Məhkəmə qərarları › İş №2(012)-3729/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3729/2025

12.08.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3729/2025 12.08.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Rzayev Fariz Gündüz oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs nümayəndəsi Nümayəndə iştirakları ilə, Ərizəçi (Maraqlı şəxs) atalıq faktının müəyyən olunması barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi atalıq faktının müəyyən olunması barədə ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.1987-ci il təvəllüdlü və xx.xx.2023-cü ildə vəfat etmiş X7, xx.xx.2014-cü il təvəllüdlü X3 atası olması və doğum haqqında akt qeydində ata adı qrafasında X7 məlumatlarının qeyd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi izahatında bildirmişdir ki, o, mərhum X9 ilə xx.xx.2013-cü ildə el adəti ilə toy edərək faktiki nikaha daxil olmuşdur. Birgə nikahlarından xx.xx.2014-cü il təvəllüdlü X6 dünyaya gəlmişdir. Mərhum həyat yoldaşı X9 xx.xx.2023-cü il tarixdə xəstəlik səbəbindən vəfat etmişdir. Maraqlı şəxs tərəfindən xx.xx.2024-cü il tarixdə ölüm haqqında şəhadətnamə verilmişdir. Səhlənkarlıq ucbatından mərhum X9 ilə nikahlarını rəsmiləşdirməmişlər. O, azyaşlı övladı X6 ilə mərhum həyat yoldaşının valdeyinləri ilə birlikdə yaşayır. Hal-hazırda qızı X3 atasının X9 olması faktının məhkəmə qaydasında müəyyən edilməsi zərurəti yaranmışdır. O, xx.xx.2014-cü il təvəllüdlü X3 doğum haqqında şəhadətnaməsində dəyişiklik edilərək ata adı qrafasında X7 adının qeyd edilməsi ilə bağlı Maraqlı şəxsnə müraciət etsə də, bundan imtina edilmişdir. Bu səbəbdəndə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən, o, ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs nümayəndəsi Nümayəndə izahatında ərizənin təmin edilməsinə etirazının olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində ifadəsi alınmış Şahid2 ifadəsində bildirmişdir ki, o, mərhum X7 xalasıdır. Belə ki, Ərizəçi X9 ilə el adəti ilə toy edərək, ailə qurmuşdur. Həmçinin Gövhər ilə Mahir qohumdurlar. (dayıqızı-bibioğludur). Gövhər ilə Mahirin faktiki nikahlarından xx.xx.2014-cü il tarixində X6 anadan olmuşdur. X4 2023-cü ildə vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində ifadəsi alınmış Şahid1 ifadəsində bildirmişdir ki, o, mərhumun anasıdır. Belə ki, mərhum övladı X9 ilə Ərizəçi toy edərək ailə qurmuşlar və onların xx.xx.2014-cü il tarixində X6 adlı 1 övladları vardır. xx.xx.2023-cü il tarixində oğlu X9 dünyasını dəyişmişdir. Müəyyən səbəblərə görə ərizəçinin şəxsiyyət vəsiqəsi özündə olmadığına görə rəsmi nikah bağlana bilməmişdir. Məhkəmə iclasında şahid qismində ifadəsi alınmış Şahid3 ifadəsində bildirmişdir ki, o, ərizəçinin bacısıdır. Belə ki, onun təxminən 16 yaşı olarkən bacısı ilə X9 el adəti ilə toy gedərək ailə qurmuşlar. Bacısı ilə Abasov Mahirin faktiki nikahlarından X6 adlı 1 övladları olmuşdur. Həmçinin bildirir ki, X7 heç bir xəstəliyi olmamış, lakin 2023-cü ilin dekabr ayında vəfat etmişdir. Məhkəmə iclasında fikiri dinlənilmiş xx.xx.2014-cü il təvəllüdlü X6 izahatında bildirmişdir ki, onun 11 yaşı vardır. Anasının adı Gövhər, atasının adı isə Mahirdir. Atası rəhmətə getmişdir. Atası, anası və o, həmişə birlikdə yaşamışlar. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını və şahidlərin ifadələrini dinləyib, işin digər materiallarını nəzərdən keçirib məhkəmə iclasında tədqiq olunan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə adlandırılacaq) 184.2. maddəsinin mahiyyətinə əsasən hakim işə əlavə edilmiş sübutlar və işdə olan mövcud materiallar əsasında işə baxmağa haqlıdır. Həmin Məcəllənin 14.2. maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş; -Maraqlı şəxs tərəfindən verilmiş AZ-V 035393 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X6 xx.xx.2014-cü ildə anadan olmuşdur. X1, anası isə Ərizəçi kimi yazılmışdır. -Abşeron Rayon VVAQ Şöbəsi tərəfindən verilmiş Xİİİ-ЖГ 283088 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.1987-ci ildə şəhərində anadan olmuşdur. X14 Babaş oğlu, anası Şahid1dır. -Maraqlı şəxs tərəfindən verilmiş AZ-İİ 429106 saylı ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X9 xx.xx.2023-cü il tarixdə ağciyərin xroniki obstruktiv xəstəliyi səbəbindən Abşeron rayonu, Xırdalan şəhərində vəfat etmişdir. -Ərizəçi ilə X2 birgə fotoşəkili iş materiallarına əlavə edilmişdir. -Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-16-5/8-15- 2904/2024 saylı məktubdan görünür ki, ona atalıq faktının müəyyən edilməsi üçün aidiyyatı üzrə məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Beləliklə ərizəçinin izahatından aydın oldu ki, Ərizəçi xx.xx.1987-ci il təvəllüdlü X9 ilə el adəti ilə toy edərək ailə həyatı qurmuşlar. Lakin müəyyən səbəblərdən nikahlarını rəsmiləşdirməmişlər. Birgə faktiki ailə münasibətlərindən bir övladları-xx.xx.2014-cü il təvəllüdlü X6 dünyaya gəlmişdir. Həyat yoldaşı X9 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Övladı- xx.xx.2014-cü il təvəllüdlü X3 doğum haqqında şəhadətnaməsinin ata qrafasında X5 yazılmışdır. Ərizəçi övladının doğum haqqında şəhadətnamələrində dəyişiklik edilərək ata qarafasında X7 yazılması ilə bağlı Maraqlı şəxsnə müraciət etsə də, qeydiyyat şöbəsindən ona imtina verilmiş və məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Odur ki, hazırda ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək müvafiq qətnamənin qəbul edilməsini xahiş etmişdir. Mülki Prоsеssuаl Məcəllənin 308-ci mаddəsinə əsаsən məhkəmə hüquqi əhəmiyyəti оlаn fаktlаrı о zаmаn müəyyən еdə bilər ki, ərizəçi həmin fаktlаrı təsdiq еdən lаzımi sənədləri bаşqа qаydаdа аlа bilməsin, yахud itirilmiş sənədlərin bərpаsı mümkün оlmаsın. İşin araşdırılan hallarından müəyyən olunur ki, ərizəçi ilə mərhum X9 ilə ailə həyatı qurmuş, faktiki nikahlarından bir uşaq xx.xx.2014-cü il təvəllüdlü X6 anadan olmuş, X9 xəstəlik nəticəsində vəfat etdiyindən uşağa doğum haqqında şəhadətnamə alınarkan həmin şəhadətnamədə tərəflər arasında nikah olmadığından uşaqlara ata soyadının verilməsi mümkün olmamışdır. Odur ki, ərizəçi atalıq faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə ərizəçinin ərizəsində göstərilənləri tədqiq edilmiş sənədlərlə və şahid ifadələri ilə müqaisəli şəkildə təhlil edib hesab edir ki, ərizə əsaslıdır. Belə ki, ərizədə göstərilənlər, tədqiq edilmiş sənədlər və şahid ifadələri ilə öz təsdiqini tapır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.1-ci maddəsinə əsasən, uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 48-ci maddəsinə əsasən, bu Məcəllənin 44- 45-ci maddələri ilə nəzərdə tutulmuş qaydada atalıq müəyyən olunduqda, uşaqlar valideynlərinə və onların qohumlarına münasibətdə, öz aralarında nikahda olan valideynlərin uşaqlarının malik olduqları hüquq və vəzifələri daşıyırlar. Yuxarıda göstərilənləri və qanunun tələblərini əsas tutub məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1987-ci il təvəllüdlü X7, xx.xx.2014-cü il təvəllüdlü X3 atası olması faktı müəyyən edilməli və doğum haqqında akt qeydində ata adı qrafasında X7 məlumatları qeyd edilməlidir. Faktın müəyyən edilməsi bu barədə vətəndaşlıq vəziyyəti aktlarında müvafiq qeydiyyat aparılması üçün əsas olmalıdır. Mülki Prosessual Məcəllənin; 217.3. maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1987-ci il təvəllüdlü X7 xx.xx.2014-cü il təvəllüdlü X3 atası olması faktı müəyyən edilsin və doğum haqqında akt qeydində ata adı qrafasında X7 məlumatları qeyd edilsin. Faktın müəyyən edilməsi bu barədə vətəndaşlıq vəziyyəti aktlarında müvafiq qeydiyyat aparılması üçün əsasdır. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar