Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-384/2022 11.04.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “doğum aktının bərpası” tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, doğum haqqında qeydin bərpası üçün qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbin dəqiqləşdirilməsinə dair ərizə ünvanlayaraq, onun xx.xx.1942-ci ildə Kəlbəcər rayonu, Kilsəli kəndində anadan olması doğum haqqında qeydinin bərpası, atasının “X6”, anasının “X13” olması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında izahatında bildirdi ki, o, Kəlbəcər rayonundan məcburi köçkündür. O, xx.xx.1942-ci ildə Kəlbəcər rayonu, X4 kəndində anadan olmuşdur. Müvəqqəti olaraq Xırdalan şəhərində, 27-ci məhəllə, bina 17 b, mənzili 10 ünvanda yaşayır. Doğum haqqında şəhadətnamə almaq üçün Respublika VVADQ İdarəsinə müraciət etmişdir. VVARX İdarəsinin cavabına əsasən Maraqlı şəxsnə müraciət etmişdir. Maraqlı şəxs tərəfindən onun məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Bundan əlavə artıq 80 yaşının içindədir və yüksək təzyiqdən və kənar xəstəlikdən müalicə alır. Onun Kəlbəcər Rayon Məhkəməsinə gedib-gəlmək gücü yoxdur. Göstərilənlərə əsasən o, ərizəsinin təmin edilməsini xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəməyə şahid qismində cəlb edilmiş X9 ifadəsində göstərdi ki, Ərizəçi onun doğma qardaşıdır. Ərizəçi 1942-ci ildə Kəlbəcər rayonunda doğulmuşdur. Onlar Kəlbəcər rayonunda birlikdə yaşamışlar, ailə qurduqdn sonra isə ayrı-ayrı ünvanlarda məskunlaşmışlar. Onun atası X6, onun anası isə X13 olmuşdur. Ailədə 6 qardaş, 4 bacı olmuşlar. Onun ata və anası arasında rəsmi nikah olmuşdur, lakin sənədlər Kəlbəcər rayonunda qalmışdır. X3 məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, xəstəliyi ilə əlaqədar olaraq o, məhkəmə iclasında iştirak edə bilməyəcəkdir. O, təsdiq edir ki, Ərizəçi onun doğma qardaşıdır. Onların atası X6, anası isə X13 olmuşdur. X2 məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, səhhətiylə əlaqədar olaraq məhkəmə prosessində iştirak edə bilməyəcəkdir. Ərizəçi onun doğma qardaşıdır. X1, anaları isə X13 olmuşdur. İş materiallarında olan AA******* saylı şəxsiyyət vəsiqəsindən görünür ki, Ərizəçi xx.xx.1942ci ildə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Kəlbəcər Rayon İcra Hakimiyyəti Başçısının Kəlbəcər Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən 01 dekabr 2021-ci il tarixində verilmiş arayışdan görünür ki, 1992-ci ildə şəhid (mülki şəhid) olmuş X8 mənsub olduğu ailəyə daxildir: qardaşı-1942-ci il təvəllüdlü Ərizəçidur. Mərhumun atası X6 1985-ci ildə, anası X13 isə 1980-ci ildə vəfat etmişdir. Məhkəmə ərizəçini və şahidi dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Ərizəçi xx.xx.1942-ci il tarixdə Kəlbəcər rayonu, Kilsəli kəndində anadan olması, soyadı, adı, atasının adının Ərizəçi olması, atasının X6, anasının isə X13 olması faktı ərizəçinin izahatı, şahid ifadəsi ilə yanaşı iş materiallarına əlavə edilmiş digər sənədlərlə təsdiq olunduğundan Ərizəçi doğum haqqında şəhadətnamə barədə itirilmiş akt qeydi bərpa edilməlidir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsinin tələbinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydlərinin bərpa qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli 52 saylı qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarının müəyyən edən əsas müddəalarıda müəyyən olunur. Əsas müddəalar»ın 13-14-cü bəndlərinə görə, vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri tərəfindən icra edilir. İtmiş yazının qeydiyyat şöbələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. «Əsas müddəalar»ın 13-21-ci bəndlərinə görə isə vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edildikdə, VVADQ orqanı və konsulluq idarələri vətəndaşlıq vəziyyəti aktının qeydinin bərpasını məhkəmənin qətnaməsinə əsasən qərar qəbul etmədən qeydə alır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 305, 307, 311 maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi doğum aktı qeydi bərpa edilsin, yeni şəhadətnamədə Ərizəçi doğum tarixi xx.xx.1942-ci il, doğulduğu yer Kəlbəcər rayonu, Kisəli kəndi, soyadı, adı, atasının adı qrafasında “Ərizəçi”, ata adı qrafasında “X6”, ana adı qrafasında “X13” kimi qeyd olunsun. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.` Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-384/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-384/2022
11.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver