Məhkəmə qərarları › İş №2(012)-367/2024

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-367/2024

18.01.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-367/2024 18.01.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, İddiaçının nümayəndəsi-vəkili Nümayəndə, Cavabdehlər Cavabdeh1, onun nümayəndəsi X1, Cavabdeh4 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 qarşı miras əmlakın hərracda satılaraq vərəsəlik payının verilməsi barədə iddia ərizəsinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 qarşı miras əmlakın hərracda satılaraq vərəsəlik payının verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, nənəsi X3 şəxsi mülkiyyətində olmuş və onun vəfatından sonra miras əmlak kimi qalmış Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, 14 saylı evin, 100 saylı mənzilinin hərracda satılaraq əldə edilmiş məbləğin Abşeron rayon 1 saylı notariat ofisi tərəfindən verilmiş 14 iyun 2023-cü il tarixli "Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnaməyə uyğun olaraq 1/3 hissəsinin ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə gedişatında İddiaçı MPM-nin 53-cü maddəsinə uyğun olaraq iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, nənəsi X3 şəxsi mülkiyyətində olmuş və onun vəfatından sonra miras əmlak kimi qalmış Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, 14 saylı evin, 100 saylı mənzilinin və "AZSAMAND" markalı **-BS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin hərracda satılaraq əldə edilmiş məbləğin Abşeron rayon 1 saylı notariat ofisi tərəfindən verilmiş 14 iyun 2023-cü il tarixli "Qanun üzrə vərəsəlik hüququ haqqında" Şəhadətnaməyə uyğun olaraq 1/3 hissəsinin ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə ərizə təqdim edərək, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını və iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh1, onun nümayəndəsi X2, Cavabdeh4 və Cavabdeh2 iddianın baxılmamış saxlanılmasına etiraz etmədiklərini bildirdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq Cavabdeh3 məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır. Məhkəmə hesab edir ki, qeyd olunanlara əsasən İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin geri qaytarılması barədə ərizəsi təmin edilməli, həmin ərizə əsasında iddia ərizəsi baxılmamış saxlanılmalı və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Bundan başqa, işdən görünür ki, İddiaçı hazırki iddia ərizəsini verərkən müvafiq ödəmə sistemi vasitəsilə ********** saylı qəbzlə Abşeron Rayon Məhkəməsinə iddia ərizəsinin verilməsi üçün 180 manat dövlət rüsumunu xx.xx.2023-cü ildə ödəmişdir. Mülki-Prosessual Məcəllənin 114.1.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, dövlət rüsumu geri qaytarılır. Məhkəmə hesab edir ki, qeyd olunanlara əsasən, iddiaçının iş üzrə ödəmiş olduğu 180 manat məbləğində dövlət rüsumu ona geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı iddia ərizəsinin qaytarılması və mülki işin baxılmamış saxlanması barədə ərizəsi təmin edilsin. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 qarşı miras əmlakın hərracda satılaraq vərəsəlik payının verilməsi barədə iddia ərizəsi baxılmamış saxlanılsın və iddia ərizəsi əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya qaytarılsın. İddiaçı hazırki mülki iş (2(012)-367/2024 saylı mülki iş) üzrə ödəmiş olduğu 180 manat məbləğində dövlət rüsumu (********** saylı qəbz) dövlət büdcəsinin vəsaiti hesabından İddiaçı qaytarılsın. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar