Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-368/2025 24.07.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Rzayev Fariz Gündüz oğlunun katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8) qarşı mənzilə qanunsuz müdaxilələrin qadağan edilməsi, mənzilin sahiblik və istifadəyə qaytarılması, bu mümkün olmadılqda mənzilə adekvat olan mənzillərin təhvil verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı mənzillərə qanunsuz müdaxilələrin qadağan edilməsi, mənzillərin sahiblik və istifadəyə qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus ünvan 1 ünvanda yerləşən Cavabdeh MMC tərəfindən inşa edilmiş hündürmərtəbəli binanın ünvan 5 saylı bina, 1-ci blok, 6-cı mərtəbə, 120 kv.m sahəsi olan 3 otaqlı 26 saylı mənzil, ünvan 5 saylı bina, 1-ci blok, 10-cu mərtəbə, 120 kv.m sahəsi olan 3 otaqlı 50 saylı mənzil, ünvan 5 saylı bina, 1-ci blok, 7-ci mərtəbə, 120 kv.m sahəsi olan 3 otaqlı 32 saylı mənzillərə dair qanunsuz müdaxilə və tələblərin cavabdeh və digər şəxslərə qadağan edilməsi və həmin mənzillərin onun sahibliyinə və istifadəsinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ona məxsus ünvan 1 ünvanda yerləşən Cavabdeh MMC tərəfindən inşa edilmiş hündürmərtəbəli binanın ünvan 5 saylı bina, 1-ci blok, 7-ci mərtəbə, 120 kv.m sahəsi olan 3 otaqlı 32 saylı mənzilə dair qanunsuz müdaxilə və tələblərin cavabdeh və digər şəxslərə qadağan edilməsi və həmin mənzillərin onun sahibliyinə və istifadəsinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ona məxsus ünvan 1 ünvanda yerləşən Cavabdeh MMC tərəfindən inşa edilmiş hündürmərtəbəli binanın ünvan 5 saylı bina, 1-ci blok, 7-ci mərtəbə, 120 kv.m sahəsi olan 3 otaqlı 32 saylı mənzilə dair qanunsuz müdaxilə və tələblərin cavabdeh və digər şəxslərə qadağan edilməsi və həmin mənzilin onun sahibliyinə və istifadəsinə verilməsini, bu mümkün olmadıqda həmin binada eyni ölçüdə və parametrlərə uyğun gələn, yəni 120 kv.m sahəsi olan 3 (üç) otaqlı mənzillə təmin etmək öhdəliyinin cavabadehə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil iddia ərizəsini müafiə edərək, izahatında bildirmişdir ki, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində bağladığı 9 ədəd alqı-satqı müqaviləsinə əsasən adı çəkilən MMC-yə xx.xx.2010-cu ildə 267 min ABŞ dolları vəsait ödəmiş və MMC-nin ünvan 2 ünvanda inşa etdirdiyi hündür mərtəbəli binada 9 ədəd mənzillər almışdır. "xxxx" MMC-nin rəhbərliyi tərəfindən törədilmiş cinayət xarakterli əməllər istintaq-araşdırma predmeti olmuş və məlum olmuşdur ki, MMC-nin rəhbərliyi dələduzluq edərək iddiaçını və digər vətəndaşları aldadaraq bir mənzili bir neçə şəxsə satmışdır. Bundan sonra şikayətlər edilmiş və cinayət işi üzrə MMC-nin rəhbərliyi barəsində tədbirlər görülərək cinayət məsuliyyətinə cəlb edilmiş və barəsində ittiham hökmü çıxarılmışdır. Belə ki, vətəndaşların şikayəti üzrə araşdırma Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində müstəntiq Şəhriyar və Rasim adlı şəxslərin rəhbərliyi altında aparılmışdır. Belə ki, həmin idarədə istintaq aparılan zaman, yəni 2012-ci ildə 9 ədəd "xxxx" MMC-dən iddiaçının aldığı mənzillərin əvəzinə iddiaçıya 3 ədəd Cavabdeh MMC-dən mənzillər verilmişdir. Bütün bu illər ərzində binanın rəhbərliyi dəfələrlə dəyişmiş, hər bir gələn rəhbər söz versə də binanı tikib yekunlaşdıraraq təhvil verməmişdir. Nəhayət təxminən 2018-2019-cu ildə Şərurlu İsfəndiyar adlı şəxs kimi tanınan bir şəxs binanın rəhbərliyinə gətirilir və 5 il müddətində hər dəfə onlara söz verərək binanı təhvil verəcəyini və mənzilləri hazır vəziyyətə gətirəcəyinə söz verir. Bu illər ərzində qısa müddətə binanı təhvil verəcəyinə söz versə də, binanı hələ də tam təhvil verməmişdir. Hələ də binada tikinti işləri ləng davam etdirilir. Binaya gedib rəhbərliklə danışan zaman özünü MMC-nin faktiki rəhbəri adlandıran Şərurlu İsfəndiyar adlı şəxs hələ tikinti işlərinin getdiyini bəhanə edərək iddiaçını binaya buraxmamışdır. X3 iddiaçıdan mənzillər üçün qanunsuz və əsassız olaraq əlavə ödənişlər ödəməsini tələb edir. Hər mənzilin kvadratına görə əsassız və qanunsuz olaraq əlavə iddiaçıdan 100 manat pul ödəməyini tələb edir. İddiaçı isə artıq bu haqsız və əsassız tələblərdən bezmiş və uzun illərdir ki, mənzilləri təhvil ala bilmir. Hər dəfə müxtəlif bəhanələr və əsassız tələblərlə mənzillərin tikilib təhvil verilməsi uzadılır. Bu illər ərzində iddiaçının çəkdiyi maddi zərərdən əlavə mənəvi əzablarının əvəzini heç nə qarşılaya bilməz. Lakin bu MMC tərəfindən iddiaçıya hələ də həm maddi, həm də mənəvi zərər vurulmaqda davam etdirilir. Qeyd edir ki, hətta son 2 ayda MMC-də qeyri-rəsmi fəaliyyət göstərən İsfəndiyar adlı şəxs bir mənzili ümumiyyətlə iddiaçıdan tələb edərək başqa şəxsə vermək istədiyini bildirmişdir. Belə ki, iddiaçıdan ya hər mənzilin kvatrat metrinə görə əlavə 100 manat, yada bir mənzili MMC-yə qaytarmağını tələb edirlər. Bu tələblər tamamilə qanunsuz və əsassız olmaqla iddiaçının hüquqlarını pozur. Həmçinin qeyd edir ki, Korrupsiyada cinayət işinin aparan müstəntiq Şəhriyar Məmmədov da dəfələrlə binanın rəhbəri İsfəndiyar müəllimə zəng edərək mənzillərlə bağlı iddiaçıya problem yaratmamağı tələb etmişdir. İsfəndiyar müəllim də mənzillərin iddiaçıya məxsus olduğunu dəfələrlə ona deməsinə baxmayaraq yenə öz qanunsuz hərəkəkətlrinə davam etmişdir. Müstəntiq Şəhriyar müəllim də bu qanunsuz tələblərə son qoymağı ondan tələb etmişdir. Lakin görünən odur ki, binanın rəhbərliyi heç bir qanun-qaydalara əməl etmək fikrində deyil və öz qanunsuz hərəkətlərinə davam etməklə, binanın tikintisi uzatmaqla onları bezdirib öz qanunsuz niyyətlərinə nail olmaq istəyirlər. Bir daha qeyd edir ki, binada söz sahibi İsfəndiyar adlı şəxs olsa da əsas qanuni rəhbərliyi edən Əfqan Zeynalov adlı şəxsdir. Lakin bütün danışıqları, qanunsuz tələbləri İsfəndiyar adlı şəxs tərəfindən həyata keçirilir və sonda ünvan 3 ünvanda Cavabdeh MMC-nin inşa etdirdiyi hündür mərtəbəli yaşayış binasının a) ünvan 5 saylı bina, 1-ci blok, 6-cı mərtəbə, 120 kv.m sahəsi olan 3 otaqlı 26 saylı mənzil, b ünvan 5 saylı bina, 1-ci blok, 10-cu mərtəbə, 120 kv.m sahəsi olan 3 otaqlı 50 saylı mənzil, c) ünvan 5 saylı bina, 1-ci blok, 7-ci mərtəbə, 120 kv.m sahəsi olan 3 otaqlı 32 saylı mənzillər əvəzləşdirmə yolu ilə iddiaçıya verilmiş, iddiaçının ödədiyi 267 min dollar vəsaitin 138900 manat hissəsi adı çəkilən mənzillərin dəyəri olaraq qiymətləndirilmişdir. Bundan əlavə bildirir ki, məhkəmə işinin gedişatında cavabdehlə aralarında 2 mənzillə bağlı, yəni mübahisəni həll edərək yeni müqavilə bağlamış, əvvəlki mənzillərin əvəzinə başqa mənzillər verilərək ünvan 1 ünvanda yerləşən Cavabdeh MMC tərəfindən inşa edilmiş hündürmərtəbəli binanın ünvan 5 saylı bina, 1-ci blok, 6-cı mərtəbə, 120 kv.m sahəsi olan 3 otaqlı 26 saylı mənzil, ünvan 5 saylı bina, 1-ci blok, 10-cu mərtəbə, 120 kv.m sahəsi olan 3 otaqlı 50 saylı mənzillərlə bağlı mübahisə öz həllini tapmışdır. Yalnız bir mənzil, yəni ünvan 5 saylı bina, 1-ci blok, 7ci mərtəbə, 120 kv.m sahəsi olan 3 otaqlı 32 saylı mənzil mübahisəli olaraq qalmışdır. Bununla əlaqədar cavabdeh aylarla davam edən məhkəmə prosesində heç bir sübut təqdim etməmiş, yalnız baxış iclasında, demək olar ki, mübahisənin sonunda məhkəmə qətnaməsi təqdim edərək iddiaçıya məxsus mənzilin məhkəmə qərarı əsasında başqa şəxsə verildiyini qeyd etmişdir. Bununla bağlı qeyd edir ki, cavabdehin həmin sübutu ona əvvəlcədən məlum olduğu halda baxış iclasında təqdim etməsi qanunsuzdur və bunu əsaslandırmamışdır. Bundan başqa, qeyd edir ki, belə olan halda belə həmin halın olması belə iddiaçıya heç bir aidiyyatı yoxdur. İddiaçı ödəniş edib mənzil almışdır, hazırda iddiaçını mənzillə təmin etmək öhdəliyi cavabdehin üzərinə düşür. Belə ki, cavabdeh MTK bildirmişdir ki, digər iki mənzilin də təhvil verilməsi mümkün deyil, bu səbəbdən iddiaçıyla başqa iki mənzil barəsində yeni müqavilə vermişdir. Yəni digər iki mənzili faktiki təhvil vermək mümkün olmadığından iddiaçıya başqa mənzillər təklif edilmiş və iddiaçı həmin mənzillər barədə yeni müqavilə bağlamışdır. Hesab edir ki, bu qayda növbəti üçüncü mənzilə də aid edilməli idi və cavabdeh həmin mənzili iddiaçıya təhvil verə bilmədiyinə görə başqa mənzillə əvəz etməli və iddiaçıya həmin binadan başqa mənzil təklif etməli idi. Qeyd edilənlərə əsasən, o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh MMC-nin səlahiyyətli nümayəndəsi xx.xx.2024-cü il tarixində məhkəməyə iddia müddətinin tətbiqinə dair ərizə ünvanlayaraq bildirmişdir ki, iddiaçı X1 iddia ərizəsi ilə Cavabdeh MMC-dən xx.xx.2012-ci il tarixli 170 nömrəli, xx.xx.2012-ci il tarixli 171 nömrəli və xx.xx.2012-ci il tarixli 175 nömrəli müqavilələr üzrə öhdəliklərin icra edilməsi, ünvan 4 ünvanında Cavabdeh MMC tərəfindən inşa edilmiş binanın 1-ci blokunun 6-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 120.0 kv.m olan, 3 otaqlı, 26 saylı, 1-ci blokunun 7ci mərtəbəsində yerləşən, ümumi sahəsi 120 kv.m olan, 3 otaqlı, 32 saylı və 1-ci blokunun 10-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 120 kv.m olan, 3 otaqlı, 50 saylı mənzillərin qanunsuz müdaxilələrin qadağan edilməsi və sahiblik və istifadəsinə verilməsi ilə bağlı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Hesab edir ki, iddia tələbi müddətin ötürülməsi səbəbi ilə təmin edilə bilməz. İddiaçı 2012-ci il tarixli müqaviləyə istinad edərək mənzilin təhvil verilməsi barədə iddia ərizəsi ilə hazırda məhkəməyə müraciət etməsi ilə bağlı bildirir ki, bu tip işlər üzrə mülki qanunvericiliklə tənzimlənən iddia müddətini iddiaçı ötürmüşdür. Mülki qanunvericiliyə əsasən ümumi iddia müddəti on il, müqavilə tələbləri və vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı il təşkil edir. Mülki qanunvericiliyə əsasən ümumi iddia müddəti on il, müqavilə tələbləri və vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı il təşkil edir. Vurğulamaq lazımdır ki, iddia müddətinin axımı iddia hüququ yarandığı gündən başlanır. İddia hüququ isə şəxsin öz hüququnun pozulmasını bildiyi və bilməli olduğu gündən yaranır. Qeyd edildiyi kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il müəyyən edilmişdir. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İddia müddəti ilə bağlı məhdudiyyətlər bir neçə vacib məqsədə xidmət edir. Yəni hüquqi müəyyənliyi və qətiliyi təmin edir, cavabdehi “köhnəlmiş” tələblərdən müdafiə edir və məhkəmənin uzaq keçmişdə baş verən hadisələr ilə bağlı, zaman keçdiyindən natamam və etibar doğurmayan sübutlar əsasında qərar qəbul edəcəyi təqdirdə yarana bilən ədalətsizliyin qarşısını alır (Avropa Məhkəməsinin Stubbings və başqaları Birləşmiş Krallığa qarşı iş üzrə 1996-cı il 22 oktyabr tarixli Qərarı). İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il 27 dekabr tarixli Qərarı). Göründüyü kimi qanunvericilik mülki münasibət iştirakçılarının pozulmuş hüquqlarının məhkəmə vasitəsi ilə müdafiəsinə müvafiq müddətlər daxilində təminat verir. Lakin müqavilə tələblərinə əsasən öhdəlik 6 ay ərzində icra edilməli olduğu halda uzun zaman keçdikdən sonra bu cür iddianın qaldırılması hüquqi pozulmuş şəxsin öz hüququnun pozuntusunu aradan qaldırmağa səy göstərməkdən daha çox hansısa yolla əsassız varlanmağa cəhd göstərmək xarakteri daşıyır. Mülki Məcəllənin 551.1-ci maddəsinə əsasən iddiaçının tələbinə xitam verilməlidir. Belə ki, həmin maddədə qeyd edilir ki, “Əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir”. Bu səbəbdən iddia müddətinin ötürülməsi əsası ilə iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 527.1-ci maddəsinə əsasən öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Həmin Məcəllənin 550-ci maddəsinə əsasən tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. Mülki qanunvericilik müəyyən öhdəliklərin konkret müddət keçdikdən sonra tələb edilməsinə də vaxt qoyaraq onu şərtləndirmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2023-cü il tarixli qərarı ilə borclu tərəfindən öhdəliklərin icra edilməməsi halında kreditorun tələbinin məhkəmə müdafiəsi (iddia qaldırmaq hüququ) ilə təmin edilməməsi qeyd edilmişdir. Konstitusiya Məhkəməsinin Plenumu həmin qərarla belə qənaətə gəlmişdir ki, Mülki Məcəllənin 551-ci maddəsi ilə nəzərdə tutulan müddətlərin keçməsindən sonra öhdəliklər xitam olunmur. Belə öhdəliklər mövcud, lakin iddia ilə təmin edilməyən (natural) öhdəlik xarakteri almış olurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 154-cü maddəsinə əsasən iddia ərizəsinə dair etirazın qəbul edilməsi və iddia müddətinin ötürülməsi əsası ilə iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda Cavabdeh MMC xx.xx.2025-ci il tarixində məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, iş üzrə iddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ilkin iddia tələbində qeyd edilən 3 mənzil tələbindən ikisi ilə bağlı razılıq əldə edildiyindən yalnız ünvan 5 ünvanında yerləşən 1-ci blok, 7-ci mərtəbədə 120 kv.m. sahəsi olan 3 otaqlı 32 saylı mənzilin onun sahibliyinə və istifadəsinə verilməsi bu mümkün olmadıqda isə eyni ölçüdə həmin binada mənzillə təmin edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. İş materiallarına əlavə edilmiş qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə həmin binada 119,5 kv.m. olan 3 otaqdan ibarət 32 saylı mənzilin X6 təhvil verilməsi təmin edilmişdir. Eyni binada eyni nömrə altında olan bir mənzilin digər şəxsə verilməsi ilə bağlı qaldırılmış iddia tələbi ən azından bu əsasa görə mümkün deyil. Bundan başqa mülki qanunverciliyə görə fərdi müəyyən əşyanın verilməsi öhdəliyi icra edilmədikdə kreditorun həmin əmlakın alınmasını tələb edə bilər. Bir şərtlə ki, bu hüquq əmlakın 3-cü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. (Mülki Məcəllə 452) Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslardan biridə qanuni qüvvəyə minmiş məhkəmə qərarları hesab edilir. (Mülki Məcəllə 139-1.1.4) Qeyd edilən əsaslarla iddiaçının qeyd etdiyi 32 nömrəli mənzil ilə bağlı digər şəxsin qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə hüquqları tanındığı halda həmin mənzilə dair sahiblik və istifadə hüququnun tanınması barədə iddia tələbini qanunsuz hesab edir. Bu əsasla qeyd edilən iddia tələbini rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5. maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının vəkili və nümayəndəsi dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Satıcı Cavabdeh MMC ilə alıcı İddiaçı arasında bağlanılmış xx.xx.2012-ci il tarixli müqavilədən görünür ki, satıcı ünvan 5 ünvanında inşa etdiyi 14 mərtəbəli yaşayış binasının İ blok, 7-ci mərtəbəsində yerləşən 32 saylı mənzili alıcıya verməyi öz öhdəsinə götürmüş, alıcı isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öz öhdəsinə götürmüşdür. Mənzilin ümumi dəyəri 48000 manat təşkil edir. -Cavabdeh MMC-nın tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli kassa mədaxil orderindən görünür ki, İddiaçı tərəfindən ünvan 5 ünvanında inşa etdiyi 14 mərtəbəli yaşayış binasının İ blok, 7-ci mərtəbəsində yerləşən 32 saylı mənzilə görə 46000 manat "xxxx" MMC-yə ödənilmişdir. -İddiaçı tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində bağladığım 9 ədəd alqı-satqı müqaviləsinə əsasən adı çəkilən MMC-yə xx.xx.2010-cu ildə 267 min ABŞ dolları vəsait ödəmişdir və MMC-nin ünvan 2 ünvanda inşa etdirdiyi hündür mərtəbəli binada 9 ədəd mənzillər almışdır. "xxxx" MMC-nin rəhbərliyi tərəfindən törədilmiş cinayət xarakterli əməllər istintaq-araşdırma predmeti olmuş və məlum olmuşdur ki, MMC-nin rəhbərli də dələduzluq edərək onu və digər vətəndaşları aldadaraq bir mənzili bir neçə şəxsə satılmışdır. Bundan sonra şikayətlər edilmiş və cinayət işi üzrə MMC-nin rəhbərliyi barəsində tədbirlər görülərək cinayət məsuliyyətinə cəlb edilmiş və barəsində ittiham hökmü çıxarılmışdır. Qeyd edir ki, binada söz sahibi İsfəndiyar adlı şəxs olsa da əsas qanuni rəhbərliyi edən Əfqan Zeynalov adlı şəxsdir. Lakin bütün danışıqları, qanunsuz tələbləri İsfəndiyar adlı şəxs tərəfindən həyata keçirilir. Aşağıdakı mənzillər, ünvan 3 ünvanda Cavabdeh MMC-nin inşa etdirdiyi hündür mərtəbəli yaşayış binasının a) ünvan 5 saylı bina, 1-ci blok, 6-cı mərtəbə, 120 kv.m sahəsi olan 3 otaqlı 26 saylı mənzil, b) ünvan 5 saylı bina, 1-ci blok, 10-cu mərtəbə, 120 kv.m sahəsi olan 3 otaqlı 50 saylı mənzil, c) ünvan 5 saylı bina, 1-ci blok, 7-ci mərtəbə, 120 kv.m sahəsi olan 3 otaqlı 32 saylı mənzillər əvəzləşdirmə yolu ilə ona verilmiş, ödədiyi 267 min dollar vəsaitin 138.900 manat hissəsi adı çəkilən mənzillərin dəyəri olaraq qiymətləndirilmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq ona məxsus Abşeron rayonu, Xırdalan şəhəri Axundov küşəsi 39 sayh ünvanda yerləşən Cavabdeh MMC tərəfindən inşa edilmiş hündürmərtəbəli binanın ünvan 5 saylı bina, 1-ci blok, 6-cı mərtəbə, 120 kv.m sahəsi olan 3 otaqlı 26 saylı mənzil, ünvan 5 saylı bina, 1-ci blok, 10-cu mərtəbə, 120 kv.m sahəsi olan 3 otaqlı 50 saylı mənzil, ünvan 5 saylı bina, 1-ci blok, 7-ci mərtəbə, 120 kv.m sahəsi olan 3 otaqlı 32 saylı mənzillərə dair qanunsuz müdaxilə və tələblərin cavabdeh və digər şəxslərə qadağan edilməsi və həmin mənzillərin onun sahibliyinə və istifadəsinə verilməsi barədə qərar qəbul edilməsi və 3 gün ərzində bu pretenziyaya cavab verilməsini xahiş etmişdir. -Azərbaycan Respublikası Sumqayıt Ağır Cinayətlər Məhkəməsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4, 308.2 və 313-cü maddələrilə, X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4, 32.5, 308.2 və 32.5, 313-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə 2(012)-368/2025 saylı sorğularına əsasən, bildirilir ki, İddiaçı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmamış və həmin şəxslə əlaqəli heç bir sənəd cinayət işinin materiallarına əlavə edilməmişdir. -Hakim tərəfindən xx.xx.2025-ci il tarixində iddiaçının iştirakı ilə ünvan 5 saylı binaya baxış zamanı iddiaçı bildirmişdir ki, layihə dəyişdirilmişdir və öz mənzilinin müəyyən edilməsində çətinlik çəkir. Cavabdeh -Cavabdeh MMC-nin işçisi həmin ərazidə layihədə həqiqətən dəyişikliklər olduğunu bildirmiş və dəyişilmiş layihənin məhkəmə təqdim edərək göstərmişdir. Blokların müqaviləyə uyğun olaraq dəyişdirildiyindən məhkəmə tərəfindən mənzilin yerini müəyyən etmək mümkün olmamışdır. -Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(105)-144/2022 saylı qətnaməsindən görünür ki, Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 17.02 2021-ci il tarixli, 2(012)-498/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən müəyyən olunur ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(012)-498/2021 saylı qətnaməsinə əsasən, Xırdalan şəhəri R Axundov küçəsi ev 39 ünvanda tikilən çox mərtəbəli yaşayış binasının (1-ci Bina) 6-ci mərtəbəsində ümumi sahəsi 119.50 kv.m olmaqla 3 otaqdan ibarət 32 saylı mənzilin X6 təhvil verilməsi qət edilmişdir. -Cavabdeh MMC tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh MMC ilə X8 arasında Xırdalan şəhəri R Axundov küçəsi ev 39 ünvanda tikilən çox mərtəbəli yaşayış binasında yerləşən ümumi sahəsi 119.50 kv.m olmaqla 3 otaqdan ibarət 32 saylı mənzilə dair bağlanılmış xx.xx.2008-ci il tarixli 01 saylı müqavilədə həmin mənzilin 6-cı mərtəbədə yerləşməsi, Cavabdeh MMC ilə İddiaçı arasında ünvan 5 saylı bina, 1-ci blokunda yerləşən 120 kv.m sahəsi olan 3 otaqlı 32 saylı mənzilə dair bağlanılmış xx.xx.2012-ci il tarixli müqavilədə isə mənzilin 7-ci mərtəbədə yerləşməsi göstərilmişdir. Bildirilir ki, ünvan 5 saylı bina, 1-ci blokunda yerləşən 120 kv.m sahəsi olan 3 otaqlı 32 saylı mənzil qeyriyaşayış sahəsi nəzərə alınmaqla, binanın 7-ci mərtəbəsində, qeyri-yaşayış sahəsi nəzərə alınmadan isə binanın 6-cı mərtəbəsində yerləşir. Müqavilələrdəki mənzilin mərtəbələri fərqli yazılmalarına baxmayaraq eyni mənzildir. Məhkəmədə işin araşdırılan hallarından müəyyən edilir ki, satıcı Cavabdeh MMC ilə alıcı İddiaçı arasında bağlanılmış xx.xx.2012-ci il tarixli müqaviləyə əsasən, satıcı ünvan 5 ünvanında inşa etdiyi 14 mərtəbəli yaşayış binasının İ blok, 7-ci mərtəbəsində yerləşən 32 saylı mənzili alıcıya verməyi öz öhdəsinə götürmüş, alıcı isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öz öhdəsinə götürmüşdür. Mənzilin ümumi dəyəri 48000 manat təşkil edir. Cavabdeh MMC-nın tərəfindən verilmiş xx.xx.2012ci il tarixli kassa mədaxil orderindən görünür ki, İddiaçı tərəfindən ünvan 5 ünvanında inşa etdiyi 14 mərtəbəli yaşayış binasının İ blok, 7-ci mərtəbəsində yerləşən 32 saylı mənzilə görə 46000 manat "xxxx" MMC-yə ödənilmişdir. Lakin iddia ərizəsində qeyd edilmişdir ki, həmin mənzil cavabdeh şirkət tərəfindən hələ də iddiaçıya təhvil verilmir. Bu səbəbdən iddiaçı məhkəməyə müraciət edərək, ona məxsus ünvan 1 ünvanda yerləşən Cavabdeh MMC tərəfindən inşa edilmiş hündürmərtəbəli binanın ünvan 5 saylı bina, 1-ci blok, 7-ci mərtəbə, 120 kv.m sahəsi olan 3 otaqlı 32 saylı mənzilə dair qanunsuz müdaxilə və tələblərin cavabdeh və digər şəxslərə qadağan edilməsi və həmin mənzilin onun sahibliyinə və istifadəsinə verilməsini, bu mümkün olmadıqda həmin binada eyni ölçüdə və parametrlərə uyğun gələn, yəni 120 kv.m sahəsi olan 3 (üç) otaqlı mənzillə təmin etmək öhdəliyinin cavabadehə həvalə edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarının tədqiq edərək qeyd edir ki, Xırdalan şəhəri R Axundov küçəsi ev 39 ünvanda tikilən çox mərtəbəli yaşayış binasının (1-ci Bina) 6-ci mərtəbəsində ümumi sahəsi 119.50 kv.m olmaqla 3 otaqdan ibarət 32 saylı mənzilə X5 Abşeron rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-(012)-498/2021-ci saylı Qətnaməsi ilə hüquqları tanınmış, mübahisəli mənzilin ona məxsus olması öz təsdiqini tapmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(105)-144/2022 saylı qətnaməsi ilə 1-ci instansiya Məhkəməsinin Qətnaməsi qüvvəsində qalmış, Qətnamə qanuni qüvvəsini almışdır. Bundan əlavə məhkəmə bildirir ki, Cavabdeh MMC tərəfindən verilmiş arayışa əsasən, ünvan 5 saylı bina, 1-ci blokunda yerləşən 120 kv.m sahəsi olan 3 otaqlı 32 saylı mənzil qeyri-yaşayış sahəsi nəzərə alınmaqla, binanın 7-ci mərtəbəsində, qeyri-yaşayış sahəsi nəzərə alınmadan isə binanın 6-cı mərtəbəsində yerləşir. Odur ki, hazırki mübahisə predmeti olan ünvan 5 saylı bina, 1-ci blok, 7-ci mərtəbə, 120 kv.m sahəsi olan 3 otaqlı 32 saylı mənzilin, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(105)-144/2022 saylı qətnaməsində göstərilən və X6 məxsus Xırdalan şəhəri R Axundov küçəsi ev 39 ünvanda tikilən çox mərtəbəli yaşayış binasının (1-ci Bina) 6-ci mərtəbəsində ümumi sahəsi 119.50 kv.m olmaqla 3 otaqdan ibarət 32 saylı mənzil ilə eyni mərtəbədə olan eyni mənzil olması müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 452.1. maddəsinə əsasən fərdimüəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 82.3. maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə qanunvericiliyin tələblərini nəzərə alaraq, qeyd edir ki, Xırdalan şəhəri R Axundov küçəsi ev 39 ünvanda tikilən çox mərtəbəli yaşayış binasının (1-ci Bina) 6-ci mərtəbəsində ümumi sahəsi 119.50 kv.m olmaqla 3 otaqdan ibarət 32 saylı mənzilin X6 məxsus olması artıq məhkəmə qətnaməsi ilə müəyyən olunduğundan və həmin qətnamə qanuni qüvvəsini aldığından, İddiaçı Cavabdeh MMC-yə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8) qarşı mənzilə qanunsuz müdaxilələrin qadağan edilməsi, mənzilin sahiblik və istifadəyə qaytarılması, bu mümkün olmadılqda mənzilə adekvat olan mənzillərin təhvil verilməsi tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Məhkəmə Cavabdeh MMC-nin iddia müddətinin tətbiqinə dair ərizəsinə münasibət bildirərək qeyd edir ki, iddiaçının iddia tələbi əsassız olduğundan, iddia müddətinin tətbiqinə dair ərizəyə qiymət verilməsi zərurəti aradan qalxmışdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia ərizəsi rədd edildiyindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 manat pul məbləği iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-yə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8) qarşı mənzilə qanunsuz müdaxilələrin qadağan edilməsi, mənzilin sahiblik və istifadəyə qaytarılması, bu mümkün olmadılqda mənzilə adekvat olan mənzillərin təhvil verilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-368/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-368/2025
24.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver