun yorğan, 1 ədəd sintifon yastıq - 73 manat, uşaq üçün beşik, beşik tülü - 20 manat, 1 ədəd naçnik - 25 manat, 1 ədəd suviner - 15 manat, 1 ədəd şəkil qabı - 8 manat, 1 ədəd uşaq adyalı - 50 manat, Türkiyə istehsalı 1 ədəd 2 nəfərlik adyal - 180 manat, Türkiyə istehsalı 1 ədəd 2 nəfərlik adyal - 100 manat, Türkiyə istehsalı 1 ədəd 2 nəfərlik paqrival, gəlincik - 220 manat, uşaq gəlincik paqrivalı - 50 manat, Türkiyə istehsalı hamam dəsti - 50 manat, Türkiyə istehsalı 6 ədəd çıxol prastian dəsti 2 nəfərlik - 500 manat, Türkiyə istehsalı 40 ədəd mətbəx dəsmalı - 200 manat, Türkiyə istehsalı 40 ədəd əl üz dəsmalı - 400 manat, Türkiyə istehsalı 40 ədəd qətfə - 500 manat, Türkiyə istehsalı 3 stol süfrəsi - 200 manat, Türkiyə istehsalı 1 ədəd uşaq çıxol prastina - 40 manat, şkafın içində uşaq və qadın üçün geyimlər, 6 nəfərlik kofe dəsti - 25 manat, 2 xrustal lotka - 70 manat, 2 ədəd xrustal konfet qapı - 50 manat, 12 ədəd lav-çaxır stəkan - 20 manat, 6 ədəd xrustal araq stəkanı - 40 manat, 12 ədəd glass kare araq stəkanı - 12 manat, 6 ədəd apadara sok stəkanı - 10 manat, 6 ədəd belik sok stəkanı - 5 manat, 6 ədəd çaxır stəkanı - 12 manat, gake maild kek qabı - 10 manat, 12 ədəd sok stəkanı - 30 manat, lav 3 dənəli ədviyyat qabı - 5 manat, taxta qaşıqlar - 5 manat, qırmızı rəngli qaşıqlar - 8 manat, göy rəngli balaca qab - 5 manat, 2 ədəd göy rəngli kasa - 5 manat, 2 ədəd göy lotka - 6 manat, buz qabı - 3 manat, 1 ədəd duz qabı - 6 manat, 2 ədəd aş qaşığı - 6 manat, peçenya doğrayan - 5 manat, keramika bıçaq dəsti - 50 manat, laklı qruşka - 5 manat, oxlay, peşqar, ələk - 20 manat, soyuducu klonkası - 5 manat, balaca armud qabı - 5 manat, vakumlu qab - 20 manat, limon sıxan - 5 manat, 2 ədəd mürəbbə qabı - 15 manat, lav qrafinka - 10 manat, tərəvəz doğrayan qab - 20 manat, qoz çəkən maşın - 25 manat, süzgənc - 25 manat, 1 ədəd mürəbbə ləyəni 25 manat, 1 ədəd lakı ləyən - 20 manat, 3 ədədli padnos dəsti - 50 manat, süpürgə - 8 manat, laklı xəngəl padnosları - 30 manat, 3 ədəd laklı qazan dəsti - 50 manat, qab - 40 manat, gündəlik işlətmə qab dəsti - 300 manat, 12 ədəd stəkan nəlbəki ilə birlikdə - 40 manat, 12 ədəd qarabağ stəkanı nəlbəki ilə birlikdə 40 manat, 6 ədəd qaşıq dəsti - 20 manat, 2 ədəd neman firmasına məxsus xrustal konfet qabı - 50 manat, 2 ədəd nemon firmasına məxsus xrustal mürəbbə qabı - 80 manat, 5 ədəd qədimi xrustal stəkan - 60 manat, 2 ədəd qədimi xrustal stəkan - 60 manat, 2 ədəd konfet qabı - 30 manat, 2 ədəd mürəbbə qabı - 30 manat, 6 ədəd çay srius stəkan - 30 manat, mikser - 25 manat, tort qabı - 15 manat, nemon firmasına məxsus kamotun üstünə qoyulan qab - 200 manat, 12 nəfərlik çamadan qaşıq dəsti - 250 manat, uşaq üçün hamam dəsti - 50 manat, 2 ədəd çaşka - 5 manat, “Beko” markalı tozsoran - 300 manat, plastik ləyən - 3 manat, 3 dənəli laklı cəm - 20 manat, kartof əzən - 2 manat, 1 ədəd laklı vedrə - 20 manat, 2 ədəd paşa bağça dırım üçün qab - 85 manat, şüşə salat qabı - 10 manat, 2 ədəd İran istehsalı meyvə qabı - 18 manat, 1 ədəd İran istehsalı çaynik - 5 manat, farfır dəm çayniki - 40 manat, Türkiyə istehsalı 1 ədəd çaydan - 40 manat, banka açan - 2 manat, pol vedrəsi dəsti - 25 manat, “Samsung” markalı televizor - 1.250 manat, “Beko” markalı soyuducu - 1.300 manat, ütü stolu - 40 manat, 2 ədəd ləbləbi qabı - 5 manat, 1 ədəd baqema meyvə qabı - 40 manat, 2 ədəd baqema kanfet qabı - 60 manat, neman firmasına məxsus xrustal su stəkanı - 70 manat, 6 ədəd xrustal şampan stəkanı - 70 manat, nemon firmasına məxsus 6 nəfərlik qrafinka - 200 manat, ütü - 50 manat, elektrik blinçik qabı - 40 manat, 3 dənəli peçenya qabı - 50 manat, Türkiyə istehsalı hürrəm firmasına məxsus 3 dənəli qazan - 150 manat, qazan tava - ümumi qiymət 300 manat, “Tefal” markalı elektrikli çaydan - 20 manat, toster qabı - 30 manat, baqema qrafinka dəsti 1 ədəd 6 stəkanı ilə birlikdə - 180 manat, 1 ədəd qədim xrustal səbət - 50 manat, 1 ədəd ləbləbi qabı -25 manat, 1 ədəd tort üçün hündür qab - 20 manat, 2 ədəd lav firmasının şüşəli qabları - 6 manat, 1 ədəd lav firmasının tort qabı - 4 manat, 1 ədəd tort qaşıqları - 5 manat, 3 mərtəbəli çərəz qabı - 40 manat, müxtəlif qablar, Bakı istehsalı künc divan - 1.200 manat, mətbəx mebeli - 1.600 manat, ətçəkən maşın - 50 manat, elektrik soba - 60 manat, aspirator - 120 manat, 1 ədəd qaz peçi - 120 manat, jovel firmasına məxsus paltar yuyan maşın 5 kq - 600 manat. Bundan əlavə birgə nikah dövründə cavabdeh tərəfindən ailənin büdcəsi hesabına avtomobillər alınmış və satılmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edin iddia ərizəsində yazılanlara uyğun izahat verdi və əlavə olaraq izahatında bildirdi ki, o, evdə olmayanda cavabdeh tərəf qızılları lombarda qoymuşdur. Cavabdehin bacısı da iddiaçıya məxsus qızılların cavabdehdə olmasını etiraf etmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi- vəkili X4 iddianı müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verib təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Baıram İusubov iddianı qismən qəbul edərək izahatında bildirdi ki, iddia tələbində göstərilən cehiz əşyalarına etirazı yoxdur. Çünki cehiz əşyaları mövcuddur və öz yerindədir. İddia tələbinin qızıl-zinət əşyaları hissəsini isə ümumiyyətlə qəbul etmir. Belə ki, 1.000 manat dəyərində tək briliyant qaşlı 8 qr 583 əyarlı qızıldan həri zamanı verilən 1 ədəd söz üzüyündən və 510 manat dəyərində 1 ədəd 750 əyarlı 3,2 qr çəkisi olan qızıl üzükdən ibarət qızıl-zinət əşyaları mövcud olmamışdır. Belə ki, söz üzüyü yuxarıda qeyd etdiyi kimi olmamışdır. Yalnız 25 manat dəyərində gümüş üzük olmuşdur. 1 ədəd 585 əyarlı 4,5 qr üstündə 5 ədəd briliyant qaşları yanında isə xırda briliyant qaşları olan nişan üzüyü - 600 manat, komplekt - 2 ədəd sırğa briliyant qaşlarla, qolbaq briliyant qaşlarla, boyunbağı üstündə briliyant qaşlarla, klon və qızıl üzük üstündə briliyant qaşlarla - 6.000 manat, komplekt - 2 ədəd sırğa qaşsız və 1 ədəd üzük 750 əyarlı 13 qr çəkisi - 1.300 manat, uşağa hədiyyə verilmiş 1,5 qr çəkisi olan 1 ədəd qolbağ üstündə günəş yazısı və qaşsız 585 əyarlı - 200 manat, iddiaçının valideynlərinin hədiyyə verdiyi 583 əyarlı çəkisi 15 qr olan 1 ədəd qolbaq - 1.600 manat, 1 ədəd qolbaq 585 əyarlı 5 qr çəkisi olan qızıl qolbaq - 500 manat dəyərindən olması iddia edilən qızıl-zinət əşyaları isə naturada mövcud olsa da, qeyd olunan qiymətə deyil dəyəri çox aşağı qiymətə olmaqla İddiaçı özü tərəfindən evdən gedəndə aparılmışdır. 210 manat dəyərindən 1 ədəd 585 əyarlı çəkisi 2 qr olan ortasında klonu olan boyunbağı isə mövcud olsa da, iddiaçı tərəfindən evdən gedəndə aparılmışdır. Ümumilikdə isə onun tərəfindən iddiaçı üçün 1 ədəd 585 əyarlı 4,5 qr üstündə 5 ədəd briliyant qaşları yanında isə xırda briliyant qaşları olan nişan üzüyünün dəyir 600 manat deyil, 450 manat olmuş və onun tərəfindən alınmışdır. Komplekt - 2 ədəd sırğa briliyant qaşlarla, qolbaq briliyant qaşlarla, boyunbağı üstündə briliyant qaşlarla, klon və qızıl üzük üstündə briliyant qaşlarla dəyəri 6.000 manat deyil, 1.550 manat olmuş və onun tərəfindən alınmışdır. Digər qızıl-zinət əşyalarını isə 1.300 manat dəyərində iddia edilən komplekt - 2 ədəd sırğa qaşsız və 1 ədəd üzük 750 əyarlı 13 qr çəkisi olan qızıl-zinət əşyasını əmisi almışdır. İddia tələbində qeyd edilən uşağa hədiyyə verilmiş 1,5 qr çəkisi olan 1 ədəd qolbağ üstündə günəş yazısı və qaşsız 585 əyarlı dəyəri 200 manat deyil, 110 manat dəyərində olmuşdur. Qızıl-zinət əşyaları toydan əvvəl iddiaçı üçün alınmışdır. 1.200 manat dəyərində Bakı istehsalı künc divan, 1.600 manat dəyərində mətbəx mebeli, 50 manat dəyərində ətçəkən maşın, 60 manat dəyərində elektrik soba, 120 manat dəyərində aspirator, 120 manat dəyərində 1 ədəd qaz peçi, 600 manat dəyərində jovel firmasına məxsus 5 kq-lıq paltar yuyan maşından ibarət əmlaklar mövcud olsa da, iddiaçıya məxsus deyildir. Bundan əlavə iddia ərizəsində iddia edilən birgə nikah dövründə onun tərəfindən ailənin büdcəsi hesabına avtomobillərin alınması və satılması həqiqətə uyğun deyildir. Həmçinin iddiaçı 2019-cu ilin noyabr ayında evdən getmişdir. Lakin o, iddiaçının evdən getməsinə razı deyildir. Göstərilənlərin nəzərə alınıb iddianın qismən təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçı tərəfindən şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, o, İddiaçı bibisi qızıdır. İddiaçı isə onun dayısı qızıdır. Dayısı qızı İddiaçı sürücü kimi ona zəng edərək onu evdən götürməsini və onlara gələcəyini bildirmişdir. O, da dayısı qızının xahişi ilə onun yaşadığı evə getmişdir. Qaynanasına məxsus evdə iddiaçı uşağa və özünə məxsus əşyaları yığıb birlikdə evdən çıxmışlar.Həmin vaxt Xınalı hər hansı qızıl-ziynət əşyalarını götürməmişdir. Məhkəmə iclasında iddiaçı tərəfindən şahid qismində dindirilmiş Svetlana İagubova ifadəsində göstərmişdir ki, İddiaçı qızıdır. Qızı Xınalını qaynanası evindən o, həyat yoldaşı və baldızıqızı Zemfira birlikdə gedib gətirmişlər. Həmin vaxtı uşaq yenicə doğulduğundan qızı Xınalı uşaq pulu almalı idi. Bu məqsədlə qızı onlara gəlmişdir. 1-2 gün qızı evə gec qayıtdığından aralarında söz-söhbət olmuş və münasibətlər pozulmuşdur. Cavabdehə məxsus evdə heç nə olmamışdır. Əşyalar onun tərəfindən alınmışdır. Belə ki, əşyaların alınmasına görə 3.750 manat məbləğində pul vermişdir. Əşyaların alınması üçün qeyd etdiyi pulu 4-5 il bundan əvvəl cavabdehə vermişdir. Cavabdeh tərəf mesajlarda və səs yazılarında uşağı ona verəcəyi təqdirdə qızıl-zinət əşyalarını qızına qaytaracağını bildirmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını və şahidlərin ifadələrin dinləyib, işin materiallarını araşdırıb, iş üzrə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-T seriyalı 028541 №-li nikah haqqında şəhadətnamədən müəyyən edilir ki, İusubov Baıram və İddiaçı arasında nikah 3 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsində 24 fevral 2020-ci il tarixdə bağlanmış və “Nikahın bağlanması haqqında akt qeydləri kitabında” 4493 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada “Xəlilova” soyadı verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.2-ci maddəsinə görə cavabdeh bu barədə yazılı ərizədə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir; 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək, və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə görə nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iclasında toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, İddiaçı ilə cavabdeh İusubov Baıram rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Aralarında yaranmış mübahisə ilə əlaqədar olaraq hazırda faktiki olaraq ayrılmışlar, iddiaçı yaşadıqları Abşeron rayonu, Xırdalan şəhəri, Nübar massivi ünvanından getmiş və hazırda valideynlərinin yanında yaşayır. Məhkəmə iddia tələbinin “cehiz əşyaların cavabdehlərdən alınaraq iddiaçıya verilməsi” hissəsi ilə əlaqədar qeyd edir ki, məhkəmə baxışı zamanı cavabdeh tərəf iddiaçı tərəfin iddia ərizəsində qeyd etdiyi əşyaların Bakı istehsalı künc divan - 1.200 manat, mətbəx mebeli - 1.600 manat, ətçəkən maşın - 50 manat, elektrik soba - 60 manat, aspirator - 120 manat, 1 ədəd qaz peçi - 120 manat, jovel firmasına məxsus 5 kq-lıq paltar yuyan maşın - 600 manat istisna olmaqla mövcud olmasını, hazırda onlara məxsus evdə olmasını və həmin əşyaların iddiaçı tərəfindən götürülməsinə heç bir etirazının olmadığını bildirmişlər. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməli, iddia ərizəsində göstərilən cehiz əşyaları, onlar olmadığı halda isə dəyərləri cavabdehdən alınaraq iddiaçıya qaytarılmalıdır. İddia tələbinin “Bakı istehsalı künc divan - 1.200 manat, mətbəx mebeli - 1.600 manat, ətçəkən maşın - 50 manat, elektrik soba - 60 manat, aspirator - 120 manat, 1 ədəd qaz peçi - 120 manat, jovel firmasına məxsus 5 kq-lıq paltar yuyan maşın - 600 manat cavabdehdən alınaraq iddiaçıya verilməsi” hissəsi ilə əlaqədar məhkəmə qeyd edir ki, məhkəmənin təklif etməsinə və cavabdeh tərəfin mübahisələndirməsinə baxmayaraq, sübutetmə yükü üzərinə düşən iddiaçı qeyd olunan əşyaların ona məxsus olmasını iddia etsə də, bununla bağlı hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. İddiaçının şahidi olan anası həmin əşyaların alınması üçün hələ evlənmələrindən əvvəl cavabdehə 3750 manat pul verilldiyini bildirsə də, bu məhkəmədə sübut olunmamışdır. Ona görə də iddia tələbi bu hissədə təmin edilməməlidir. Məhkəmə iddia tələbinin “qızıl-zinət əşyalarının cavabdehdən alınaraq iddiaçıya verilməsi” hissəsi ilə əlaqədar qeyd edir ki, məhkəmə baxışı zamanı cavabdeh izahatında iddiaçının iddia ərizəsində qeyd edilən 1.000 manat dəyərində tək briliyant qaşlı 8 qr 583 əyarlı qızıldan həri zamanı verilən 1 ədəd söz üzüyü və 510 manat dəyərində 1 ədəd 750 əyarlı 3,2 qr çəkisi olan qızıl üzüyü hissəsinə münasibətdə həmin qızıl-zinət əşyalarının mövcud olmadığını bildirdi. Sübutetmə yükü üzərinə düşən iddiaçı qeyd olunan qızıl-zinət əşyalarının naturada mövcud olması və cavabdehdə olması barədə hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə də əsassızdır və təmin edilməməlidir. İddia tələbinin qızıl-zinət əşyalarına münasibət hissəsində məhkəmə qeyd edir ki, cavabdeh digər qızıl-ziynət əşyalarının mövcydluğu və onların dəyərini 450 manat dəyərində 1 ədəd 585 əyarlı 4,5 qr üstündə 5 ədəd briliyant qaşları yanında isə xırda briliyant qaşları olan nişan üzüyü, 1.550 manat dəyərində komplekt - 2 ədəd sırğa briliyant qaşlarla, qolbaq briliyant qaşlarla, boyunbağı üstündə briliyant qaşlarla, klon və qızıl üzük üstündə briliyant qaşlarla, 1.300 manat dəyərində komplekt - 2 ədəd sırğa qaşsız və 1 ədəd üzük 750 əyarlı 13 qr çəkisi, 110 manat dəyərində uşağa hədiyyə verilmiş 1,5 qr çəkisi olan 1 ədəd qolbağ üstündə günəş yazısı və qaşsız 585 əyarlı, 1.600 manat dəyərində iddiaçının valideynlərinin hədiyyə verdiyi 583 əyarlı çəkisi 15 qr olan 1 ədəd qolbaq, 500 manat dəyərində 1 ədəd qolbaq 585 əyarlı 5 qr çəkisi olan qızıl qolbaq, 210 manat dəyərində 1 ədəd 585 əyarlı çəkisi 2 qr olan boyunbağı onun ortasında klonunun toy-nişan hədiyyəsi olaraq iddiaçıya alındığını izahatı ilə də təsdiq etdiyindən, lakin cavabdeh həmin əşyaların iddiaçının evdən gedərkən özü ilə apardığını bildirsə də, bunu sübut edə bilmədiyindən məhkəmə hesab edir ki, bu hissədə iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir.Qızıl-ziynət əşyalarının qiyməti ilə bağlı iddiaçı tərəfindən hər hansı mötəbər sübut təqdim edilmədiyindən məhkəmə cavabdehin izahatına əsaslanmağı lazım bilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 1 ədəd 585 əyarlı qızıldan 4,5 qr üstündə 5 ədəd briliyant qaşları yanında isə xırda briliyant qaşları olan nişan üzüyü - 450 manat, komplekt - 2 ədəd sırğa briliyant qaşlarla, qolbaq briliyant qaşlarla,qızıldan boyunbağı üstündə briliyant qaşlarla, klon və qızıl üzük üstündə briliyant qaşlarla - 1.550 manat, komplekt - 2 ədəd sırğa qaşsız və 1 ədəd qızıldan üzük 750 əyarlı 13 qr çəkisi - 1.300 manat, uşağa hədiyyə verilmiş 1,5 qr çəkisi olan qızıldan1 ədəd qolbağ üstündə günəş yazısı və qaşsız 585 əyarlı - 110 manat, valideynlərinin hədiyyə verdiyi 583 əyarlı çəkisi 15 qr olan 1 ədəd qızıldan qolbaq - 1.600 manat, 1 ədəd qolbaq 585 əyarlı 5 qr çəkisi olan qızıl qolbaq - 500 manat, 1 ədəd 585 əyarlı çəkisi 2 qr olan qızıldan boyunbağı onun ortasında klonu - 210 manat, Türkiyə istehsalı avanqard qonaq otağı dəsti - ümumi qiyməti 3.000 manat, içində - stol və 8 stulu ilə birlikdə, 1 ədəd televizor altı, 1 ədəd iki qapılı şüşəli servant, 1 ədəd bir qapılı şüşəli servant, 1 ədəd güzgülü kamot, Türkiyə istehsalı avanqard üsulu yataq otağı dəsti ümumi qiyməti 3.000 manat, içində 1 ədəd kravat - 2 nəfərlik, yanında 2 ədəd tumbuçkası, güzgülü kamot - 1 ədəd stulu ilə birgə, 1 ədəd güzgülü iri qardirob, Türkiyə istehsalı 1 ədəd uşaq beşiyi - 500 manat, Türkiyə istehsalı 1 ədəd çılçıraq - 260 manat, X5 istehsalı 1 ədəd çılçıraq - qiyməti 120 manat, 6 ədəd pərdə - 600 manat, 4 ədəd pərdə qolluqları bağlayan - 60 manat, İran istehsalı 2x3 ölçüdə 1 ədəd xalça - 800 manat, Türkiyə istehsalı 4x5 ölçüdə 1 ədəd xalça - 400 manat, Türkiyə istehsalı 2x3 ölçüdə 1 ədəd xalça - 250 manat, Türkiyə istehsalı 1x1,50 ölçüdə 2 ədəd xalça - 150 manat, Türkiyə istehsalı farfır abedni servis - 600 manat, 1 ədəd 2 nəfərlik yun döşək - 500 manat, 1 ədəd 2 nəfərlik yun döşək - 500 manat, Türkiyə istehsalı 2 nəfərlik sintifon yorğan dəsti - 250 manat, 2 nəfərlik yay yorğanı - 15 manat, 2 ədəd 80x80 ölçüdə qaz tük yastığı - 84 manat, 2 ədəd 50x70 ölüçdə qaz tükü yastığı - 50 manat, 1 ədəd uşağ üçün yun döşək, 1 ədəd yun yorğan, 1 ədəd sintifon yastıq - 73 manat, uşaq üçün beşik, beşik tülü - 20 manat, 1 ədəd naçnik - 25 manat, 1 ədəd suviner - 15 manat, 1 ədəd şəkil qabı - 8 manat, 1 ədəd uşaq adyalı - 50 manat, Türkiyə istehsalı 1 ədəd 2 nəfərlik adyal - 180 manat, Türkiyə istehsalı 1 ədəd 2 nəfərlik adyal - 100 manat, Türkiyə istehsalı 1 ədəd 2 nəfərlik paqrival, gəlincik - 220 manat, uşaq gəlincik paqrivalı - 50 manat, Türkiyə istehsalı hamam dəsti - 50 manat, Türkiyə istehsalı 6 ədəd çıxol prastian dəsti 2 nəfərlik - 500 manat, Türkiyə istehsalı 40 ədəd mətbəx dəsmalı - 200 manat, Türkiyə istehsalı 40 ədəd əl üz dəsmalı - 400 manat, Türkiyə istehsalı 40 ədəd qətfə - 500 manat, Türkiyə istehsalı 3 stol süfrəsi - 200 manat, Türkiyə istehsalı 1 ədəd uşaq çıxol prastina - 40 manat, şkafın içində uşaq və qadın üçün geyimlər, 6 nəfərlik kofe dəsti - 25 manat, 2 xrustal lotka - 70 manat, 2 ədəd xrustal konfet qapı - 50 manat, 12 ədəd lav-çaxır stəkan - 20 manat, 6 ədəd xrustal araq stəkanı - 40 manat, 12 ədəd glass kare araq stəkanı - 12 manat, 6 ədəd apadara sok stəkanı - 10 manat, 6 ədəd belik sok stəkanı - 5 manat, 6 ədəd çaxır stəkanı - 12 manat, gake maild kek qabı - 10 manat, 12 ədəd sok stəkanı - 30 manat, lav 3 dənəli ədviyyat qabı - 5 manat, taxta qaşıqlar - 5 manat, qırmızı rəngli qaşıqlar - 8 manat, göy rəngli balaca qab - 5 manat, 2 ədəd göy rəngli kasa - 5 manat, 2 ədəd göy lotka - 6 manat, buz qabı - 3 manat, 1 ədəd duz qabı - 6 manat, 2 ədəd aş qaşığı - 6 manat, peçenya doğrayan - 5 manat, keramika bıçaq dəsti - 50 manat, laklı qruşka - 5 manat, oxlay, peşqar, ələk - 20 manat, soyuducu klonkası - 5 manat, balaca armud qabı - 5 manat, vakumlu qab - 20 manat, limon sıxan - 5 manat, 2 ədəd mürəbbə qabı - 15 manat, lav qrafinka - 10 manat, tərəvəz doğrayan qab - 20 manat, qoz çəkən maşın - 25 manat, süzgənc - 25 manat, 1 ədəd mürəbbə ləyəni 25 manat, 1 ədəd lakı ləyən - 20 manat, 3 ədədli padnos dəsti - 50 manat, süpürgə - 8 manat, laklı xəngəl padnosları - 30 manat, 3 ədəd laklı qazan dəsti - 50 manat, qab - 40 manat, gündəlik işlətmə qab dəsti - 300 manat, 12 ədəd stəkan nəlbəki ilə birlikdə - 40 manat, 12 ədəd qarabağ stəkanı nəlbəki ilə birlikdə 40 manat, 6 ədəd qaşıq dəsti - 20 manat, 2 ədəd neman firmasına məxsus xrustal konfet qabı - 50 manat, 2 ədəd nemon firmasına məxsus xrustal mürəbbə qabı - 80 manat, 5 ədəd qədimi xrustal stəkan - 60 manat, 2 ədəd qədimi xrustal stəkan - 60 manat, 2 ədəd konfet qabı - 30 manat, 2 ədəd mürəbbə qabı - 30 manat, 6 ədəd çay srius stəkan - 30 manat, mikser - 25 manat, tort qabı - 15 manat, nemon firmasına məxsus kamotun üstünə qoyulan qab - 200 manat, 12 nəfərlik çamadan qaşıq dəsti - 250 manat, uşaq üçün hamam dəsti - 50 manat, 2 ədəd çaşka - 5 manat, “Beko” markalı tozsoran - 300 manat, plastik ləyən - 3 manat, 3 dənəli laklı cəm - 20 manat, kartof əzən - 2 manat, 1 ədəd laklı vedrə - 20 manat, 2 ədəd paşa bağça dırım üçün qab - 85 manat, şüşə salat qabı - 10 manat, 2 ədəd İran istehsalı meyvə qabı - 18 manat, 1 ədəd İran istehsalı çaynik - 5 manat, farfır dəm çayniki - 40 manat, Türkiyə istehsalı 1 ədəd çaydan - 40 manat, banka açan - 2 manat, pol vedrəsi dəsti - 25 manat, “Samsung” markalı televizor - 1.250 manat, “Beko” markalı soyuducu - 1.300 manat, ütü stolu - 40 manat, 2 ədəd ləbləbi qabı - 5 manat, 1 ədəd baqema meyvə qabı - 40 manat, 2 ədəd baqema kanfet qabı - 60 manat, neman firmasına məxsus xrustal su stəkanı - 70 manat, 6 ədəd xrustal şampan stəkanı - 70 manat, nemon firmasına məxsus 6 nəfərlik qrafinka - 200 manat, ütü - 50 manat, elektrik blinçik qabı - 40 manat, 3 dənəli peçenya qabı - 50 manat, Türkiyə istehsalı hürrəm firmasına məxsus 3 dənəli qazan - 150 manat, qazan tava - ümumi qiymət 300 manat, “Tefal” markalı elektrikli çaydan - 20 manat, toster qabı - 30 manat, baqema qrafinka dəsti 1 ədəd 6 stəkanı ilə birlikdə - 180 manat, 1 ədəd qədim xrustal səbət - 50 manat, 1 ədəd ləbləbi qabı -25 manat, 1 ədəd tort üçün hündür qab - 20 manat, 2 ədəd lav firmasının şüşəli qabları - 6 manat, 1 ədəd lav firmasının tort qabı - 4 manat, 1 ədəd tort qaşıqları - 5 manat, 3 mərtəbəli çərəz qabı - 40 manat, olmadığı təqdirdə isə onların dəyəri cavabdeh Baıram İusubovdan alınaraq İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən buna müvafiq ödənilmiş dövlət rüsumuna görə ödənilmiş 30 manatın 15 manat hissəsi cavabdehdən müştərək qaydada alınıb iddiaçıya verilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. 1 ədəd 585 əyarlı qızıldan 4,5 qr üstündə 5 ədəd briliyant qaşları yanında isə xırda briliyant qaşları olan nişan üzüyü - 450 manat, komplekt - 2 ədəd sırğa briliyant qaşlarla, qolbaq briliyant qaşlarla,qızıldan boyunbağı üstündə briliyant qaşlarla, klon və qızıl üzük üstündə briliyant qaşlarla - 1.550 manat, komplekt - 2 ədəd sırğa qaşsız və 1 ədəd qızıldan üzük 750 əyarlı 13 qr çəkisi - 1.300 manat, uşağa hədiyyə verilmiş 1,5 qr çəkisi olan qızıldan1 ədəd qolbağ üstündə günəş yazısı və qaşsız 585 əyarlı - 110 manat, valideynlərinin hədiyyə verdiyi 583 əyarlı çəkisi 15 qr olan 1 ədəd qızıldan qolbaq - 1.600 manat, 1 ədəd qolbaq 585 əyarlı 5 qr çəkisi olan qızıl qolbaq - 500 manat, 1 ədəd 585 əyarlı çəkisi 2 qr olan qızıldan boyunbağı ortasında klonu - 210 manat, Türkiyə istehsalı avanqard qonaq otağı dəsti - ümumi qiyməti 3.000 manat, içində - stol və 8 stulu ilə birlikdə, 1 ədəd televizor altı, 1 ədəd iki qapılı şüşəli servant, 1 ədəd bir qapılı şüşəli servant, 1 ədəd güzgülü kamot, Türkiyə istehsalı avanqard üsulu yataq otağı dəsti - ümumi qiyməti 3.000 manat, içində 1 ədəd kravat - 2 nəfərlik, yanında 2 ədəd tumbuçkası, güzgülü kamot - 1 ədəd stulu ilə birgə, 1 ədəd güzgülü iri qardirob, Türkiyə istehsalı 1 ədəd uşaq beşiyi - 500 manat, Türkiyə istehsalı 1 ədəd çılçıraq - 260 manat, X5 istehsalı 1 ədəd çılçıraq - qiyməti 120 manat, 6 ədəd pərdə - 600 manat, 4 ədəd pərdə qolluqları bağlayan - 60 manat, İran istehsalı 2x3 ölçüdə 1 ədəd xalça - 800 manat, Türkiyə istehsalı 4x5 ölçüdə 1 ədəd xalça - 400 manat, Türkiyə istehsalı 2x3 ölçüdə 1 ədəd xalça - 250 manat, Türkiyə istehsalı 1x1,50 ölçüdə 2 ədəd xalça - 150 manat, Türkiyə istehsalı farfır abedni servis - 600 manat, 1 ədəd 2 nəfərlik yun döşək - 500 manat, 1 ədəd 2 nəfərlik yun döşək - 500 manat, Türkiyə istehsalı 2 nəfərlik sintifon yorğan dəsti - 250 manat, 2 nəfərlik yay yorğanı - 15 manat, 2 ədəd 80x80 ölçüdə qaz tük yastığı - 84 manat, 2 ədəd 50x70 ölüçdə qaz tükü yastığı - 50 manat, 1 ədəd uşağ üçün yun döşək, 1 ədəd yun yorğan, 1 ədəd sintifon yastıq - 73 manat, uşaq üçün beşik, beşik tülü - 20 manat, 1 ədəd naçnik - 25 manat, 1 ədəd suviner - 15 manat, 1 ədəd şəkil qabı - 8 manat, 1 ədəd uşaq adyalı - 50 manat, Türkiyə istehsalı 1 ədəd 2 nəfərlik adyal - 180 manat, Türkiyə istehsalı 1 ədəd 2 nəfərlik adyal - 100 manat, Türkiyə istehsalı 1 ədəd 2 nəfərlik paqrival, gəlincik - 220 manat, uşaq gəlincik paqrivalı - 50 manat, Türkiyə istehsalı hamam dəsti - 50 manat, Türkiyə istehsalı 6 ədəd çıxol prastian dəsti 2 nəfərlik - 500 manat, Türkiyə istehsalı 40 ədəd mətbəx dəsmalı - 200 manat, Türkiyə istehsalı 40 ədəd əl üz dəsmalı - 400 manat, Türkiyə istehsalı 40 ədəd qətfə - 500 manat, Türkiyə istehsalı 3 stol süfrəsi - 200 manat, Türkiyə istehsalı 1 ədəd uşaq çıxol prastina - 40 manat, şkafın içində uşaq və qadın üçün geyimlər, 6 nəfərlik kofe dəsti - 25 manat, 2 xrustal lotka - 70 manat, 2 ədəd xrustal konfet qapı - 50 manat, 12 ədəd lav-çaxır stəkan - 20 manat, 6 ədəd xrustal araq stəkanı - 40 manat, 12 ədəd glass kare araq stəkanı - 12 manat, 6 ədəd apadara sok stəkanı - 10 manat, 6 ədəd belik sok stəkanı - 5 manat, 6 ədəd çaxır stəkanı - 12 manat, gake maild kek qabı - 10 manat, 12 ədəd sok stəkanı - 30 manat, lav 3 dənəli ədviyyat qabı - 5 manat, taxta qaşıqlar - 5 manat, qırmızı rəngli qaşıqlar - 8 manat, göy rəngli balaca qab - 5 manat, 2 ədəd göy rəngli kasa - 5 manat, 2 ədəd göy lotka - 6 manat, buz qabı - 3 manat, 1 ədəd duz qabı - 6 manat, 2 ədəd aş qaşığı - 6 manat, peçenya doğrayan - 5 manat, keramika bıçaq dəsti - 50 manat, laklı qruşka - 5 manat, oxlay, peşqar, ələk - 20 manat, soyuducu klonkası - 5 manat, balaca armud qabı - 5 manat, vakumlu qab - 20 manat, limon sıxan - 5 manat, 2 ədəd mürəbbə qabı - 15 manat, lav qrafinka - 10 manat, tərəvəz doğrayan qab - 20 manat, qoz çəkən maşın - 25 manat, süzgənc - 25 manat, 1 ədəd mürəbbə ləyəni 25 manat, 1 ədəd lakı ləyən - 20 manat, 3 ədədli padnos dəsti - 50 manat, süpürgə - 8 manat, laklı xəngəl padnosları - 30 manat, 3 ədəd laklı qazan dəsti - 50 manat, qab - 40 manat, gündəlik işlətmə qab dəsti - 300 manat, 12 ədəd stəkan nəlbəki ilə birlikdə - 40 manat, 12 ədəd qarabağ stəkanı nəlbəki ilə birlikdə 40 manat, 6 ədəd qaşıq dəsti - 20 manat, 2 ədəd neman firmasına məxsus xrustal konfet qabı - 50 manat, 2 ədəd nemon firmasına məxsus xrustal mürəbbə qabı - 80 manat, 5 ədəd qədimi xrustal stəkan - 60 manat, 2 ədəd qədimi xrustal stəkan - 60 manat, 2 ədəd konfet qabı - 30 manat, 2 ədəd mürəbbə qabı - 30 manat, 6 ədəd çay srius stəkan - 30 manat, mikser - 25 manat, tort qabı - 15 manat, nemon firmasına məxsus kamotun üstünə qoyulan qab - 200 manat, 12 nəfərlik çamadan qaşıq dəsti - 250 manat, uşaq üçün hamam dəsti - 50 manat, 2 ədəd çaşka - 5 manat, “Beko” markalı tozsoran - 300 manat, plastik ləyən - 3 manat, 3 dənəli laklı cəm - 20 manat, kartof əzən - 2 manat, 1 ədəd laklı vedrə - 20 manat, 2 ədəd paşa bağça dırım üçün qab - 85 manat, şüşə salat qabı - 10 manat, 2 ədəd İran istehsalı meyvə qabı - 18 manat, 1 ədəd İran istehsalı çaynik - 5 manat, farfır dəm çayniki - 40 manat, Türkiyə istehsalı 1 ədəd çaydan - 40 manat, banka açan - 2 manat, pol vedrəsi dəsti - 25 manat, “Samsung” markalı televizor - 1.250 manat, “Beko” markalı soyuducu - 1.300 manat, ütü stolu - 40 manat, 2 ədəd ləbləbi qabı - 5 manat, 1 ədəd baqema meyvə qabı - 40 manat, 2 ədəd baqema kanfet qabı - 60 manat, neman firmasına məxsus xrustal su stəkanı - 70 manat, 6 ədəd xrustal şampan stəkanı - 70 manat, nemon firmasına məxsus 6 nəfərlik qrafinka - 200 manat, ütü - 50 manat, elektrik blinçik qabı - 40 manat, 3 dənəli peçenya qabı - 50 manat, Türkiyə istehsalı hürrəm firmasına məxsus 3 dənəli qazan - 150 manat, qazan tava - ümumi qiymət 300 manat, “Tefal” markalı elektrikli çaydan - 20 manat, toster qabı - 30 manat, baqema qrafinka dəsti 1 ədəd 6 stəkanı ilə birlikdə - 180 manat, 1 ədəd qədim xrustal səbət - 50 manat, 1 ədəd ləbləbi qabı -25 manat, 1 ədəd tort üçün hündür qab - 20 manat, 2 ədəd lav firmasının şüşəli qabları - 6 manat, 1 ədəd lav firmasının tort qabı - 4 manat, 1 ədəd tort qaşıqları - 5 manat, 3 mərtəbəli çərəz qabı - 40 manat, müxtəlif qablar, olmadığı təqdirdə isə onların dəyəri cavabdeh Baıram İusubovdan alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh Baıram İusubovdan 15 manat rüsuma görə ödənilmiş pul alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən 1 (bir) ay müddətinə Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şıkayəti verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar