Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3656/2020 25.11.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qızına qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi iddia tələbinə dair mülki işə xx xxxxxx 2020-ci il tarixdə Xırdalan şəhərində məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Cavabdeh3 qızına qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi iddia tələbi ilə məhkəməyə müraciət edərək Cavabdeh1, Quliyeva X3 Sevinc Ələddin qızı və onların qohumu olan xx.xx.2006-cı il təvəllüdlü X2 Abşeron rayonu Xırdalan şəhəri Quşçuluq yaşayış massivi, 8-ci küçə, döngə 1 ünvanında yerləşən 49 nömrəli evdən istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Abşeron rayonu Xırdalan şəhəri Quşçuluq yaşayış massivi, 8-ci küçə, döngə 1 ünvanında yerləşən 49 nömrəli evi xx xxxxxx 2019-cu il tarixdə bağlanmış AN-İ ******* saylı alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 almış, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışa əsasən həmin ev İddiaçı mülkiyyətindədir. İddiaçı qeyd edilən evi aldıqdan sonra Cavabdeh1 özünün və onun ailə üzvlərinin Abşeron rayonu Xırdalan şəhəri Quşçuluq yaşayış massivi, 8-ci küçə, döngə 1 ünvanında yerləşən 49 nömrəli evdən qeydiyyatdan çıxaracağını vəd etsə də evin alqı-satqısından 1 ilə yaxın müddət keçməsinə baxmayaraq həmin şəxslər evdən qeydiyyatdan çıxmamışlar. Bundan başqa mübahisə predmeti olan evdə yetkinlik yaşına çatmayan xx.xx.2006-cı il təvəllüdlü X4 da qeydiyyatdadır. Cavabdeh1, Quliyeva X3 Sevinc Ələddin qızı və onların qohumu olan xx.xx.2006-cı il təvəllüdlü X2 Abşeron rayonu Xırdalan şəhəri Quşçuluq yaşayış massivi, 8-ci küçə, döngə 1 ünvanında yerləşən 49 nömrəli ev də qeydiyyatda qalması İddiaçı ev üzərində sahiblik, istifadə və sərəncam hüquqlarını məhdudlaşdırır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, iddia ərizəsində göstərilənləri təsdiq edərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdehlər məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə, mülki işə gəlməyən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdırıb hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Mülki işin materiallarında olan xx xxxxxx 2019-cu il tarixli alqı-satqı müqaviləsindən müəyyən edilir ki, Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu Xırdalan şəhəri Quşçuluq yaşayış massivi, 8-ci küçə, döngə 1 ünvanında yerləşən 49 nömrəli evi İddiaçı satmışdır. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışdan müəyyən edilir ki, Abşeron rayonu Xırdalan şəhəri Quşçuluq yaşayış massivi, 8-ci küçə, döngə 1 ünvanında yerləşən 49 nömrəli evi daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi, **********58-10301 reyestr nömrəsi ilə xx.xx.2019-cu il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. Mülki işin materiallarında olan yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışdan müəyyən edilir ki, Cavabdeh1, Quliyeva X3 Sevinc Ələddin qızı, xx.xx.2006cı il təvəllüdlü X1 rayonu Xırdalan şəhəri Quşçuluq yaşayış massivi, 8-ci küçə, döngə 1 ünvanında yerləşən 49 nömrəli evdə qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsində göstərilmişdir ki, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 203.1-ci maddəsində göstərilmişdir ki, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Həmin Məcəlləsinin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin məzmununa görə yaşayış yerini dəyişmiş, başqa ölkədə yaşayış yeri seçmiş, istifadə hüququna xitam verilmiş şəxs qeydiyyatdan çıxarılmalıdır. Həmin Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.7-ci maddəsində göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, Abşeron rayonu Xırdalan şəhəri Quşçuluq yaşayış massivi, 8-ci küçə, döngə 1 ünvanında yerləşən 49 nömrəli evi İddiaçı satıldığından və evə mülkiyyət hüququ İddiaçı keçdiyindən, evin mülkiyyətçisi İddiaçı ilə razılaşma olmadığından Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qızı və xx.xx.2006-cı il təvəllüdlü X4 həmin əmlakdan istifadə hüququnu da itirmiş, ona görə də onların mübahisəli evdən istifadə hüququ itirilmiş hesab edilməli, bununla da iddia təmin edilməlidir. Həmçinin, məhkəmə qeyd edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qızının, xx.xx.2006-cı il təvəllüdlü X2 mübahisəli evdən pasport qeydiyyatından çıxarılmalarını xahiş edir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qızının və xx.xx.2006-cı il təvəllüdlü X2 mübahisəli evdən qeydiyyatdan çıxarılması məhkəmənin birbaşa səlahiyyətinə aid olmasa da, istifadə hüququna xitam verilməsi evdən qeydiyyatdan çıxma üçün də əsas hesab edildiyindən, bu tələbə də qətnamədə münasibət bildirilməlidir. Həmin Qanunun 9-cu maddəsinin məzmununa görə yaşayış yerini dəyişmiş, başqa ölkədə yaşayış yeri seçmiş, istifadə hüququna xitam verilmiş şəxs qeydiyyatdan çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmin maddəyə istinad edərək hesab edir ki, iddia təmin edildiyindən 10 manat dövlət rüsumunun əvəzi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və Cavabdeh3 qızından tutularaq İddiaçı ödənilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360/ 362-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qızının və xx.xx.2006-cı il təvəllüdlü X2 Abşeron rayonu Xırdalan şəhəri Quşçuluq yaşayış massivi, 8-ci küçə, döngə 1 ünvanında yerləşən 49 nömrəli ev dən istifadə hüququna xitam verilsin. Qətnamə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qızının və xx.xx.2006-cı il təvəllüdlü X2 Abşeron rayonu Xırdalan şəhəri Quşçuluq yaşayış massivi, 8-ci küçə, döngə 1 ünvanında yerləşən 49 nömrəli ev dən qeydiyyatdan çıxarılması üçün əsasdır. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrli edən:Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-3656/2020
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3656/2020
25.11.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver