Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3642/2025 14.08.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Rzayev Fariz Gündüz oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı əmək müqaviləsinə xitam verilməsi və bununla bağlı elektron informasiya sisteminə bildirişin qeydiyyata alınması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı əmək müqaviləsinə xitam verilməsi və bununla bağlı elektron informasiya sisteminə bildirişin qeydiyyata alınması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2021-ci il tarixli Cavabdeh ilə aralarında bağlanmış əmək müqaviləsinin müddətinin qurtarması (Azərbaycan Respublikasinin Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “B” bəndinə) görə xitam verilməsi, əmək müqaviləsinə xitam verilməsi haqqında “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əmək müqaviləsi bildiriş sisteminə” məlumatlar daxil edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, o, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Cavabdehndə avtobus sürücüsü işləmişdir. Sonra özünə yeni iş yeri tapdığı üçün müqaviləni Cavabdehnən artırmamışdır. Cavabdeh rəhbərliyindən əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. Ona “müqavilənin müddətinin artıq başa çatdığını, heç bir ərizənin lazım olmadığını və özlərinin əmək müqaviləsinə xitam verəcəklərini” bildirmişlər. Lakin bu yaxınlarda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əmək müqaviləsi bildiriş sistemində görmüşdür ki, onun əsas iş yeri Cavabdehndə avtobus sürücüsü kimi qeyd edilmişdir. Cavabdeh əməkdaşları ilə əlaqə saxlayanda ona bildirmişlər ki, “əvvəlki müdiri işdən çıxarıblar və müdirin gücləndirilmiş elektron imzasını ləğv ediblər, təzə müdir Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əmək müqaviləsi bildiriş sisteminə daxil olub və dəyişə bilməz”. Cavabdeh onunla əmək müqaviləsini vaxtında ləğv etmədiklərinə görə indi onu rəsmi olaraq heç yerdə işə götürmürlər. Bakı DOST Mərkəzinə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti Bakı şəhər İdarəsinə və Mediasiya Təşkilatına müraciət etməyinə baxmayaraq, heç bir nəticə əldə edə bilməmişdir. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh MMC-yə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, onlar məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5. maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki iş materiallarını araşdırıb və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının; 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. 35-ci maddəsinə əsasən əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -İşəgötürən Cavabdeh MMC ilə işçi İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı əsas iş yeri olmaqla avtobus sürücüsü vəzifəsinə aylıq əmək haqqı 270 manat olmaqla işə qəbul edilmişdir. -Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş portaldan çıxarışdan görünür ki, İddiaçı Cavabdeh MMC-də avtobus sürücüsü işləyir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, İddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci tarixədək Cavabdehndə əmək müqaviləsi bağlamaqla həmin tarixdə sözügedən MMC-də əmək fəaliyyətinə başlamış və avtobus sürücüsü işləmişdir. Sonra iddiaçı yeni iş yeri tapdığı üçün müqaviləni Cavabdeh ilə artırmamışdır. Hazırda elektron sistemdə iddiaçının Cavabdehndə işlədiyi görünür və əməık müqaviləsinə xitam verilməmişdir. İddiaçı tərəfindən Cavabdeh MMC-nə əmək fəaliyyətinə xitam verilməsi üçün ərizə ilə müraciət etmiş, lakin MMC tərəfindən hər hansı bir münasibət bildirilməmişdir. Ona görə də, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli Cavabdeh ilə aralarında bağlanmış əmək müqaviləsinin müddətinin qurtarması (Azərbaycan Respublikasinin Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “B” bəndinə) görə xitam verilməsi, əmək müqaviləsinə xitam verilməsi haqqında “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əmək müqaviləsi bildiriş sisteminə” məlumatlar daxil edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəflər arasında əmək hüquq münasibətlərindən irəli gələn hazırki iş üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra Əmək Məcəlləsi adlanacaq): 42-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. 43.1-ci maddəsinə əsasən əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir. 44-cü maddəsinə əsasən əmək müqaviləsi yazılı formada bağlanır. Tərəflərin razılığı ilə əmək müqaviləsi bu Məcəlləyə əlavə edilmiş nümunəvi formaya uyğun tərtib edilir. Əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır. Əmək Məcəlləsinin; 68-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri də, b) əmək müqaviləsinin müddətinin qurtarmasıdır. 69-cu maddəsinə əsasən əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydası
1. İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər.
2. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Azərbaycan Respublikasinin Əmək Məcəlləsinin 12-ci maddəsinin 1-ci hissəsinin “H” bəndinə əsasən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək işə götürənin əsas vəzifələrindən biridir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 6 iyun tarixli 183 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”ın 3.4-cü bəndinə əsasən,əmək müqaviləsi bildirişinin gücləndirilmiş elektron imza ilə daxil olmqla imkan verən autendifikasiya vastələrindən istifadə edilməklə, bilavasitə işəgötürən tərəfindən və ya “Elektron hökümət” portalında yerləşdirilmiş “Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi” xidməti vastəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir. Mülki iş materiallarına əlavə olunmuş, Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş portaldan çıxarışdan göründüyü kimi İddiaçı Cavabdeh MMC-də avtobus sürücüsü işləyir. Sonra özünə yeni iş yeri tapdığı üçün əmək müqaviləsinə xitam verilməsini xahiş etmiş, bu zaman cavabdeh ona əmək müqaviləsinə xitam verəcəklərini bildirmişlər. Lakin müqaviləyə xitam verilməmiş, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əmək müqaviləsi bildiriş sistemində onun əsas iş yeri Cavabdehndə avtobus sürücüsü kimi qeyd edilməsi məlumatı qalmışdır. Göstərilənlər tamamlə təsdiq edir ki, iddiaçının əmək müqaviləsinə xitam verilməsi MMC tərəfindən hazırda mümkünsüzdür. Ona görə də yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia ərizəsi təmin edilməli, İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2021-ci il tarixdə bağlanmış əmək müqaviləsinə xitam verilməli və və əmək müqaviləsinə xitam verilməsi haqqında “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əmək müqaviləsi bildiriş sisteminə” məlumatlar daxil edilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2 maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1 maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1 maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3 maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Dövlət rüsunu haqqında Qanunun 9.1.1. maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə-iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2021-ci il tarixdə bağlanmış əmək müqaviləsinə xitam verilsin. Əmək müqaviləsinə xitam verilməsi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “əmək müqaviləsi bildiriş sisteminə” məlumatlar daxil edilməsi üçün əsasdır. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov