Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3803/2020 10.11.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ İHakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «istifadə hüququnun itirilmiş hesab edilməsi» tələbinə dair mülki işə xx xxxxxx 2020-ci il tarixdə Abşeron rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndi, Füzuli küçəsində yerləşən 15 C saylı fərdi yaşayış evindən qeydiyyatdan çıxarılması və yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı izahatında bildirdi ki, Abşeron rayonu, Masazır kəndi, Füzuli küçəsində yerləşən 15C saylı fərdi yaşayış evi onun xüsusi mülkiyyətindədir. Bu barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* saylı çıxarış verilmişdir. Cavabdeh onun oğlunun keçmiş həyat yoldaşıdır. Cavabdehlə oğlu arasında qeydə alınmış rəsmi nikahları Abşeron Rayon Məhkəməsinin 2(012)-2444/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Cavabdehə dəfələrlə qeydiyyatdan çıxması ilə bağlı müraciət etsə də, heç bir nəticə verməmişdir. Cavabdeh- Cavabdeh 1 ildən çoxdur ki, Abşeron rayonu, Masazır kəndi, Füzuli küçəsində yerləşən 15C saylı fərdi yaşayış evində yaşamır və cavabdehin onun mənzilinə olan qeydiyyatı formal xarakter daşıyır. Bu səbəbdən də, “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi" tələbinə dair məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.Qeyd olunanlara əsasən, o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan AR ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışın notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, ünvan 1 C ünvanında yerləşən ümumi sahəsi 0,01 ha olan fərdi yaşayış evi xx.xx.2014-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-2444/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh ilə Qasımov Orxan arasında xx.xx.2018-ci ildə bağlanmış nikahın pozulması, xx xxxx 2019-cu il təvəllüdlü X4 anası Cavabdeh yanında qalması və xx xxxx 2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər hər ay 170 manat sabit pul məbləğində alimentin X2 tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. İş materiallarında olan Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş AA******* nömrəli şəxsiyyət vəsiqəsinə dair məlumat vərəqəsindən görünür ki, xx.xx.1993cü il təvəllüdlü Cavabdeh ünvan 2 ünvanında qeydiyyatdadır. Məhkəmə iddiaçını dinləyib, işin materiallarını araşdırıb və toplanmış bütün sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh Abşeron rayonu, Masazır kəndi, Füzuli küçəsində yerləşən 15 C saylı fərdi yaşayış evinə dair istifadə hüququna xitam verilməsi tələbi barədə iddiası rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair xx xxxx 2001-ci tarixli Konstitusiya Məhkəməsinin qərarına görə, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. ünvan 1 C ünvanında yerləşən ümumi sahəsi 0,01 ha olan fərdi yaşayış evi xx.xx.2014-cü il tarixdə İddiaçı adına mülkiyyət hüququ qeydiyyata alınmışdır. Cavabdeh isə X5 ilə xx.xx.2018-ci ildə rəsmi nikaha daxil olmuş və həmin evə gəlin köçmüşdür. Tərəflər arasında istifadə hüququ ilə bağlı mübahisə 2000-ci ildən sonra yarandığına görə 2000-ci ildən sonra qüvvəyə minən Mülki Məcəllənin 228-ci maddəsinin normaları hazırki işə tətbiq edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 2014-cü il 16 dekabr tarixli Qərarında göstərmişdir ki, istifadə hüququ öz-özlüyündə konkret hüququn əşya və yaxud öhdəlik hüququna aid edilməsini müəyyənləşdirmir. Hüquqi mahiyyəti baxımından bir-birindən çox fərqli olmalarına baxmayaraq, belə hüquqların ortaq cəhəti ondan ibarətdir ki, “istifadə” sözünün işlədilməsi yalnız əşyadan öz sahibinin istifadə etmək səlahiyyətini təmin edir. Lakin bu hüquqların məzmunundan görünür ki, onlardan hər birinin əşyadan istifadə etmək imkanını təmin etməsi şərtləri, istifadənin həcmi, istifadənin hüquqi baxımdan yaranması və ona xitam verilməsi ilə bağlı qayda və şərtlər, başqa sözlə istifadə səlahiyyətinin hüquqi rejimi bir-birindən fərqlidir. Bu hüquqlar öz sahiblərinin əşyadan istifadə etmək səlahiyyətlərini təmin etsələr də, bu imkanı təmin edən əmlak hüquqlarının heç birini “istifadə hüququ” adlandırmaq olmaz. Əks halda, əmlak hüquqlarının adlarının əsas funksiyası olan fərqləndirmə və müəyyən etmə xüsusiyyəti aradan qalxmış olar. Belə olan halda isə hansı hüququn nəzərdə tutulduğunu müəyyən etmək mümkün olmaz. Nəticə etibarı ilə, mülki qanunvericilikdə “istifadə hüququ” ifadəsi əmlak hüquqlarının hər hansı bir növünü deyil, müəyyən bir hüququn həyata keçirilmə şəklini (formasını) ifadə edir. Mülki Məcəllənin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnu müəyyən edən 228-ci maddəsinə müvafiq olaraq, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Məhkəmə baxışında müəyyən olundu ki, mübahisəli mənzilin mülkiyyətçisi olan İddiaçı ilə cavabdeh arasında mənzildən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri barədə yazılı razılaşma mövcud deyildir. Konstitusiya Məhkəməsinin Plenumu “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 2020-ci il 24 sentyabr tarixli Qərarında göstərmişdir ki, Yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamələr şəxsin yaşayış sahəsindən istifadə hüququ mövcud olduğu hallarda belə iddialara baxılması ilə əlaqədardır. Məhkəmə iddia tələbinin Cavabdeh Abşeron rayonu, Masazır kəndi, Füzuli küçəsində yerləşən 15 C saylı fərdi yaşayış evindən qeydiyyatdan çıxarılması tələbi ilə bağlı qeydedir ki, həmin tələbə məhkəmədə baxılmalı olmaması əsasları ilə xitam verilməli və bu barəd ayrıca qərardad qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Eyni Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı Cavabdeh Abşeron rayonu, Masazır kəndi, Füzuli küçəsində yerləşən 15 C saylı fərdi yaşayış evinə istifadə hüququna xitam verilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-3803/2020
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3803/2020
10.11.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver