Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3732/2020 27.10.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron rayon məhkəməsi, Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Cavadlı İsmayıl Araz oğlunun katibliyi ilə, İddiaçı və cavabdeh «Abşeron Rayon Mərkəzi Xəstəxanası» X7 nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh «Abşeron Rayon Mərkəzi Xəstəxanası» X6rşı işə bərpa və dəyən maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair mülki işə xx xxxxxxx 2020-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh «Abşeron Rayon Mərkəzi Xəstəxanası» X10 ə qarşı işə bərpa və dəyən maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, işdən azad olunmağının qanunsuz hesab edilərək əvvəlki iş yerində tibb bacısı vəzifəsinə bərpa edilməsi və 2020-ci il iyul tarixindən işə bərpa olunduğu günədək olan əməkhaqqının cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 20 ildən çoxdur ki, Abşeron rayon mərkəzi uşaq Poliklinikasında məktəb üzrə tibb bacısı vəzifəsində işləyib. Təxminən 1 il öncə həmin poliklinikanın baş həkimi X1 iddiaçıdan işdən çıxması barədə ərizə yazmağı tələb etmiş, iddiaçının etirazına məhəl qoymayaraq onu Xırdalan şəhərindəki Mühəndislər institutuna işləməyə göndərmişdir. Son 2 aya qədər orada işləmiş, daha sonra yenə Adilə xanım onu yanında çağıraraq ərizə yazması barədə göstəriş vermişdir. İddiaçı etiraz etdikdən sonra Abşeron rayon Səhiyyə Şöbəsinin müdiri Cavabdeh qızı ərizə yazmadığı təqdirdə onu işdən qovulacağı ilə bağlı xəbərdarlıq etmişdir. 2 aydır ki, onu nə işə buraxır, nə də ki əmək haqqı verirlər. Karantin dövrü institut işləməmiş və ona tabel verməmişlər. Avqustun 28-i əmək kitabçasını özünə verərək iddiaçını işdən çıxarmışlar. İddiaçı işdən çıxarılmasını qanunsuz hesab edir. Belə ki, işlədiyi müddət ərzində ona intizam tənbehi verilməmiş, bu barədə ondan izahat almamışlar. Karantin dövrü Nazirlər Kabinetinin rəsmi göstərişinə əsasən işçinin işdən azad edilməsinə yol verilmir. Bu səbəbdən də işdən qanunsuz olaraq azad edildiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 iddianı qəbul etməyib, təmin edilməməsini xahiş etdi. Cavabdehin nümayəndəsi izahatında bildirdi ki, iddiaçı xx.xx.2019-cu il tarixdən öz arzusu ilə əmək fəaliyyətini Bakı Mühəndislik Universitetində davam etdirmək üçün Mehriban xanıma ərizə ilə müraciət etmişdir. xx.xx.2020-ci il tarixdən universitet tətilə bağlandıqdan sonra iddiaçı öz fəaliyyətini Abşeron rayon uşaq poliklinikasında davam etdirməli idi. Dəfələrlə rəhbərlik tərəfindən ona zəng edilməsinə baxmayaraq iddiaçı çağırışlara əhəmiyyət verməyərək işə gəlməmişdir. Bu səbəbdən də ona əmək haqqı hesablanmamış və ƏM-nin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin materialları ilə birgə tədqiq edərək, işdə olan sübutları araşdırıb hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Mülki işin materiallarından olan ******* №-li Əmək Kitabçasının surətindən müəyyən edilir ki, İddiaçı xx.xx.2000-ci il tarixdə Abşeron rayon Uşaq Poliklinikasında tibb bacısı vəzifəsinə işə qəbul edilmişdir. Həmin kitabçadakı qeydlərdən müəyyən edilir ki, Abşeron rayon Uşaq Poliklinikasının 2-ci pediatriya şöbəsinin tibb bacısının əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində əsasən əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəlikləri yerinə yetirmədiyinə görə xitam verilmişdir.Məlum olduğu kimi Əmək Məcəlləsinin 72-ci maddəsinin a bəndinə əsasən heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməmək işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab olunur Bu müddəa işçi ilə əmək müqaviləsinə 70-ci maddənin ç bəndi ilə xitam verilməsi üçün əsasdır. Məhkəmə iclasında şahid qismində dindirilən X1 ifadəsində bildirdi ki, iddiaçı Abşeron rayon uşaq poliklinikasından əmək haqqı alır, institut 2020-ci ilin iyul ayında tətilə çıxandan sonra İddiaçı poliklinikaya qayıtmalı və orada iş fəaliyyətini davam etdirməli idi, lakin geri qayıtmadı, bir neçə dəfə ona zəng olunsa da o, yenə də geri qayıtmadı. İşin materiallarında olan Abşeron rayon X3 İttifaqı Şurasının 04 saylı, xx.xx.2020-ci il tarixli iclas protokolundan çıxarışdan müəyyən edilir ki, iclasda alınan qərara əsasən dəfələrlə barəsində akt tərtib olunsa da, vəzifəsini layiqincə yerinə yetirmədiyi, çağırışlara məhəl qoymadığı və davamiyyəti kobud şəkildə pozduğu üçün ƏM-nin 70 –ci maddəsini ç bəndinə əsasən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi qərara alınmışdır. İşdə olan Abşeron rayon uşaq poliklinikasının baş həkimi A.Ukalyayeva tərəfindən Abşeron rayon Mərkəzi Xəstəxanasının direktorunun adına yazılan məlumatdan müəyyən edilir ki, İddiaçı xx.xx-2020-ci il tarixdən əmək fəaliyyətini Abşeron rayon uşaq poliklinikasında davam etdirməli idi.Lakin, o, edilmiş çağırışlara məhəl qoymur, işə gəlmir. İşin materiallarında olan “Abşeron rayon Mərkəzi Xəstəxanası”X10in direktoru Cavabdeh tərəfindən verilən xx.xx.2020-ci il tarixli, 1066-k saylı əmrdən görünür ki, X10in Abşeron rayon uşaq poliklinikasının 2-ci pediatriya şöbəsinin tibb bacısı İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdən xitam verilmişdir. Əsas əmək müqaviləsi üzrə əmək funksiyasını və öhdəliklərini yerinə yetirməməsi. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndinə görə özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi halı işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə görə işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Beləliklə, işin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı hər hansı bir üzürlü səbəb olmadan xx xxxx 2020-ci il tarixdən Abşeron rayon uşaq poliklinikasında öz əmək fəaliyyətini davam etdirmədiyindən“Abşeron rayon Mərkəzi Xəstəxanası”X10in direktoru Cavabdeh tərəfindən verilən xx.xx.2020-ci il tarixli, 1066-k saylı əmrdən görünür ki, X10in Abşeron rayon uşaq poliklinikasının 2-ci pediatriya şöbəsinin tibb bacısı İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdən xitam verilmişdir.Əmr verilən zaman hər hansı qanun pozuntusuna yol verilməmişdir.Ona görə də, məhkəmə hesab edir i, əmrin ləğv edilməsi barədə iddia tələbi və bundan yaranan digər iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh «Abşeron Rayon Mərkəzi Xəstəxanası» X6rşı işə bərpa və dəyən maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-3732/2020
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3732/2020
27.10.2020 · Sair mülki iş - Digər - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver