Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3718/2023 17.11.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Ərizəçi X2 iştirakı ilə, Ərizəçi X2 Maraqlı şəxsnə qarşı “doğum aktının bərpası” tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi X6 ərizə ilə məhkəməyə müraciət edərək, onun doğulduğu tarix qrafasında xx.xx.1949-cu il, doğulduğu yer qrafasında Ermənistan Respublikası, Amasiya rayonu, ata adı qrafasında X14- XX.XX.1910-cu il.milliyəti “azərbaycanlı”, ana adı qrafasında X7,XX.XX.1910–cu il milliyyəti qrafasında “azərbaycanlı” kimi qeyd olunması,hüquqi əhəmiyyətli olan doğum faktını müəyyən edərək doğum şəhadətnaməsi verilməsi vəzifəsi Maraqlı şəxs üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi X6 tələbin dəqiqləşdirilməsinə dair ərizə ünvanlayaraq, onun doğumu barədə akt qeydinin bərpa edilməsi, yeni şəhadətnamədə doğum tarixinin xx.xx.1949-cu il, doğulduğu yer qrafasında Ermənistan Respublikası, Amasiya rayonu,, soyadı, adı, atasının adı qrafasında X14- XX.XX.1910cu il.milliyəti “azərbaycanlı”, X7,XX.XX.1918–ci il milliyyəti qrafasında “azərbaycanlı” kimi qeyd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi X6 məhkəmə iclasında izahatında bildirdi ki, o, xx.xx.1949-cu ildə Ermənistan Respublikası, Amasiya rayonu,Çardaqlı kəndində anadan olmuşdur. Onun doğumu həmin rayonda qeydə alınmış və ona doğum haqqında şəhadətnamə verilmişdir. O, ailə üzvləriylə birlikdə 1988-ci il tarixdə yaşadıqları yerdən köçərək əvvəlcə Xızı rayonunda,sonradan isə Xırdalan şəhərində məskunlaşmışdır.O, Maraqlı şəxsnə müraciət edərək doğum akt qeydinin bərpa edilməsi və ona doğum haqqında şəhadətnamə verilməsini xahiş etsə də, qeydiyyat şöbəsi tərəfindən mürtaciətinin təmin edilməsindən imtina edilmişdir. Maraqlı şəxsnə müraciətinə cavab olaraq bildirilmişdir ki, itmiş akt qeydinin qeydiyyat şöbəsi tərəfindən bərpası mümkün olmadıqda vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Ona görə məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Göstərilən faktın müəyyən edilməsi ona doğum haqqınd şəhadətnamə əldə etmək üçün lazımdır. Doğum haqqında şəhadətnamə olmadan Xızı rayonunda məskunlaşanda torpaq islahatı ilə əlaqadar ona ayrılmış torpaq sahəsini öz adına keçirə bilmir, eləcə də,sosial müdafiədən kənar qalmış və pensiya ala bilmir. Göstərilənlərə əsasən o, ərizəsinin təmin edilməsini xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəməyə şahid qismində cəlb edilmiş X9 ifadəsində göstərdi ki, X6 onun doğma qardaşıdır. Qardaşı xx.xx.1949-cu ildə Ermənistan Respublikası, Amasiya rayonunda anadan olmuşdur. Atamız Məmməd 1910-cu ildə,anamız Müşgünaz 1918–ci ildə doğulmuşlar. Atam M.Həsənov 1974-cü ildə,anamız M.Həsənova isə 1976-cı ildə vəfat etmişlər.X11 doğum haqqında şəhadətnaməsi itirildiyindən məhkəməyə müraciət etmişdir.. Məhkəməyə şahid qismində cəlb edilmiş X8 ifadəsində göstərdi ki, X6 atasıdır. Atası xx.xx.1949-cu ildə Ermənistan Respublikası, Amasiya rayonunda anadan olmuşdur. Məhkəməyə şahid qismində cəlb edilmiş X3 ifadəsində göstərdi ki, X6 atasıdır. Atası xx.xx.1949-cu ildə Ermənistan Respublikası, Amasiya rayonunda anadan olmuşdur. Məhkəməyə şahid qismində cəlb edilmiş X10 və X5 ərizəni qəbul edərək.eyni məzmunda izahat verdilər. İş materiallarında olan Müvəqqəti qeydiyyat vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X6 xx.xx.1949-cu ildə anadan olmuşdur. Vəsiqə verilib xx.xx.2023-cü ildə,etibarlıdır xx.xx.2024-cü ilədək. İş materiallarından olan forma № 9,153 saylı arayışdan görünür ki, X6 1949-cu ildə Ermənistan Respublikası, Amasiya rayonunda anadan olmuşdur. İş materiallarından olan KB № 642472 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X9 xx.xx.1964-cü ildə Ermənistan Respublikası, Amasiya rayonunda doğulmuşdur.X1,anası isə X4r. Məhkəmə ərizəçini və şahidi dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, X2 xx.xx.1949-cu ildə Ermənistan Respublikası, Amasiya rayonunda anadan olması, soyadı, adı, atasının adının X6 olması, atasının X12, anasının isə X7 olması faktı ərizəçinin izahatı, şahid ifadəsi ilə yanaşı iş materiallarına əlavə edilmiş digər sənədlərlə təsdiq olunduğundan X2 doğum haqqında şəhadətnamə barədə itirilmiş akt qeydi bərpa edilməlidir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsinin tələbinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydlərinin bərpa qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli 52 saylı qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarının müəyyən edən əsas müddəalarıda müəyyən olunur. Əsas müddəalar»ın 13-14-cü bəndlərinə görə, vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri tərəfindən icra edilir. İtmiş yazının qeydiyyat şöbələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. «Əsas müddəalar»ın 13-21-ci bəndlərinə görə isə vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edildikdə, VVADQ orqanı və konsulluq idarələri vətəndaşlıq vəziyyəti aktının qeydinin bərpasını məhkəmənin qətnaməsinə əsasən qərar qəbul etmədən qeydə alır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 305, 307, 311 maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi X2 doğum aktı qeydi bərpa edilsin, yeni şəhadətnamədə X2 doğum tarixi xx.xx.1949-cu ildə Ermənistan Respublikası, Amasiya rayonu, soyadı, adı, atasının adı qrafasında “X6”, milliyəti azərbaycanlı ata adı qrafasında “X12”, milliyəti azərbaycanlı, ana adı qrafasında “X7” , milliyəti azərbaycanlı kimi qeyd olunsun. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-3718/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3718/2023
17.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver