Məhkəmə qərarları › İş №2(012)-3863/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3863/2021

11.08.2021 · Müqavilələrin ləğv edilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3863/2021 11.08.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçının nümayəndəsi Səlimov Emin Davud oğlunun,Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı müqavilənin ləğv edilməsi və mənzilin boşaldılaraq təhvil verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə 11 avqust 2021-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı müqavilənin ləğv edilməsi və mənzilin boşaldılaraq təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 05.04.2018-ci il tarixli, A/0003 nömrəli torpaq sahəsinin və fərdi yaşayış evinin alqısatqısı haqqında müqavilənin ləğv edilməsi və Cavabdeh inşa edilməklə satılmış Xırdalan şəhəri, ünvan 1 ünvan, “AAAF-PARK” yaşayış massivindəki 2 saylı küçəsində, 6 otaqdan ibarət, 2 mərtəbəli, 200 kv.m-dən ibarət, mansardsız 9 saylı fərdi yaşayış evinin boşaldılaraq iddiaçı Cəmiyyətə təhvil verilməsi, habelə ödənilmiş dövlət rüsumu məbləği olan 20,40 manatın Cavabdeh iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 05.04.2018-ci il tarixli, A/0003 nömrəli torpaq sahəsinin və fərdi yaşayış evinin alqı-satqısı haqqında müqaviləyə əsasən Cəmiyyət tərəfindən Xırdalan şəhəri, ünvan 1 ünvan, “AAAF-PARK” yaşayış massivindəki 2 saylı küçəsində, 6 otaqdan ibarət, 2 mərtəbəli, 200 kv.m-dən ibarət, mansardsız 9 saylı fərdi yaşayış evi ümumi dəyəri 75.000 (yetmiş beş min) manat olaraq, hər bərabər məbləğdə ödənilmək şərti ilə 112 (bir yüz on iki) ay müddətinə satılmışdır. Həmin 05.04.2018-ci il tarixli, A/0003 nömrəli torpaq sahəsinin və fərdi yaşayış evinin alqı-satqısı haqqında müqavilənin 1.1 və 1.2-ci bəndlərinə müvafiq olaraq cavabdeh (Alıcı) Cavabdeh razılaşdırılmış şərtlər daxilində aldığı vahid əmlakın dəyərini 112 ay müddətinə ödəməyi öhdəsinə götürməsinə baxmayaraq, öhdəliyini vaxtında və lazımi qaydada yetirə yetirməmişdir. Cavabdeh müqavilə öhdəliklərinin icra olunması və ya mənzilin təhvil verilməsi barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilmişdir. Bununla da, iddiaçı Cəmiyyət sözügedən müqavilənin 3.1-ci bəndində qeyd olunan hüquqlarından istifadə edərək, müqavilə üzrə hesablanmış cərimə məbləğinin ödənilməsini və mənzilin geri təhvil verilməsini tələb edir. Həmin müqavilənin 4.3-cü bəndinə görə əgər aylıq ödəmələr qeyd olunan vaxtda ödənilməzsə bu zaman “Alıcı” gecikdirilən hər gün üçün müqavilənin dəyərinin 0.1% həcmində “Satıcı”ya cərimə ödəməlidir. Sonrakı ödəmələr 45 gündən artıq yubadılarsa müqaviləyə əsasən gecikdirilən günlər üçün cərimə hesablanır və “Alıcı” tərəfindən ödənilən məbləğdən tutularaq, qalan məbləğ yalnız həmin vahid əmlak satıldıqdan sonra “Alıcı”ya geri qaytarılır. Müqaviləyə edilmiş 1 nömrəli Əlavənin 1.4-cü bəndinə əsasən “Alıcı” aylıq ödənişləri müqaviləyə əlavə edilmiş cədvəlinə uyğun olaraq həmin gün ödəyir, əks halda hər gecikdirilmiş gün üçün əmlakın ümumi dəyərinin 0.1% miqdarında cərimə ödəyir. Cavabdeh öhdəliyini tam yerinə yetirməmişdir. Bununla əlaqədar hər gecikdirilmiş gün üçün əmlakın ümumi dəyərinin 0.1% miqdarında hesablanmaqla cərimə məbləği 35.925 (otuz beş min doqquz yüz iyirmi beş) manat təşkil edir. Hazırda, Cavabdeh 05.04.2018-ci il tarixli, A/0003 nömrəli torpaq sahəsinin və fərdi yaşayış evinin alqı-satqısı haqqında müqaviləsi üzrə ödənilməmiş əsas borc 37.818 (otuz yeddi min səkkiz yüz on səkkiz) manat və 35.925 (otuz beş min doqquz yüz iyirmi beş) manat cərimə borcu olmaqla, cəmi 73.743 (yetmiş üç min yeddi yüz qırx üç) manat borcu yaranmışdır. Həmin müqavilənin 3.1.2.3-ci bəndinə əsasən satıcının alqı-satqı müqaviləsi ləğv olunduğu halda "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti bu müqavilədə nəzərdə tutulan hesablanmış cəriməni ödənilən məbləğdən çıxaraq qalıq məbləği vahid əmlak satıldıqdan sonra geri qaytarmalıdır. Ərizəyə əlavə edilən torpaq sahəsinin və fərdi yaşayış evinin alqı-satqısı haqqında müqaviləyə Əlavənin 1.2-ci bəndinə görə “Alıcı” müqavilə öhdəliklərini yerinə yetirə bilmədikdə daşınmaz əşyaların alqı-satqısı müqaviləsini ləğv edilməsini tələb edərək əmlakı “Satıcı”ya qaytararkən, hər bir halda onun ödədiyi vəsait 12 ay müddətində yalnız həmin əmlak satıldıqdan sonra ona qaytarılır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddianı müdafiə edib təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, 2020-ci ildə işi dayanmışdır. Pandemiya ilə bağlı işsiz qalmışdır. Sentyabr ayında insult keçirmişdir. Yaxınlarda yenidən əmək müqaviləsi bağlanmışdır, artıq işləyir, oğlu da artıq işə düzəlib işləyirlər. Ailənin maddi vəziyyəti artıq müqavilə öhdəliyini icra etməyə imkan verir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin əməkdaşları onun evinə gəlmişlər və yataqda xəstə olduğunu görmüşlər. Həmin vaxta qədər iddiaçı təşkilata bir gün belə gecikməsi olmamışdır. Göstərilənlərə əsasən, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iddiaçının ərizəsini nəzərdən keçirib, iş materiallarında olan sənədləri araşdırıb hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə rədd edilməlidir. Mülki işin materiallarında olan 05 iyun 2018-ci il tarixli, A/0003 saylı torpaq sahəsinin və fərdi yaşayış evinin alqı-satqısı haqqında müqavilənin surətindən müəyyən edilir ki, “Satıcı” "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Xırdalan şəhəri, S.Bəhlulzadə küçəsi, döngə 6, 3.34 ünvanında özünə məxsus «AAAF-PARK» yaşayış massivindəki 2 saylı küçəsində torpaq sahəsini, həmin torpaq sahəsində inşa edilən (inşa edilmiş), 9 №-li, 6 otaqdan ibarət, 2 mərtəbəli, mansardasız, ümumi sahəsi 200 kv.m olan fərdi yaşayış evinin satmağı, “Alıcı” Cavabdeh isə bu müqavilə ilə nəzərdə tutulmuş qaydada tərəflər arasında razılaşdırılmış şərtlər daxilində aldığı vahid əmlakın dəyərini (qiymətini) ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.1-ci bəndində əsasən müqavilənin qiyməti 75000 manat müəyyən edilmişdir. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən “Alıcı” 30.000 manatı şəxsi vəsaiti hesabına ödəmiş, qalan 45.000 manatlıq məbləği isə 112 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Mülki işin materiallarında olan xəbərdarlıq məktublarından müəyyən edilir ki, Cavabdeh 05 iyun 2018-ci il tarixli, A/0003 saylı torpaq sahəsinin və fərdi yaşayış evinin alqı-satqısı haqqında müqavilə üzrə borcun ödənilməsi barədə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən xəbərdar edilmişdir. Mülki işin materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş 27.05.2021-ci il tarixli maliyyə arayışından müəyyən edilir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 05.06.2018-ci il tarixli, A/0003 nömrəli torpaq sahəsinin və fərdi yaşayış evinin alqı-satqısı haqqında müqaviləyə əsasən “Alıcı” Cabbarov X4 şəhəri, ünvan 1 ünvan, “AAAF-PARK” yaşayış massivindəki 2 saylı küçəsində, 6 otaqdan ibarət, 2 mərtəbəli, 200 kv.m-dən ibarət, mansardsız 9 saylı fərdi yaşayış evinə görə Cəmiyyətə ümumilikdə 37.182 (otuz yeddi min yüz səksən iki) manat ödəniş edilmişdir. 05.06.2018-ci il tarixli, A/0003 nömrəli torpaq sahəsinin və fərdi yaşayış evinin alqı-satqısı haqqında müqaviləsi üzrə borc əsas borc 37.818 (otuz yeddi min səkkiz yüz on səkkiz) manat və 35.925 (otuz beş min doqquz yüz iyirmi beş) manat cərimə borcu olmaqla, cəmi 73.743 (yetmiş üç min yeddi yüz qırx üç) manat təşkil edir. İş materiallarına əlavə olunan Azərbaycan Dəmir Yolları QSC Həkim Sanitar Xidməti-X1 tərəfindən verilmiş XT seriyalı 000512 nömrəli epikrizin surətindən görünür ki, 44 yaşlı X5 xəstəxanada 16.09.2020-ci il tarixdən 02.10.2020-ci il tarixədək işemik tipli insultdan müalicə almışdır. İş materiallarına əlavə olunan “BAKU CİTY” hospitalı tərəfindən verilmiş X2 müayinəsinin surətindən görünür ki, 18 sentyabr 2020-ci il tarixdə müayinə olunan 1976-cı il təvəllüdlü Rəşid Cabarovda “Uzunsov beynin sağ yarısında kəskin dövrə aid işemik insult ocağı. Hər iki beyin yarımkürəsində beyin toxumasının dərin ağ maddəsində müxtəlif ölçülü çoxsayda postişemik demiyelinizasiya sahələri.” aşkar edilmişdir. İşin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən edildi ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında 05 iyun 2018-ci il tarixli, A/0003 saylı torpaq sahəsinin və fərdi yaşayış evinin alqı-satqısı haqqında müqavilə bağlanmış, cavabdeh müqavilə ilə müəyyənləşdirilmiş məbləği iddiaçıya ödəməyi, iddiaçı isə müqavilədə müəyyən edilmiş torpaq sahəsini və fərdi yaşayış ecini cavabdehə satmağı öhdəsinə götürmüşdür. İşin materiallarından və cavabdehin izahatından müəyyən edilir ki, cavabdeh müqavilə ilə üzərinə torpaq sahəsinin və fərdi yaşayış evinin müəyyən edilmiş ümumi dəyəri olan 75.000 manatın 30.000 manatını şəxsi vəsaiti hesabına ödəməklə qalan 45.000 manatı 112 ay müddətinə ödəməklə tam dəyərini ödəməyi öhdəsinə götürsə də, iddiaçı tərəfindən edilmiş xəbərdarlıqlara baxmayaraq, cavabdeh müqavilənin şərtlərini pozaraq aylıq ödənişləri ödəməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh aylıq ödənişlərdə gecikdirmələri pandemiya və səhhətində yaranan problemlərlə əlaqədar olduğunu qeyd etmişdir. Hazırda da iddiaçı müqavilə şərtləri cavabdeh tərəfindən pozulduğuna görə cavabdehlə aralarında bağlanmış müqavilənin ləğv edilməsini, fərdi yaşayış evinin boşaldılaraq iddiaçıya təhvil verilməsini tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə görə alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 421.1 və 421.2-ci maddələrinə görə müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəflər arasında mübahisəli torpaq sahəsinin və fərdi yaşayış evinin alqı-satqısı haqqında müqavilənin ləğv edilməsini və fərdi yaşayış evinin boşaldılaraq təhvil verilməsini xahiş etsə də, iş materiallarından, iddia ərizəsindən və cavabdeh tərəfin izahatından göründüyü kimi iddiaçının müqavilə şərtlərinin pozulduğunu iddia etdiyi dövr Pandemiya dövrünə və cavabdehin insult keçirdiyi və bundan müalicə aldığı dövrə təsadüf edir. Ona görə də, məhkəmə hesab edir ki,müqavilə öhdəliyi cavabdeh tərəfdən üzürlü səbəblərdən icra edilmədiyindən, halhazırda isə cavabdeh müqavilə öhdəliyini icra etmək istədiyindən iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; İddia tələbi təmin edilmədiyinə görə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cabbarov Rəşid Seyab oğluna qarşı mənzilin boşaldılması və təhvil verilməsi tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar