Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-384/2025 04.06.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Adıgözəlli Ülviyyə Aydın qızının katibliyi ilə, İddiaçı cavabdeh Quliyeva (Hüseynova) Nərmin Namiq qızına qarşı torpaq sahəsi və tikilidən çıxarılma, torpaq sahəsinin və tikilinin boşaldılması və ona təhvil verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq hazırlıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Quliyeva (Hüseynova) Nərmin Namiq qızına qarşı torpaq sahəsi və tikilidən çıxarılma, torpaq sahəsinin və tikilinin boşaldılması və ona təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Sabunçu Rayonu, Bilgəh Bələdiyyəsinin 27 may 2005-ci il tarixli, 737 nömrəli qərarına əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Azərbaycan Qadını küçəsində fərdi ev tikintisi üçün mülkiyyətinə verilmiş 1014 kv.m torpaq sahəsindən və orada inşa etdiyi iki mərtəbəli tikilidən cavabdeh X3 və ailə üzvlərinin çıxarılması, torpaq sahəsinin və tikilinin boşaldılması, ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin mülki iş üzrə zərurət yarandığından, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsindən Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Azərbaycan Qadını küçəsində yerləşən fərdi yaşayış evinin yerləşdiyi əraziyə mütəxəssisin iştirakı ilə yerli baxış keçirilməklə həmin ərazinin Abşeron rayonun inzibati ərazisinə düşüb-düşməməsi barədə məlumatın xx.xx.2024-cü il tarixədək məhkəməyə təqdim olunması xahiş olunmuşdur. Məhkəmə sorğusu sorğu edilən hüquqi şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinə göndərilmiş, həmin qurum tərəfindən sorğu xx.xx.2024-cü il tarixdə qəbul edilmiş və Mülki Prosessual Məcəllənin 78.4-cü maddəsinin tələbləri ilə xəbərdar olunmuşdur. Lakin sorğuya cavab göstərilən vaxtda məhkəməyə göndərilmədiyindən Abşeron rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-4469/2024 saylı qərardadına əsasən, İddiaçı cavabdeh Quliyeva (Hüseynova) Nərmin Namiq qızına qarşı torpaq sahəsi və tikilidən çıxarılma, torpaq sahəsinin və tikilinin boşaldılması və ona təhvil verilməsi tələbinə dair mülki iş üzrə sorğu edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi Mülki Prosessual Məcəllənin 78.4 maddəsinə əsasən, 1000 (min) manat miqdarında cərimə olunmuş, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Azərbaycan Qadını küçəsində yerləşən fərdi yaşayış evinin yerləşdiyi əraziyə mütəxəssisin iştirakı ilə yerli baxış keçirilməklə həmin ərazinin Abşeron rayonun inzibati ərazisinə düşüb-düşməməsi barədə məlumatın məhkəməyə təqdim olunması Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru vasitəsilə əldə olunmuşdur. Sorğu edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinin nümayəndəsi X1 rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-4469/2024 saylı qərardadından xx.xx.2024-cü il tarixində şikayət verərək, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 78.3-cü, 78.4-cü, 267-ci və 269.2-ci maddələrinə əsasən, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-4469/2024 saylı qərardadının “İddiaçı cavabdeh Quliyeva (Hüseynova) Nərmin Namiq qızına qarşı torpaq sahəsi və tikilidən çıxarılma, torpaq sahəsi və tikilinin boşaldılması və ona təhvil verilməsi tələbinə dair mülki iş üzrə sorğu edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinin Mülki Prosessual Məcəllənin 78.4-cü maddəsinə əsasən 1000 (min) manat miqdarında cərimə olunması” hissəsində ləğv edilməsi barədə yeni qərardad çıxarılmasını xahiş etmişdir. Abşeron rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-4469/2024 saylı qərardadına əsasən, İddiaçı cavabdeh Quliyeva (Hüseynova) Nərmin Namiq qızına qarşı torpaq sahəsi və tikilidən çıxarılma, torpaq sahəsinin və tikilinin boşaldılması və ona təhvil verilməsi tələbinə dair mülki iş üzrə Abşeron rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)- 4469/2024 saylı qərardadından sorğu edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinin nümayəndəsi X4 tərəfindən verilmiş şikayət Mülki Prosessual Qanunvericiliyin tələblərinə uyğun olmadan verildiyindən geri qaytarılmışdır. Həmin mülki iş üzrə sorğu edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinin nümayəndəsi X4 ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin 2(012)-4469/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadının Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinin MPM-nin 78.4-cü maddəsinə əsasən 1000 manat miqdarında cərimə olunması hissəsində ləğv edilməsi barədə yeni qərardad çıxarılmasını xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-384/2025 saylı qərardadı ilə Abşeron Rayon Məhkəməsinin 2(012)-4469/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilməsinə dair sorğu edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinin nümayəndəsi X4 tərəfindən verilmiş ərizə təmin edilməmişdir. Sorğu edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinin nümayəndəsi X1 rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(012)-4469/2024 saylı qərardadından xx.xx.2025-ci il tarixində şikayət verərək, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 78.3-cü, 78.4-cü, 267-ci və 269.2-ci maddələrinə əsasən, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-4469/2024 saylı qərardadının “İddiaçı cavabdeh Quliyeva (Hüseynova) Nərmin Namiq qızına qarşı torpaq sahəsi və tikilidən çıxarılma, torpaq sahəsi və tikilinin boşaldılması və ona təhvil verilməsi tələbinə dair mülki iş üzrə sorğu edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinin Mülki Prosessual Məcəllənin 78.4-cü maddəsinə əsasən 1000 (min) manat miqdarında cərimə olunması” hissəsində ləğv edilməsi barədə yeni qərardad çıxarılmasını xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-384/2025 saylı qərardadı ilə Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-4469/2024 saylı qərardadından sorğu edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinin nümayəndəsi X4 tərəfindən xx.xx.2025-ci il tarixində verilmiş şikayəti geri qaytarılmışdır. Sorğu edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinin nümayəndəsi X1 rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(012)-384/2025 saylı qərardadından xx.xx.2025-ci il tarixində şikayət verərək, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 78.3-cü, 78.4-cü, 267-ci və 269.2-ci maddələrinə əsasən, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-4469/2024 saylı qərardadının “İddiaçı cavabdeh Quliyeva (Hüseynova) Nərmin Namiq qızına qarşı torpaq sahəsi və tikilidən çıxarılma, torpaq sahəsi və tikilinin boşaldılması və ona təhvil verilməsi tələbinə dair mülki iş üzrə sorğu edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinin Mülki Prosessual Məcəllənin 78.4-cü maddəsinə əsasən 1000 (min) manat miqdarında cərimə olunması” hissəsində ləğv edilməsi barədə yeni qərardad çıxarılmasını xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci tarixli 2(012)-384/2025 saylı qərardadı ilə Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü tarixli 2(012)-4469/2024 saylı qərardadından sorğu edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinin nümayəndəsi X4 tərəfindən xx.xx.2025-ci il tarixində verilmiş şikayət geri qaytarılmışdır. Sorğu edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinin nümayəndəsi X1 rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-384/2025 saylı qərardadından xx.xx.2025-ci il tarixində şikayət və şikayətin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizə də vermişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci tarixli 2(012)-384/2025 saylı qərardadı ilə müddətin bərpasından imtina edilmiş, Abşeron rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-384/2025 saylı qərardadından sorğu edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinin nümayəndəsi X2 xx.xx.2025-ci il tarixində verdiyi şikayət geri qaytarılmışdır. Hazırki iş üzrə İddiaçı vəkili və nümayəndəsi Vəkil1 ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, İddiaçı cavabdeh Quliyeva (Hüseynova) Nərmin Namiq qızına qarşı torpaq sahəsi və tikilidən çıxarılma, torpaq sahəsinin və tikilinin boşaldılması və ona təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Sabunçu Rayonu, Bilgəh Bələdiyyəsinin 27 may 2005-ci il tarixli, 737 nömrəli qərarına əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Azərbaycan Qadını küçəsində fərdi ev tikintisi üçün mülkiyyətinə verilmiş 1014 kv.m torpaq sahəsindən və orada inşa etdiyi iki mərtəbəli tikilidən cavabdeh X3 və ailə üzvlərinin çıxarılması, torpaq sahəsinin və tikilinin boşaldılması, ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qeyd olunan mülki iş məhkəmənin icraatındadır. İşlə əlaqədar müəyyən sənədlərin əldə olunması zərurəti yaranmışdır. Hesab edir ki, həmin sənədlər olmadan işin mahiyyəti üzrə baxılması mümkün deyildir. Bununla əlaqədar olaraq, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin geri qaytarılmasını və ərizənin baxılmamış saxlanılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5. maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının vəkili və nümayəndəsinin ərizəsini və mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 170.1. maddəsinə əsasən, işin məhkəmə baxışına hazırlanması zamanı iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Məhkəmə eyni zamanda, qeyd edir ki, Mülki Prosessual Məcəllənin:
107. maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən, ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə - dövlət rüsumu geri qaytarılır. Məhkəmə qeyd edir ki, hazırki mülki işin geri qaytarıldığından, ödənilmiş dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 170.1, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ: Ərizə təmin edilsin. İddiaçı cavabdeh Quliyeva (Hüseynova) Nərmin Namiq qızına qarşı torpaq sahəsi və tikilidən çıxarılma, torpaq sahəsinin və tikilinin boşaldılması və ona təhvil verilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə, ********** saylı qəbz əsasında (Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə) ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Habil Əhmədov