Məhkəmə qərarları › İş №2(012)-3774/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3774/2024

30.09.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3774/2024 30.09.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Teymurov Ayaz Yunus oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evindən istifadə hüququnun tanınması, evə köçürülmə və istifadə qaydalarının müəyyən edilməsi tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evindən istifadə hüququnun tanınması, evə köçürülmə və istifadə qaydalarının müəyyən edilməsi tələbi barədə iddia qaldıraraq, ünvan 1 ünvanına istifadə hüququnun tanınması, evə köçürülmə və həmin evdən istifadə qaydalarının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, tərəflər arasında xx.xx.1986-cı il tarixdə Ordubad rayon Küsküs kənd XDS tərəfindən 34 saylı nikah qeydə alınmışdır. Birgə nikahdan bir qız, bir oğlan övladı dünyaya gəlmişdir. Tərəflər ünvan 1 ünvanında qeydiyyatda olmaqla yanaşı həm də ki, yaşayırlar.(buna yaşamaq demək olarsa). Ahıl yaşında çox əziyyət çəkdiyi üçün məcbur olub hazırki iddia tələbimi məhkəməyə müraciət etmişdir. Hal-hazırda mülki iş hörmətli hakim - Mirnəsir Mirhəsənlinin icraatındadır. O, ünvan 2 ünvanında qeydiyyatdadır, həmin evi o, tək başına öz vəsaiti hesabına əldə etmişdir. Mübahisəli ev dövlət tərəfindən ona verilmişdir və o, evi öz gücünə qanun çərçivəsində artırmışdır, yəni əlavə otaqlar tikmişdir. Lakin öz zəhməti ilə əldə etdiyi, qazandığı evdə yaşaya bilmir. Ona görə ki, cavabdeh buna mane olur, o, səhər saatlarında evdən çıxır və gecə 12-01 radələrində evə qayıdır. Ona görə ki, cavabdeh ona olduqca kobud münasibət bəsləyir və evdə heç bir əşyaya, mətbəxdən istifadə etməyə imkan vermir, küçədə yeyib – içir və cavabdeh yatdıqdan sonra evə daxil ola bilir. Üstəlik bir qızı oğlan övladı ilə ailəsindən ayrılaraq, onun evinə sığınmışdır. Qızı da anasının ona qarşı hərəkətlərini dəstəkləyir və ona bir qab yeməyi çox görürlər. Halbuki, onun əziyyəti ilə tikilmiş evdə yaşayırlar. O, çox dözmüş və artıq ahıl yaşında küçələrdə, kimlərinsə köməyinə möhtac qaldığı üçün məhkəməyə müraciət edir ki, cavabdeh həddini bilsin və ona evdə yaşamağa və otaqlardan, mətbəxdən, sanitar qovşağıdan istifadə etməyə imkan versin və cavabdeh tərəfindən ona qarşı qanunsuz hərəkətlərinə son qoyulsun. O, iddia ərizəsini məhkəməyə ünvanlamadan əvvəl ünvan 3ştirak etmədiyi üçün ona arayış və ödədiyi pulların qəbzi verilmiş və məhkəməyə müraciət edə biləcəyi izah olunmuşdur. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək onun təmin edilməsini xahiş etdi. O, bildirdi ki, hazırda o mübahisəli mənzildə yaşayır. Lakin həmin evdə ona heç bir isti münasibət və qayğı göstərilmir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etmədi. O, bildirdi ki, iddiaçı mübahisəli mənzildə yaşayır. Onun tərəfindən iddiaçının mənzildən istifadəsində heç bir məhdudiyyət qoyulmayıb. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan İV ЖГ 259325 saylı nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə X1 xx.xx.1986-cı il tarixində Ordubad rayon Küsküs kənd XDS-də rəsmi nikah bağlamışlar. Bu barədə nikahın akt qeydləri kitabında 34 nömrəli akt qeydi qoyulmuş, nikah bağlandıqdan sonra arvada “Məmmədova” soyadı verilmişdir. İşdə olan Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Özəlləşdirmə və Sahibkarlığa Kömək Baş İdarəsi Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.1993-cü il tarixli 70/10934 sayl qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri MK-23 qəsəbəsi 10 nömrəli ev, 2 saylı mənzil İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçmişdir. İşdə olan xx.xx.1987-ci il tarixli, 255016 saylı orderin surətindən görünür ki, İddiaçı (ailə üzvü 1 nəfər olmaqla) Mk-23, ev 10, 15 kv.metr sahəsi, 1 otaqdan ibarət olan, 2 saylı mənzil verilmişdir. İşin məhkəmə tərəfindən araşdaırılan hallarından görünür ki, mübahisəli mənzil İddiaçı mülkiyyətinə xx.xx.1993-cü. İl tarixdən verilmiş və hazırda mülkiyyətindədir. İddiaçı cavabdehlə birgə həmin mənzildə yaşayır (bu hal məhkəmə iclasında tərəflərin izahatlarında öz əksini tapmışdır). Hazırda iddiaçı ünvan 1 ünvanına istifadə hüququnun tanınması, evə köçürülmə və həmin evdən istifadə qaydalarının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 25.2-ci maddəsinə əsasən kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 29.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş qadın və kişinin hüquq bərabərliyinə uyğun olaraq ər və arvad ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 12.1-ci maddəsinə əsasən yaşayış sahələri mənzil hüququnun obyektidir. Həmin Məcəllənin 13.1.1-ci maddəsinə əsasən yaşayış evi yaşayış sahəsinə aiddir. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən yaşayış sahəsinin əsas təyinatı həmin sahədə insanların yaşamasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.5-ci maddəsinə əsasən mülki hüquq münasibətlərini tənzimləyən hüquq normasının olmaması və ya onun qeyri-müəyyənliyi məhkəmənin mülki işə baxmaqdan imtina etməsinə əsas verə bilməz. Ona görə də məhkəmə hesab edir ki, hazırkı vəziyyətdə yaranmış mübahisə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.5-ci maddəsinə əsasən Azərbaycan Respublikası hüquq qaydalarının ideya və ümumi prinsiplərini əsas götürməklə həll edilməlidir Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsindən görünür ki, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur və heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqlarının və X2 haqqında Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 158.1.2-ci maddəsinə əsasən, əmlakdan istifadə hüququ da mülkiyyət hüququ ilə yanaşı əmlak hüququ sayılır. İşin faktiki hallarından da göründüyü kimi, mübahisəli mənzil İddiaçı mülkiyyətində olmaqla, həmçinin istifadəsindədir. Məhkəmə hesab edir ki, iddiaçı həmin evdə yaşadığı üçün onun istifadə hüququnun tanınması və həmin evə köçürülməsi tələbi əsassızdır və təmin edilə bilməz. Bundan başqa iddia tələbinin həmin evdən istifadə qaydalarının müəyyən edilməsinə dair hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iş materiallarından görünür ki, mübahisəli mənzil 1 otaqlı olmaqla, 1 sanitar qovşağı və 1 mətbəxi vardır. Belə olan halda həmin mənzilə dair istifadə qaydalarının müəyyən edilməsi qeyri-mümkün olduğundan iddia tələbi bu hissədə də təmin edilə bilməz. Beləliklə, şərh olunanlara məcmu halda qiymət verərək, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evindən istifadə hüququnun tanınması, evə köçürülmə və istifadə qaydalarının müəyyən edilməsi tələbi barədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməldir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evindən istifadə hüququnun tanınması, evə köçürülmə və istifadə qaydalarının müəyyən edilməsi tələbi barədə iddia tələbi təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mirnəsir Mirhəsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar