Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3687/2020 21.10.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi «doğum aktı qeydinin bərpa olunması» barədə ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Ərizəçi «doğum aktı qeydinin bərpa olunması» barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 1964-cü ildə Bakı şəhərində doğulması və atasının X1, anasının isə X4 olması barədə doğum aktı qeydinin bərpa edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, O, xx xxxxxx 1964-cü ildə Bakı şəhərində anadan olmuşdur. ünvan 2də qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə yaşayır. X1 atası, X4 isə anasıdır. Atası -X1 xx.xx.1980-ci ildə, anası - X4 isə xx.xx.1982-ci ildə vəfat etmişlər. Bu günə kimi doğum haqqında şəhadətnamə ona lazım olmamışdır, Belə ki, müəyyən sənədləşmə işləri ilə bağlı digər sənədləri ilə bərabər doğum haqqında şəhadətnamə də ona lazım olmuş və tapa bilməmişdir. Ona məlum olmayan şəraitdə doğum haqqında şəhadətnaməsi itmişdir. Bu günə kimi doğum haqqında şəhadətnamə ona lazım olmadığı üçün şəhadətnamənin yenidən ona verilməsi üçün hər hansı bir idarəyə müraciət etməmişdir. Hazırda isə ona müəyyən sənədləşmə işləri üçün doğum haqqında şəhadətnamə vacib lazımdır. Bunun üçün o əvvəl Bakı şəhəri Yasamal rayon Qeydiyyat Şöbəsinə müraciət etmiş və həmin şöbə tərəfindəən ona doğum haqqında akt qeydi aşkar edilmədiyi barədə arayış verilmişdir. Ərizəçi sonra qeydiyyatda olduğu yer üzrə Maraqlı şəxsnə ona doğum haqqında şəhadətnamə verilməsi üçün müraciət etmiş və həmin şöbə tərəfindən ona xx.xx.2020-ci il tarixli, 05/Q-1100/15 №-li imtina məktubu verilmiş və izah edilmişdir ki, məhkəməyə müraciət etməlidir. Ərizəçi doğum haqqında şəhadətnaməni başqa qaydada ala bilmədiyi üçün məhkəməyə müraciət etmişdir. Göstərdiyi faktları təsdiq edə bilən şahidləri vardır. Qeyd edilənlərə əsasən, xx xxxxxx 1964-cü ildə Bakı şəhərində doğulması və atasının X1 və anasının isə X4 olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılması xahiş olunur. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edib və ərizədə göstərilənlərə uyğun məzmunda izahat verərək, tələbin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.1 və 185.5-ci maddələrinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasında ərizəçinin vəsatəti ilə şahid qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, o, ərizəçini və ailəsini 22 ildir ki, tanıyır. Belə ki, həmin ailəyə sürücü kimi xidmət etmişdir. Sürücüsü kimi ailənin həmişə yanında olmuşdur. Ailənin bütün xeyir işlərində iştirak etmişdir. Belə ki, ərizəçinin doğum günlərində ailəsi qeyd edəndə o da həmin məclislərdə iştirak etmişdir. Ərizəçi hər il 24 yanvarda doğum gününü qeyd edir, lakin ərizəçinin təvəllüdünü bilmir qadın olduğundan maraqlanmamışdır. Ərizəçi atasının adı Əhməd, anasının adı isə Dilarə olmuşdur. Məhkəmə iclasında ərizəçinin vəsatəti ilə şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, o, ərizəçini və ailəsini qonşu olduqları və ailəvi dost olduqları üçün uşaqlıqdan tanıyır. Qonşu olmaqlarına baxmayaraq bir ailə kimi yaxın olmuşlar. Ərizəçini həmişə özünün bacısı hesab etmişdir. Bir birlərinin xeyir işlərində və günlərində iştirak etmişlər. Hər dəfə ərizəçinin doğum günü məclisində də iştirak etmişdir, ona görə dəqiq bilir ki, ərizəçi xx xxxxxx 1964-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. Ərizəçinin atasının adı Əhməd anasının adı isə Dilarə olmuşdur. Hazırda isə ərizəçi evlidir öz ailəsi ilə birlikdə yaşayır. Məhkəmə iclasında ərizəçinin vəsatəti ilə şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, o, ərizəçini qonşu və eyni zamanda ailəvi dost olduqları üçün tanıyır. O, ünvan 1 ünvanında yaşayır. Eyni zamanda həmyerli olduqları üçün ailəvi gediş-gəlişləri olub. Bu gündə ərizəçi onu özünə ikinci ana, o isə Kəmaləni özünün qızı kimi bilir. Hər dəfə ərizəçinin doğum günü məclisində də iştirak etmişdir, ona görə dəqiq bilir ki, ərizəçi xx xxxxxx 1964-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. Kəmalənin anası ilə yaxın rəfiqə olub. Kəmalənin atasının adı Qəhrəmanov Əhməd, anasının adı Qəhrəmanova Dilarə olub. Hər iki valideyni rəhmətə getmişdir. Məhkəmə, ərizəçinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 184.2. maddəsinin mahiyyətindən görünür ki, hakim işə əlavə edilmiş sübutlar və işdə olan mövcud materiallar əsasında işə baxmağa haqlıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -Abşeron RPŞ tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, AZE № ******** seriyalı şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1964-cü ildə Bakı şəhərində anadan olmuş, ünvan 2 ünvanında qeydiyyatdır. -Maraqlı şəxs 05/Q-1100/15 №-li, xx xxxxxxxx 2020-ci il tarixli məktubundan görünür ki, ərizəçiyə bildirilmişdir ki, itmiş yazının qeydiyyat şöbəsi tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı faktının məhkəmə qaydasında müəyyən edildiyindən doğum haqqında akt qeydinin bərpa edilib, yeni doğum haqqında şəhadətnamənin verilməsi üçün məhkəməyə müraciət edə bilərsiniz. -Bakı şəhəri Yasamal rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 05/Q-1155/69 nömrəli, xx xxxxxxxx 2020-ci il tarixli arayışdan görünür ki, Ərizəçi barəsində Yasamal rayon Qeydiyyat Şöbəsində doğum haqqında akt qeydi aşkar olunmamışdır. -Evlənmə haqqında İE № 190922 – şəhadətnamənin surətindən görünür ki, X1 ilə X5 nikahı xx xxxxxxxx 1953-cü ildə Bakı şəhərində 860 nömrə ilə qeydə alınmışdır. Xanıma Qəhramanova soyadı verilmişdir. -Abşeron rayon VVAQ şöbəsi tərəfindən verilmiş şəhadətnamələrin surətindən görünür ki, X1 xx.xx.1980-ci ildə, X4 isə xx.xx.1982-ci ildə vəfat etmişlər. İşin araşdırılan halları ilə müəyyən olur ki, ərizəçinin şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş sürətinə əsasən xx xxxxxx 1964-cü ildə Bakı şəhərində anadan olmuş, ünvan 2də qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə yaşayır. X1 atası, X4 isə anasıdır. Doğum haqqında şəhadətnaməsi naməlum şəraitdə itmişdir. Müəyyən sənədləşmə işləri ilə bağlı doğum haqqında şəhadətnamə lazım olduğundan, ərizəçi yeni doğum haqqında şəhadətnamə almaq üçün Yasamal rayon Qeydiyyat Şöbəsi və Maraqlı şəxsnə müraciət etmiş, lakin doğum haqqında akt qeydi aşkar olunmadığından şəhadətnamənin verilməsindən imtina edimişdir. Ona görə də ərizəçi doğum aktı qeydinin bərpa olunması üçün məhkəməyə müraciət edərək qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı» Qaydasının 2.1-2.3-cü bəndlərinə əsasən doğumun dövlət qeydiyyatı uşağın doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. Uşağın doğulmasının qeydə alındığı yerdən asılı olmayaraq doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə uşağın doğulduğu yer kimi onun doğum yeri göstərilir. Doğum haqqında yazılı və ya şifahi məlumatlar valideynlər və ya onlardan biri tərəfindən verilir, valideynlər xəstə olduqda, öldükdə və ya başqa səbəblərə görə onların məlumat verməsi mümkün olmadıqda məlumat qohumlar, qonşular, uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyəti və başqa şəxslər tərəfindən verilir. Həmin Qaydanın 2.6-cı bəndinə əsasən bu Qaydanın 2.5-ci bəndində nəzərdə tutulan əsaslar olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Məhkəmə hesab edir ki, Ərizəçi xx xxxxxx 1964-cü il tarixdə Bakı şəhərində doğulmasını təsdiq etmək üçün kifayət qədər sübutlar vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımı sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Ərizəçi izahatında özünün doğum haqqında şəhadətnaməsinin bir sıra hüquqlarının həyata keçirməsi məqsədilə lazım olduğunu bildirmişdir. Məhkəmə hesab edir ki, göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmamış, Ərizəçi düzgün olaraq məhkəməyə müraciət etmişdir. Məhkəmə, şahid ifadələrinin təfərrüatlı və ziddiyyətsiz olmasını, nəzərə alaraq, onları mötəbər sübut növü kimi qəbul edir. Eyni zamanda ərizəçinin izahatını, şahid ifadələrini digər sübutlarla yanaşı yoxlayaraq hesab edir ki, tədqiq edilmiş sənədlərdə olan məlumatlar ərizəçinin izahatı və şahid ifadələri ilə üst-üstə düşür və bir-birini tamamlayır. Ona görə də ərizə təmin edilməli, Ərizəçi xx xxxxxx 1964-cü il tarixdə Bakı şəhərində anadan olması faktı müəyyən edilməli, doğum aktı qeydə alınarkən ata qrafasında X1, ana qrafasında X4, milliyyəti “azərbaycanlı” qeyd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4. maddəsində göstərilir ki, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx xxxxxx 1964-cü il tarixdə Bakı şəhərində anadan olması faktı müəyyən edilsin. Doğum aktı qeydə alınarkən ata qrafasında X1, ana qrafasında X4, milliyyəti “azərbaycanlı” qeyd edilsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov.
Məhkəmə qərarları › İş №2(012)-3687/2020
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3687/2020
21.10.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver