Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3633/2021 20.08.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs hüquqi faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə 20 avqust 2021-ci il tarixdə, Xırdalan şəhərində məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi hüquqi faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, oğlu X2 21.06.2002-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, Şövkət Ələkbərova küçəsi, 31 saylı mənzildə anadan olması (doğum) faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi ilə X10 26 may 1989-cu ildə rəsmi nikaha girməklə ailə həyatı qurmuşlar. Nikahları Maraqlı şəxsndə 138 nömrə ilə qeyd edilmişdir. Həmin nikahdan 21.06.2002-ci ildə X1 rayonu, Xırdalan şəhəri, Şövkət Ələkbərova küçəsi, 31 saylı mənzildə ev şəraitində doğulmuşdur. Həmin vaxtı Xırdalan uşaq poliklinikasının nümayəndələri evə gələrək doğumu **********51 nömrə ilə qeydiyyat kitabçasına salmışlar. Ərizəçinin həyat yoldaşı X10 14 fevral 2014-cü ildə vəfat etdikdən sonra bu sənədlərin əsasında oğlanlarına doğum haqqında şəhadətnamənin verilməsi üçün müvafiq orqanlara müraciət etmək imkanı olmamışdır. Beləliklə, bu günə qədər oğlu Bəhram Allahverdiyev doğum haqqında şəhadətnamə almamışdır. Hal-hazırda oğlu Bəhramın 18 yaşı vardır. Lakin, buna baxmayaraq o doğum haqqında şəhadətnamənin olmaması səbəbindən şəxsiyyət vəsiqəsi ala bilmir. Bununla bağlı ərizəçi Bəhramın anası olaraq Maraqlı şəxsnə müraciət edərək doğum haqqında şəhadətnamənin və onun əsasında şəxsiyyət vəsiqəsinin verilməsi barədə köməklik göstərilməsini xahiş etmişdir. Lakin Maraqlı şəxs 07 aprel 2021-ci il tarixli məktubuna əsasən ərizəçiyə oğlu X4 doğum haqqında şəhadətnamənin verilməsindən imtina edilərək doğum faktının müəyyən ediiməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət olunması tövsiyə edilmişdir. Məhkəmə baxışı zamanı Ərizəçi dəqiqləşdirmə barədə ərizə ilə məhkəməyə müraciət edərək, oğlu X2 21 iyun 2002-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, Şövkət Ələkbərova küçəsi 31 saylı mənzildə anadan olması (doğulması) faktının müəyyən edilməsi, ata qrafasında X10, ana qrafasında Ərizəçi yazılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edib, ərizədə göstərilənləri təsdiq edib, ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş maraqlı şəxs Abşeron rayonu qeydiyyat şöbəsi nümayəndəsinin məhkəmədə iştirakını təmin etməmiş, ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasına nümayəndənin iştirakı olmadan baxılması xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X11 ifadəsində gəstərdi ki, Ərizəçi onun baldızıdır. X10 isə qardaşıdır. Ərizəçi ilə qardaşı Bəhruz Allahverdiyev 1989-cu il tarixdə rəsmi nikah münasibətlərinə girərək ailə həyatı qurmuşlar. Onların birgə nikahlarında 1990-cı il tarixdə Nigar, 1991-ci il tarixdə Məhərrəm, 1999-cu il tarixdə Rafael və 2002-il tarixdə Bəhram adlı uşaqları anadan olmuşdur. 2002-ci il təvəllüdlü Bəhram ev şəraitində anadan olmuşdur. Qardaşı oğlu olan Bəhramın adını o, qoymuşdur. Bəhram doğulanda o da evdə olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən X9 ifadəsində gəstərdi ki, Ərizəçi anası, X10 atasıdır. 2002-ci il təvəllüdlü X6 isə qardaşıdır. Qardaşı Bəhram 2002-ci il tarixdə xalasına məxsus evdə ev şəraitində doğulmuşdur. Lakin, bu günə kimi qardaşı sənədsiz qalmışdır. Hazırda qardaşı işləyir. Lakin sənədi olmadığına görə qeyri-rəsmi şəkildə işləyir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edərək toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə hüquqi nəticəyə gəlir ki,ərizə əsaslıdır, təmin edilməlidir. Mülki işin materiallarında olan ******* №-li doğum haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, xx xxx 1970-ci il təvəllüdlü X13 atası X21, anası isə X22r. Mülki işin materiallarında olan 522621 №-li nikah haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, X10 və X23 arasında nikah Maraqlı şəxsndə 26 may 1989-cu il tarixdə bağlanmış və “Nikahın bağlanması haqqında akt qeydləri kitabında” 138 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada “Allahverdiyeva” soyadı verilmişdir. Mülki işin materiallarında olan 340537 №-li, 780994 №-li və 642758 №-li doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq edilmiş surətindən müəyyən edilir ki, X5 Ərizəçi ilə birgə nikahından 08.04.1990-cı il təvəllüdlü X7, 30.07.1991-ci il təvəllüdlü X3 və 06.10.1999-cu il təvəllüdlü X8 adlı uşaqları anadan olmuşdur. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Abşeron Rayon Mərkəzi Xəstəxanası” X26 Abşeron Rayon Uşaq Poliklinikası tərəfindən 12.08.2021-ci il tarixdə verilən 464 saylı arayışdan müəyyən edilir ki, Ərizəçi oğlu 21.06.2002-ci il təvəllüdlü X6 30.01.2016-cı il tarixinə qədər Abşeron rayon Uşaq poliklinikasında tibbi qeydiyyatda olmuşdur. Mülki işin materiallarında olan AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən edilir ki, Ərizəçi xx.xx.1970-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Mülki işin materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş 21 fevral 2014-cü il tarixli AZ-İ seriyalı 670485 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X10 14 fevral 2014-cü il tarixdə qanaxma ilə ağırlaşma ellonveyssind səbəbindən Bakı şəhərində vəfat etmişdir və bu barədə ölüm haqqında akt qeydləri kitabında 21 fevral 2014-cü il tarixdə 97 nömrə ilə qeyd edilmişdir. Mülki işin materiallarında olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış 07 aprel 2021-ci il tarixli 05/Q-463/15 nömrəli məktubdan müəyyən edilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31.10.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın əsasən doğumun qeydə alınması üçün doğum faktını, vaxtını, yerini təsdiq edən tibb müəssisəsindən sənəd, uşaq tibb müəssisəsindən kənarda doğulduqda doğuma köməklik göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi 103 №-li formalı sənəd təqdim olunmalıdır. Göstərilən əsaslar olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Doğum haqqında 103 № formalı tibbi şəhadətnaməni təqdim edə bilmədiyi üçün doğumun qeydiyyata alınması imkanları xaricində olduğu, doğum faktının müəyyən edilməsi üçün aidiyyatı üzrə məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istfadə etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır; 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 44.1-ci maddəsinə əsasən uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur; 44.3-cü maddəsinə əsasən uşağın anası ilə nikahda olmayan şəxsin atalığı uşağın atasının və anasının müvafiq icra hakimiyyəti orqanına birgə ərizə vermələri ilə müəyyən olunur; 46.2-ci maddəsinə əsasən valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır; 166.1-ci maddəsinə əsasən doğumun qeydiyyatı uşaqların doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə aparılır; 168.1-ci maddəsinə əsasən doğum haqqında qeydiyyatda uşağın adı, atasının adı və soyadı, habelə onun valideynləri haqqında məlumat bu Məcəllənin 46 və 53-cü maddələrinə uyğun yazılır. Məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən olundu ki, X10 ilə Ərizəçi 26 may 1989-cu il tarixdə nikaha daxil olmuşlar, onların birgə nikahlarında 08.04.1990-cı il təvəllüdlü X7, 30.07.1991-ci il təvəllüdlü X3 və 06.10.1999-cu il təvəllüdlü X8 adlı uşaqları anadan olmuşdur. Daha sonra isə Ərizəçi 21 iyun 2002-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində ev şəraitində Bəhram adlı 1 oğlan uşağı dünyaya gətirmişdir. Lakin həmin uşağa doğum haqqında şəhadətnamə alınmamışdır. Bununla bağlı Maraqlı şəxsnə müraciət edilsə də, uşaq ev şəraitində doğulduğu və doğum haqqında tibbi şəhadətnamə təqdim edilməsi üçün doğumun qeydiyyatı mümkün olmamış, doğum faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi Maraqlı şəxs tərəfindən tövsiyə edilmişdir. Ərizəçinin əri X10 14 fevral 2014-cü il tarixdə vəfat etmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, Ərizəçi 21 iyun 2002-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində doğduğu Bəhram adlı oğlan uşağının doğum faktı ərizəçinin və şahidlərin verdikləri ifadələrlə, eyni zamanda qeyd edilən rəsmi sənədlərlə öz təsdiqini tapdığından, eləcə də həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ərizəçi tərəfindən əldə edilə bilinmədiyindən ərizə təmin edilməli, Bəhram adlı uşağa doğum şəhadətnaməsi verilərkən uşağın atası qrafasında X10, anası qrafasında Ərizəçi qeyd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi Abşeron rayonu, Xırdalan şəhərində 21 iyun 2002-ci il tarixdə Bəhram adlı oğlan uşağının doğulması faktı müəyyən edilsin. Həmin uşağa verilən doğum şəhadətnaməsinin uşağın atası qrafasında X10, anası qrafasında Ərizəçi qeyd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-3633/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3633/2021
20.08.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver