Məhkəmə qərarları › İş №2(012)-3718/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3718/2024

16.08.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3718/2024 16.08.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Teymurov Ayaz Yunus oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi doğum aktı qeydinin bərpa edilməsi barədə ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Ərizəçi xx.xx.1958-ci il tarixdə Ermənistan SSR, Əzizbəyov rayonu Saravan qəsəbəsində anadan olmağı, atasının X7 oğlu, anasının X13 olması barədə doğum haqqında şəhadətnamənin itmiş qeydinin bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi xx.xx.1958-ci il tarixdə Ermənistan SSR, Əzizbəyov rayonu, Saravan qəsəbəsində anadan olmuşdur. X2 oğlu, anası X8r. Onlar xx.xx.1958-ci ildə Ermənistan SSR Vedi rayonunun Əziz kəndində rəsmi nikaha daxil olmuş, bu barədə həmin tarixdə nikah bağlanması haqqında akt qeydləri kitabında 6 nömrəli qeydiyyat aparılmışdır. Həmin nikahdan xx.xx.1958-ci ildə qardaşı Murad Şixəliyev, xx.xx.1963-cü il tarixdə bacısı Flora Şixəliyeva(Ələkbərova) və bacısı Sədaqət Şxəliyeva xx.xx.1968-ci ildə anadan olmuşdur. X2 oğlu xx.xx.2002-ci il tarixdə, anası X20 rəhmətə getmişdir. Sonradan özünə məxsus doğum haqqında şəhadətnaməni naməlum şəraitdə itirmişdir. Hazırda anası X9 xüsusi mülkiyyət hüququ ilə məxsus olan və dövlət reyestrində **********15 nömrə ilə qeydiyyata alınmış daşınmaz əmlaka dair vərəsəlik işinin açılması gedişində doğum haqqında şəhadətnamənin olmaması onun vərəsə kimi tanınmağına maneə yaradır. Bu səbəbdən doğum haqqında qeydin məhkəmə qaydasında bərpa edilməsi zərurəti yaranmışdır. Belə ki, bununla bağlı Maraqlı şəxsnə müraicət etsə də, şöbənin xx.xx.2024-cü il tarixli, 3-16-5/8-xx-xx/2024 saylı cavab məktubundan görünür ki, itmiş yazının qeydiyyat şöbəsi tərəfindən bərpasının mümkün olmaması səbəbindən, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı faktının məhkəmə qaydasında müəyyən edilməsi məsləhət görülmüşdür. Göstərilənlərə əsasən ərizə təmin olunmalıdır. Məhkəmə gedişatında Ərizəçi tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, doğumun qeyd edilmə faktının müəyyən edilməsi, yeni şəhadətnamədə Ərizəçi doğum tarixinin xx.xx.1958-ci il, doğulduğu yerin Ermənistan Respublikasının Əzizbəyov rayonu, soyadı, adı, atasının adı qrafasında “Ərizəçi”, ata adı qrafasında “X6”, ana adı qrafasında “X20”, milliyyətinin “azərbaycanlı” kimi qeyd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Mаrаqlı şəхs Abşeron Rayon Qеydiyyаt Şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə işə mаrаqlı şəхsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, habelə şahid ifadələrini dinləyib, iş materiallarına və ona əlavə edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilən X14 ifadəsində bildirmişdir ki, ərizəçi onun əmisi oğludur. O təsdiq etdi ki, ərizəçinin atası Xanlar Şxəliyev, anası isə Şirin Şxaliyeva olmuşdur. Arif xx.xx.1958-ci ildə Əzizbəyov rayonunda doğulmuşdur. Onlar ailədə 4 uşaq olublar-2 oğlan, 2 qız. Məhkəmə iclasında şahid qismində dindirilən X10 ifadəsində bildirmişdir ki, ərizəçi onun əmisi oğludur. O təsdiq etdi ki,ərizəçinin atası Xanlar Şxəliyev, anası isə Şirin Şxaliyeva olmuşdur. Arif xx.xx.1958-ci ildə Əzizbəyov rayonunda doğulmuşdur. Onlar ailədə 4 uşaq olublar-2 oğlan, 2 qız. İş materiallarında olan: - Abşeron Rayon Qеydiyyаt Şöbəsi tərəfindən verilən 3-16-5/8-xx-xx/2024 saylı, xx.xx.2024-cü il tarixli məktubdan müəyyən edilir ki, Ərizəçi doğumun qeydə alınması barədə ərizə ilə Qeydiyyat Şöbəsinə müraciət etmiş, itmiş sənədlərin bərpa edilməsi ilə bağlı ona aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. - AZE ******** seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1958-ci il tarixdə Ermənistan SSR Əzizbəyov rayonunda doğulmuşdur və Azərbaycan Respublikası vətəndaşıdır. - İ-CЛ 415579 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X7 ilə X24 xx.xx.1958-cı il tarixində Ermənistan SSR Əzizbəyov rayonu ZAQS-da rəsmi nikah bağlamışlar. Bu barədə nikahın akt qeydləri kitabında 06 nömrəli akt qeydi qoyulmuş, nikah bağlandıqdan sonra arvada “Şxaliyeva” soyadı verilmişdir. - İ-CЛ 340326 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X15 xx.xx.1958-ci il tarixdə Ermənistan SSR, Əzizbəyov rayonu, Qedevaz kəndində doğulmuşdur. X2, anası isə X8r. - İ-ЖЗ 605406 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.1963-cü il tarixdə Ermənistan SSR, Əzizbəyov rayonu, Saravan qəsəbəsində doğulmuşdur. X2, anası isə X12r. Milliyəti azərbaycanlıdır. - İV-CЛ 391627 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.1968-ci il tarixdə Ermənistan SSR, Əzizbəyov rayonu, Saravan qəsəbəsində doğulmuşdur. X2, anası isə X12r. Milliyəti azərbaycanlıdır. - AZ-İ 019329 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2002-ci il tarixdə Abşeron rayonu, Mehdiabad qəsəbəsində ölmüşdür. - AZ-İİ 406588 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X20 xx.xx.2024-cü il tarixdə Abşeron rayonu, Mehdiabad qəsəbəsində ölmüşdür. - İ-ЖГ 637428 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X3 xx.xx.1981-cı il tarixində Azərbaycan SSR Şəki rayonu Şəki kənd sovetində rəsmi nikah bağlamışlar. Bu barədə nikahın akt qeydləri kitabında 01 nömrəli akt qeydi qoyulmuş, nikah bağlandıqdan sonra arvada “Şixəliyeva” soyadı verilmişdir. - MH seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi ünvanında yerləşən kənd təsərrüfatı təyinatlı ümumilikdə 0.113177 ha torpaq sahəsi X16-0.03772 ha, X17-0.01886 ha, X4-0.01886 ha, X21-0.01886 ha, X22- 0.01886 ha payları olmaqla xüsusi mülkiyyətdədir. Daşınmaz əmlakın dövlət reyestrində 21 nömrəli reyestr kitabının 44 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası 12 aprel 2019-cu il tarixli qərarının 4-cü bəndində qeyd edilir ki, məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Ərizəçi xx.xx.1958-ci il tarixdə Ermənistanın Əzizbəyov rayonunda anadan olmuşdur. X1, anası isə X20, milliyyəti isə azərbaycanlıdır. Ərizəçinin doğum faktını təsdiq edən hüquqmüəyyənedici sənəd itdiyindən o, hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. İş materialları ilə ərizənin tamamilə əsaslı olması öz təsdiqini tapmışdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, Ərizəçi ərizəsi təmin edilməli, doğum qeyd edilmə faktı müəyyən edilməli, akt qeydləri kitabında (doğum haqqında şəhadətnamədə) Ərizəçi doğum tarixi xx.xx.1958-ci il, doğulduğu yer Ermənistan SSR Əzizbəyov rayonu, soyadı, adı, atasının adı qrafasında “Ərizəçi”, ata adı qrafasında “X6”, ana adı qrafasında “X20”, milliyyəti azərbaycanlı kimi qeyd olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinə əsaslanaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1958-ci il tarixdə Ermənistan SSR Əzizbəyov rayonunda doğulmasının qeyd edilmə faktı müəyyən edilsin. Akt qeydləri kitabında (doğum haqqında şəhadətnamədə) soyadı, adı, atasının adı qrafasında “Ərizəçi”, ata adı qrafasında “X6”, ana adı qrafasında “X20”, milliyyəti azərbaycanlı kimi qeyd olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mirnəsir Mirhəsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar