Məhkəmə qərarları › İş №2(012)-3754/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3754/2022

26.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3754/2022 26.07.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Kazımlı Cənnət Mahir qızının katibliyi, İddiaçı vəkili-nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı müqavilənin ləğvi və pul tələbinə dair mülki işə 26 iyul 2022-ci il tarixdə Xırdalan şəhərində Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı pul tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh MTK-dən Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1 A ünvanında inşa edilən 15 mərtəbəli yaşayış evinin 3-cü blok, 4-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 43,3 kv.m olan 1 otaqlı 19 nömrəli mənzilin alınması üçün cəmi 18.860 (on səkkiz min səkkiz yüz altmış) manat pulun və ödənilmiş 147 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 18 fevral 2010-cu ildə "xxxx" MMC ilə müqavilə bağlayaraq Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda 12 mərtəbəli yaşayış evinin 4-cü mərtəbə, 3-cü blok, 19 nömrəli ümumi sahəsi 43.4 kv.m olan mənzilini 17.360 (on yeddi min üç yüz altmış) manat birdəfəlik ödəməklə almışdır. Sonradan "xxxx" MMC-nin hüquqi varisi Cavabdeh MTK 2017-ci ildə yenidən müqaviləni təzələyərək Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1 A ünvanında inşa edilən 15 mərtəbəli yaşayış evinin 3-cü blok, 4-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 43,3 kv.m olan 1 otaqlı 20 nömrəli mənzilini əlavə olaraq hər kvadrat metr üçün 100 (bir yüz) manat olmaqla, cəmi 4300 manat məbləğində pulun ödənilməsini qeyd etmişdir. Həmin puldan da 1500 (bir min beş yüz) manat ödəmişdir. Lakin bu günə kimi ona müqavilədə qeyd olunan mənzil verilməmişdir. Dəfələrlə, mənzili tələb etsə də, onun başqa şəxsə satıldığı bildirilərək pulunun qaytarılmasını bildirmişlər. Lakin pulu da ödəməkdən boyun qaçırırlar. Cavabdeh alğı-satqı müqaviləsində nəzərdə tutulmuş müddətdə öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, nə mənzili nə də ki, onun dəyərini iddiaçıya qaytarmamışdır. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, İddiaçı ilə cavabdeh "xxxx" MTK arasında bağlanmış 16 yanvar 2017-ci il tarixli 208 nömrəli müqavilənin ləğv edilməsi, Cavabdeh MTK-dən Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1 A ünvanında inşa edilən 15 mərtəbəli yaşayış evinin 3-cü blok, 4-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 43,3 kv.m olan 1 otaqlı 19 nömrəli mənzilin alınması üçün ödənilmiş cəmi 18.860 (on səkkiz min səkkiz yüz altmış) manat pulun və ödənilmiş 147 manat dövlət rüsumunun alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili-nümayəndəsi Vəkil iddia tələbini müdafiə edib, təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh "xxxx" MTK-nın nümayəndəsi iddianın qəbul etməyərək, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan icraçı "xxxx" MMC-nin direktoru X2 ilə payçı İddiaçı arasında bağlanmış xx.xx.2010-cu il tarixli müqavilədən görünür ki, icraçı Abşeron Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2006-cı il tarixli 301 saylı sərəncamı ilə Abşeron rayonu Xırdalan şəhəri M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda 12 mərtəbəli yaşayış evinin 3-cü blok, 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 43,4 kv.m olan izolə olunmuş 1 otaqdan ibarət 20 saylı mənzili payçıya ayırmağı, payçı isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.1-ci bəndindən görünür ki, mənzilin dəyəri bu müqavilə bağlanan anda bir kv.m sahə üçün 400 manat təşkil edir. cəmi 17360 (on yeddi min üç yüz altmış) manat ödənilməlidir. Müqavilənin 3.2-ci bəndindən görünür ki, müqavilə bağlandığı gündən 5 gün ərzində alıcı tərəfindən mənzilin ümumi dəyərinin 40% məbləğindən az olmayaraq ilk haqq ödənilməli, payçı isə pulun qalan hissəsini cəmiyyətə bərabər hissələrdə olmaqla ümumi dəyərin 10%-i məbləğində hər ayın 20-30 arasında ödəməyi öhdəsinə götürmüşdür. Mülki iş materiallarında olan "xxxx" MMC tərəfindən verilən xx.xx.2010-cu il tarixli maliyyə arayışından görünür ki, ünvan ünvanda inşa olunan yaşayış binası "xxxx" MMCyə məxsusdur. Bu binanın 3-cü blok, 4-cü mərtəbəsində, ümumi sahəsi 43.4 kv.m olan mənzilin pay dəyəri payçı 17360 (on yeddi min üç yüz altmış) manat İddiaçı tərəfindən ödənilmişdir, MMC-yə heç bir borcu yoxdur. Mülki iş materiallarında olan icraçı Cavabdeh MTK-nın direktoru X4 ilə payçı İddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli 208 saylı müqavilədən görünür ki, icraçı Abşeron Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2006-cı il tarixli 301 saylı sərəncamı ilə Abşeron rayonu Xırdalan şəhəri M.Ə.Rəsulzadə 1 A ünvanda inşa edilən 15 mərtəbəli yaşayış evinin 3-cü blok, 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 43,3 kv.m olan izolə olunmuş 1 otaqdan ibarət 19 saylı mənzili payçıya ayırmağı, payçı isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.1-ci bəndindən görünür ki, mənzilin dəyəri bu müqavilə bağlanan anda bir kv.m sahə üçün 400 manat təşkil edir. İlkin ödəniş 17320 (on yeddi min üç yüz iyirmi) manat ödənilməlidir. Müqavilənin 3.2 bəndinə görə hər kv.m üçün 100 manat olmaqla ılavə 4330 manat ödənilməlidir. Müqavilənin 3.4-cü bəndindən görünür ki, müqavilə bağlandığı gündən 5 gün ərzində alıcı tərəfindən mənzilin ümumi dəyərinin 40% məbləğindən az olmayaraq ilk haqq ödənilməli, payçı isə pulun qalan hissəsini cəmiyyətə bərabər hissələrdə olmaqla ümumi dəyərin 10%-i məbləğində hər ayın 20-30 arasında ödəməyi öhdəsinə götürmüşdür. Mülki iş materiallarında olan qəbzlərdən görünür ki, İddiaçı tərəfindən xx.xx.2017-ci il tarixdə 1000 manat, xx.xx.2017-ci il tarixdə 500 manat "xxxx" MTK-ya ödənilmişdir. Mülki iş materiallarında olan pretenziya məktubundan görünür ki, iddiaçı cavabdehə müqavilə üzrə öhdəliyin 5 (beş) gün müddətinə yerinə yetirilməsini təklif etmiş, əks halda məhkəməyə müraciət edəcəyini bildirmişdir. Beləliklə, yuxarıda qeyd edilənlərdən müəyyən edilir ki, iddiaçı ilə "xxxx" MMC-nin arasında bağlanmış xx.xx.2010-cu il tarixli müqaviləyə əsasən "xxxx" MMC Abşeron rayonu Xırdalan şəhəri M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda 12 mərtəbəli yaşayış evinin 3-cü blok, 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 43,4 kv.m olan izolə olunmuş 1 otaqdan ibarət 20 saylı mənzili iddiaçıya ayırmağı, iddiaçı isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öhdəsinə götürmüşdür. Mənzilin pay dəyəri payçı 17360 (on yeddi min üç yüz altmış) manat İddiaçı tərəfindən müqavilə bağlanan vaxt ödənilmişdir, MMC-yə heç bir borcu qalmamışdır.Sonradani iddiaçı ilə Hayan-E” MMC-nin hüquqi varisi Cavabdeh MTK arasında bağlanmış xx.xx.2017-ci il tarixli 208 saylı müqaviləyə əsasən Abşeron rayonu Xırdalan şəhəri M.Ə.Rəsulzadə 1 A ünvanda inşa edilən 15 mərtəbəli yaşayış evinin 3-cü blok, 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 43,3 kv.m olan izolə olunmuş 1 otaqdan ibarət 19 saylı mənzili iddiaçıya ayırmağı, iddiaçı isə müqavilədə göstərilmiş hər kvadrat metr üçün 100 manat, cəmi 4330 manat əlavə ödəməyi və mənzili qəbul etməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən əlavə 1500 manat cəmi 18860 (on səkkiz min səkkiz yüz altmış) manat pul vəsaiti cavabdehə ödənilmiş, lakin ötən zaman ərzində mənzil hələ də ona təhvil verilməmişdir. Müqavilə şərtləri cavabdeh tərəfindən pozulduğundan iddiaçı müqavilənin ləğv edilməsi və ödənmiş cəmi 18860 (on səkkiz min səkkiz yüz altmış) manat pulun geri qaytarılmasını cavabdehdən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. - 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər həmin Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. - 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 178.8-ci maddəsinə əsasən mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsin Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarına görə «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər». Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alqı-satqı qaydaları tətbiq edilir. Məhkəmə işin müəyyən edilən faktiki hallarına və qeyd edilən maddi hüquq normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, tərəflər arasında bağlanan müqavilədə müqavilənin icra müddəti göstərilməsə də, öhdəlik ağlabatan müddətdə minimum üç il müddətində icra oluna bilərdi.Lakin göründüyü kimi ö10 ildən artıq ötən müddət ərzində cavabdeh iddiaçı qarşısında öhdəliyini icra etmədiyindən, öhdəliyin icrasından boyun qaçırdığından iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etməli olmuşdur. Beləliklə, işin müəyyən edilən faktiki hallarına və qeyd edilən maddi hüquq normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olmaqla təmin edilməli, İddiaçı ilə cavabdeh "xxxx" MTK arasında bağlanmış 16 yanvar 2017-ci il tarixli 208 nömrəli müqavilə ləğv edilməli, Cavabdeh MTK-dan Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1 A ünvanında inşa edilən 15 mərtəbəli yaşayış evinin 3-cü blok, 4-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 43,3 kv.m olan 1 otaqlı 19 nömrəli mənzilin alınması üçün ödənilmiş cəmi 18.860 (on səkkiz min səkkiz yüz altmış) manat pul alınaraq İddiaçı verilməlidir. Məhkəmə hesab edir ki, o halda, iddiaçının ödədiyi 147 manat məbləğində dövlət rüsumuna görə pul Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən cavabdehdən tutulub iddiaçıya ödənməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin olunsun. İddiaçı ilə cavabdeh "xxxx" MTK arasında bağlanmış 16 yanvar 2017-ci il tarixli, 208 nömrəli müqavilə ləğv edilsin. Cavabdeh MTK-dan Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1 A ünvanında inşa edilən 15 mərtəbəli yaşayış evinin 3-cü blok, 4-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 43,3 kv.m olan 1 otaqlı 19 nömrəli mənzilin alınması üçün ödənilmiş cəmi 18.860 (on səkkiz min səkkiz yüz altmış) manat pul və 147 manat dövlət rüsumuna görə pul tutulub İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar