Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3684/2023 20.09.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Ərizəçi doğum faktının müəyyən olunmasına dair ərizə ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2021-ci il tarixdə X6 doğulmasına dair doğum faktının müəyyən edilməsi və uşağa yeni doğum haqqında şəhadətnamənin verilməsi, doğum haqqında şəhadətnamədə uşağın soyadının “Fərzəliyev”, adının “Özal”, ata adının “Fərahim”, doğum tarixinin “xx.xx.2021-ci il”, doğulduğu yerin “Abşeron rayonu, Ceyranbatan qəsəbəsi”, ata qrafasında ata adının “Ərizəçi”, ana qrafasında ana adının “X7”, valideynlərinin milliyyətinin “azərbaycanlı” kimi qeyd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək izahatında göstərmişdir ki, o, X8 ilə xx.xx.2011-ci il tarixdə rəsmi nikaha daxil olmaqla həmin nikahdan 4 övladı var. X1, X5 və X2 doğum haqqında şəhadətnamə almış olsa da, sonuncu övladı evdə doğulduğu üçün ona doğum haqqında şəhadətnamə ala bilmir. Sonuncu övladı xx.xx.2021-ci il tarixdə ev şəraitində doğulduğu üçün ona xəstəxanadan doğum haqqında tibbi şəhadətnamə ala bilmir. Uşağa doğum haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin doğum haqqında tibbi şəhadətnamə olmadığı üçün uşağın doğumunun qeydə alınmasından imtina edilmişdir. Uşağın doğumunun qeydə alınması faktı ona doğum haqqında şəhadətnamə almaq üçün lazımdır. Bu səbəbdən də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də göstərilənlərə əsasən, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 62.1-ci maddəsinə əsasən, məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. xx.xx.2023-cü il tarixinə təyin olunmuş məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, Ərizəçi onun oğludur. Oğlunun sonuncu övladı ev şəraitində dünyaya gəlmişdir. O, xx.xx.2021-ci il tarixdə işdə olan zaman ona məlumat verilmiş və evə gələnə qədər artıq uşaq olmuşdur. xx.xx.2023-cü il tarixinə təyin olunmuş məhkəmə iclasında şahid qismində dindirilmiş X14 ifadəsində göstərmişdir ki, Ərizəçi onun qonşusudur. Səs-küy gəldiyindən o, qonşuya keçmiş, lakin təcili tibbi yardım gələnədək uşaq artıq dünyaya gəlmişdir. xx.xx.2023-cü il tarixinə təyin olunmuş məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, Ərizəçi onun həyat yoldaşıdır. Onun ərizəçi ilə birgə nikahından 4 uşağı vardır. Sonuncu övladı xx.xx.2021-ci il tarixdə ev şəraitində dünyaya gəlmiş, uşaq anadan olanda yoldaşı onun yanında olmuşdur. xx.xx.2023-cü il tarixinə təyin olunmuş məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, Ərizəçi onun qardaşı oğludur. Ərizəçinin 4 övladı vardır. Təxminən, iki il bundan əvvəl ərizəçinin övladının olması barədə məlumat verilmiş və o, gələndə artıq uşaq dünyaya gəlmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib və mülki işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin: 4.1. maddəsinə əsasən, bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 307-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.3. maddəsinə əsasən, məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra mətndə Ailə Məcəlləsi adlanacaq) 158-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Ərizəçi ilə X8 xx.xx.2011-ci il tarixdə nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 839 nömrəsi ilə qeyd edilmiş, nikaha daxil olduqdan sonra arvada “Fərzəliyeva” soyadı verilmişdir. -Maraqlı şəxs Ərizəçi ünvanladığı xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, doğum haqqında №103 formalı tibbi şəhadətnamə təqdim edilmədiyindən doğumun qeydiyyata alınması mümkün olmamış, Maraqlı şəxs doğum faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə ilkin olaraq, Ərizəçi ərizə ilə məhkəməyə müraciət etməyə subyektiv hüququnun olub-olmamasına hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlkin olaraq, ərizədən göründüyü kimi, Ərizəçi ev şəraitində dünyaya gəlmiş X6 xx.xx.2021-ci il tarixdə Abşeron rayonu, Ceyranbatan qəsəbəsində ev şəraitində doğulması faktının müəyyən edilməsini xahiş etmişdir. Beləliklə də, mülki işin mahiyyətini X6 doğulması faktının müəyyən edilməklə sonuncunun həmin fakt əsasında doğum haqqında şəhadətnamə və şəxsiyyət vəsiqəsi ilə təmin olunması məqsədini daşıyır. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, Ərizəçi sonuncu övladı ev şəraitində dünyaya gəldiyindən və həmin uşağa münasibətdə onun doğulmasını təsdiq edən tibbi sənədlər olmadığından, doğum haqqında şəhadətnamənin alınması mümkün olmamışdır. Bu səbəbdən də, ərizəçi azyaşlı uşağın məhkəmə qaydasında doğumunun qeydə alınması faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ailə Məcəlləsinin: 43-cü maddəsinə əsasən, valideynlərin və uşaqların hüquq və vəzifələri qanunvericiliklə müəyyən olunmuş qaydada uşağın mənşəyinin təsdiq olunmasına əsaslanır. 44.1. maddəsinə əsasən, uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Qanunun tələblərinə istinad edərək məhkəmə qeyd edir ki, uşağın anadan mənşəyi uşaq tibb müəssisəsindən kənarda dünyaya gəldikdə, doğuma köməklik göstərmiş həkim sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Lakin hazırki mülki iş üzrə doğulması faktı müəyyən olunması xahiş edilən X11 tibb müəssisəsindən kənarda, ev şəraitində dünyaya gəlmiş və onun doğulmasına köməklik göstərilmiş olsa da, bunu təsdiq edən həkim sənədi olmamışdır. Bu səbəbdən də ərizəçinin qeyd olunan faktın məhkəmə qaydasında təsdiq edilməsinə dair hüququ yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 2.5.4. bəndinə əsasən, uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd doğumun qeydə alınması üçün təqdim edilməlidir. 2.6. bəndinə əsasən, bu Qaydanın 2.5-ci bəndində nəzərdə tutulan sənədlər olmadıqda (bu Qaydanın 2.19-cu və 2.19-1-ci bəndlərində nəzərdə tutulan hallar istisna olmaqla), uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Beləliklə məhkəmə ərizəçinin izahatı və şahid ifadələri əsasında müəyyən etmişdir ki, X11 həqiqətən də xx.xx.2021-ci il tarixdə Abşeron rayonu, Ceyranbatan qəsəbəsində Ərizəçi və X3 ev şəraitində dünyaya gəlmişdir. Bu səbəbdən də, X6 xx.xx.2021-ci il tarixdə Abşeron rayonu, Ceyranbatan qəsəbəsində doğulması faktının müəyyən edilməsinə dair ərizə əsaslıdır, ona görə təmin edilməlidir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 4.3. bəndinə əsasən, uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır. Mülki Prosessual Məcəllənin: 14.2. maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. X6 xx.xx.2021-ci il tarixdə Abşeron rayonu, Ceyranbatan qəsəbəsində atası Ərizəçi doğulması faktı müəyyən edilsin. Doğumun qeyd edilmə aktında uşağın soyadı atasının soyadına uyğun “Fərzəliyev”, adı “Özal”, atasının adı “Fərahim”, doğum tarixi “xx.xx.2021-ci il”, doğulduğu yer “Abşeron rayonu, Ceyranbatan qəsəbəsi”, ata adı qrafasında “Ərizəçi”, ana adı qrafasında “X7”, milliyyəti “azərbaycanlı” kimi qeyd edilsin. Hazırki qətnamə doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-3684/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3684/2023
20.09.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver