Məhkəmə qərarları › İş №2(012)-3722/2023

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-3722/2023

12.10.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-3722/2023 12.10.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Məşədiyeva Fidan Eynur qızının katibliyi ilə, İddiaçı X1, Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı X1 cavabdeh X2 qarşı öhdəliyin icrası tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X4 cavabdeh X2 qarşı öhdəliyin icrası tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, 2018-ci ilin mart ayından sentyabr ayına kimi aylıq 272.96 manat məcburi dövlət sosial sığorta haqqının cavabdehdən tutularaq Dövlət Sosial Müdafiə Fonduna ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı X4 ərizə təqdim edərək, zərurət olduğundan iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə mülki işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyini bildirdi. Üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılsa da məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iddiaçının ərizəsini nəzərdən keçirib hesab edir ki, iddiaçı mülki işin baxılmamış saxlanılmasını xahiş etdiyindən, cavabdeh isə iddia ərizəsinə mahiyyəti üzrə baxılmasını tələb etmədiyindən iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, iddia ərizəsi baxılmamış saxlanılır. Məhkəmə eyni zamanda, qeyd edir ki, Mülki Prosessual Məcəllənin:

107. maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. 114.2. maddəsinə əsasən, bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən, ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə - dövlət rüsumu geri qaytarılır. Mülki Prosessual Məcəllənin 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, hazırki mülki işin geri qaytarılması barədə ərizə daxil olduğundan ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Mülki Prosessual Məcəllənin 259-260, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddiaçı X1 cavabdeh X2 qarşı öhdəliyin icrası tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı X4 tərəfindən xx.xx.2022-ci il tarixdə, saat 13:19-da "xxxx" ASC-nin Sumqayıt filialında (Əməliyyat İD: 83264979, qəbz nömrəsi: 14196, Terminal nömrəsi: K0125004, Ödəniş növü: Nağd, Fin kod: xxxxxxx, məhkəmə növü: Ağdam rayon Məhkəməsi, Büdcə səviyyə kodu: 142213, GPP qəbz nömrəsi: 9********) ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumu ərizəçi X3 geri qaytarılsın Qərardaddan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar