Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3633/2020 26.10.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi doğum akt qeydinin düzgün olmamasının müəyyən ediləməsinə dair ərizəsi üzrə mülki işə xx xxxxxxx 2020-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi doğum akt qeydinin düzgün olmamasının müəyyən ediləməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun doğum aktı qeydində doğum tarixinə aid olan qeydin “xx xxxxxx 1956-cı il” olaraq müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi xx.xx.1956-cı il tarixdə Qafan rayonunun Şəhərcik kəndində anadan olmuşdur. Təəssüflər olsun ki, valideynlərinin məsuliyyətsizliyinə görə ərizəçinin doğum haqqında şəhadətnaməsində doğum günü və ayı qeyd olunmamışdır. Yaxınları onun xx.xx.1956-cı il tarixdə anadan olması faktını təsdiqləyir. Ərizəçi yeni şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etsə də, orada ona məhkəməyə müraciət etməsi bildirilmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsinin məzmununa uyğun izahat verib, təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə iclasında ərizəçinin qonşusu X4 şahid qismində dindirilərkən ifadəsində bildirdi ki, ərizəçi ilə yerlidir, birlikdə böyümüşdür. Doğum günləri eyni günə təsadüf etdiyindən həmişə birgə qeyd etmişlər. Həmçinin, ərizəçinin digər qonşusu X2 da bu hüquqi faktı təsdiqlədi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq Maraqlı şəxs nümayəndəsi məhkəmə gəlməmiş, gəlməməsinin səbəbləri barədə isə heç bir məlumat verməmişdir. Məhkəmə ərizəyə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadəsini dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edərək toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə hüquqi nəticəyə gəlir ki,ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Mülki iş materiallarında olan AZE № 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, vəsiqənin sahibi ƏrizəçiXX.XX.1956-cı il tarixdə Ermənistan, Qafan rayonunda anadan olmuşdur. Mülki iş materiallarında olan Abşeron RİHB-nın Mehdiabad qəsəbə X8 üzrə nümayəndəliyinin xx.xx.2020-ci il tarixli, 1722 №-li arayışından müəyyən edilir ki, Ərizəçi həqiqətən də, Mehdiabad qəsəbəsi, N.Tusi küçəsi, ev 10 ünvanında yaşayır. Mülki iş materiallarında olan, Maraqlı şəxs tərəfindən göndərilən xx xxxx 2020-ci il tarixli, 05/Q-601/15 saylı məktubdan müəyyən edilir ki, doğum haqqında akt qeydinə doğum tarixinin əlavə edilməsi mümkün olmadığına görə bu barədə Ərizəçi məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Maraqlı şəxs tərəfindən X6 verilmiş xx xxxx 2020-ci il tarixli, AZ-İV 444646 saylı doğum şəhadətnaməsindən onun doğum ay və günün qeyd edilmədiyi, 1956-cı ildə Ermənistanın Kafan rayonunda anadan olduğu görünür. İşin materiallarında olan şahid X3 məxsus AZE 05098219 saylı Şəxsiyyət vəsiqəsindən müəyyən edilir ki, 0, xx.xx.1945-ci il tarixdə Ermənistanın Kafan rayonunda anadan olmuşdur. İşin materiallarında olan şahid X1 şəxsiyyət vəsiqəsindən müəyyən edilir ki, 12.12. 1947-ci il tarixdə Ermənistanın Kafan rayonunda anadan olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 339.1-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. MPM-in 341-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydin düzgün olmamasını müəyyən edən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydin düzəldilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Ərizəçi xx.xx.1956-cı ildə Ermənistanın Kafan rayonunda anadan olması özünün izahatı ilə bərabər şahidlərin ifadələri ilə də müəyyən edildiyindən, onun ərizəsi əsaslı olmaqla təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3 və 217.4-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Maraqlı şəxs tərəfindən X6 verilmiş xx xxxx 2020-ci il tarixli, AZ-İV 444646 saylı doğum şəhadətnaməsindəki doğum ayı və doğum günü barədəki qeyri-müəyyənlik düzəldilsin,onun doğum tarixi xx xxxxxx 1956-cı il kimi qeyd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-3633/2020
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3633/2020
26.10.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver