Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-3867/2025 02.06.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Abbasova Məlahət Aslan qızı, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYP İdarəsinə qarşı protokolun ləğv edilməsi və zərərin əvəzinin ödənilməsi tələbi barədə iddia ərizəsinə məhkəmənin inzibati binasında baxaraq, MÜƏYYƏNETDİM: İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYP İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun barəsində tərtib edilmiş İXP ******* nömrəli protokolun ləğv edilməsi, dövlət xəzinəsinə ödədiyi 40 manat pulun geri qaytarılması və dəymiş 300 manat ziyanın Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işin materiallarını araşdırıb hesab edir ki, iş məhkəmədə baxılmalı olmadığından ərizənin qəbulundan imtina edilməlidir. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçının adına hüquq pozuntusu barədə protokol tərtib edilmişdir və iddiaçı hazırda bu protokoldan narazıdır. İşdən görünür ki, İddiaçı səlahiyyətli orqanın tərtib etdiyi protokol və ya qərardan şikayət vermək əvəzinə (inzibati xətalar haqqında işlər üzrə icraat qaydasında) hazırki iddia ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir. Başqa sözlə, inzibati tənbeh vermə haqqında qərardan şikayətə mülki deyil, inzibati xəta haqqında iş üzrə icraat qaydasında baxılmalıdır. MPM-nin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır və işə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Bundan başqa, İddiaçı hazırki iddia ərizəsini verərkən ********** saylı qəbzlə Abşeron Rayon Məhkəməsinə iddia ərizəsinin verilməsi üçün 30 manat məbləğində dövlət rüsumunu xx.xx.2025-ci ildə ödəmişdir. Mülki Prosessual Məcəllənin 114.1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə, dövlət rüsumu geri qaytarılır. Məhkəmə hesab edir ki, iddiaçının ödəmiş olduğu 30 manat məbləğində dövlət rüsumu ona geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARAALDİM: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYP İdarəsinə qarşı protokolun ləğv edilməsi və zərərin əvəzinin ödənilməsi barədə iddia ərizəsinin qəbulundan imtina edilsin və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçı hazırki mülki iş (2(012)-3867/2025 saylı mülki iş) üzrə ödəmiş olduğu 30 manat məbləğində dövlət rüsumu (********** saylı qəbz) dövlət büdcəsinin vəsaiti hesabından İddiaçı qaytarılsın. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-3867/2025
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-3867/2025
02.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver