Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3855/2024 13.09.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, İmanlı Fatimə Mirzağa qızının katibliyi, İddiaçı, Cavabdehin vəkili-nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, ona güzəştli şərtlərlə (zərərli) əmək pensiyası hüququ verən işdə çalışması barədə arayışın təqdim edilməsi vəzifəsinin cavabdeh "xxxx" MMC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1962-ci il təvəllüdlüdür. xx.xx.1979cu ildən etibarən bu günə qədər müxtəlif yerlərdə və müxtəlif vəzifələrdə işləmişdir. xx.xx.2020-xx.xx.2024-cü il tarixlərində cavabdeh "xxxx" MMC-də avtobus və yük avtomobilləri departamentində akkumlyatorçu vəzifəsində işləmişdir. Həmin məlumatlar əmək kitabçasında və "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışda öz təsdiqini tapmışdır. Hal-hazırda güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq istəyir, lakin "xxxx" MMC tərəfindən ona işlədiyi vəzifənin güzəştli şərtlərlə (zərərli) əmək pensiyası hüququ verən iş olması barədə arayış təqdim edilmir. Nəticədə o, güzəştli şərtlərlə əmək pensiyası ala bilmir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş, xx.xx.2024-cü il tarixli cavab məktubu ilə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etməkdən imtina edilmişdir. Həmçinin işlədiyi dövrdə əmək məzuniyyətinə çıxanda ona zərərli işə görə əlavə 12 gün məzuniyyət hüququ verilmişdir. Əvvəllər "xxxx" MMC-də və "xxxx" ASC-də həmin vəzifədə işləmiş və həmin müəssisələr tərəfindən ona güzəştli iş stajı barədə arayış təqdim edilmişdir. Lakin cavabdeh müəssisə bundan imtina edir. Yaranmış problemlə əlaqədar şəxsən cavabdehə müraciət etmiş, lakin müraciətə cavab məktubu belə təqdim edilməmişdir. ƏƏSMN yanında X1 Xidmətinə də müraciət etmiş, ƏƏSMN yanında X1 Xidmətinin Bakı şəhəri ərazi idarəsi tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd edilmişdir ki, cavabdeh "xxxx" MMC müəssisədə akkumulyatorçu vəzifəsində işlədiyini və işlədiyi müddət ərzində gördüyü işlərin enerjisiz akkumulyatorları şarj etmək, sönmüş nəqliyyat vasitələrini işə salmaq üçün istismara yararsız akkumulyatorları dəyişmək və yenisi ilə əvəz etmək, ehtiyatda olan akkumulyatorların enerjisinə nəzarət etmək və istirmara təqdim etmək olduğunu bildirmişdir. Həmin cavab məktubunda arayışla bağlı müraciət etdiyi zaman işəgötürənə hansı zərərli işlə məşğul olmağıyla bağlı məlumatı izah edə bilmədiyi qeyd edilmişdir. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib iddia ərizəsinin məzmununa uyğun izahat verdi və onun təmin edilməsini xahiş etdi. Cavabdehin vəkili-nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddianı qəbul etmədi və onun rədd olunmasını xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. İşdə olan AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1962-ci il tarixdə doğlmuşdur. İşdə olan “X2” MMC-nin xx.xx.2024-cü il tarixli, 16 saylı arayışından görünür ki, İddiaçı Cəmiyyətin servisində 6-cı dərəcəli akkumulyatorçu vəzifəsində xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək işləmişdir. Göstərilən peşə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli Qərarı ilə təsdiq edilmiş Siyahının 35-ci hissəsinin-Ümumi peşələr, 19-cu sətrində müəyyən edilmiş akkumlyatorçular vəzifəsinin xüsusiyyətləri ilə eynidir. İşlədiyi peşə üzrə sosial sığorta (və ya iş) stajı 2 ay təşkil edir. İşdə olan "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli, 01-PH/88 saylı arayışından görünür ki, 1962-ci il təvəllüdlü İddiaçı xx.xx.2012-ci ildə (əmr №223-kş, xx.xx.2012-ci il) Sumqayıt Texnologiyalar Parkının Xüsusi Maşınların İstehsalı və Təmiri Departamentinin Maşınqayırma Zavodunun Akkumlyator batareyalarının, şlanqların və mexanizmlərin bərpası sexinə mexanik vəzifəsinə təyin edilib və xx.xx.2012-ci ildə (Əmr №-48/6-kş, xx.xx.2012-ci il) Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar) əsasən işdən azad edilib. xx.xx.2016-cı ildə (Əmr № 07/31-irş, xx.xx.2016-cı il) Avtomobil Nəqliyyatı və Maşın-Mexanizmlərin İstismarı İdarəsinin Təmir sexinin Yük və Xüsusi Təyinatlı Mexanizmlərin təmiri sahəsinə akkumlyatorçu peşəsinə qəbul edilib və xx.xx.2016-cı ildə (Əmr № 07/100-irş, xx.xx.2016-cı il) Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü ilə) əsasən işdən azad edilib. xx.xx.2017-ci ildə (Əmr №07/33-irş, xx.xx.2017-ci il) Avtomobil Nəqliyyat və Maşın- Mexanizmləri İstismarı İdarəsinin təmir sexinə akkumlyatorçu peşəsinə qəbul edilib və xx.xx.2020-ci ildə (əmr №-07/114-irş, xx.xx.2020-ci il j Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar) əsasən əmək müqaviləsinə xitam verilib. Göstərilən peşələr Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li Qərarının 35-ci “Ümumi peşələr” fəslinə əsasən akkumlyatorçu larin işi xüsusi zərərli əmək şəraitində işlərə aid olduğuna görə güzəştli şərtlərlə pensiya hüququna malikdir. Güzəştli pensiya üçün stajı 03 il, 10 ay, 08 gün təşkil edir. İşdə olan "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli, 10 saylı arayışından görünür ki, İddiaçı "xxxx" MMC-nin Xüsusu maşınların istehsalı və təmiri departamentin Maşınqayırma zavodunun Akkumulyator batareyalarının, şlanqların və mexanizmlərin bərpası sexində 9-cu dərəcəli mexanik vəzifəsində xx.xx.2012-ci il tarixindən (əmr 223-kş saylı) xx.xx.2012-ci il tarixinədək (əmr 48/6-İRD/x saylı) işləmişdir. Maşınqayırma zavodunun Akkumulyator batareyalarının, hidravlik şlanqların, mexanizmlərin bərpası və avtoşinlərin təmiri-montajı sahəsinə 9-cu dərəcəli mexanik vəzifəsində xx.xx.2012-ci il tarixindən (əmr 01-kş saylı) xx.xx.2016-cı il tarixinədək (əmr 242-İRD/x saylı) işləmişdir. Avtomobillərin və texnikanın istehsalı və təmiri zavodunun texniki istehsalat şöbəsinin təmir sahəsinə 6-cı dərəcəli akkumulvatorcu peşəsinə təyin edilib xx.xx.2016-cı il tarixindən (əmr 49-kş saylı) xx.xx.2017-ci il tarixinədək (əmr 42-İRD/x saylı) işləmişdir. Göstərilən peşə Azərbaycan Respubllikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş Siyahının 35-ci hissəsinin-Ümumi peşələr, 19-cu sətrində müəyyən edilmiş akkkumulyatorçular vəzifəsinin xüsusiyyətləri ilə eynidir. İşlədiyi peşə üzrə sosial sığorta (və ya iş) stajı 04 il, 06 ay, 25 gün təşkil edir. İşdə olan "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Verilir İddiaçı xx.xx.2020-ci il tarixindən "xxxx"” MMC-nin Avtobus və yük avtomobilləri departamentinin akkumulyatorçusu vəzifəsində işləyir. İşdə olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etməkdən imtina edilmişdir. Buna səbəb "xxxx"” MMC tərəfindən güzəştli şərtlərlə (zərərli) əmək pensiyası hüququ verən işdə çalışması barədə arayışın təqdim edilməməsi olmuşdur. İşdə olan ƏƏSMN yanında X1 Xidmətinin Bakı şəhəri ərazi idarəsi tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, İddiaçı "xxxx" MMC müəssisədə akkumulyatorçu vəzifəsində işlədiyini və işlədiyi müddət ərzində gördüyü işlərin enerjisiz akkumulyatorları şarj etmək, sönmüş nəqliyyat vasitələrini işə salmaq üçün istismara yararsız akkumulyatorları dəyişmək və yenisi ilə əvəz etmək, ehtiyatda olan akkumulyatorların enerjisinə nəzarət etmək və istirmara təqdim etmək olduğunu bildirmişdir. Həmin cavab məktubunda arayışla bağlı müraciət etdiyi zaman işəgötürənə hansı zərərli işlə məşğul olmağıyla bağlı məlumatı izah edə bilmədiyi qeyd edilmişdir. İşin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən olunur ki, xx.xx.1962-ci il təvəllüdlü İddiaçı xx.xx.2020-ci il tarixindən "xxxx"” MMC-nin Avtobus və yük avtomobilləri departamentinin akkumulyatorçusu vəzifəsində işləyir. Həmin peşə Azərbaycan Respubllikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli Qərarı ilə təsdiq edilmiş Siyahının 35-ci hissəsinin-Ümumi peşələr, 19-cu sətrində müəyyən edilmiş akkkumulyatorçular vəzifəsinin xüsusiyyətləri ilə eynidir. İddiaçı güzəştli şərtlərlə pensiyaya çıxmaq istəmiş, bununla bağlı müvafiq quruma müraciət etmiş, lakin bu dövr ərzində onun güzəştli şərtlərlə (zərərli) əmək pensiyası hüququ verən işdə çalışması barədə "xxxx" MMC tərəfindən arayışın verilməməsi səbəbindən bundan imtina edilmişdir. Hazırda İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, ona güzəştli şərtlərlə (zərərli) əmək pensiyası hüququ verən işdə çalışması barədə arayışın təqdim edilməsi vəzifəsinin cavabdeh "xxxx" MMC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respubllikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli Qərarı ilə təsdiq edilmiş Siyahının 35-ci hissəsinin-Ümumi peşələr, 19-cu sətrindəndən görünür ki, akkkumulyatorçular vəzifəsi (23200000-10047) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verir. Azərbaycan Respubllikasının Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci bəndinə görə əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən müəyyən edilir. İşdən görünür ki, iddiaçının cavabdeh Cəmiyyətdə işlədiyi peşə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verir. Belə olan halda, cavabdehin bu barədə 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayış verməməsi qanunsuzdur. Beləliklə məhkəmə hesab edir ki, cavabdehin qeyd edilən arayışı verməməsi iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasını alması hüququnu pozur. Cavabdehin bu barədə hərəkətsizliyi Azərbaycan Respubllikasının Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci bəndinə ziddir. Buna görə də iddia təmin olunmalı, İddiaçı güzəştli şərtlərlə (zərərli) əmək pensiyası hüququ verən işdə çalışması barədə arayışın təqdim edilməsi vəzifəsi cavabdeh "xxxx" MMC-nin üzərinə qoyulmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı güzəştli şərtlərlə (zərərli) əmək pensiyası hüququ verən işdə çalışması barədə arayışın təqdim edilməsi vəzifəsi cavabdeh "xxxx" MMC-nin üzərinə qoyulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-3855/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3855/2024
13.09.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver